Şəkil 56. Elektriklə işləyən yanalma şpili: 1-elektrik mühərriki;
2-elektrik mühərrikinin valı; 3-mufta; 4- reduktorun valı;
5-reduktor; 6-yanalma barabanı; 7-zolaqlar
Şpilin əsas valı vertikal vəziyyətdə olur, onun yuxarı ucunda göyərtədən yuxarı şvartov barabanı qoyulur. Şpilin lentli stoporu olur.
Bəzən gəminin kormasında yanalmanı təmin etmək üçün lövbər şpillərinin əvəzinə yanalma şpilləri qoyulur. Onların lövbər şpillərindən fərqi zəncir barabanının olmamasıdır. Bu şpilin mexanizmi adətən göyərtədə yerləşdirilir, lakin onun altında da qoyula bilər.
Korma göyərtəsində yanalmanı etmək üçün, şpilin əvəzinə yanalma lebyodkasından istifadə etmək olar. Bu lebyodkanın adi lebyodkalardan fərqi uzun valı olmasıdır. Bu valın uclarında şvartovları yığmaq üçün turaçkalar olur. Yanalma əməliyyatsını rahat və tez yerinə yetirmək üçün avtomatik yanalma lebyodkaları hazırlanmışdır (şək.57).
Şəkil 57. Avtomatik yan alma lebyodkası
Avtomatik lebyodkalar, şpillər və braşpillərə nisbətən trosu böyük sürətlə yığır, beləliklə yanalma əməliyyatsının vaxtını azaldır.
Yanalma lebyodkası – şvartov trosları ilə sarınmış barabandır. Onu xüsusi mexanizm hərəkətə gətirir. Lebyodkalar buxarla və elektriklə işləyirlər. Onlar iki rejimdə işləyə bilərlər: əl ilə və avtomatik.
Əl ilə işləyərkən matros trosu çəkib və boşaltmaqla, avtomatik işləyərkən isə lebyodkanın avtomatında trosu lazım olan dartılmada məsələn, 2-dən 4 tona qədər qoyurlar. Trosda təyin olunmuş dartılma kənara çıxsa, lebyodka avtomatik olaraq dartılmanın hansı tərəfə olmasından asılı olaraq trosu çəkir və yaxud boşaldır. Lebyodkanın trosunun uzunluğu barabanın ölçüləri ilə məhdudlandığı üçün belə hadisə ola bilər ki, avtomatik trosun bütün artıq ehtiyyatını boşaldar. Bundan sonra o, trosun dartılma bərkliyindən artıq olan qüvvə ilə barabanı dayandırır və lebyodkanın avtomatik rejimdə işləməsinin dayandırmasını göstərən səs siqnalını işə salır.
Avtomatik lebyodkalarda şpillər və braşpillərə nisbətən trosun yığılmasının böyük sürəti olur. Bununla yanalma əməliyyatının vaxtı azalır.
Dostları ilə paylaş: |