"ŞƏrq-qəRB" baki-2005 Milli Kitabxana



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə1/11
tarix01.06.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

_________________________Milli Kitabxana________________________ 

 
 
 
 

_________________________Milli Kitabxana________________________ 

 
SƏMƏD VURĞUN
 
 
SEÇ LM Ş   
Ə
SƏRLƏR
 
 
 
 
BEŞ   C LDDƏ
 
 
 
II C LD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB"       
 
BAKI-2005
 
 
 

_________________________Milli Kitabxana________________________ 

 
Bu kitab “Saməd Vurğun. Əsərləri. Yeddi cilddə. II cild” 
(Bakı, Elm, 1986) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
Tərtib edəni: 
Aslan Salmansoy
 
 
Redaktoru: 
Aybəniz Vurğunqızı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
894.361 - dc 21
 
AZE 
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, 248 səh. 
Azəbaycan  xalqının  milli-ictimai  düşüncə,  əxlaq  və  mənəviyyat, bədii təfəkkür  ənənəsi  XX 
yüzilin ortalarında öz təkrarsız əksini Səməd Vurğun poeziyasında tapır. Çünki Vurğun ilhamının 
poetik  məcrası,  onun  sənətkar  marağının  bədii  əhatə  dairəsi  ən  geniş  fəlsəfi  miqyasları,  coğrafi 
üfuqləri birləşdirir. 
Dövrün  böyük  poeziyasını  yaradan  Vurğunun  hətta  rəsmi  ideologiya  qəliblərinə  az  və  ya  çox 
dərəcədə uyğun tərənnüm xarakterli şeirləri də yüksək poetik ilhamla və səmimi şair duyğularıyla 
qələmə alınmışdır. 
"Seçilmiş  əsərləri"nin  bu  cildinə  ilhamlı  şairin  1938-1955-ci  illərdə  yazdığı  şeirlər 
toplanmışdır.  Bu  gerçək  poeziya  nümunələri  sovet  hakimiyyəti  dövründə  həqiqi  istedadın  həmişə 
qarşılaşa  bildiyi  böyük  çətinliklərin  uğurlu  bədii  həllinin  birər  örnəkləridir.  Həmin  şeirlərin  hər 
birində  Vurğun  eyni  vaxtda  üç  qatda  –  Azərbaycan,  Dünya  və  Tarix  adlı  üç  məkanda  yaşayan 
filosofdur. 
 
 
 
 
ISBN 9952-418-45-8
 
© "ŞƏRQ-QƏRB", 2005 
 
 

_________________________Milli Kitabxana________________________ 

 
 
 

_________________________Milli Kitabxana________________________ 

 
 
 

_________________________Milli Kitabxana________________________ 

 

_________________________Milli Kitabxana________________________ 

 
             
AŞIQ QARDAŞIMA 
 
Gəl qələm götürüb, qoşa saz tutaq,  
Süsənlər, sünbüllər, güllər bizdədir;  
Gecələr qoynuna ay qonaq gələn  
Sonası çığrışan göllər bizdədir. 
 
Bizim dünyamızda gülür gözəllik,  
Deyir bu mahnım bülbül və kəklik.  
Yazın səhər vaxtı güllük, çiçəklik,  
Ürək sərinlədən yellər bizdədir. 
 
Elləri sevmişdir könlüm əzəldən,  
Nə çıxar uydurma şerü-qəzəldən?  
Aldım ilhamımı min bir gözəldən,  
Ucu tər cığalı tellər bizdədir. 
 
Aşıq, bu yerləri sən xəbər alsan, - 
Ayıldı dünyanın şöhrəti insan.  
Zülmün, qaranlığın qəbrini qazan  
Kürəklər, külünglər, bellər bizdədir. 
 
Nə xoşdur ellərin şirin avazı,  
Güldü ölkəmizin çiçəkli yazı,  
Ş
airin qələmi, aşığın sazı,  
Bülbülü mat qoyan dillər bizdədir. 
 
Bu yeni aləmi duyduqca ürək,  
Göylər də sevinir gülümsəyərək,  
Bir böyük bağ olur hər şitil, tənək,  
Bu quran, yaradan əllər bizdədir. 
 

_________________________Milli Kitabxana________________________ 

 
    
KARYER ST 
 
Onun kinli gözlərinde min tikanlı hiylə var,  
Hayla girər hər iclasa, ağızlardan söz qapar...  
Nahaq yerdən tələ qurar insanların başına,  
Bu minvalla keçmək istər bir vəzifə başına.  
O, tarixə verməmişdir hələ kiçik bir əsər,  
Vicdanı boş bir saraydır, - səhər, axşam yel əsər.  
Qürrəsindən qurumuşdur, kasad keçir bazarı,  
Qurumsağın sifətindən kin tökülür sapsarı.  
Hər gün bizə o rast gəlir, hiyləsinə yaxşı bax, 
 Bizim təmiz vicdanlara böhtan atır o alçaq.  
Bəzən böyük kitablardan sitatlar da gətirir,  
Lakin vicdan kitabını ətək altdan ötürür...  
Beyni saman çuvalıdır, nə yaradır, nə qurur,  
Qurduğumuz  bir binaya asta-asta od vurur.  
Partbileti pərdə tutub arxasında gizlənər...  
O, tarixə verməmişdir hələ kiçik bir əsər. 
 Bəzən gözlə görünməyən qotur kimi bu azar,  
Mayasız bir xəmir kimi, əl-ayağa yapışar.  
O, paxıldır, o, qurdludur, gözlərindən oxunur:  
Nə zaman ki bir qəhrəman buludlara toxunur,  
Baxar-baxar, həsəd çəkər onun xain gözləri;  
Nə zaman ki səhnəmizdə gülər sənət əsəri,  
Onu yazan sənətkarı gəncliyimiz alqışlar,  
Karyeristin gözlərindən axar kinli baxışlar.  
“Mən də gərək alqışlanam”, - deyə donar o murdar,  
Lakin onda sənət üçün nə duyğu var, nə qəlb var.  
Nə zaman ki cəbhələrdə sınanmış bir qəhrəman  
Dastan kimi heç düşməyir insanların ağzından,  
Ona baxar, nəğmə deyər qızlann gül dodağı,  
Karyeristin açılmayır tutqun qaşı-qabağı.  
El içində, doğrudan da, gözəlcə bir məsəl var:  
“Qurbağalar fıl olmaqçın şişər, şişər, partlayar...”  
Nə zaman ki sinəsinə aşıq basar sazını,  
Ş
eir deyib, təsvir edər ölkəmizin yazını.  
Ellər ona “aşiq”, - deyə güldəstələr bağışlar, 
 
 
 
 

_________________________Milli Kitabxana________________________ 

 
Karyeristin küt başına yağar odlu yağışlar.  
Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri,  
Ağızlardan ağızlara gəzər onun hünəri.  
Sinəsinə orden taxar ölkəmizin adından,  
Ş
airlər də ilham alar bu qəhrəman qadından,  
Karyeristin dodaqları tir-tir əsib uçunar,  
“Neçin qadın yaranmadım” - deyib donar o murdar. 
 Sən, oxucum, zənn eləmə karyeristi boşboğaz,  
Onda da bir ustalıq var, onu tanı gəl bir az,  
Nəymiş onun məharəti? - Bir kötükdür, bu bəlli, 
 Lakin başqa bir ustalıq ona verir təsəlli.  
O bilir ki, kasasında nə sənət var, nə hünər,  
Utanmadan boşluğunu alim kimi göstərər.  
Ağır durar, ağır qalxar, bəzən süzər gözünü,  
Ə
zbərləyər alimlərin böyük-böyük sözünü,  
Yerli-yersiz misal çəkər, özü bir boş nağara,  
Bir əl vursan, dınqıltısı haray salar dağlara.  
Hər iclasa, hər məclisə bir baş vurub soxular,  
Gurultulu nitqlərlə olmaq istər komissar.  
Bir azyaşlı, təcrübəsiz çıxış vaxtı yanılsa,  
Onun səhvi uşaqlığın səhvi kimi sanılsa,  
Bu karyerist məqam tapıb göz ağardar uşağa, 
 Uydurma bir nəzakətlə burnu düşər aşağa,  
Sonra başlar: 
“- Sayıqlıqdan qalmamışdır bir əsər! 
 Düşmənlərin fikrindədir bu gün bizim körpələr, 
 Mənim gözüm su içməyir bu uşağın sözündən,  
O da sinfı düşmən olmuş, tanıyıram gözündən...”  
Dayan, dayan, qansız hərif, əl çəkmərik yaxandan!  
Bizim böyük əsrimizə söylədiyin bu böhtan  
Vicdanının yoldaşıdır, kömür kimi qapqara,  
Bizim dünya müqəddəsdir, de sən hara, o hara?  
Zəhərlədin bir çoxunu keçən illər uzunu,  
Yumruğumuz əzəcəkdir sənin donuz burnunu! 
 
 
 
               1938, 7 fevral 
 

_________________________Milli Kitabxana________________________ 
10 
 
Ç L TOYUĞUN TƏK YUMURTASI 
 
             l     
  Oxucum, etiraf edirəm qəlbən 
  Satira gəlməyir mənim əlimdən.     
  Bəlkə də çatmayır buna qüdrətim,  
  Başqa bir ruhdadır şerim, sənətim. 
 
:
      Sabir sağ olsaydı bu temam mən  
Ona bağışlardım candan, ürəkdən.  
      Yazardı öz böyük məharətilə,  
      Bir aslan qəlbinin cəsarətile, -   
      Biz də oxuyardıq heyran qalardıq, 
      Bundan da başqa bir ibrət alardıq. 
 
Qoy,yeri gəlmişkən, söyləyim sizə, 
Sözüm toxunmasın şairlərimizə: 
Bizim şairlərin təmiz adı var, 
Fikri var, qəlbi var, istedadı var. 
Gözəl vətənimiz çiçək-çiçəkdir. 
Yurdumuz dahiler yetirəcəkdir. 
 
Bugünkü şerimiz bir qızıl əsgər, 
Cəbhəyə qüvvədir hər kiçik zəfər. 
Bizim şairlərin qəlbində hər an 
Yaşar qurduğumuz bu yeni dövran. 
Bu qüvvət yaşadır, şübhəsiz bizi, 
Bu qüvvət yaradır hər şerimizi. 
 
Ancaq düşündürür məni hər zaman 
Yazılmış bir şeir, bir yeni dastan... 
Bəzən qoyulmayır hər söz yerinə, 
Ş
erimiz oxşayır biri-birinə... 
Eyni xəritələr, eyni şəkiller, 
Xəyala açmayır yeni bir səhər 
 
 
   

_________________________Milli Kitabxana________________________ 
11 
 
Başqa bir qüsur da ağrıdır bizi:  
Bəzən unıduruq gülməyimizi...  
Varmı şerimizdə məzhəkə yazan? 
 Oxucu gözləyir bunu hər zaman.  
Unutmaq olmaz ki, doğrudan da, biz  
Böyük Sabirlerin varisləriyiz. 
 
 
Yetər buludlardan vurduğumuz dəm,  
Bir az da gülgüdən danışsm qələm.  
Bunun xeyri var ki, zərəri yoxdur,  
Gülməli insanlar həyatda çoxdur. 
 
II 
 
Yenə uşaqlığım yadıma düşdü...  
Ömrümün günləri nə tez ötüşdü.  
Bir qış axşamıydı, qapıda soyuq... 
Qalxdı tar üstünə bizim çil toyuq...  
Gəldi yuxu vaxtı, salındı yerlər,  
Qışda gec açılır, gecikir səhər.  
Aldı qucağına bizi yuxular,  
Bu qış yuxusunun başqa dadı var;  
Bayırda uladı qışın boranı,  
Çəkdik başımıza qalm yorğanı;  
Dərin bir yuxuya getdik hamımız;  
Bəzən səslənirdi torpaq damımız.  
Gecə yarısıydı, eşitdik birdən  
Çil toyuq bağırır durduğu yerdən.  
Qaq-qaq qaqqıldayır... Qaçdı yuxumuz,  
Yuxudan səksənib, qalxdıq çoxumuz.  
Atam acıqlanıb: "Kəs! - dedi - murdar,  
Bu gecə vaxtmda nə azarın var?"  
Toyuq davam etdi, yenə də qaq-qaq...  
Döydü qanadını şaqqıldadaraq.  
Bir azdan kiridi, biz yatdıq yenə,  
Qərq olduq gecənin dərinliyinə. 
  

_________________________Milli Kitabxana________________________ 
12 
 
Birdən nə eşitdik? Səhərə yavıq  
Düşmüş evimizə qara-qışqrıq.  
Çil toyuq indi də banlayır, bax, bax,  
Elə bil dəyişib xoruz olacaq.  
Başqa toyuqlar da qoşulmuş ona,  
Bəli, işlərimiz düşmüşdür yona.  
Biri zurna çalır, biri nağara,  
Evimiz bənzəyir toya, mağara;  
Biz də qarnımızı tutub gülürük,  
Kasıbın bəxtini yaxşı bilirik... 
 Atam hazırlanır, əlinde kəsər:  
“Toyuq banlayanda başı kəsilər”.  
“Yox, - dedim, ay ata, ona deymə sən,  
Sabah öhdəsindən, gələcəyəm mən;  
Onu çox sevirəm, gümüş rəngi var,  
Ona bənzəməyir başqa toyuqlar,  
Bütün fərələri qovlayır bir-bir,  
Ondan xoruzlar da qorxub çəkinir”.  
Həftələr dolandı, aylar dolandı,  
Toyuğun əlindən kənd oda yandı.  
Onun qaqqıltısı kəsmədi bir an,  
Mən onu qurtardım qandan, bıçaqdan...  
Nə bizə gün verdi, nə özü yatdı,  
Bütün yuxumuzu harama qatdı.  
Dedik qoy yaşasın, nə minnəti var,  
Bəlkə çil toyuğun bir illəti var? 
 
Açıldı yaz günü, əridi soyuq,  
Gördüm samanlığa girdi çil toyuq.  
Gözlədim çıxmadı girdim yanına;  
Gördüm bir üşütmə düşüb canına;  
Yaslanıb samanın üstündə cansız.  
Yatır qaqqıltısız ahsız, amansız.  
Məni görən kimi yerindən qalxdı,  
“Hərfi” təşəxxüslə baxdı, nə baxdı.  
Nə gördüm? - Samanda o yurdlamışdır. 

_________________________Milli Kitabxana________________________ 
13 
 
Bir fındıq boydaca yumurtlamışdır.  
Tez aldım əlimə yumurtanı mən, 
stisi getməmiş hələ əlimdən – 
Yüyürdüm anamın yanına birbaş,       
Yumurta deyilmiş sarıca bir daş.. 
 
Oxucum! Çil toyuq getmiş dünyadan... 
Arabir fikrimə gəldiyi zaman, 
 
Bəzi insanlar da yadıma düşür, 
Onların da ömrü belə ötüşür...  
Onlar da bir fındıq boyda iş görər,  
Özünü aləmə igid göstərər; 
 
Hələ qabaqcadan şəsti ucalar,         
Qıy vurub aləmə hay-haray salar. 
“Yaratdım” deyərkən heç də utanmaz. 
Onlar taleyini düşünsün bir az... 
 
 
 
 
1938, 8fevral
 
 
 
 
 
 

_________________________Milli Kitabxana________________________ 
14 
 
XEYRƏ-ŞƏRƏ YARAMAZ 
 
Bizim böyük dünyamızda müxtəlifdir adamlar. 
Bir çoxunun öz şəklini çəkməlidir sənətkar. 
Dünən yazdım “Karyeristi”, qoy utansın - nə qəmim?! 
Bu gün başqa bir temadan söhbət açır qələmim. 
Düşmənlərim çoxalsa da, mən atmaram yarağı, 
Qüvvətimdir, qüdrətimdir həqiqətin bayrağı. 
Bir tanış var, kəsilməyir yanımızdan ayağı, 
“Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı”. 
Yırğalanar gəlin kimi bəzək vurar özünə, 
Güzgü qoyub min vüqarla baxar təmiz üzünə; 
Bir yerində ləkə varsa, düz bir saat deyinər; 
Puşkin kimi saqqal qoyub pedant kimi geyinər 
Arabir də papaq qoyub bığlarını uzadar, 
O bilir ki, bu dünyada Koroğlunun adı var.. 
Nə dərdi var? - Qamət gözəl, geyim təzə, qaş qara, 
Elə bu da kifayətdir bizim bəzi qızlara.. 
Bu niyyətlə qəhrəmanım yol üstünə çıxanda, 
Tanış-biliş xanımların əllərini sıxanda, 
barələr dolu kimi yağır onun ağzından, 
Otuz dəfə məhəbbətə düçar olmuş azından. 
O hər axşam kef çəkməyə gedər iclas adına 
Yalan satar evindəki ana olmuş qadına. 
Vəzifəsi kiçik bir şey, bu dincliyin yoludur - 
O nə qədər xərcləsə də yenə cibi doludur. 
“Bu dünyada kef qalacaq” - xəyal edir ürəkdən, 
Yorulmamış ömrü boyu “bəli, bəli” deməkdən. 
Desələr ki, göydə günəş kömür kimi qaralır, 
Desələr ki, brilyant da hicran çəkir, saralır, 
Desələr ki, ay günəşdən əlli dəfə yekədir, 
Desələr ki, pendir verən, qaymaq verən təkədir, 
Bütün bunlar bir yel kimi gəlib keçər yanından, 
Bir istilik belə keçməz onun soyuq qanından. 
“Nə işim var, neçin salım qeylu qala başımı? 
Neçin incik salmalıyam öz araq yoldaşımı? 
   

_________________________Milli Kitabxana________________________ 
15 
 
At kəlləni yastığına yaxşı uzan, yaxşı yat,  
Mən dinsəm də, dinməsəm də keçinəcək bu həyat”.  
Bəzən olur iclas gedir: - ayılmışıq biz artıq,  
Xain çıxan bir düşmənin maskasını yırtınq. – 
Gəlir bizim bu “qəhrəman”, dal cərgədə əyləşir,  
Tərpənməyən dağ gövdəsi baxanlara gəlir şir.  
Lakin məclis qızışdımı, başlandımı vurhavur,  
Öz-özünə: “Daha vaxtdır... tez götürül... yol budur...  
Zaman özü mənsiz belə öz hökmünü verəcək,  
Bəlkə, bütün vicdanlara min bir iblis girəcək” – 
Deyib o dal cərgədən də kirimişcə sıpıxar,  
Bizdə bir çox adamların gövdəsi var, şəsti var.  
El içində bir məsəl də bunu deyir müxtəsər:  
“Nə ölüyə pay göstərər, nə diriyə hay verər”.  
Oxu mənim bu şerimi, xeyrə-şərə yaramaz!  
Aynaya bax, sifətindən utan bir az, öl bir az!  
Bir yaxşı gör, nə gündəsən, nədir sənin sənətin?  
Ömründə heç döyməmisən qapısını qeyrətin.  
Ya bir dəfə insan olub, daşa dönmə sükutla,  
Ya bilmərrə heyvan olub biyabanda ot otla!    
 Sən içində yellər əsən viranə bir otaqsan,  
Sən ağacda bir qurumuş, bir meyvəsiz budaqsan.  
Görürsən ki, bu dünyamız gündən-günə şən olur,  
Səpdiyimiz hər dənədən böyük bir gülşən olur... 
 Sən də bizə bir xeyir ver, sən də tərpən bir görək,  
Yoxsa sənə haram olsun bu yediyin duz-çörək!  
Gəl, pas atmış qılınc kimi pərçimlənmə sən qına,  
Kirpi kimi çəkilmə gəl qabığına, qınma. - 
Öz halını düşünmə tez, xalqın üçün külüng vur,  
Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur.  
Aç gözünü varlığa bax, indi başqa səhərdir,  
Ə
bədiyyət - bu dünyada göstərilən hünərdir. 
 
 
 
1938, 10 fevral
 

_________________________Milli Kitabxana________________________ 
16 
 
                NCƏ XANIM                            
       
ncə xanım çox qısqanır bizim yaman nəzərlərdən,  
Boynundakı ipək sapa gözmuncuğu taxır hərdən.  
ncə xanım çox güvənir özündəki gözəlliyə, 
Səhər çıxır yuvasmdan “gözəllikdə mənəm!” - deyə.  
O bir bahar havasıdır, tez dəyişən halları var;  
Yanağında qoşa-qoşa, kiçik-kiçik xalları var.  
Dodaqları çox incədir, dişləri var mərcan kimi;  
O sallanar, sığallanar canlar alan bir can kimi... 
 Qızın durna baxışları süzüldükcə xumar-xumar,  
Ovçuların ürəyində yellər əsib, tufan qopar...  
Bəzi beyniqanların da qanı qaynar, qəlbi coşar,  
Ona küçə şairləri mahnı deyib söz də qoşar: 
“ ncə xanım, incə xanım 
              Bax bu qaşa, bax bu gözə. 
  Qurban olsun sənə canım. 
 
               Yandı bağrım, döndü közə” 
Sözün düzü bu dilbərdə təbiətin vergisi var,  
Qızıl güldür yanaqları sifətində gülür bahar.  
Onun boyu və saçları danışılır ağız-ağız, 
Nə yazıq ki, anlamamış gözəlliyin qədrini qız: 
“Mən bir quşam, uçam gərək .    
  Bir budaqdan min budağa;        
               Sığmaz könül, sığmaz ürək      
              Dörd divarlı bir otağa...”  
Budur qızın fəlsəfəsi.. yoxdur onun can sirdaşı,  
Gece-gündüz dumanlıdır ayılmayır isti başı...  
Yol üstündə duran gənclər bu dilbərə baxar keçər  
Qızın oynaq baxışları şimşək kimi çaxar, keçər.  
Oxucular, bu qızcığı bənzətməyin pozğuna siz,  
Bəzən ona böhtan atır bizim yaman dillərimiz...  
Acıyıram bu ceyrana... tez açılır könül bağı,  
Bəzən onun yersiz gülüb, yersiz sözlər danışmağı  
Ş
übhə salır ürəklərə, iştahlanır bir çoxları,  
ncə xanım beyniqandır, sımamamış dostu, yarı. 
ncə xanım, incə xamım, çox güvənmə gözəlliyə 
Çox inanma qüdrətinə, “bu dünyada mənəm!” - deyə. 
Vəfasızdır “gözəlliyin” gəlib keçən xoş günləri. 
Bir çoxları deyir sənə “nazlı mələk, nazlı pəri”. 
nanma gəl bu uydurma, bu pərdəli sözlərə sən, 

_________________________Milli Kitabxana________________________ 
17 
 
Bu dünyada çox danışar hər atını sürüb gedən. 
Gələcəkdir bir zaman ki, solacaqdır yanaqların, 
Bil ki, o vaxt soyuyacaq sənin isti dodaqların. 
Ağaracaq saçların da, qaydasıdır təbiətin... 
Külək vurmuş ağac kimi büküləcək bu qamətin. 
Bil ki, sənə “buyur!” - deyə bu gün "hörmət" göstərənlər, 
ndi sənə çiçək verib yanağından gül dərənlər 
O vaxt gəlib keçəcəkdir hüzurundan saymazyana, 
Mənim borcum bu oldu ki, gələcəyi deyim sana. 
 
ncə xaımm, nə gözəldir, nə incədir sənin səsin,  
Düşündürür qəlbi bəzən xoş avazın, xoş nəfəsin.  
Gözlərində xumarlanır Qarabağın mənzərəsi,  
Dodağından süzüldükcə o dağların şikəstəsi.  
Mənim könlüm qanad çalır eldən gələn bu sənətə,  
Gözəlliyin qədrini bil! Hörmət olsun təbiətə!  
Bil ki, mənim vəzifəmdir baxıb sənə deyim yenə,  
Nə bədbəxtdir göz yumanlar təbiətin vergisinə.  
Budur bizim səhnəmizdə aşıq gəzir saz görünür,  
Ancaq, gözəl səhnəmizdə gözəl qızlar az görünür.  
Buyur, sənin meydanındır, orda göstər hünərini 
 Oxu “bizim ellər” - deyə dolğun könül dəftərini!  
Biz də səni dinləyərək alqışlayaq, alqışlayaq,  
“Bir də! Bir də!” - Çağıraraq, sənə güllər bağışlayaq. 
 
 
 
1938, 24 fevral
 

_________________________Milli Kitabxana________________________ 
18 
 
AZƏRBAYCAN 
  
 
 
Dostlar! Gəlin sizə bir-bir danışım 
 
Min bağın, bağçanın barı məndədir.  
Sinəm oylağıdır gözəlliklərin  
Hər sevən ürəyin yarı məndədir. 
 
Nə çoxdur qoynumda almalı bağlar!  
Qüdrətim göylərin dilini bağlar.  
Meşəli dərələr sal buzlu dağlar  
Dağların süd kimi qarı məndədir. 
 
nsan bir uşaqdır, vətən bir ana         
Ömür bir çıraqdır, könül pərvana.  
Yolunuz düşdümü bizim Şirvana?      
Gül açan heyvası, narı məndədir 
 
gidlər yurdudur, bu dağ, bu aran   
Bu dağlar başında qalmamış boran.   
Hər təzə çiçəkdən bir şirə soran  
Pətəyə bal düzən an məndədir. 
 
* * *  
Çoxdur düzlərimdə otlar, yarpızlar  
Körpə şamamalar, iri qarpızlar.  
Bulaq başıındakı oğlanlar, qızlar  
Elin kamançası, tan məndədir. 
 
Ağdaşın pambığı çiçək-çiçəkdir  
Şə
kinin bəzəyi şaldır, ipəkdir.  
Qarabağ gözəli dünyada təkdir 
sti yanaqların narı məndədir. 
 
Ölsün bu yerlərdən ilham almayan  
Qəlbini saz kimi tutub çalmayan.  
Yarışda gənclikdən geri qalmayan  
Min qoca məndədir, qarı məndədir. 

_________________________Milli Kitabxana________________________ 
19 
 
Ş
irindir insanın öz azadlığı     
Könül azadlığı, göz azadlığı,      
Qələm azadlığı, söz azadlığı  
Dünyanm ən böyük varı məndədir. 
 
Gəldi ömrün gözəl bahar çağlan  
Açılmışdır könüllərin bağları.  
Qarış-qanş dolan bizim dağlan  
Diş göynədən bulaqları məndədir. 
 
Bu yerlərin hər torpağı, hər daşı  
Yaranmışdır ayın, günün sirdaşı.  
Ə
yilməmiş bu dağların dik başı  
Koroğlunun mərd vüqarı məndədir. 
 
Ləkə yoxdur mənim bu ağ üzümdə  
Ceyran qaçar, cüyür mələr düzümdə.  
Bağlanmda gilas da var, üzüm də  
Min çiçəyin çəmənzarı məndədir. 
 
Hər budaqda bir bülbülə yuvam var,  
Ağır elli oymağım var, obam var,  
Xəstələrə dərman verən havam var,  
Səhərlərin xoş ruzgarı məndədir. 
 
Sarı limon çay üstündə dad olur,  
Gözüm görür, könlüm evi şad olur,  
Hansı namərd dost evinə yad olur?  
Məhəbbətin vəfadarı məndədir. 
 
Dil açmışdır bu sədəfli sazlarım  
Mahnı qoşur gözəl-göyçək, qızlarım.  
Göllərimdə alaboğaz qazlarım  
Durnaların düz qatan məndədir. 
 
Ölüb getdi günlərimi saymağım,  
Dildən-dilə dastan oldu oymağım, 

_________________________Milli Kitabxana________________________ 
20 
 
Təmiz südüm, şəkər kimi qaymağım, 
Dövlətimin ixtiyan məndədir. 
 
Yaz gələndə qışın ömrü pozular, 
 Dağ döşünə seyrə çıxar quzular, 
 Hələ dayan! Şairin çox sözü var, 
 Ana yurdun sənətkarı məndədir. 
 
Buruqlarım nərə çəkmiş çöllərə, 
Ayılmışdır yuxusundan dağ, dərə. 
Alqış! Bizim bol işıqlı ellərə, 
nsanların bəxtiyarı məndədir. 
 
Axşam üstü Bakıya bax doyunca, 
 Ulduzlarım yanır sahil boyıınca.  
Dağ üstündə o qərənfil, o yonca  
Vətənimin laləzarı məndədir. 
 
Nə zindan var, nə yumruq var, nə de din 
Könlüm quşu! Bir də dillən, bir də din,  
Nizaminin, Füzulinin, Vaqifin  
Gözəl-gözəl yadigarı məndədir. 
 
Mən xoşbəxtəm azadlığım gələli,  
Tarix yazır ellərimin öz əli,  
Bayrağımdır qızıl Şərqin gözəli  
Azadlığın düz qərarı məndədir. 
 
Sinəm oldu bir yıxılmaz söz dağı 
 Bir də ellər görməyəcək göz dağı. 
 Vətənimin günəş üzlü bayrağı  
Yer üzünün bayraqdarı məndədir. 
 
Vurğun deyər ellə çıxdım qəfəsdən 
 Doymamışam bu nəğmədən, bu səsdən  
Min il keçsə könlüm düşməz həvəsdən 
 Şerimizin ilk baharı məndədir. 
 
 
 
 
1938, 8 iyun
 

_________________________Milli Kitabxana________________________ 
21 
 

: front -> files -> libraries -> 1093 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
books -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "
books -> A2Ə r d a y c a n respublikas prezidentiNİN İ Ş L ə r I d a r ə s I n I N
books -> Nİzami GƏNCƏVİ


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə