Nitrat turşusunun istehsal üsulları: Nitrat turşusu sənayedə üç üsulla istehsal olunur: 1. Sulfat üsulu; 2. Ammonyakın katalitik oksidləşməsi üsulu; 3. Qövs üsulu. 1. Sulfat üsulu ilə nitrat turşusunun alınması – Bu üsulla nitrat turşusu almaq üçün natrium şorası (NaNO3) qatı sulfat turşusu ilə çuqundan hazırlanmış retortlarda qarışdırılaraq qızdırılır. Alınan nitrat turşusu buxarları soyuduculardankeçdikdə mayeləşir və qəbuledicilərə toplanır. Reaksiya aşağıdakı tənlik üzrə gedir:
2NaNO3 H2SO4 Na2SO4 2HNO3
Alınan turşunun qatılığı 96 – 98% olur. Bu üsulla alınan turşu təmiz olur. Lakin natrium şorasının ehtiyat mənbələrinin məhdudluğunu və sənayenin əksər sahələrində tətbiq olunan sulfat turşusunun çox işləndiyini nəzərə alaraq XX əsrin əvvəllərindən başlayaraq bu üsulla nitrat turşusu almırlar.
Dostları ilə paylaş: |