Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə77/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   73   74   75   76   77   78   79   80   ...   101
Qaranlıq haqqında
O səhər mən (Neruvenda) və Mikayyun dua etməyə getmədik. Əl­bət­tə ki, Şəmadim həm bundan, həm də gecə vaxtı Mirdadı ziyarət et­di­yi­mizdən xəbər tutdu və çox əsəbləşdi. Lakin bu narahatlığını özünə uy­ğun bir mühit tapana qədər gizlətdi.

Lakin digər yoldaşlar bizim əməlimizə təəccübləndiklərini və bizi buna sövq edən səbəbləri öyrənmə arzularını gizlətmədilər. Bəziləri Us­tadın, bizi duadan uzaqlaşdırdığını sanmışdılar. Bəziləri də, onun kim olduğunu onlara anlatması üçün bizi çağırdığını düşündülər. La­kin onlardan heç kəs onun doqquzuncu yoldaş olduğuna inanmadı. Bu­nun əvəzinə hamısı onu görmək və bir çox mövzuda sual vermək is­təyirdi.

Ustad gəmidəki işini bitirdiyi zaman, boş vaxtını qaranlıq, dərin çuxurun kənarındakı – biz ona “Qartal yuvası” adını vermişdik- ma­ğa­rada keçirdirdi. Şəmadimdən başqa hamımız onu günortadan sonra ora çağırdıq. O, dərin düşüncələrə qərq olmuşdu. Üzü ilahi bir işıqla pa­rıldayırdı. Üzünü bizə doğru çevirdiyi zaman, üzü daha da parlaq bir hal aldı və:

Nə tez evinizə gəldiniz! Bilin ki, Mirdad bu işdən çox məm­nun­dur, dedi.

Sadəcə gəmi bizim evimizdir. Bu mağaranın evimiz olduğunu necə deyə bilərsən? – deyə Ebimar cavab verdi.

Gəmi də əvvəllər qartalların yuvası idi.

Bəs bu gün?

Bu gün isə, təəssüflər olsun ki, köstəbəklərin yuvası olub.

Səkkiz köstəbəyin doqquzuncusu Mirdaddır?

İnsanın anlamadığı bir şeyə lağ etməsi necə də asandır! An­la­ma­ğa çalışması isə nə qədər də çətindir! Bilin ki, lağ edən insan sa­də­cə özünə lağ etmiş olar. Ey Ebimar, niyə dilini səhv olan şeylərlə tər­bi­yə etməyə çalışırsan?

Əslində sən bizə köstəbək deyərək bizə lağ edirsən. Bizdə nə gördün ki, bizə bu sifəti layiq görürsən? Nuhun atəşini söndürməyən biz deyilikmi? Bu mağaranı ki, daha əvvəllər bir ovuc dilənçinin sı­ğındığı mağaradan başqa bir şey deyildi − hər hansı bir kralın sa­ra­yın­­dan daha zəngin bir saray halına gətirən biz deyilikmi? Sər­həd­lə­ri­ni genişlədən biz deyilikmi? Burada nəhəng və geniş torpaqlara sahib bir krallıq meydana gətirən biz deyilikmi? Əgər biz köstəbəksək, heç ol­masa qazmağı yaxşı bilirik.

Doğrudur, Nuhun atəşinin bu günə qədər yanması lazim idi! Lakin sadəcə Minbərin üzərində. Qəlbləriniz yanacaq, siz də Minbər olmadığınız müddətcə onun sizə nə faydası ola bilər?



Bəli, gəmi bu gün qızıl və gümüş ilə zənginləşmişdir. Lakin o bu ağır­lığına görə inləyir, bağırsaqları sarsılır və hardasa batmaq üzrə­dir. Halbuki, ana gəmi sadəcə həyat yüklü idi, özünə faydası olmayan yük­ləri daşımazdı. Buna görə də böyük dənizlər ona zərər verə bil­mə­di.

Dostlarım, daşınmağında xeyir olmayan yüklərdən çəkinin! Ulu­hiy­yətinə tam mənada inanmış insan üçün heç bir ağırlığın hər hansı bir faydası yoxdur. Çünki o, hər hansı bir yük daşımadan bütün dün­ya­nı onsuzda zatında daşıyır.

Mən sizə deyirəm ki, qızılınızı və gümüşünüzü dənizə atıb canı­nı­zı onlardan qurtarmalısınız, onlar sizi dənizin dibinə batırar. Çünki in­san malının köləsidir. Əgər kölə olmaq istəmirsənizsə, əlinizdəkini sər­bəst buraxın ki, başqası da sizi sərbəst buraxsın.

Heç nəyə dəyər yükləməyin! Ən kiçik bir şeyə belə dəyər yük­lə­mə­yə gücünüz çatmaz. Bu gün siz bir dilim çörəyə dəyər yükləyirsiniz. Ma­dam elədir, niyə görə günəşə, havaya, dənizə, aya, insan tərinə və in­sanın çörəyi bişirən zəkasına dəyər yükləmirsiniz?

Heç bir şeyə dəyər yükləməyin ki, sizin həyatınıza da dəyər yük­lə­məsinlər. İnsana görə, öz həyatının bahalı saydığı şeylər qədər də­yəri yoxdur. Həyatınızı qızıl kimi ucuz tutmaqdan çəkinin!

Gəmi ilə aranızdakı məsafəni çox uzaqlaşdırdınız. Yer üzünün sər­hədlərini öz sərhədləriniz etsəniz belə, yenə də həbsxana yalnızlığı çə­kəcəksiniz. Lakin Mirdad sizdən ucsuz-bucaqsız olanı əhatə etmənizi istəyir.

Şübhə yoxdur ki, dəniz, yer üzünü əhatə edən bir su damlasıdır. La­kin bütün yer üzünü əhatə edən bir damla! Dəniz harda, insan har­da! Sahili olmayan o okean! Amandır, dənizlə insanı müqayisə edəcək də­rəcədə axmaq olmayın və sərhədlərini də çəkdik deməyin!

Ebimarın dediyi kimi qazma işini yaxşı etmiş ola bilərsiz. Eynən qa­ranlıqda davamlı olaraq çalışan köstəbəklərin etdiyi kimi. Lakin unut­mayın ki, köstəbəklər nə qədər çox yuva və yol düzəltsələr, gü­nəş­dən o qədər uzaqlaşmış olacaqlar.

Mən sizin tunellərinizi yaxşı bilirəm, Ebimar. Siz sənin sözünə gö­rə, görüntüdə dünya zövqlərindən, təcrübələrindən yoxsun və Tan­rı­ya sarılmış bir ovuc insansınız. Sizi dünyaya bağlayan yolların nə qə­dər ziqzaqlı və nə qədər qaranlıq olduğunu bilirsiz? Həm də o qədər çox ki! Mən sizin arzularınızın üsyanlarını eşitmirəm sanırsız, ya da bə­dənlərinizi, tapındığınız ilahi minbər üzərində sürünərkən və qıv­ra­nar­kən görmədiyimi düşünürsünüz? Bəlkə sadəcə bir ovuc ola bi­lər­si­niz, lakin böyük orduları əhatə edən bu bir ovuca əhsən!

Həqiqətən qazmağı yaxşı bacarsaydınız, indiyə qədər sadəcə yer üzündə deyil, tam əksinə günəşə və səmada üzən bütün planetlərə də yol açmış olardınız.

Çağırın köstəbəkləri. Pəncələri və dişləri ilə qaranlıqda tunel­lə­ri­ni qazsınlar. Sizin isə krallığa gedən yolunuzu tapmaq üçün gö­zü­nü­zü qırpmağa belə ehtiyacınız yoxdur. Siz bu yuvada oturarkən xəyal e­t­mə­lisiniz. Çünki xəyal krallığınız olan sonsuz varlığın içində gizlənmiş mükəmməl xəzinəyə gedən ilahi rəhbərinizdir. Cəsarətsizliyi bilməyən o uca qəlblərinizlə rəhbərinizi izləyin! Harda ayaq izlərinə rast gəlsəz, çox uzaqlarda belə olsa, bilin ki, bu sizin köklərinizin orda olduğuna aid bir dəlildir. Çünki sizdə tapılmayanı və sizin bir hissəniz olmayanı xə­yal edə bilməzsiniz.

Ağacın budaqları köklərinin şaxələnə bildiyi uzaqlıqdan daha uza­ğa çata bilər. Lakin insan sonsuza qədər gedə bilər. Çünki onun kökləri sonsuz və əzəlidir.

Özünüzə sərhəd qoymayın. Tam tərsinə, əlinizin çatmadığı bir yer qalmayana qədər gedin; bütün dünyanı əhatə edəcək şəkildə ge­din; özünüzlə görüşdüyünüz yerdə Tanrı ilə qarşılaşana qədər gedin! Gedin! Gedin!

Qaranlığın görüşü əngəlləyən bir pərdə olduğu inancına qa­pı­l­ma­yın! Əgər siz qaranlığın gözlərini örtdüyü insanlardan utan­mır­sız­sa, heç olmasa gecə həşəratları və yarasadan utanın.

Dostlarım, mütləq mənada qaranlıq yoxdur. Lakin işığın dərə­cə­lə­ri vardır. Hər növ varlığın işığa olan ehtiyacı da müxtəlif dərə­cə­lər­də olur. Əgər işığı həddindən artıq çox olarsa, onu kor edər, az olarsa ye­nə kor edər. Günün ortasında sizin üçün Finiks quşunun səhərindən başqa bir şey deyildir. Sizin gecə yarınız da, qurbağa üçün günün or­ta­sı kimidir. Demək ki, qaranlıq özü bir örtüyə ehtiyac hiss edərkən, baş­qa bir şey üçün necə örtü ola bilər?

Amandır! Bir şeyi ya da bir işi örtməyə cəhd etməyin. Çünki biri sizin sirrlərinizi deməzsə, sirrlərinizi sirrlərinizin pərdəsi deyər. Qa­za­nın içindəkini bilən qazanın qapağı deyildirmi? Qapaqları qaldırıldığı zaman, içi qurd və ilanlarla dolu olan qazanlara yazığım gəlir!

Sizə deyirəm ki, ciyərlərinizdəki hər nəfəs içinizdəki bütün sir­r­lə­ri havaya yayar. Hər bir nəzəriniz də, gözlərinizdəki arzuları və qor­xu­la­rı, bütün ağlayışları və gülüşləri uzaqlara aparar. Qapınızı döyən hər xəyal bilin ki, bütün qapıları çalmışdır.

Bunun üçün özünüzə yüklədiyiniz yüklərə diqqət edin! Ba­xa­ca­ğı­nız yerlərə diqqət edin! Qapılarınızı hansı xəyallara açacağınıza və han­sılarına örtəcəyinizə diqqət edin! Lakin əgər, dərdsiz və kədərsiz ya­şamaq istəyirsizsə, Mirdad sizə yolu göstərəcək.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin