Ümumi məlumatlar. Şlyupkaları suya endirmək və onları borta qaldırmaq üçün şlyupka lebyodkaları ilə təchiz olunmuş şlyupkalardan istifadə edirlər. Xilasedici şlyupkalara xidmət edən şlyupkalar gəminin istənilən borta 15 qədər kren və 10 qədər diferentdə təchizat və insanlarla tam doldurulmuş şlyupkaların tez və təhlükəsiz endirilməsini təmin etməlidir.
Şlyupkalar üç tipdə olurlar: döndərici, içəridöndərici və qravitasiyalı. Onların hamısı qaydaya görə cüt olurlar, yəni hər şlyupka xidmət edir. Döndərici şlyupkalar (şək.73).
Kiçik gəmilərdə kiçik işçi şlyupkalarını endirib və qaldırmaq üçün istifadə olunur. Şlyupkanı xaricə çıxararkən əvvəlcə onu şlyuptalilərin vasitəsilə kiblokların üstünə qaldırırlar; sonra isə şlyupbalkanı oyan-buyana çevirməklə şlyupkanın əvvəlcə karmasını, sonra isə burnunu bortdan kənara çıxarırlar. Balkaları eyni vaxtda döndərmək üçün onların yuxarı ucları toprik vasitəsilə bir-birinə birləşdirilir. Balkaların yellənməməsi ərzində və səfər vəziyyətində olarkən bakştaqların köməyi ilə göyərtəyə bərkidirlər.
Şəkil 73. Döndərici şlyupbalkalar. 1-balka; 2-şlyubtalilərin yuxarı bloku; 3-şlyuptalilərin loparı; 4-musinqli tros; 5-toprik; 6-şlyuptalilərin aşağı bloku; 7-şlyubkanın qaldırıcı qarmağı; 8-standers; 9-kilblok; 10-istiqamətverici blok; 11-bakştaq. Döndərici şlyupkalar şlyupkaları endirib və qaldırmaq üçün böyük vaxt tələb edirlər. Ona görə də onların istifadə olunması məhdudlaşdırılır.
İçəridöndərici (borta almaq) şlyupbalkaları (şək.74). Ağırlığı 2300 kq-dan artıq olmayan xilasedici və işçi şlyupkalarının endirilib və qaldırılması üçün istifadə olunur. Şlyupkalar müxtəlif konstruksiyalı olur, lakin işləmə prinsipi hamısında birdir. Səfər vəziyyətində onlar bir qədər gəminin içərisinə döndərilirlər, lakin şlyupkanı xaricə çıxararkən vintli ötürücü ilə üfüqü ox ətrafında döndərilirlər.
Adi vintli şlyupbalkanın aşağı hissəsi şarnir vasitəsi ilə göyərtəyə bərkidilmişdir, yuxarı hissə isə naxışlı vtulkaya bürülmüş vintə bərkidilmişdir. Vtulka fırlanarkən tutacağın köməyi ilə vint xaricə çıxır və şlyupka döndərilir.