SəRBƏst iŞİ MÜƏLLİM: T. F. D., Dos. V. MƏMMƏdov baki-2021 qarabağ xanliğI. MƏLİKLİKLƏRİn seperatçiliğina qarşi mübariZƏ



Yüklə 29,22 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü29,22 Kb.
#42005
1   2   3   4   5
tarix

5. Məlikliklərlə mübarizə.

 Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin po­zu­cu­luq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. 

Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nə­sillər əslən Qarabağdan deyildilər. Gəlmə məliklər Qarabağda mahal başçılığını ələ ke­çirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir­-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları sə­viy­yə­sin­dən yuxarı qalxa bilməmişdilər. Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövr­də onların Qarabağda kökü yoxdur. Məliklər Qarabağda feodal dağınıqlığının güc­lən­mə­sini istəyən qüvvələri təmsil edirdilər.

Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mər­kəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun hə­yata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vu­rur­du. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün gö­rü­lən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsd­lə­rə qarşı mübarizə idi.

 Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şah­nəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə ni­zama salındı.

 Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın ha­ki­miy­yə­tini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sür­dü.

Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi. Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gü­lüs­tan­lı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı və­tən­sevər qüvvələr birliyinə qoşuldular.

 Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim ol­du, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

 İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya döv­ləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azər­baycan ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özü­nə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik ba­carığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında on­ların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

 Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına gö­rə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohan­nes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.

 Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qa­rabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus pol­kov­niki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı «xaç yü­rüşü»nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Ru­si­ya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu «xaç yürüşü» baş tutmadı. İb­ra­him xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi. M. Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2014.

2. Azərbaycan tarixi. İ.Məmmədovun redaktorluğu ilə. Bakı, 2005.

3. İ.Nuriyeva. Azərbaycan tarixi. Ən qədim zamanlardan XXI əsrin əvvəlinədək. Bakı, 2015.



4. Q.Cəbiyev,S.Allahverdiyev. Azərbaycan tarixi. Bakı, 2017.

5. Y. Yusufov, Z.Bünyadov. Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək. Bakı, 2007.
Yüklə 29,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin