Sərbəst iş Tələbə: Bağırova Çəmənxanım Təhsil: Magistr Kurs: I fakultə


Ammonyakın katalitik oksidləşməsi üsulu ilə nitrat turşusunun alınması



Yüklə 32,15 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü32,15 Kb.
#41625
1   2   3
Nitrat turşusu istehsalının atmosferə təsiri

2. Ammonyakın katalitik oksidləşməsi üsulu ilə nitrat turşusunun alınması. Bu üsul çox əlverişli üsuldur. Bu üsulla nitrat turşusunun alınması prosesinin xammalları: ammonyak, hava və sudan ibarətdir. Hazırda ən çox tətbiq olunan üsul nitrat turşusunun ammonyakdan alınması üsuludur.

3. Qövs üsulu. Bu üsulda nitrat turşusu almaq üçün hava azotundan istifadə edilir. Bu məqsədlə hava azotu elektrik qövsündə oksidləşdirilir. Elektrik qövsünün temperaturu 30000C–dən çox olur. Bu temperaturda azot oksidləşərək əvvəlcə azot 2–oksid(NO) əmələ gətirir. Havada öz-özünə oksidləşən azot 2–oksid absorbsiya olunduqda aşağıdakı reaksiyalar üzrə nitrat turşusuna çevrilir:

N2 O2 NO

2 NO O2 NO2

3 NO2 H2O HNO3 NO

Bu zaman ayrılan azot 2–oksid yenidən oksidləşərək prosesi davam etdirir.

Günümüzdə dünya əhalisinin əksəriyyəti gübrələr tətbiq etməklə, becərilən kənd təsərrüfatı bitkilərindən qida (ərzaq) kimi istifadə edir. Hazırda adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün gübrələrin yarısı azot gübrələrinin payına düşür. Azot elementi bitkinin böyüməsinə stimul yaradır, onun meyvəsinin (toxumunun) keyfiyyətinə, tərkibində olan zülalın miqdarına təsir göstərir. Azotun böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu təbii «anbardan» göy-yaşıl yosunlar və paxlalı bitkilərin köklərində yaşayan xüsusi bakteriyalar tərəfindən mənimsənilir. Tərkibində azot birləşmələri olan üzvi və mineral gübrələr torpaqda nitratlara (azot turşusunun duzları) çevrilərək, su ilə birlikdə bitkiyə daxil olur. Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar fermentlərin təsiri ilə amoniumun ionu -ə qədər bərpa olunur və amin turşusunun əsasına təşəkkül tapır, sonra isə zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota – təbii birləşmənin komponentinə çevrilir. Gübrə həddindən artıq daxil olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır və insanlar ondan istifadə edir.

Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının (o cümlədən hisə verilmiş donuz əti, vetçina, bəzi pendir və balıq çeşidləri) hazırlanmasında və konserviləşdirilməsində istifadə olunur. Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci illərində Özbəkistanda söhbətlər yarandı, burada qarpız bitkisinə həddindən artıq amonium selitrası verildiyindən, qarpızdan kütləvi olaraq, mədə-bağırsağın zəhərlənmə hadisələri baş verdi. Dünya elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda nitratların insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik olması hamıya məlumdur.

1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə nitritlərə kimi bərpa olunur, bu da qanın hemoqlabini ilə qarşılıqlı əlaqəyə girərək, ondakı ikivalentli dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində methemoqlobin maddəsi əmələ gəlir. Onun oksigenə dözümü olmadığından orqanizmin hüceyrə və toxumalarının normal tənəffüsü pozulur (toxuma hipoksiyası), nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı kəskin azalır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir, 20- 50% olduqda bu xəstəlik kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun itirilməsi müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi ölümlə nəticələnir.

2. Nitratlar xüsusən südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda ferment əsası natamamdır və methemoqlobinin hemoqlobinə bərpa olunması zəif gedir.

3. Nitratlar patogen (zərərli) bağırsaq mikroflorasının inkişafına səbəb olur, bu isə insan orqanizminə zəhərli maddələr – toksinlər ayırır, nəticədə toksikasiya, yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla zəhərlənmənin əsas əlamətləri bunlardır:


  • dırnaq, üz, dodaq və görünən selikli qişaların göyərməsi;

  • ürək bulanması, qusma, qarında ağrı;

  • ishal (çox vaxt qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması;

  • baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin azalması;

  • təngənəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər);

  • çox zəhərləndikdə ölümlə nəticələnir.

4. Nitratlar, bir çox fermentlərin tərkibində olan, hormonları stimullaşdıran və maddələr mübadiləsinin bütün növlərinə təsir göstərən vitaminlərin miqdarını qidada azaldır.

5. Nitratlar uzun müddət insan orqanizminə daxil olduqda (hətta kiçik dozalarda), yodun miqdarını azaldır və qalxanvari vəzin böyüməsinə səbəb olur.



6. Nitratların mədə-bağırsaq yollarında xərçəng şişlərinin əmələ gəlməsinə yüksək dərəcədə təsir göstərməsi müəyyən edilmişdir.

7. Nitratlar damarların kəskin genişlənməsinə səbəb olur, nəticədə qan təzyiqi aşağı düşür. Qeyd etmək lazımdır ki, nitratların özü deyil, müəyyən şəraitdə çevrildikləri nitritlər insan orqanizminə zərər yetirir. Çilidə mədədə xərçəng xəstəliklərinin digər regionlarla müqayisədə çox olmasını, bu ölkənin torpağında təbii nitratların yüksək olması ilə də izah edirlər. Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmələrə, daha çox nitroaminlərə də çevrilir. Nitroaminlər bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur və onkoloji xəstəliklərin 70-80%-i onunla əlaqədardır. İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür; 500 mq – yol verilən doza hesab olunur; gündə 600 mq böyük adamlar üçün toksik təsir göstərir, südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə səbəb ola bilər. Orqanizmə daxil olan nitratların miqdarını qiymətləndirərək, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ürəkdamar və onkoloji xəstəliklərin profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən istifadə olunmasını tövsiyə edir. Nitratların insan orqanizminə daxil olma yolları İnsan orqanizminə nitratlar müxtəlif yollarla düşür: 1) Qida məhsulları ilə: a) bitki mənşəli; b) heyvan mənşəli; 2) İçməli su ilə; 3) Dərman preparatları ilə. İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə nitratların gündəlik miqdarının 40- 80%-i daxil olur. Nitratlar az miqdarda çörək-bulka məmulatları və meyvələr vasitəsilə insan orqanizminə düşür; süd məhsullarının payına isə 1% (10-100 mq/l) düşür. Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi zamanı əmələ gələ bilər. Nitratlar insan orqanizminə həmçinin su ilə də daxil olur, bu isə insanın normal həyatı üçün əsas şərait sayılır. Mövcud xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın ömrünü 30% qısaldır. ÜST-nin məlumatına əsasən bu səbəbdən Yer üzərində 2 mlrd.-dan artıq adam xəstələnir, onlardan 3,5 milyonu dünyasını dəyişir (onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı içməli sularda 200 mq/l nitratlar olur, bu isə artezian quyularının suyundakından xeyli azdır. Yeraltı sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə (nitrat, ammonium) və bu gübrələri istehsal edən kimyəvi müəssisələrin tullantıları ilə daxil olur. Nitratlar qrunt sularının, həm də artezian quyularının sularının tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində nitratların miqdarı 20 mq/l, kənd yerlərinin adamlarınınkında isə 20-80 mq/l olur. Heyvan qidasında (məhsulunda) da nitratlar mövcuddur. Balıq və ət məhsullarının təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 mq/kq, balıqda – 2-15 mq/kq) olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə onlara (əsasən kolbas məmulatları) nitrat və nitritlər əlavə edilir. Alabişmiş hisə verilmiş kolbasda nitritlərin miqdarı 150 mq/kq, bişirilmiş kolbasda isə 50-60 mq/kq təşkil edir. İnsanın orqanizminə nitratlar həmçinin tütün vasitəsilə daxil olur. Bəzi tütün sortlarının 100 qram quru maddəsinə 500 mq nitrat düşür. Bitkilərdə nitratların miqdarı və toplanması Bitkilərdə nitratların mövcudluğu normal hadisədir, lakin onların izafi miqdarda olması arzu olunmazdır, belə ki, yuxarıda qeyd edildiyi kimi nitratlar insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik281 dir. Nitratlar əsasən köklərdə, kökümeyvələrdə, budaqlarda, tumurcuqlarda, iri damarlı yarpaqlarda toplanır, meyvələrdə isə onların miqdarı az olur. Nitratlar yetişməmiş meyvələrdə yetişmişlərə nisbətən çox olur. Müxtəlif kənd təsərrüfatı bitkilərində nitratlar ən çox kahı (xüsusən istixanada becərilən), turp, cəfəri, yeməli çuğundur, kələm, yer kökü və şüyüdün tərkibində olur. Bütün tərəvəz və meyvələrdə nitratlar ən çox onların qabığında olur. Tərəvəz, meyvə və toxumlar nitratları toplamağına görə üç qrupa bölünür:

1) Yüksək miqdarda (5000 mq/kq yaş kütlə): kahı, keşniş, çuğundur, şüyüd, yarpaq kələm, turp, yaşıl soğan, yemiş, qarpız;

2) Orta miqdarda (300-600 mq/kq yaş kütlə): gül kələm, balqabaq, yerkökü, xiyar, qatıqotu;

3) Aşağı miqdar (10-80 mq/kq yaş kütlə : noxud, turşəng, kartof, pomidor, meyvə və giləmeyvələr, lobya, şalğamaoxşar soğan.



Mineral gübrələr üzvi gübrələrlə əvəz olunduqda (peyin, torf və b.) bitkilərdə nitratların miqdarı azalır, bu gübrələr tədricən parçalanaraq, bitki tərəfindən mənimsənilir. Üzvi gübrələr kələm, kök, çuğundur, cəfəri, kartof və keşnişə müsbət təsir göstərir. Kimyəvi gübrələrdən səmərəsiz istifadə olunduqda onların yüksək dozası nitratların yüksək miqdarda (xüsusən yeyilən kökümeyvəlilərdə) toplanmasına səbəb olur. Ammonium gübrələri ilə müqayisədə nitrat gübrələrindən istifadə edildikdə nitratların miqdarı daha çox artır. Bitkilərdə nitratların miqdarı torpağın xassələrindən də asılıdır. Torpaq humusla və ümumi azotla nə qədər çox zəngin olarsa, o qədər d ə çox kökümeyvəlilərdə nitratlar toplanar.
Yüklə 32,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin