Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə38/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   34   35   36   37   38   39   40   41   ...   260
             
                           
                          Susma, ürək…
 
 
39 
 
BU DÜNYA 
 
Düşündükcə düşünürsən, dərd bəladı bu dünya. 
Zəhər dolu brilyantdan piyalədi bu dünya. 
Gah ağladar, gah güldürər, çəkər səni səmtinə
Ətəyindən əl üzülməz, bir baladı bu dünya. 
 
Ağla  dedi ağlayacan, gülmə  dedi gülməzsən, 
Cəfa çəkib, can çürütsən ürəyini bilməzsən. 
Cəhd eləmə yazıq canım, yox, bir rəngdə görməzsən
Ağ, qırmızı, narıncı, göy; çox aladı bu dünya. 
 
Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa. 
Bəzən çulu cırıq olur, bəzən girir qumaşa, 
Hər kim desə ağ yalandı, kəmaladı bu dünya. 
 
Ay Şiruyə, arifləri çağır baxsın hesaba, 
Kəlmələrin həqiqətsə, köçürsünlər kitaba. 
Qələminə arxalanma, səni salar girdaba, 
Görərsən ki, dərddə, qəmdə çavaladı bu dünya. 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin