Sərraf şİruyə


İslam dini kimi din sağlam ola



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə27/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   23   24   25   26   27   28   29   30   ...   174
İslam dini kimi din sağlam ola. 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
32 
II 
DAŞKƏND KƏNDİNİN TƏSVİRİ 
 
Otuz yeddi kənd idi, 
Göyçənin şərq tərəfi.
1
 
Hər kənd könül oxşayan,  
Mənzərəli, səfalı. 
Ətrafı uca dağlı, 
Ətəyi gen dərəli. 
Zirvələrə gedən yol, 
Tamam bəndli-bərəli. 
Daşkənd kəndi ucqarda, 
Yerləşən bir kənd idi. 
Bu kənd qayalıqlarla,  
Elə bil “peyvənd” idi. 
Elə sanırdın ki, kənd,  
İki mərtəbəlidi. 
Bu sütunları qoyan, 
Ancaq haqqın əlidi. 
Silsilə qayalıqlar, 
Kənd boyu uzanırdı. 
“Gözlülər” məhləsinə, 
Az qalmış dayanırdı. 
Yuxarıdan “Qəfərli”yə, 
Taki gedib çıxırdı. 
Orda “Taxçalı qaya”, 
Kəndə doğru baxırdı. 
Qayalıqlar altında,  
                                                 
1
 Basarkeçər rayonunun ərazisi nəzərdə tutulur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
33 
Yeddi mağara vardı. 
Hər birisi min başdan, 
Çox mal-heyvan tutardı. 
Payız, qışda sürülər, 
Burda saxlanılardı. 
Mağaranın qapısı, 
Həm bacası olardı. 
Zağa deyirdi hamı, 
Həmən mağaralara. 
Hətta ki, ayrı-ayrı,  
Ad vermişdi onlara. 
“Binnət”, “Sultan”, “Məhəmməd” 
“Qocamanın zağası”. 
“Sulu zağa”nın ancaq,  
Çox olurdu xatası. 
Deyirlər orda çoxlu, 
Cin-şəyirtin olardı. 
Kimisə aldadaraq,  
Zağaya aparardı. 
Sulu Zağaya hardan,  
Su dolur bilinmirdi. 
Nə qədər axtarılsa,  
Bir axar görünmürdü. 
Beləcə qaya altı, 
Qaya üstü kənd idi. 
Qayalıqla bu evlər,  
Bir-birinə bənd idi. 
Qayalığın üstündə,  
Bir-birindən aralı. 
Birinin divarları,  


Sərraf Şiruyə             
                           
                          
 
 
34 
Tamam sökük, paralı. 
İki Alban kilsəsi, 
Həm məzarıstan vardı. 
Keçmişdən gələcəyə, 
Bu bir sübut, tutardı. 
Başdaşları sanırsan,  
Elə bu gün qoyulub. 
Üstündəki naxışlar, 
Ustalıqla oyulub. 
On ikinci əsrə, 
Aid olan kilsələr. 
Sökülsə də qalacaq, 
Tarix kimi çox illər. 
Şərqdən Şorca kəndləri,  
Cənubdan “Dik pilləkən”. 
Yayda yaylaq axtaran, 
Buranı edir məskən. 
Sarıyaqub, Qoşabulaq,  
Şimal sərhəddi idi. 
Mərkəzlə Daşkənd yolu,  
Çox rahat bir yol idi. 
Səkkiz kilometr yol, 
Cermuxa bir qol idi. 
Cermux istisuyuna
1
  
Uzanırdı bu qolu. 
Bura birləşdirirdi,  
Ora gedən hər yolu. 
Daşkəndin ərazisi, 
                                                 
1
 İndiki Ermənistanın isti suyu. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
35 
Böyük idi hər kənddən. 
Çoxunun su axını,  
Ayrılırdı bu bənddən. 
Sayılıb seçilirdi, 
Daşkənd bütün kəndlərdən. 
Üzüağ, başı uca,  
Çıxardı hər hünərdən. 
Savadlı adamları, 
Ərənləri var idi. 
Dizləri qatlanmayan,  
Çox ərləri var idi. 
Bax belə təsvir edir,  
O elin şairləri. 
Təsviri təsdiq edir, 
Aqilləri, pirləri. 
 
Dağlar, daşlar yas saxlayır İdrisə, 
Min rəhmət yaxşıya, min lənət pisə. 
Qoç Alı dağıdıb çox səngər, kilsə 
Qanlılı Qurbanın izi bəs hanı? 
 
Mehralı oğlu Məmməd qan-qan deyibdi, 
Ziyada çox ellər qurban deyibdi. 
Həvil Qasım “getdim zindan” deyibdi, 
Kəvərdən Qanlıya izi bəs hanı. 
 
Hacı Rəhim – Rüstəmi-Zal, Cahangir 
Tədbirdə pir Qorqud, döyüşdə bir şir. 
Hünəri elm ilə olubdu əlbir, 
Xəncərinin iti üzü bəs hanı? 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin