Maddə 12. Fövqəladə tədbirlər
1. Razılaşmış tərəflərin xüsusi şəraitlərə görə məcburən tətbiq edə biləcəyi
fövqəladə tədbirlər, bu tətbiqin həyata keçməsi üçün şərait yaradan səbəblərə
uyğun olmalı və onların tətbiqi bu səbəblər aradan qaldırıldıqdan sonra
dayandırılmalı və ləğv olunmalıdır.
2. Razılaşmış tərəflər, bu tədbirlərin səmərəliliyinə zərər dəyməyən bütün
hallarda, həmin tədbirlər haqqında müvafiq müddəalar nəşr edir.
Maddə 13. Əlavələr
1. Bu Konvensiyaya əlavələr, həmin Konvensiyanın ayrılmaz hissəsidir.
2. Nəzarətin digər növlərinə aid yeni əlavələr, aşağıda 22—24-cü
maddələrdə müəyyən edilən prosedurlara uyğun olaraq bu konvensiyaya
daxil edilə bilər.
Maddə 14. Digər müqavilələrə münasibət
Bu Konvensiya 6-cı maddənin müddəalarına heç bir ziyan vurmadan,
özünün Razılaşmış tərəflərinin, bu Konvensiyanın Razılaşmış tərəfi
olmamışdan əvvəl imzaladıqları müqavilələrdən irəli gələn hüquq və
öhdəliklərinə təsir göstərmir.
Maddə 15
Bu Konvensiya iki və ya daha artıq Razılaşmış tərəfin bir-birinə vermək
istədiyi daha geniş imtiyazların tətbiqinə mane olmur və 16-cı maddədə
göstərilən, bu Konvensiyadan irəli gələn imtiyazların həcmini heç bir vəchlə
azaltmamaq şərtilə, öz qanunvericiliyini daxili sərhədlərində nəzarətə cəlb
etmək üçün Razılaşmış tərəflər olan, iqtisadi inteqrasiya sahəsində region
təşkilatlarının hüquqlarını tapdalamır.
Dostları ilə paylaş: |