Sərraf Şiruyə
148
İmam Zeynalabidin, İdris peyğəmbər,
Yüz iyirmi dörd min cəmi elçilər.
İmam Sadiq, İmam Zaman məqamı,
Burdadır ziyarət eyləyir hamı.
Xızır peyğəmbərin məqamı burda,
Əlinin möüzə, kəlamı burda.
Bax burda Əliyə qılınc çalınıb,
Bu məsciddə son namazı qılınıb.
Nuhun, İbrahimin həm də Adəmin,
İlk atası olan külli aləmin,
Məqamı burdadır – ziyarətgahdı,
Bu gün də onlara Tanrı pənahdı.
Müslüm İbni Əqil, Muxtar həm Hani,
Burdadır, yaxın gəl məzarın tanı.
Burdadır məqamı Haqqı Rəsulun,
Əli kişi geniş açaraq qolun.
Düşdü üzü üstə
öpdü o yeri,
Süzüldü göz yaşı yanaqdan bəri.
Əli kişi belə
qəm-qəhər yedi,
Yenə də qəlbindən keçəni dedi.