Sərbəst iş - Bədən tərbiyəsi və idmanın idarə edilməsinin təşkili. İdarəetmədə menecmentin funksiyaları.
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı ölkədə fəaliyyət göstərən bütün dövlət orqanları və ictimai təşkilatların ən vacib vəzifələrindən biridir. Xalqın sosial inkişafının bə mədəniyyətinin ən əsas sahələrindən olan bədən tərbiyəsi və idmana ciddi münasibət bəsləyən, böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının sabiq prezidenti, ulu öndərimiz Heydər Əliyev cənabları idman ictimaiyyəti ilə görüşlərində bu sahənin insanlar və dövlətimiz üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulayaraq deyirdi: ‘’Bədən tərbiyəsi bə idman xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sahədir. Dünyada bədən tərbiyəsi bə idmanın müasir səbiyyədə inkişaf etdiyi bir döbrdə Azərbaycanda idmanın, bədən tərbiyəsinin kütləbi surətdə inkişaf etməsinə ciddi fikir berməliyik. Bu, bizim bəzifəmizdir, borcumuzdur’’
Bədən tərbiyəsi hərəkatının idarə olunması xalqın maraqları və dövlətin siyasətinə uyğun olaraq bədən tərbiyəsi və idmanın inkişaf prosesinin bütövlükdə elmi əsaslarla idarə olunması kimi başa düşülməlidir. Bədən tərbiyəsi və idman müxtəlif elmlərin təhlil obyekti olan çox mürəkkəb sosial bir sahədir.
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə olaraq 1997-ci ildə ‘’Bədən tərbiyəsi və idman haqqında’’ Qanun təsdiq edilmişdir. Lakin zaman göstərdi ki, tələsik hazırlanan qanunda bir çox sahələr və mövcud işlər nəzərə alınmamışdır. Onun üçün 2009-cu ildə yeni “Bədən tərbiyəsi və idman haqqında” Qanun təsdiq edildi. Bu qanun 12 fəsil və 63 maddədən ibarətdir.
Bədən tərbiyəsi və idman dövlət tərəfindən idarə olunan bir obyekt kimi hansı prinsipləri ilə xarakterizə olunur. Ümumiyyətlə qeyd edildiyi kimi bədən tərbiyəsi və idman bir çox elm sahəsi kimi mürəkkəb sistemli təhlil obyektidir. Bədən tərbiyəsi nəzəriyyəsinə aid elmi ədəbiyyat və dərsliklərdə bədən tərbiyəsi anlayışı həm dar, həm də geniş mənada işlədilir. Bədən tərbiyəsi və idman dar (məhdud) mənada insan mədəniyyətinin bir hissəsi olmaqla, hərəkət fəaliyyətindən səmərəli istifadə edərək fiziki təkmilləşmə keyfiyyətlərinin inkişaf etdirilməsidir.