Yük lebyodkaları yük oxlarının işlərini təmin edir və həmçinin yanalma əməliyyatlarında lyukların qabaqlarının açılıb-bağlanmasında və başqa gəmi işlərində istifadə olunur. Lebyodkaların adi yükqaldırması 5-6t, bəzən 10t-a qədər olur, böyük dartılma qüvvəsi lazım olarsa talilərdən istifadə olunur. Lebyodkalar elektrik, buxarla işləyən və hidravlik olurlar.
Elektrik lebyodkası(şək.65) yük və köməkçi barabanlardan, dişli reduktordan və ötürücü elektromotordan ibarətdir.
Şəkil 65. Elektrik yük lebedkası: a-ümumi görünüş; b-sxema: 1-köməkçi baraban (turaçka); 2-əl tormozu; 3-yük barabanı; 4-yük barabanının muftası; 5-reduktor; 6,8-valda sərbəst oturan dişli çarxlar; 7-ötürücülərin dəyişməsinin muftası; 9-elektromaqnit tormozu; 10-kontrolçu; 11-elektrik mühərriki
Yük barabanında şkentel bərkidilir. Baraban valın üstündə sərbəst oturur və mufta 4 ilə ona bərkidilir. Barabanı valdan açarkən onu saxlamaq üçün əl ötürücülü lentli tormozdan 2 istifadə olunur. Köməkçi baraban(турачка) 1 valın üstündə möhkəm oturur.
O yanalma prosesiyalarında, oxların qaldırılıb və endirilməsində, yük qabaqlarının açılıb və bağlanmasında və s. istifadə olunur.
Dişli reduktor 5 verilən dövrələrin sayının azalmasının əvəzinə barabanlarda qüvvəni artırmaq üçün istifadə olunur. Bu reduktor lebyodkanın iki sürət rejimində işləməyinə imkan yaradır. Bunun üçün reduktorun dişli çarxları 6 və 8 valın üstündə sərbəst qoyulur və mufta 7 ilə ona bağlana bilərlər. Əgər qaldırılan yükün kütləsi 2t-dan artıq olmazsa, o zaman dişli çarxı 8 ilə işə salırlar və yük barabanı 3 böyük sürətlə fırlanır. Lakin daha da ağır yükləri qaldırmaq tələb olunursa o zaman dişli çarxı 6 ilə işə salırlar, baraban ağır-ağır fırlanır və qüvvəni 6t-a qədər artırır.
Lebyodkanın elektromotoru sabit və yaxud dəyişən cərəyanla işləyir; motorun idarəsi onun yanında qoyulmuş kontrolçunun 10 köməyi ilə həyata keçirilir.
Motorun valına cərəyan kəsiləndə lebyodkanı avtomatik olaraq tormozlayan elektromaqnit tormozun 9 qoyulması nəzərdə tutulur. Elektrik lebyodkaları əlverişlidir, idarə olunması sadədir və böyük qulluq tələb etmirlər, ona görə də gəmilərdə geniş istifadə olunurlar.