ŞƏR’İ suallara cavab



Yüklə 1.78 Mb.
səhifə2/43
tarix22.05.2017
ölçüsü1.78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   43

Ə’LƏM MÜCTƏHİDƏ TƏQLİD


Sual 16. Mərcəyi təqliddə ə’ləm olmaq şərtdirmi?

Cavab: Bəli, şərtdir.

Sual 17. Ə’ləm müctəhidin fətvası bir məsələdə (aydın olmasa), ə’ləm olmayan müctəhidə müraciət etmək olarmı?

Cavab: Əgər ə’ləm müctəhidin fətvasını ələ gətirmək mümkün deyilsə, ehtiyat etmək lazımdır.

Sual 18. Əgər iki müctəhiddən hansı birinin ə’ləm olması mə’lum olmasa vəzifə nədir?

Cavab: Gərək ə’ləm olması ehtimal verilənin fətvasına əməl etsin.

Sual 19. İki müctəhidin ə’ləm olmasını xəbər verən Əhli-Xibrənin şəhadəti bir-birinin əksinə olarsa vəzifə nədir?

Cavab: Verilən suala əsasən, müqəllid ixtiyar sahibidir və hər birindən istəsə təqlid edə bilər.

20. Ə’ləm müctəhiddən təqlid etmək vacibdirmi? Vacib olan surətdə fiqhdə ə’ləm olması əsasdır və ya zəmanə və hadisələrlə tanışlığı da şərtdir?

Cavab: Ə’ləmdən təqlid etmək vacibdir. Ə’ləmiyyətdən məqsəd İlahi hökmlərin mö’təbər mənbələrdən istinbatında daha kamil bacarığın və daha çox mə’lumat və biliyin olmasıdır.

Sual 21. Bir müctəhidin müqəllidi onun göstərişlərinə əməl etdikdən sonra başa düşmüşdür ki, onun elm və ədaləti digər müctəhidlərdən azdır. Onun keçmiş əməllərinin hökmü nədir?

Cavab: Əgər birinci seçimdə şər’i qaydalara riayət edilibsə, onun keçmiş əməlləri səhihdir.

Sual 22. Ə’ləm olmayan müctəhid öz nəzərlərinə əməl edə bilərmi, ya gərəg ə’ləmdən təqlid etsin?

Cavab: Müctəhid olan hər bir kəsin, istər ə’ləm olsun, istər qeyri ə’ləm, digər müctəhiddən təqlid etməsi düzgün deyildir.

Sual 23. Müctəhid olmayan şəxs Üsuli-Kafi və başqa mö’təbər kitablarda nəql olunan rəvayətlərə əməl edə bilərmi? (Yaxud, camata oxumaqla onların da əməl etməsini söyləyə bilərmi?)

Cavab: Əgər mükəlləf insan ehtiyata əməl etmək istəməsə, ya gərək müctəhid olsun və ya öz ictihadına uyğun əməl etsin, yaxud da Camiuş-şərait müctəhiddən təqlid etsin.

Sual 24. Əgər insan təqlid etdiyi müctəhidin ölümündən sonra onun axır vaxtlarına kimi mərcəiyyət şəraitində qalıb-qalmamasında şəkk etsə, onun təqlidində qala bilərmi?

Cavab: Bəli, onun təqlidində qala bilər.

Sual 25. Təqlid etdiyi müctəhidi dünyadan getmiş bir şəxs başqa diri müctəhidə müraciət etmişdir. Onun yenidən həmən müctəhidə qayıdıb təqlid etməsi caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual 26. Bir şəxs əvvəllər Həzrət İmam Xomeynidən (r) təqlid etmiş, sonra sizə müraciət etmişdir. Təkrar olaraq bə’zi məsələlərdə (məs. hədiyyəyə xumsun vacib olmaması kimi ) o mərhuma müraciət etmək caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual 27. Mərhum Ayətullah Xoinin (r) zamanında işi səfər etməkdən ibarət olan bir şəxs əslən namaz qılmamışdır. İndi tövbə etmiş və namazlarını qəza etmək istəyir. Onları qəsr şəklində qəza etsin, ya tamam?

Cavab: Əgər onun təqlidində qalıbsa, öz namazlarını kamil surətdə qəza etsin. Amma əgər digər bir müctehidə təqlid edirsə, onun fətvalarına uyğun əməl etsin.

Diri müctəhiddən başqa diri müctəhidə keçmək


Sual 28. Bir müctəhidə təqlid etdikdən sonra digərinin ə’ləm olması mə’lum olsa, ona müraciət etmək olarmı?

Cavab: Ə’ləm olana müraciət etmək lazımdır.

Sual 29. Mərhum Ayətullah Ərakinin (r) vəfatından sonra bir şəxs əməllərini təqlidsiz yerinə yetirməsin deyə, tədqiq etmədən bir müctəhiddən təqlid etmişdir. İndi digər bir müctəhidə müraciət edə bilərmi?

Cavab: Əgər mərcəiyyət şəraiti onda mövcud olmasa, üdul etməsi (dəyişməsi) lazımdır.

Sual 30. Əhli-xibrə olması mə’lum olmayan iki adil şəxsin sözünə əsasən, bir nəfər bir müctəhidə müraciət etmişdir. Bu kimi müraciət səhihdirmi?

Cavab: Əgər Əhli-xibrə olmasa, onların şəhadətinin e’tibarı yoxdur.

Ölü müctəhidin təqlidində qalmaq


Sual 31. Mərhum Ayətullah Ərakinin (r) vaxtı zamanı ondan təqlid etmək istəyirdim və özümü onun müqəllidi bilirdim. Amma onun fətvasını öyrənməyib ehtiyata uyğun əməl edirdim, bu surətdə onun təqlidində qalmağın hökmü nədir?

Cavab: Verilən suala əsasən onun təqlidində qalmaq caiz deyildir. Çünki, ondan təqlid etmək ölü müctəhiddən təqlidə başlamaq hesab olacaqdır.

Sual 32. Mən Həzrət İmam Xomeyninin (r) vəfatından sonra bir çox məsələlərdə Ayətullah Ərakiyə müraciət etmişəm. O məsələlərdə onun fətvasında qala bilərəmmi?

Cavab: Əgər İmamın ə’ləm olması sizin üçün sabit olubsa, gərək bütün məsələlərdə onun təqlidində qalasınız.

Sual 33. Ölü müctəhidin təqlidində qalmaq düzgündürmü? Diri müctəhidə keçmək olar, ya yox?

Cavab: Bütün məsələlərdə (hətta əməl etmədiyi məsələlərdə belə,) ölü müctəhidin təqlidində qalmaq caizdir. Ölü müctəhidin diri müctəhiddən ə’ləm olması fərz olunsa, onun təqlidində qalmaq vacibdir.

Sual 34. Sizin fətvanıza əsasən İmam Xomeyninin (r) təqlidində qalan şəxslər bə’zi məsələlərdə sizdən (yə’ni F. Lənkəranidən) təqlid edə bilərlərmi?

Cavab: Əgər İmam Xomeyninin (r) ə’ləm olması sizin e’tiqadınıza görə mənə nisbətdə sabit olmasa maneəsi yoxdur

Sual 35. Mən əvvəl Həzrət İmam Xomeyni (r) sonra Həzrəti Ayətullah Gülpayqani (r) və daha sonra Həzrət Ayətullah Ərakidən (r) təqlid etmişəm. İndi onlardan hər hansı birinin təqlidində qala bilərəmmi?

Cavab: Qala bilərsiniz və o üç böyük şəxsiyyətdən hər hansı birini ə’ləm bilsəniz, onun təqlidində qalmağınız lazımdır.



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə