Sərraf Şiruyə
140
Çoxdan arzusuydu Əli kişinin,
Bəlkə əfsəliydi hər bir işinin.
Gedib Kərbəlanı ziyarət etsin,
Bu müqəddəs arzu, diləyə yetsin.
Öpsün Hüseynin məzar daşını,
Axıtsın gözündən qanlı yaşını.
Bax budur bu arzu yerinə yetir,
Əli ziyarətə üz tutub gedir.
Ayrılıq belə düşdü
141
XX
ƏLİ KİŞİ ZİYARƏTƏ GEDİR
Əli ziyarətə gedənə qədər,
Deyim, ziyarətdə olubdu kimlər:
Əli kök-soyundan Məşədi Məmməd,
Hacı Dünyamalı, Hacı Məhəmməd.
Kərbalayı Camal, Məşədi Oruc,
Hər vaxt namaz qılıb, tutarmış oruc.
Yetmiş nəfər vardı ziyarətçilər,
Rəğbət bəsləyibdi bütün kəndçilər.
Onlara hər hörmət bəsləyibdilər,
Onları mömüntək səsləyibdilər.
İndi ziyarətə gedir nəvələr,
Bir vaxt yəhərlənib atlar, dəvələr.
Bu yolu bir aya gedərdi onlar,
Öndə sərkərdətək zəvvar olanlar.
İndisə bir günə tamamlanır yol,
Minik maşınında çox rahat ol.
Əli kişi hazırladı sənədi,
Xəbər çatdı, gediləcək vədədi.
|