Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə20/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   16   17   18   19   20   21   22   23   ...   101
Avropada işıq da var, zülmət də.

Orda səfalət də var, fəzilət də.

O bir əngin dəniz ki, çox qorxuncdur.

İnsan gah inci bulur, gah boğulur...1
Əmin ər-Reyhani də öz əsər­lə­rin­də Qərb həyatının bu ikili tə­bi­ə­ti­ni nə­zərə almağa çağırırdı. Onun yara­dı­cı­lığında bu məqamı xü­su­si vur­ğu­la­yan Aida İmanquliyeva ya­zır­dı: «Ər-Rey­hani qeyd edir­di ki, Qərb­dən Şərqə elmin və sivilizasiyanın yal­nız nailiyyətləri deyil, həm də “alaq ot­ları”, yəni qüsurlar da gə­lir».2

Müasir Qərb dünyası daxilən zid­diyyətli olduğundan və ra­sio­nal düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. La­kin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalı­şır. Biz isə bəzən onu tərəqqi etdirən amil­lər­dən xəbərsiz halda, onun iflas mə­qamını Qərb sivilizasiyası ilə qarı­şıq salır, Qərbin xilas olmaq is­tə­di­yi və məm­nuniyyətlə bizə ixrac et­diyi bayağı mədəniyyətdən ikiəlli ya­pı­şa­raq “müasir” olmağa çalı­şı­rıq. İstisinə isinmədiyimiz bir şeyin tüs­­­tüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb tə­fəkkür tərzindən yapışmaq (yeri gəl­­miş­kən, təfəkkür tərzi uzun müd­­dətə formalaşır və onun də­yi­şil­mə­si də çox mürəkkəb və uzun pro­ses­­dir) nə deməkdir? Əsas məqsəd hər han­sı təfəkkür tərzinin zəif cə­hət­­lə­rin­dən, birtərəfliyin­dən azad ol­maq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşı­laş­dı­rıl­­ması, onların fikir tərzində olan özü­nə­­məxsusluğun mütləq­ləş­di­ril­mə­si və yalnız bu və ya digər tə­rəfə üs­tün­lük verilməsi heç bir müsbət nə­­ticəyə gətirə bilməz. Müasir tə­fək­kür hətta müxtəlif si­vi­lizasiyaların bir-birindən köklü surətdə fərqli olan dü­şün­cə tərz­lərini “ba­rış­dır­ma­ğı”, on­ların mütərəqqi cəhətlərini bir­ləş­dir­mə­yi nəzərdə tutur. Son za­man­lar hamını heyrətləndirən “Ya­po­ni­ya mü­əmmasının” açarını da məhz Şərq və Qərb tə­fəkkür tərzləri­nin uğurlu vəh­dətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi po­ten­sialın Qər­bə məxsus rasional dü­şün­cə mədəniyyəti ilə birləş­di­ril­mə­sində ax­tar­maq la­zımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlə­ri­nin üs­­tün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi plan­da xü­­susi tədqiqat tələb edir. Müasir cəmiy­yət­şü­naslığın vəzi­fə­lə­rindən bi­­ri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mə­­­dəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspek­tiv­lərini müəyyənləşdir­mək­dən ibarətdir. Ciddi elmi tədqiqata əas­lan­ma­yan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin