Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə41/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   37   38   39   40   41   42   43   44   ...   101
Ağıl və Ehtiras
Yenidən məbədin kahinəsi dilləndi və söylədi: “Bizimlə Ağıl və Eh­tiras barədə danış”.

O belə cavab verdi:

Çox zaman qəlbiniz döyüş meydanını xatırladır; ağıl və dər­rakəniz ehtiras və meyllərinizə qarşı müharibə aparırlar bu meydanda.



Kaş, mən sizin qəlbinizdə sülh yarada biləydim, sizin his­sə­­ləriniz ara­sındakı qarşıdurma və rəqabəti vəhdət və harmoni­ya­ya çevirəydim!

Lakin mən bunu necə edə bilərəm, əgər siz özünüz öz da­xi­linizdə sülh yaratmasanız və bir-birinizi və hər bir hissənizi sev­məsəniz?

Sizin ağlınız və ehtirasınız – dənizdə üzən ruhunuzun sükanı və yel­kənləridir.

Əgər sizin yelkənləriniz cırılmış və ya sükanınız qırılmışsa, siz ya­l­nız axına düşüb hara gəldi gedərsiniz, yaxud dənizin ortasında hə­rə­­kətsiz qalarsınız.

Zira, təkbaşına idarə edən ağıl məhdudlaşdırıcı qüvvə, nə­za­rət­dən çıxan ehtiras isə ­­­özünü yandırıb külə döndərən alovdur.

Odur ki, qoyun, ruhunuz ağlınızı ehtiras səviyyəsinə yük­səl­t­sin ki, o, nəğmə oxuya bilsin; qoyun, ruhunuz ehtirasınızı ağıl­la isti­qa­mət­lən­dirsin ki, ehtiras hər gün dirilərək yaşaya bil­sin; və simurq quşu kimi öz külünün içindən pərvazlansın.

İstərdim ki, düşüncə və istəklərinizə evinizin iki ən əziz qonağı ki­­mi yanaşasınız; yəqin ki, qonağın birini digərindən üstün tut­maz­sı­nız;

Zira, birinə aşırı diqqətli olan kəs, hər ikisinin sevgi və etibarını itirmiş olur.

Təpələr arasında, ağ qovaqların kölgəsində oturaraq uzaq­dakı çöl və çəmənlərin sakitliyini və əmin-amanlığını bö­lü­şərkən icazə ve­rin, ürəyiniz öz sükutunda söyləsin: “Allah ağılda dincəlir”.

Lakin tufan qopub qüvvətli külək meşəni silkələyəndə, il­dı­rım və şim­şəklər göylərin əzəmətindən xəbər gətirəndə, icazə ve­rin, ürəyiniz öz həyəcanında dillənsin: “Allah ehtirasda hərəkət edir”.

Bir halda ki, siz İlahi aləmin nəfəsi və İlahi meşənin yar­paq­la­rı­sınız, onda siz də ağılda dincəlib ehtirasda hərəkət edin.

Ağrı
Bir qadın dilləndi: “Ağrıdan danış bizə”.

O dedi:

«Sizin ağrınız – idrakınızın qabığının sındırılmasıdır.

Meyvə çəyirdəyinin içini işığa çıxarmaq üçün onu sındırmaq lazım olduğu kimi, siz də ağrını yaşamalısınız.

Əgər ürəyiniz gündəlik həyatınızın möcüzələrinə təəc­cüb­­lənmək qa­biliy­yətini saxlaya bilsəydi, onda ağrı sizə se­vinc­dən az maraqlı gö­rün­məyəcəkdi;

Siz ürəyinizin mövsümlərini zəmilərinizin üzərindən ke­çən fə­sil­lər kimi qəbul edərdiniz.

Sakitcə aləmi öz kədərinizin qışından müşahidə edər­diniz.

Ağrının çoxunu özünüz seçmisiniz.

Bu bir acı dərmandır ki, onun vasitəsi ilə Loğman sizin xəstə mən­liyinizi sağaldır.

Odur ki, Loğmana etibar edin və onun dərmanını sükut və itə­at­kar­lıqla için.

Zira, onun əli ağır və sərt olsa da, Görünməzin qayğıkeş əli ilə istiqamətləndirilir.

Sizə uzatdığı piyalə dodaqlarınızı yandırsa da, o, Dulus­çu­­­nun mü­qəddəs göz yaşları ilə isladılmış palçıqdan düzəldilmişdir».


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin