Sərbəst işin növünün adı: Esse Mövzusu: Cek Londonun “Martin Eden” romanında obrazların təhlili Təhsilin səviyyəsi: Bakalavriat



Yüklə 28,54 Kb.
tarix02.01.2022
ölçüsü28,54 Kb.
#38563
fehmi plan (1)


Bakı Avrasiya Universiteti



Fənnin adı : Dünya Ədəbiyyatı 42

Sərbəst işin növünün adı: Esse

Mövzusu: Cek Londonun “Martin Eden” romanında

obrazların təhlili

Təhsilin səviyyəsi: Bakalavriat

Təhsilalan: Ələkbərli Gülarə Firudin

Qrup: B02AZE19/01

Müəllim (sərbəst işin növünün rəhbəri): Günel Şıxəliyeva

BAKI-2021

Cek Londonun “Martin Eden” romanında obrazların təhlili

Görkəmli amerika yazıçısı Cek london 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.

Ədəbiyyatla ciddi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır. Martin İden romanını isə 1909-cu ildə yazmışdır.

İki yol ayrıcında depressiya durursa, ayrılan yolun birinin suisidə aparma ehtimalı nə qədər yüksək olsa belə, nəzərə almaq  lazımdır ki , əvvəlki aktiv həyata dönüş kimi ikinci yol da mövcuddur. Bəs o zaman digər ürəkaçmayan statik göstəricilər siyahısına artmaqla olan intihar cəhdlərinin qoşulmasının, hər il dünyada 1 000 000 insanın suisidə cəhd etməsinin səbəbi nədir ? Psixoloji problemlər, anlaşılmazlıqlar, sosial vəziyyət, uğursuzluqlar? Ya bəlkə gənc yaşda qazanılmış baş gicəlləndirən böyük zəfər? Formalaşmış dominant  “İntihar edənlər zəif, iradəsiz insanlardır.”  fikri bütün hallardamı keçərlidir?

Martin gənc dənizçidi. İşləməklə bir o qədər də arası olmayan bu gənc daim macəra axtarışındadı.

Günlərini gəmilər və meyxanələrdə keçirən dənizçi Martin İden tez-tez küçə davalarının iştirakçısı olurdu. Belə qarşıdurmaların birində Martin Artur adlı zəngin birinin həyatını xilas edir. Artura sataşan küçə avaralarını yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Burada Martin Arturun bacısı Ruf ilə tanış olur. O, Rufu görür və uzun illər axtardığı qadını tapdığını düşünür.

Martinin həyatı bu tanışlıqdan sonra dəyişməyə başlayır. O, Rufa aşiq olur. Arturun bacısı olan gənc qız ziyalı və olduqca bilikli idi. Bununla yanaşı mədəni davranışları ilə diqqət çəkən Rufu əldə etmək Martin üçün elə də asan olmayacaqdı. Bu səbəbdən Martin özünü inkişaf etdirməyə başlayır və ən az Ruf qədər ziyalı olmağı qarşısına məqsəd kimi qoyur. O andan etibarən yazar olmağı seçən Martin, bəlkə də, artıq Rufla evlənəcəyini də xayəl edirdi. O bu xəyalın gerçəkləşməsinin nə qədər çətin olduğunu və bu istəyin arasında böyük uçurumun olduğunu görürdü.

Martin bu məqsədlə həyatında əməlli dəyişiklərə əl atır. Tüfeyli həyat tərzindən əl çəkərək filosofların düşüncə dünyasına səyahətə başlayır. Yazar olmağı qərara alır.

Fəqət Martinin Rufa olan sevgisi onu hələ istənilən pilləyə yüksəltməmişdi. Üstəlik, Ruf onun əzmini və bacarıqlarını bilməsinə rəğmən ona inanmaqda çətinlik çəkirdi və Martinə davamlı iş axtarmasını tövsiyə edirdi. Bundan başqa, artıq yazarlıqda qərarlaşan Martinin heç bir yazısı uğur qazanmır və yayımlanmırdı. Ruf Martinin yazılarının bəyənilməməsini onun bir o qədər də istedadlı olmamasına bağlayırdı. Buna baxmayaraq, Ruf ona dərs verir və özünü inkişaf etdirməkdə köməkliyini əsirgəmirdi.

Martin nə qədər çalışsa da özünün gənclik dövründən qalan davranış və adətlərini, bir sözlə, içindəki çılğın Martini məhv edə bilmirdi. Özünü doğru ifadə etməyi, daha doğrusu, insanların düzgün anlaya biləcəyi kimi ifadə etməyi hələ öyrənə bilməmişdi. Bir mübahisədən sonra sadə jurnalist ona sosialist damğası vurulur.

Martini  iradəsiz adlandırmaq olardımı? O Martini ki qısa bir müddətdə çalışqanlığı, əzmi, istedadı sayəsində cəmiyyətin aşağı  təbəqəsindən yüksək burjuaların səviyyəsinə qalxmağı bacarır. 21 yaşlı, savadsız matrosdan dövrünün ən məşhur yazıçısına çevrilir. Lakin bütün bunlar keçmiş cənnnətini birdəfəlik itirmiş, yeni dünyasında isə cənnəti tapa bilməyən Martinin içindəki yaranmış nəhəng boşluğu doldura bilmir. Yüksək məntiq və dərin düşüncəsi Martin ilə dənizçi dostları arasında “uçurum” yaradır. Çevrəsindəkilərin ona olan hörməti isə yalnız bank hesabındakı məbləğ artdıqca artır. Cəmiyyətin yüksək təbəqəsi öz timsalında  hər parıldayanın qızıl olmaması həqiqətini Martinin gözləri önünə sərir. 

Dərgilər və qəzetlər Martinin yazılarını hələ də yayımlamırdı. Bu da Martini Rufdan uzaqlaşdırırdı. Çünki Ruf üçün ən önəmli şey uğurdu. Martin isə hələki yalnız uğursuzluqla üzləşirdi. Rufdan ayrılan Martin Lizzi Konnoli adlı qızla dostluq etməyə başlayır. Lizzi Martini çox sevir və onun üçün canından keçməyə də hazır idi. Martin üçün isə bu önəmli deyildi və onun fikri yalnız Ruf idi. Bunu Lizzinin özünə də bildirmişdi.

Martin İden bütün bu uğursuzluqlarının səbəbini anlayır. O, bu qədər zaman ərzində oxuduğu, öyrəndiyi insanların əslində savadsız və göründüyü qədər də ziyalı olmayan insanlar olduğunu anlayır. Onun ətrafı ədəbiyyat bilməyən ədəbiyyatçılarla, həndəsə bilməyən mühəndislərlə dolu idi. Martin bundan sonra dənizçi və səfillik illərində öyrəndiyi bilgiləri əslində savadsız olan insanlardan qavradığı informasiyalarla sintezləyərək əslində həqiqətin nə olduğunu anlamağa başlayır və bu tip insanlara qarşı mübarizə aparmağa başlayır.

Gəmiçilik işini buraxaraq özünü tamamən yazarlığa həsr etmişdi. Ən gözəl yazılarından hesab etdiyi əsərlərini qəzet redaksiyalarına yollayır və yenə də əvvəlki uğursuzluqla qarşılaşırdı. Tamamən ac duruma düşən Martin digər insanlara möhtac duruma düşmüşdü. Bu hadisələr Lizzi ilə Martinin ayrılmasına da səbəb olmuşdu.

Martin bütün bunlara rəğmən yazı yazmağa davam edirdi. Göndərdiyi yazılar yenə geri çevrilirdi. Fəqət heç gözləmədiyi anda yazıları qəbul edilməyə başlayır. Ardıcıl uğurlar qazanmağa başlayır.

Nəhayət, Martinin böyük bir yazar olduğu ortaya çıxır. Dostunun yardımı ilə Martinin əsərləri tanınmaya və daha çox satılmağa başlayır. Martin artıq məhşur bir yazara çevrilir və zəngin bir insan durumuna gəlir. Ziyalı və savadlı insan kimi hər kəs tərəfindən tanınan hazırki Martin ilə dənizçi və tüfeyli həyat sürən gənc arasında olduqca böyük fərq vardı.

Bütün bunlardan sonra Ruf Martini geri istəyir. Martin İden artıq məhşur insan olmuşdu. O, Rufun ürəyini fəth etmiş və onun idealına çevirmişdi. Fəqət Martinin Rufa qarşı münasibəti əvvəlki kimi deyildi...

Bu ərəfədə Martinin məhşurlaşmasında böyük rol oynamış dostunun intiharı ona çox təsir edir. Bu hadisənin martinə vurduğu yara uzun müddət sağalmır. Üstəlik insanların münasibəti onu həyatdan soyudurdu. Belə ki, məhşur olduqdan sonra hər kəs Martinə qarşı fərqli davranırdı. Tanışlarının və ətrafının ikinci üzü ortaya çıxmışdı. Aralarında ciddi dava olan şəxslər belə onu nahara dəvət edirdi. Əvvəllər Martinə heç üz verməyən insanlar artıq ona yarınmağa başlamışdı. Aclıqdan öldüyü vaxtlarda ona fikir verməyən insanların hazırki davranışları Martini həyatdan iyrəndirirdi.

Yazarlıqdan əl çəkən Martinin əvvəllər yazdığı, amma çap olunmayan əsərləri də yayılma və satılmağa başlayır. Var dövlətinin bir qismini ailəsi üzvlərinə, qonşularına, köhnə dostları Co və Lizziyə xərcləyir. Və cənuba getmək üçün sonuncu dəfə gəmiyə minir. Gəmidə sıxıldığı üçün kitab oxumağa başlayır. Kitabda oxuduğu bu misralar onu intihara sövq edir: “Heç bir yaşamın sonsuz olmadığı, Ölülərin əsla dirilmədiyi”.

Onun üçün artıq zəngin və məhşur olmağın heç bir önəmi yoxdu. Həyatda əsl sevgi olmadan yaşamağın bir mənasının olmadığını düşünür. Bunun məntiqi nəticəsi kimi özünü dənizə atır. Ciyərlərini nəfəslə doldurub gedə bildiyi qədər dərinə üzür. Dərinə getdikcə təzyiqdən qulaqları partlayır, yuxarıya üzmək üçün cəhd göstərsə də artıq ölmək üzrədir.

    Martin düşünür ki, əslində “qara camaat”  onun əsərləri ilə nə ifadə etmək istədiyi anlamır, sadəcə  qısa bir müddətdə yazdığı çoxsaylı əsərlər onların diqqətini çəkməyi bacarıb. O, özü  də bir vaxtlar Kiplinqin yaşadığı acı taleyə məhkumdur.

Bütün bunlar Martinin bu vaxta qədər həyatının hərəkətverici qüvvələrinin sadəcə boş xülya olduğunu düşünməsinə, özünə inamının itməsinə səbəb olur. Baş verən bu psixoloji böhran dövründə məyusluq fırtınasına qərq olmuş Martin həyatın sıxıcı olduğu qənaətinə  gəlir. O, məqsədini itirmişdi. ”Həyata can atmayan insan ölüm yolları axtarır”.  Suinbernin şeirlərini oxuduqdan sonra o, çıxış yolunu intiharda görür. “Həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır.”

İntihara cəhdin son anında bəşəriyyətlə bir doğulmuş özünümüdafiə instinkti zəfər çalır, yaşamaq eşqi Martinin də ruhun  hakim kəsilir. O, iradəsindən asılı olmayaraq xilas olmağa can atır, lakin bunu istehza ilə qəbul edərək , “Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm  iradəm var.” deyə düşünür və özünü iradəsinin ağlasığmaz gücü bahasına daha dərinə dalmağa məcbur edir. O, həyat eşqini aldatmışdı.



Martin iradəsiz deyildi. Freyd deyirdi ki, ”İnstinkt məğlubedilməzdir.”, lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd  bir şəxs kimi Martinin  davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. İradəsini özünü məhv etməyə yox, yaşamaq uğrunda mübarizəyə həsr etmək  idi, ən gözəl çıxış yolu ki, Martin ən asan yolu seçdi.

Bəzən mübarizə sadəcə zamana zaman verməkdir ki, həyat yenidən öz axarı və əlvanlığı ilə davam etsin. 
Yüklə 28,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin