87
Günəşdən yoğrulub torpağın daşı, Bizim bu dağlara çən gələ bilməz. Qəhrəman doğulub bizim bu ellər, Heç kim bu meydana tən gələ bilməz. Baxın igidlərin zəhmət tacına, Hünərdə bənzərdi tərlan, laçına. Yüz yaşlı babanın şəvə saçına, Bu hava, bu suda dən gələ bilməz. Hamı mənim kimi xoş xəyaldadı, Ülvi əməldədi, pak amaldadı. Əlləri zəhmətdə ağzı baldadı, Daha bundan gözəl gün gələ bilməz.
Hər yandan alqışlar gəlir aşığa,
Tanrı əhsən deyir bu yaraşığa.
Donqar bellər elə bil ki düzəlib,
Hamsı oynamağa meydana gəlib.
Babama bax “Məşdibadı” oynayır,
Nənəm ağız büzür, onu qınayır.
Bax bu da cavanlar, “Qaytağı” gedir,
1
Kosa bu tərəfdə gör nələr edir.
Oxucum, qoy qalsın hər kəs işində,
Özgə bir söhbətə başlayım mən də.