Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   2   3   4   5   6   7   8   9   ...   45

kəs yeganə, bircə həqiqəti– tam aydın, aşkar şəkildə ortaya qoymaq istəmir. 

Nəzəri cəhətdən belədir ki, hər iki tərəf konstruktiv və qeyri-konstruktiv 

mövqe tuta bilər. Həmin mühakimələrin hər ikisinin kökündə artıq 

yaddaşları  işğal etmiş, beyinlərə soxulmuş subyektiv, potensial “dil 

həqiqətləri” dayanır. Məhz dilin, dil reallıqlarının totalitar aqressiyası  və 

aldanışı, qəfil axınla bir tərəfə yönələn təzyiqi və radikallığı bir vaxtlar 

Fransa senatında erməni genosidinin inkarına görə cəza qanununun qəbulu 

ilə nəticələnmişdi. “Sağlam zəka” deyilən, heç də həmişə sağlam olmayan 

zəka artıq sağlamlığını çoxdan itirmiş semiotika, verbal ətalət və 

maksimalizm qarşısında ağ bayraq qaldırır. Dil işarələri güclünün, zalimin 

əlində silaha, onun havadarına çevrilir. Gerçək referensiyadan 

yayındırılmış, itmiş, qəsdən itirilmiş dil həqiqətləri getdikcə daha artıq hər 

cür  şeytani  əməllərə, cinayət və yamanlıqlara bais olur. Dilin bioloji 

xarakteri onu insanın daxili aqressiyasının tükənməz mənbəyinə çevirir.  

Görünür, dildə ümumi və xüsusi yayılanlığı bir-birindən 

fərqləndirmək lazım gələcək. Yalnız bu əsasda ümumi və xüsusi yayılanlıq, 

qeyri-səlislik nəzəriyyəsindən bəhs etmək olar. Dilin qlobal və xüsusi 

yayılanlıq, digər tərəfdən də substansional bütövlüyü, sistem-struktur 

monolitliyi bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır. 

Zadə ümumən nitq fəaliyyətinin yayılan, qeyri-səlis olduğuna diqqəti cəlb 

edir (N. Hüseynzadə, 336). Funksional avtomatizm, bütövlük və keçiciliyə 

yayılanlığın müxtəlif təzahürləri kimi yanaşmaq olar. Dil konvensiyalarının 

sabitsizliyi, kövrəklik və kortəbiiliyi məhz dilin varlıq, mövcudluq forması 

olan səs kütləsinin, səslənmə ardıcıllığının elastikliyi və mütəhərrikliyi, 



 

 

 



21

özünüdoğurma və yenidən təşkilolunma, vəhdət və ixtiyariliyi ilə  sıx 

bağlıdır.  

Insan azadlığının, sərbəst iradənin mahiyyəti belədir ki, bütün başqa 

sferalarda olduğu kimi dil istifadəçiləri daim mövcud konvensiyadan 

çıxmağa meylli olurlar. Biz “vəfalı”, “sadiq” sözlərini həm ilkin semantik 

mənada, həm də onlara tam əks mənada və ya “vəfalı”, ”sadiq” olmaqla 

onların əks qütbləri arasındakı aralıq mərhələlərindən birinin verballaşması 

kimi dərk edirik (“xain”, “satqın”, heç də tam vəfalı olmayan, bir az vəfalı, 

sadiq deyil/olmayan və s. mənalarda da asanlıqla işlədirik.). Həmin 

mənalardan öz fərdi maraqlarımız, praqmatik məqsədlərimiz üçün 

yararlanırıq. Axı insanlar yalnız “vəfalı” və yalnız “vəfasız” olmurlar. 

Onlardan sözün həqiqi mənasında “vəfalı”, “tamamilə/təpədən dırnağa 

qədər vəfalı”, “bir qədər vəfalı”, “vəfalı olmayan”, “vəfalı/o qədər də vəfalı 

deyil/olmayan”, “tamamilə  vəfasız”, “bivəfa, o qədər də  vəfalı/vəfasız 

olmayanlar”, tez təsir altına düşənlər də var.  Və digər variantlar, 

variantlaşmalar da var. İnsanlar yalnız yaxşı və yalnız pis də olmurlar. Ya 

yaxşı ya da pis də olmurlar. İnsanlar həm yaxşı, həm də pis olurlar. 

Aşağıdakı nümunələrə müraciet edək. 

Hökumət qüvvələri Bəşər Əsədə həmişəki kimi sadiqdir/axıra qədər 

sadiqdir” söyləmələrində “sadiq” dil elementi Bəşər  Əsədi devirməyə 

çalışan xarici qüvvələr, habelə müxalifət tərəfindən ən qəti şəkildə “satqın”, 

”vətən xaini”, bir qədər də uzağa getsək, “azadlığın, demokratiyanın 

düşməni” mənalarında qavranılır və buna müvafiq emosional reaksiyalar 

doğurur. Necə ki, Bəşər  Əsəd qüvvələri tərəfdən heç  kəsin birbaşa 

qınağına tuş gəlmədən, heç kəs qarşısında məsuliyyət hiss etmədən, hesabat 

vermədən asanlıqla “terrorçu”, ”qiyamçı” kimi tamamilə  əks qiymətlər, o 

cümlədən də linquistik qiymətlər alır. Bu ona görə belə olur ki, 

“vəfalı”/”sadiq” və “vəfasız” , “bivəfa” sözlərində semantik dəqiqlik, 

səlislik yoxdur. Həmin sözlər qeyr-aşkar sözlərdir və heç vaxt öz 

mənalarını tam adekvat şəkildə reallışdıra bilmir. Belə xüsusilə qeyri-səlis 

leksik vahidlər qeyri-aşkarlıq fenomeninin təhlili üçün böyük əhəmiyyət 

daşıyır.  

Qeyd etdiyimiz kimi, siyasi diskursda və ikinci semiotik sistem olan 

bədii diskursda yayılanlıq daha güclü olur. O dövr Suriya hökumətinin 


 

 

 



22

rəsmi bəyanatlarından birində deyilirdi: “Homs şəhəri cinayətkarlardan 

təmizləndi!” Belə dil-işarə relyativizmində heç kəs kimin həqiqi 

“cinayətkar” və ya “vətənpərvər” olduğunu birmənalı şəkildə və dəqiq deyə 

bilməz. Lap yüz deyil, min nəfər müşahidəçinin şahidliyi və “vasitəçiliyi” 

ilə də bunların kimdən, kimlərdən ibarət olduğunu demək, bir-bir barmaqla 

göstərmək, nişan vermək mümkün deyil. Dil konvensiyasında “cinayət”, 

“cani”,”cinayətkarlıq”, “vətənpərvər”, yaxud “terrorçu”, “terrorçuluq”, 

“ədalət” və ya “demokratiya” ilə bağlı “bəndlər” yoxdur. Yalnız dil 

işarəsinin pluralistik təbiəti, səs substansiyasının elastikliyi və avantürizmi 

belə omonim işlənmələrə şərait yaradır. Göründüyü kimi, kortəbii xarakter 

daşıyan dil şərtləşmələri və razılaşmaları  tərəflərin imzaları ilə  təsdiq 

olunmur, onların düz olub-olmaması, doğruluq dərəcələri hər dəfə 

yoxlanılmır. Onlar sanksiyalaşdırılmır, işarələr təkrar, ixtiyari işlənməklə, 

detallar, təfərrüatlar unudulub gedir, dil şüurunun dərinliklərinə qovulur. 

Burada heç nəyi operativ olaraq sübut və ya nəyisə  təkzib etmək, nəyəsə 

nəzarət etmək mümkün deyil. Ümumilik, qeyri-müəyyənlik, yayğınlıq, 

qeyri-səlislik  əvəzləyici işarələrin içəridən çökməsi, sazişin  ən azı 

müvəqqəti olaraq, müvafiq dil aktında aradan qalxması, pozulması ilə 

nəticələnir.  Əgər dil işarələri səslərdən deyil, başqa bir materialdan, 

məsələn, gildən, gibsdən və ya metaldan, hər hansı bir bərk materialdan 

hazırlansaydı, heç vaxt belə qeyri-sabitlik, keçicilik mümkün olmazdı. Səs 

məna uyğunluqları belə asanlıqla  dağılmazdı. Çoxmənalılıq, çoxşaxəlilik, 

çoxaspektlilik yaranmazdı, dərketmənin, qiymətləndirmənin fəsadları bu 

qədər böyük olmazdı. 

Yuxarıdakı misala qayıtsaq görərik ki, “təmizlənmə”, “təmizlənmək” 

variantları istisnasız olaraq pis, mənfi, mənfur, çirkli, natəmiz kimi 

“keyfiyyətlərdən”, daha doğrusu, anti-keyfiyyətlərdən azad olmaq 

anlamında işlənir. Nəyisə müqəddəs, təmiz, pak, ülvi, mübarək, mütərəqqi, 

doğru, həqiqi olandan “təmizləmək” qeyri-mümkündür. Təmiz olanı 

təmizləməyə ehtiyac yoxdur. Bunlar “korlamaq”, “çirkləndirmək”, 

“bulamaq”, “murdarlamaq”, “çamur atmaq” indeksi altına düşür. Bunun 

kimi “vətənpərvərlər”, müxalif qüvvələr/müxalifət, demokratiya, azadlıq 

tərəfdarları/aşiqləri kimi adlandırma, qiymətləndirmə konvensiyanallığında 

da “satqınlıq”, “xəyanət”, “xarici qüvvələrə xidmət etmək” mənaları ilə 


 

 

 



23

bağlı xüsusi maddələr, qeydlər,  şərtləşmələr mövcud deyil. Dil kodeksi 

bunların heç birini nəzərdə tutmur, yaxına buraxmır/Homs  şəhəri 

vətənpərvərlərdən/demokratlardan, azadlıqsevər qüvvələrdən, zülmdən, 

ədalətsizlikdən, köləlikdən azad olmaq istəyən  qüvvələrdən, müxalifətdən 

təmizləndi (?). Beləliklə,  təkcə sözlərlə  işarəyə alınan anlayışlar arasında 

deyil, söz reallıqlarının, işarə-obrazların özündə  də çoxlu assosiativ 

uyğunsuzluqlar, müqavimətlər, sistem-işlənmə  gərginlikləri üz-üzə, iç-içə 

dayanır. Kifayət sayda ziddiyyətli, bir-birini rədd və istisna edən məqamlar, 

situasiyalar meydana çıxır.  

Peşəkar siyasətçilərin işlətdiyi terminlərin çoxunda, bəlkə hamısında 

kifayət qədər  tutqun-dumanlı bir halə, kodlaşmış,  şifrələnmiş, içəri 

govulşuş daimi bir yalan və aldanış refleksi yaşayır. Kim bu mübhəm, 

dolaşıq sözlərin, anlayışların mənasını açsa, mənaları, anlamları, 

bütövlükdə mülahizələrin, təkliflərin konkret məzmununu şərh etsə və onu 

dəqiq işarəyə alsa və burada hamının  əməl edəcəyi bir razılaşma, bir qəti 

qərar qəbul etdirə bilsə, onu dünyanın xilaskarı hesab etmək olar. Işarələrin 

hər birinin öz yeri və öz işlənə bilmədiyi yerləri var. Bir qədər geniş  və 

bəsit düşünsək məlum olar ki, dünyada az və ya çox dərəcədə “azad 

olmayan” insan yoxdur. “Azad”, “azadlıq” sözlərinin siyasi-terminoloji 

mənasını yox, adi dildəki mənasını  əsas götürsək, şəksiz ki, belədir. Əgər 

istədiyin vaxt evdən çıxıb istədiyin vaxt evə qayıdırsansa, “azad surətdə” 

gəlib-gedənə, bəzəkli maşınlara, firəvan insanlara baxa bilirsənsə, 

yorulanda yaxındakı parkda istənilən skamyaya yaxınlaşıb onu istənilən 

yerində, istənilən oturacaqda otura bilirsənsə, durduğun yerdə səni öldürən, 

təhqir edən  yoxsa, bu da azadlıqdır! Həm də hüququn qorunmasıdır, 

qorunması kimidir. Hər cür sərbəstlik, güvənlik elə geniş  mənada 

“azadlığın” tərkibinə daxil olur və istəsən onu böyük hərflə Azadlıq kimi 

dərk və  təfsir edə bilərsən. Insan “azadlıq” anlayışını  kəşf edəndə, 

“azadlıq” sözünü, işarə formatını yaradanda heç “söz azadlığı”, “azad 

seçki”, düşüncə azadlığı anlayışları yaranmamışdı. “Seçki azadlığını” 

(“seçib seçilmək azadlığı”), “azad söz”, “azad düşüncə” dil formalarını da 

daha geniş, “detallı” və  sərbəst  şəkildə  dərk etmək, qiymətləndirmək 

mümkündür. Bizim Peyğəmbərlərimizin təhqir edilməsi də amerikasayağı 

“azadlıqdır”, azadlığın, sərbəstliyin, harınlığın xüsusi bir növüdür. Əgər 


 

 

 



24

“azad”  şəkildə siyahıda qol çəkib bülleteni götürürsənsə, istənilən odaya 

daxil olub nəyisə pozub, nəyisə saxlayırsansa, hələ “korlanmamış 

bülleteni” istənilən şəffaf və qeyri-şəffaf qutuya ata bilirsənsə və Novruzəli 

kişidən fərqli olaraq onun taleyindən zərrə qədər  də narahat olmayaraq evə 

qayıdırsansa, bu da azadlıqdır. Kimsə  səni qolundan tutub zorla seçki 

məntəqəsinə aparmırsa, ürəyindən olmayan tədbirdə  iştirak etməyə, 

konsertə qulaq asmağa məcbur etmirsə, bu da azadlıqdır. Burada “”azadlıq” 

artıq “xoşbəxtliyin”, “ədalətin”, “lütfün”, “lütfkarlığın” sərhədlərinə  qədər 

uzanır. Azadlığa qovuşmaq istəyən insanlara dillə belə yalançı  təsəlli də 

vermək mümkündür. Digər tərəfdən, əgər diktatorun, idarə müdirinin, asılı 

olduğun  şəxsin  şəninə heç kəsdən ehtiyat etmədən, həya hiss etmədən 

istənilən tərifi, mədhiyyəni deyə bilirsənsə, o da buna sadəlövhcəsinə 

inanırsa, onun düşmənlərinə qarşı istənilən hədyanı, böhtanı açıq  şəkildə, 

heç kəsdən qorxmadan dilə gətirə bilirsənsə, daha bu söz azadlığı deyil, bəs 

nədir?! Hərfi, ilkin mənada sözlə icra olunan hər bir hərəkət söz azadlığıdır, 

sözün azadlığıdır və s. Hələ bu harasıdır!  Əgər istənilən qadınla evlənə 

bilirsənsə, səni kimsə zorla kiminləsə evlənməyə, onunla həyatının sonuna 

qədər yaşamağa məcbur etmirsə, sözdə, ya real olaraq mənzil hüququn, 

yaşamaq hüququn, vaxtında təqaüdə  çıxmaq hüququn və  həmin təqaüdü 

vaxtında əldə etmək, hətta onun heç özün getmədən, kartla almaq imkanın 

varsa, bu da elə insan hüququ, onun qorunması kimi qavranıla bilər. 

“Xoşbəxtlik ” və ”bədbəxtlik” də, “şərəf” və “ləyaqət” də, “insaf” və 

“insafsızlıq” da beləcə qiymətləndirilə bilər. “Yaxşı” və “pis”, “halal” və 

“haram”, “xeyir” və  “şər” də belədir. Insanın çoxsaylı  təcrübə  və 

təəssüratları, dilin işlənməsi ilə, səs-işarə eksperimentləri ilə sözün üzərinə 

çökən anlam və mənalar, dil məzmunları qeyri-səlisliyin, qeyri-dəqiqlik və 

nisbiliyin  əsaslarını hazırlayır. Təbii dildə ünsiyyət saxlamağa məhkum 

olunmuş biz insanlar bioloji varlıqlar olaraq “azadlıq”, “asudəlik”, 

“sərbəstlik”, “dinclik”, “əminamanlıq”, “xoşbəxtlik”, “bədbəxtlik” 

anlayışlarının sərhədlərini tam dəyişdirə, aydınlaşdıra  bilməməyimiz 

ucbatından həmin sözlərin daha yayğın və dumanlı  sərhədlərini də aydın 

seçə bilmirik, qeyri-müəyyənliyə  təslim oluruq. Bu söz təslimçiliyi, söz 

təhkimçiliyi get-gedə qarşısıalınmaz,  ən pisi isə, təbii, instinktiv bir 

xarakter alır. 


 

 

 



25

Bu gün dünyada heç kəs Linkolinin əvvəl sitat gətirdiyimiz 

sözlərinin hansı ölkə üçün tam doğru, qismən doğru və ya tam yalan, bir az 

yalan olduğunu söyləyə bilməz: “Hakimiyyət xalqındır, xalqın iradəsidir və 

xalq üçündür”. (Dil eyni fikri müxtəlif şəkillərdə ifadə etməyə imkan verir.) 

”Demokratik və ya qeyri-demokratik dövlətin başçısı olub-olmamasından, 

təpədən dırnağa qədər diktator, “insaflı”, “ədalətli” diktator, tam, sonadək 

diktator və ya demokrat, doğruçu, yalançı demokrat olub-olmamasından 

asılı olmayaraq hamı bir nəfər kimi xalqın adından danışır, xalqın 

“iradəsini” yerinə yetirdiyini, yalnız və yalnız ona xidmət etdiyini deyir. 

Qəribədir ki, öz xalqlarına daha çox zülm edənlər xalq haqqında, xalq 

adından daha çox danışır. Bu tamamilə doğrudur ki, birmənalı  şəkildə 

aşkardır ki, həqiqətən hakimiyyətin mənbəyi, sovet ideoloqlarının bir vaxt 

adlandırdıqları kimi, “qara kütlədir”, “xalqdır”, ölkədə yaşayan insanlardır, 

fərdlərdir və  həmin insanlardan, fərdlərdən kənar dövlət, hakimiyyət də, 

xalq da, xalqa zülm edənlər də yoxdur. Dünyada heç kim dil işarələrinin 

semantikasından çıxış edərək hansısa bir diktatorun, dövlət və ya hökumət 

başçısını xalqa xidmət etmədiyini, yaxud daha çox xidmət etdiyini, kifayət 

qədər, lazım olduğu (?) qədər xidmət etmədiyini sübut edə bilməz. Özünü 

bütövlükdə, sonadək xalqa fəda etmək də, heç günahı olmayan adamları 

öldürməmək də (bütöv bir silahlı ordu və istənilən kəsi öldürməyə qadir 

olan polis dəstələri var), “zəhmətkeşləri” haqlı-haqsız məhbəsə 

doldurmamaq da, onların yaşamaq hüququnu, nəfəs almaq haqqını az-çox 

təmin etmək də xalqa xidmətdir. Digər tərəfdən, “xalq” yalnız sənə yad 

olanlardan, sənə  səs vermək istəməyənlərdən, səs verməkdə  tərəddüd 

göstərənlərdən ibarət deyil. Diktatorun ailəsi, tayfası, yaxud qohum-

əqrabası, quda və bacanaqları, yaxın dostları, partiyadaşları, məsləkdaşları 

da “xalqdır”, bunlara xidmət etmək də xalqa xidmət etməkdir, bunların 

iradəsini yerinə yetirmək də “xalqın iradəsini” yerinə yetirməkdir. Bunlar 

da xalqın bir hissəsidir, xalqdan, xalq anlayışından əsla kənar bir şey deyil. 

Bütün bu gizli-latent anlayışlar, leksikoqrafik dağılımlar, təəssürat və 

təsəvvürlər, dil işarəsinin real-informativ potensialını, semantik strukturunu 

formalaşdırır, insanı dünyanı, hadisə və prosesləri aydın görməyə, düzgün-

sahmanlı qavramağa, başa düşməyə qoymur. Nəticədə ilk baxışda mənasız, 

məzmunu tam aydın, aşkar və  səlis, doğru olan dil işarəsi çoxqatlı, 


 

 

 



26

çoxqiymətli, doymaz bir hala gəlir. Dil işarələrinin yayğınlığı, qeyri-

aşkarlığı, qeyri-harmonikliyi dərketmə  və ünsiyyət prosesində gah gerçək 

maneələr,  əngəllər yaradır, gah da, əksinə, dil istifadəçisinin  əsil 

müttəfiqinə çevrilir. Və son nəticədə düşünmək olar ki, elə harmoniya və 

güvənliyə, bəzən çox zəruri olan birlik və  həmrəyliyə xidmət göstərir, 

uzunmüddətli aldanış və yanılmalara səbəb olursa, digər tərəfdən də ümumi 

dinclik və sabitliyi, müvəqqəti də olsa rifah və əminamanlığı təmin edir.   

Yeri gəlmişkən qeyd edək ki, postsovet ölkələrində azadlıq istəyən 

qüvvələrin “cinayətkar”, ”quldur”, “narkoman” adlandırılması da maraqlı 

dil-işarə nisbiliyi idi. Və butun bunlar o dövrün dil şüuru ilə, dövrün 

konkret praqmatik kodeksi ilə heç də ziddiyyət təşkil etmirdi. Bu qəbildən 

olan peyorativ söz-qiymətləndirmələr analoji situasiyalarda işlənmək, təsir 

göstərmək potensialını həmişə saxlayır.  

Yalnız təbii dildə belə bir ümumilik, universallıq mümkündür ki, 

eyni işarə müxtəlif referentləri, aktual denotatları nişan verir və ya əksinə, 

eyni denotat, adlandırılan müxtəlif işarələrlə adlandırılır. Süni dillərdə, 

digər oxşar, mümkün semiotikalarda belə ikilik, üçlük, ambivalentlik, 

asimmetriya mümkün ola bilmir. Bu situasiyanı təbii dilin həm gücü, həm 

də qüsuru, süni dilin isə birtərəfliyi, çatışmazlığı kimi qiymətləndirmək 

olar. Çoxmənalılıq, sinonimlik və omonimlik, metaforiklik və növbənöv 

simvolika – dil işarələrinin mövcudluq vəziyyətidir. Göstərilən uyarlıq və 

paradoksallıq, nizam və xaos sözün semantik qruplarını  təbii dilin enerji 

mənbəyinə, generatoruna çevirir. Həmin potensial energetik güclər dilin 

daha yuxarı  səviyyələrinə - sintaksis və  mətn bütövlüklərinə doğru daim 

genişlənir (sintaktik formaların çoxmənalılığı  və omonimliyi, sintaktik 

sinonimlik və antonimlik). obrazlı-assosiativ çoxluqlar, kontekstual 

sinonim variantlarnı  əmələ  gətirən məcazlar sistemi, dəyişik metaforik 

adlandırmalar, sinonim çoxluqların davamı, genişlənməsi olan perifraz 

şəkilləri (erfemizm, litota, mübaliğə, kinayə və onalrın müxtəlif formaları), 

dilin digər energetik sistem və mexanizmləri ilə üzvi surətdə qovuşur, 

üslubi priyom və fiqurlarla mövcud praqmatik-koqnitiv potensialı 

zənginləşdirir.  

Dünyada elə bir az-çox ağlı başında olan siyasətçi yoxdur ki, o 

“sülh”dən danışmasın, başçılıq, yaxud təmsil etdiyi dövlətin “sülh 


 

 

 



27

siyasətindən”, barışdan dəm vurmasın. Qarşılıqlı hörmət və əməkdaşlıqdan 

bəhs etməsin. Dünyada heç kim, ən qaniçən, azğın diktatorlar, sərkərdələr, 

genereallar belə açıq-aşkar müharibə istədiyini demir, savaşı, zorakılığı 

təbliğ etmir. Hitler də, Stalin də, Brejnev də eyni pafos və  şövqlə “sülh”, 

dostluq” bir-birinin daxili işlərinə qarışmamaq siyasətindən danışırdı. 

Qəddafi də, Mübarək də, Bəşər  Əsəd də eyni haqq və haqqsızlıqla 

demokratik islahatlar keçirilməsi zərurətindən, sosial ədalət və rifahdan söz 

açır, köləlikdən, hüquqsuzluqdan qurtulmaq istəyən, həqiqi azadlığa 

qovuşmaq istəyən adamları “xarici qüvvələrə satılan”, xain və terrorçu 

adlandırırdı. Qeyd etdik ki, sözün maddi qatının, eksponentinin məhz 

səsdən, səs substansiyasından ibarət olması onu qisas və nifrət anlarında 

qarşısıalınmaz, durdurulmaz bir axın halına gətirir,dil vahidlərinin 

praqmatik perspektivlərini daha artıq stimullaşdırır. Yuxarıda göstərilən 

tipli kifayət qədər aydın olmayan, qeyri-müəyyən təkliflərin, 

mühakimələrin həqiqətdən tam uzaq olduğunu da söyləmək  ədalətsiz olar. 

Məsələn, Sudet almanlarına qarşı edilən ayrıseçkiliyə son qoymaq, guya 

onların azadlıq arzularını  həyata keçirməklə, yaxud Versal müqaviləsinin 

bəzi, xüsusilə  ağır  şərtlərini müharibə yolu ilə aradan qaldırmaqla 

Avropada uzunmüddətli sülhə nail olmaq həqiqətən bir reallıq kimi alman 

xalqının, qanuni haqqı kimi görünürdü. Yaxud, “keçmiş Sovet İttifaqında 

dövlət müəllimlərə  hər cür qayğı göstərir” mühakiməsi tamamilə ciddi 

əsaslara söykənirdi - hamı müəllim gələndə ayağa durur, hamı “ilk 

müəllimini” xatırlayır, onu razılıq, minnətdarlıq hissi ilə yad edirdi. 

Xüsusilə bizim Azərbaycanda hamı  ən çox hörmət olunan adamlara 

“müəllim” deyir, müəlllim deyə çağırır və s.  

 Qlobal şəkildə düşünsək, dil işarələrinin semantik yayğınlığı  və 

funksional kövrəkliyi, qeyri-səlislik və qeyri-aşkarlığı, semioloji 

dayanıqsızlıq, həm də  şərti-nisbi mənada sabitlik, güvənlik və 

kommunikativ uğur amili kimi çıxış edir. Çox da ideal olmayan bu sistem 

insanlara çətin kommunikativ situasiyalardan çıxmağa kömək edir. Arzu 

olunanı  həqiqət, yalanı doğru, inkarı  təsdiq kimi qavramağa kömək edir. 

Dil bəlkə  də  təsvir və ifadəetmədən daha çox yalan, aldanış  və 

manipulyasiyanın sazlanmış sistemidir. Maqik dil işarəsi reallıqlarında 

İsraillə  Fələstin arasında tez-tez “barışıq”  əldə edilir, Qarabağ konflikti 


 

 

 



28

beynəlxalq qanunlar əsasında,  ədalətlə  həll olunur, Şuşada Azərbaycan 

bayrağı sancılır, “lazım gələrsə” torpaqlar dərhal qaytarılır, dünyanın  ən 

yoxsul ölkələrində sosial ədalət bərqərar olur, dörd dəfə xərçəng əməliyyatı 

keçirmiş diktator “tezliklə” öz işinə, “yalnız onun olan işə” qayıdır, xalqı 

ilə yenidən görüşüb daha altı il ona zülm edir və s. Məhz qeyri-sabit 

kommunikativ paradiqmaların nəticəsidir ki, kifayət qədər ağıllı 

diplomatlar, dövlət xadimləri on illərlə davam edən və sonu görünməyən 

konfliktləri “tərəflər özləri həll yolunu tapmalıdır” kimi əsassız, predmetsiz 

anlayiş  və mühakimələrlə sovuşdura bilir, ildən ilə ötürə bilir. Həmin dil 

reallıqları, işarə  təxribatları sayəsində  və onların vasitəsilə faydalı, zəruri 

fasilələr yaranır, ehtiraslar soyuyur, tərəflər bir-birini və öz xalqlarını 

aldadıb onlara yeni vədlər verə bilirlər. Dilin virtual həqiqətləri dil 

işarələrinin arabulucuğu ilə “hə” və “yox”, “doğru” və “yalan” arasındakı 

məsafə  tədriclə, ehtiyatla, yüz ölçülüb bir bicilə - bicilə keçilir. Nəticədə 

qanlı müharibələr, savaşlar olmur. “Müharibə ölüm, qan deməkdir, kim 

sülh, sabitlik istəməz, ailələrə meyitlərin gəlməsini istəyər” kimi reallıq və 

aldanışlar, həqiqət və yarımhəqiqətlər öz müsbət - mənfi rolunu oynayır. 

Əslində dil həyatında, real ünsiyyət prosesində koqnitiv paradiqma ilə 

bihevioristik paradiqma bir-birinə qarışır, bir-birini tamamlayır və inkişaf 

etdirir.  

Beləliklə, dil işarələrinin axıcılığı, keçicilik və elastikliyi onların 

üzərindən hər cür virtual reallıqlar quraşdırmaq və insanların diqqətində 

saxlamaq, yaddaşına hopdurmaq üçün  kifayət qədər inandırıcı  əsaslar 

hazırlayır. Səslərin, işarələrin kabusu, fantom bəzən həqiqəti üstələyir. 

Görünür, dünyada ən çətin  şey müharibələri, savaşları dayandırmaq, 

ədavət, qan və etnik düşmənçiliyi ortadan götürmək deyil, dolaşmış, 

kirəcləşmiş başlangıcı – dilin ətalətini, mövcud stereotipləri dəf etməkdir.  

Məlum olur ki, dünyanı ifadə etməli, predmetləri, hadisələri 

göstərməli, işarə etməli olan söz, söz reallıqları  və gerçək reallıqlar 

arasında böyük, geniş  məsafələr, yollar var. Dildə toplanan, təsbit olunan 

reallıqlar heç də gerçək reallığın tam siyahısı bütöv kataloqu deyil, onun 

yalnız kiçik bir hissəsidir. Dil işarələri təkcə olanları deyil, olmayanları da 

implisit  şəkildə öz içərisinə alır, işarələrin  əlaqələnməsindən daha geniş 

dünya, dünyalar hasilə  gəlir. Dildə olan bir şey həyatda, gerçəklikdə 


 

 

 



29

olmaya bilər, lakin bunun əksi də mümkündür. Belə antoloji dualizm, 

asimmetriya təbii olaraq, birmənalı olaraq harmoniyaya xidmət etmir, 

aldanış, manipulyasiya və yanılmaların, səhv və qüsurların mənbəyinə 

çevrilir. Türklər “sözdə erməni soyqırımı” deyir, almanlar buna “das 

angebliche armenische Genozid” deyir, yəni ki, guya ki, deyəsən ki, 

deyərsən ki, “erməni soyqırımı”. Mövcud olmamış, mövcud olmayan bir 

hadisə. Biz azərbaycanlılar türklərdən artıq bir nifrət və  qəzəb hissi ilə 

“qondarma”, “yalançı” soyqırım deyirik. “Mifik”, “xəyali” da demək olar 

ki, bu da nifrəti artırmaqdan başqa heç nəyi dəyişməz. Biz həyatımızın, 

mübarizələrimizin gedişində, dünyanın dərki prosesində guya nəsə aydın, 

müəyyənləşmiş, doğruluq qiyməti qəti olaraq təyin edilmiş  nəyisə ifadə 

edən söz örtüyünü şeylərin, hadisələrin üzərindən götürsək, qoparıb atsaq, 

əslində onların dillə müəyyənləşdirilən nizamı pozular. Mövcud 

təsəvvürlər, təəssüratlar, assosiyasiyalar da dağılar, uçulub gedər, əlimizdə, 

ovcumuzda heç nə qalmaz. Biz özümüzü sözlərin, söz birləşmələrinin, 

cümlələrin, söyləmlərin, bütöv mətnlərin stixiyasına, axınına təslim 

etməklə gerçək dünyanı sanki unudur, uyarlıq və harmoniyanı, eyni 

zamanda xaos və nizamı dildə, dil işarələrinin qoyduğu, müəyyənləşdirdiyi 

çərçivələr, modellər daxilində axtararıq. Və yanılırıq.  

Əgər səsli dili faktların, predmetlərin, hadisələrin dili ilə birləşdirə, 

əlaqələndirə  bilsək, digər maddi varlıqlardan, substansiyalardan təşkil 

olunmuş  işarə sistemləri ilə bir araya gətirə bilsək, qavrayışın gerçək 

hüdudlarını müəyyənləşdirib, onlara nəzarət edə bilsək, yəqin ki, 

problemlərimizin xeyli hissəsindən azad ola bilərik.  

Linquistik virtuallıq, dil işarələrinin gerçək və aldanışları, həqiqət və 

yalanları müxtəlif ünsiyyət sferalarında fərqli, dəyişik miqyaslar kəsb edir.  

 Təkzibedilməz, qavranılmaz dil və dil yaradıcılığı baxımından 

məhəbbət konsepti xüsusi maraq doğurur. Dünyada çox az şair tapılar ki, 

sevgi şerlərini lap yer üzündəki gözəllərin ən gözəli olsa belə, ev gözəlinə, 

evdəki, evindəki gözələ, hər gün səsini eşitdiyi, sevdiyi, min-bir qayğı 

gördüyü  əsl gözələ, “real” gözələ  həsr etmiş olsun. Insan daim 

gördüklərinin, nail olduqlarının hüdudlarını aşmaq, çərçivələrini qırıb daha 

uzaqlara boylanmaq istər. Ailə  həyatı qurulandan, illər ötəndən, 

əlçatmazlara əl çatandan sonra sevgi şerləri yalnız və yalnız digər gözəllərə, 


 

 

 



30

uzaqdakı gözələ,  əlçatmaz, ünyetməz gözələ, gözəllərə ithaf olunur. Daha 

yanında, yaxında olana, başına, övladlarının başına dolanana, əslində 

hamıdan gözəl olana yox.  Bəlkə də belə olmasa, heç yeni sevgi şerləri də 

yaranmaz. Ovçuluq instinkti, fəth instinkti, başlıcası, doymaz xəstəliyə 

çevrilmiş tamah hissi, özünütəsdiq, özünüifadə refleksi kişilərə dünyanı da, 

əsl dünya gözəlliyini də dərk etməkdə mane olur. Biçarə qadın, ev qadını, 

evin xanımı  ərinin sevgi şerlərinin kimə  həsr olunduğunu, hər halda ona 

həsr olunmadığını çox gözəl bilir, bunu heç cür şair ərinin boynuna qoya 

bilmir. Deyəsən, heç qoymaq da istəmir. Ən ağıllıları virtual olaraq özünü 

həmin gözəl kimi aparır və hiss edir. Aldanışa təslim olur. Lakin həmin 

ithaf şerlərinin tək birinin üstüdə əsl, real, vəsf olunan gerçək gözəlin rəsmi 

olsa, məsələn, pasportdakı şəkli kimi, yaxud bir barmaq məktub olsa, görün 

nə qiyamət qopar! Çünki bu, artıq tamamilə başqa bir semantikadır, başqa 

bir reallıqdır ki, yolunu azmış şair, daha düzü, öz yolu ilə gedən şair ondan 

heç cür yaxasını qurtara bilməz. Artıq bu xına o xınadan deyil. Bu 

semiotika o semiotikadan deyil. Hətta yad, xəyali gözəlin dil işarələri ilə ən 

realist, gerçək təsviri də vəziyyətdən qurtulmaq üçün kifayət etməz. Etiraf 

etmək lazımdır ki, burada narazılıqdan, pərtlikdən çox qadının özünütəsdiq 

instinktinin, ləyaqətin qorunmasının tükənişi, sonu siyuasiyası var. Bu tip, 

bəlkə  də müsbət, zəruri yalanlar şair təbinin,  şairin gözəllik qavrayışının 

stimuluna çevrilir ki, bunun reallaşması da konkret zahiri hərəkət və 

davranışlardan çox dillə mümkündür. Mübaliğəsiz demək olar ki, yalansız 

şəxsi həyat yoxdur. Və biz xilaskar yalanalara, həyati-kreativ, yaradıcı 

yalanalara, sonsuz, hüdudsuz yalan və aldanışlara görə dilə, dil işarələrinə 

borcluyuq. Dil işarələrinin natamamlığı, ümumilik və mücərrədliyi, qeyri-

adekvatlığı  hər bir ləyaqətini, simasını itirmiş adama heç gözünü belə 

qırpmadan özü haqqında “Mən normal, namuslu və qeyrətli bir adamam” 

deməyə əsas verir.  Bioloji başlanğıc, irsi-genetik şərtlənmə dilə bir instinkt 

kimi, təbii instinktlərin davamı kimi yanaşmağa imkan verir. Dilçilik 

ədəbiyyatında çoxdan məlum olan və yenidən dirçəlın bir fikir tamamilə 

özünü doğruldur ki, dil, dil qabiliyyəti də insanla birlikdə doğulur, inkişaf 

edir və  nəsildən nəsilə ötürülür. Bütün müsbət və  mənfi, qüvvətli və  zəif 

cəhətləri ilə birlikdə dil insan təbiətinə tamamilə uyğun gəlir. Digər dili 

olan və olmayan canlılarda vəziyyət belədir ki, adətən psixika 


 

 

 



31

təkmilləşdikcə, ağıl, şüur artdıqca instinktlər zəifləyir, yalnız insana məxsus 

dil instinkti isə, əksinə, daim qüvvətlənir, kəskinləşir. Bu uyarlıq və nisbət 

Homo sapiens-ə münasibətdə daha çox doğrudur. Yalnız bir fərqli cəhət 

var. Paradoksal hal olaraq müxtəlif tip insanlarda rasional qavrayış, 

intelektual səviyyə artdıqca, əksinə, instinktiv həssaslıq, reaksiya azalır. Bu, 

heç şübhəsiz dilin daha geniş funksiyaları ilə, ilk növbədə idrak funksiyası 

ilə bağlıdır. Ilkin, motivli dil işarələrinə, dil formalarına ehtiyac, təbii 

maraq getdikcə azalır, düşünən insan daha çox əslində  sərbəst, azad 

dərketməyə daha çox imkan verən, daha kreativ simvollara, ixtiyari 

işarələrə üstünlük verirlər. Belə demək daha doğru olar ki, işarələrin 

substansional dəyəri, mahiyyəti məsələsi minimuma enir. Əsl həqiqətdə 

geniş  mənada motivsiz, ilkin denotativ əsaslardan, xəyali, virtual olsa da, 

tamamilə məhrum olan heç bir dil işarəsi yoxdur. Hər bir işarədə semantik, 

tarixi, psixoloji, sosial və struktur motivliyin olması labüddür. Səs 

motivliyinə yeganə motivlik, motivasiya mənbəyi kimi baxmaq yanlışdır. 

Bilavasitə hissi qavrayışla bağlı olan dil yaradıcılığını insanın xalis 

reflektiv fəaliyyəti, təbii-instinktiv yaradıcılığı kimi qiymətləndirmək olar. 

Əslində  səstəqlidi sözlər, yamsılama və  təkrarlar, ikonika duyğu 

orqanlarının verdiyi ilkin informasiyaların təbiətdən, reallıqdan alınan 

transformasiyalarından başqa bir şey deyildir. Dildə formalaşan, ikinci 

törəmə motivlik (sözdüzəltmə uyarlıqları) və digər motivasiya işarələri bu 

ilkin başlanğıc üzərində  qərar tutur. Dil işarələri bütünlüklə ilkin-bioloji 

reflekslərə, reaksiyalara əlavə olunur. Canlı dil elementləri ilə  təmaslar, 

ikinci siqnal sisteminin fəal, yönəldici təsiri, intensiv qavrayış  və anlama, 

dərketmə  təcrübələri bizi daim həssaslaşdırır, yaradıcı, kreativ fəaliyyətə 

sövq edir, insanı sanki yenidən təbiətə, həm dəöz təbiətinə qaytarır. 

Məsələyə haman geniş kontekstdə yanaşsaq adekvat yayılanlıq qanunu da 

tamamilə məntiqli görünür. 

Məlumdur ki, alman Laybnis dillə gerçəklik arasında izomorfluq, 

oxşarlıq axtarırdı və buna nail olmağa çalışırdı. Həmin ideal situasiya heç 

də  həmişə mümkün olmasa da, bu müvaziliyi yaratmaq mümkün olmasa 

da, bu da bir həqiqətdir ki, şərti-nisbi mənada forma-məzmun uyğunluğu, 

daha doğrusu, müqabilliyi – dil işarələrinin motivliyi, mümkün obrazlılıq 

və emosionallığı həm onların işarələdiyi predmet və hadisələrin, həm də dil 


 

 

 



32

substansiyasının, səs ardıcıllığının daha şəffaf və intensiv qavranılmasını 

təmin edir. Şübhə etməmək olar ki, bilavasitə denotata bağlı olan əşyavi 

işarələr kimi qiymətləndirilən indekslər (simptomlar) və  işarə - kopiyalar 

olan ikonika – səstəqlidi sözlər və yamsımalar aid olduqları predmet və 

hadisələr haqqında daha şəffaf, zəngin, davamlı, aydın və birbaşa 

assosiyasiyalar yaradır. Forma, dil ifadəsi özü referent, adlandırılan, təsvir 

olunan hadisə  və predmet haqqında bilavasitə canlı-əyani informasiya 

mediumuna çevrilir, onların təxmini  əksini, surətini yaradır. Tam mütləq, 

qüsursuz olmasa da, müəyyən məlumat mənbəyi rolunu da oynayır. Canlı 

dil substansiyası sanki gerçək denotatın ekvivalenti, müqabili kimi 

qavranılır. Vizual və auditiv işarələri, dil əyaniliyi – birbaşa, vasitəsiz 

obrazlılıq vasitələrini bir kompleks kimi təsəvvür etsək, motivliyin bütün 

dil səviyyələri üzrə yayılma mənzərəsini də buraya əlavə etsək, həmin qrup 

dil işarələrinin sistemdaxili, şüalandırıcı, aydınlaşdırıcı mövqeyini təsəvvür 

etmək olar. Indeksal işarələr, məlum olduğu kimi, metonimik səciyyə 

daşıyır, metafora isə xalis ikonikadan, təkrar qavrayış aktından ibarətdir. 

Əgər semantik və tarixi şərtləməşməni, konvensionallığı da nəzərə alsaq, 

bütün dil işarələrinin təbii olaraq bu ya digər dərəcədə motivli, məzmunca 

oxşar, ona adekvat-uyğun, hətta tam təbii olması illuziyası  və aldanışı 

yaranır. Lakin əsas məsələ,  əlbəttə, müasir dildə onların necə 

qavranılmasıdır. Əslində biz ixtiyarı kimi adlandırdığımız dil işarələrini də 

konkret qavrayış-assosiasiya aktında motivli, itirilmiş, izi itmiş metonimik 

və metaforik işarələr kimi qavrayırıq. Canlı-adekvat assosiasiyaların 

illuziyasına qapılırıq. Və bu dil-işarə aydınlığı və optikası bütün idrakımıza 

işıq salır, qavrayışımızın daxili stimuluna, eyni zamanda mexanizmlərinə 

çevrilir. Lakin referentlərin, predmet və hadisələrin müxtəlifliyi və 

çoxşaxəliliyi, hadisə  və proseslərin dərkolunmazlığı  və ya tam, aydın, 

dəqiq, hərtərəfli və doğru-düzgün qavranıla bilməməsi fenomenoloji qeyri-

müəyyənliyi artırır, dünyanı yalnız və yalnız səs materialı ilə ifadə və əks 

etdirməli olan dili, dil işarələrini adekvat verballaşma imkanından məhrum 

edir. Sözun, bütövlukdə dil formalarının linquistik enerjisi konkret 

situasiyada üzə çıxır. 

Denotatın, məntiqi-əşyavi mənanın az-çox dəqiq təyin olunduğu, 

tapıldığı  vəziyyətlərdə doğruluq qiymətinin, konkret situasiya üçün daha 


 

 

 



33

dürüst və birmənalı  şəkildə müəyyənləşdirdiyini, müəyyənləşdiyini 

söyləmək olar. Konkret dil aktında aktual denotatı, referenti sonadək 

üzvləndirilə, verballaşdırıla bilməyən, tamamilə açıla, təyin oluna bilməyən 

mücərrəd sözlərdə qeyri-səlislik, yayılanlıq dil işarəsinin qaçılmaz, 

immanent  əlaməti kimi özünü göstərir. Bu yayılanlıq, ümumilik və 

mücərrədlik cümlə kontekstində də tam aradan qalxa bilmir. Məsələn, Er ist 

gewissenslos/Er ist ein gewissensloser Mensch – Er ist gewissenhaft/Er ist 

ein gewissenhafter Mensch (O vicdansızdır/vicdansızın biridir/O vicdansız 

adamdır – O vicdanlı adamdır/ çox vicdanlı adamdır) linquistik qiymət 

çoxluqları arasında fərqin yaranması qaçılmazdır. Haqqında danışılan 

şəxsin vicdanlı və ya vicdansız, çox vicdanlı və ya çox vicdansız, bir qədər 

vicdanlı  və ya bir az vicdansız, o qədər də vicdanlı olmayan, çox da 

vicdanlı olmayan, vicdansız deyil, tamamilə vicdansız, vicdanlı olmayan, 

tam vicdansız və ya sadəcə olaraq vicdanlı və ya vicdansız və s.kimi qeyri-

səlis çoxluqlar arasındakı fərqi və oxşarlığı ilk növbədə Gewissen (vicdan) 

sözünün semantikası müəyyən edir. Heç bir ağıllı alman və ya azərbaycanlı 

Gewissen (vicdan) sözlərinin mənasını tam dəqiqliyi, heç tam təxminiliyi 

ilə də deyə bilməz. Eyni sözləri “ədalət”, “insaf”, “şərəf”, “ləyaqət”, Moral, 

Würde, Gerechtigkeit, Scham sözləri haqqında da demək olar. Siyasi 

diskursda konkter işlənmələr, situasiyalarla aydınlaşa,  şəffaflaşa bilən 

terminlərdə də vəziyyət eynidir. Demokratie, Freiheit, Gleichberechtigkeit, 

freie Wahlen kimi qeyri-dəqiq, qeyri-müəyyən linquistik qiymətlər  əsl 

yayılanlıq, bununla da güclü aldanış, yalan və manipulyasiya vasitələri kimi 

bütövlükdə dili, siyasi diskursu daxilən təhdid edir, onun semioloji 

nizamına xələl gətirir. Məhz belə sözlərin , terminlərin mücərrədliyi, 

ümumilik və yayılanlığı semioloji konvensiyaların tamamilə və qəti olaraq 

aradan qalxmasını, qeyri-səmimiliyini  əngəlləyir, bununla da ünsiyyətin 

sabitliyini, uzunmüddətliyini təmin edir. Sadə söz köklərindən ibarət olan 

mücərrəd  isimlərdə motivliyin, aid- və isnadetmənin mümkün olmaması və 

ya olduqca zəif olması  həmin söz kateqoriyasının yayğınlığını, qeyri-

müəyyənliyini labüd olaraq artırır. Referensi dəqiq müəyyənləşdirilə 

bilməyən, motivliyi, məzmun, məna  əlaqəsi tam bəlli olmayan  mücərrəd 

isimlərlə yanaşı bir-çox toplu isimlərdə, sifət və  zərflərdə, kəmiyyət və 

inkar  əvəzliklərində, qeyri-müəyyən və  kəmiyyət sözlərində (alle, 


 

 

 



34

sämtliche, mehrere, viele, einige, entliche, manche, wenige; çox, çoxlu 

(sayda), az (sayda), xeyli (sayda) bəzi, bir çox, hamı, bir neçə  və s.) 

yayğınlıq, ümumilik, birgəlik semantikası güclənir, həmin sözlər semantik 

genişliyə  və  əksinə, bir çox hallarda məhdudluğa, qapalılığa məruz qalır. 

Əgər təşkilat üzvlərindən biri, partiya iclasında çıxış edən bir funksioner, 

/”bəziləri, bir çoxu, eləsi var ki, / heç nizamnaməni də əməlli-başlı bilmir” 

deyirsə, bu iradi konkret olaraq heç kəs öz üzərinə götürmür, hamı bu “bir 

neçə”, “bəzi” adamın özü olmadığını, yaxud özündən başqa hər kəs 

olduğunu, ola biləcəyini düşünüb sakitləşir, ani olaraq itirilmiş rahatlığını 

bərpa edir. Ünsiyyət prosesində ümumilik, qeyri-müəyyənlik bəzən 

kommunikativ effektin daxili mənbəyinə çevrilir. “Bizim sıralarımızda bəzi 

adamlar var ki /elə adamlar var ki, elələri, bir çoxları, az da olsa elələri də 

var ki, vətənpərvərliyin nə olması haqqında adi təsəvvürü də yoxdur”– tipli 

söyləmlərdə gerçəklik dəyərlərinin dumanlandırılması, yayğınlaşdırılması 

və aktual informasiyanın yayındırılması cəhdi var. Belə mücərrəd, ümumi 

və qeyri-müəyyən, tutqun semantikalı sözlər arzuolunmaz situasiyaların 

yumşaldılmasında və ya tamamən dəf olunmasında həyati əhəmiyyət kəsb 

edir, adekvat, praqmatik baxımdan zərur,i faydalı mühakimələrin 

doğulmasına imkan yaradır. Beləliklə, dildə işarələrinin yayılanlığının həm 

qüvvətləndirilməsi, həm də  zəiflədilməsinin öz xüsusi mexanizmləri və 

spesifik resursları yaranır.  

Məlum olduğu kimi, hər hansı bir hadisəni, prosesi verballaşdırmaq, 

onları  təhlil etmək, semioloji modelləşdirmə  cəhdindən başqa bir şey 

deyildir. Gördüyümüz, eşitdiyimiz, təsəvvür etdiyimiz, düşündüyümüz 

dünya artıq az-çox, dəqiq və ya qeyri-dəqiq verballaşdırdığımız, daha çox 

dil işarələrinin bələdçiliyi ilə, doğru və ya yanlış tanıdığımız dünyadır. Dil 

işarələrinin keyfiyyət, nisbət fərqləri vizuallıq və ya auditivliyi, neytrallıq 

və ya ekspressivliyi, rasional və emosionallığı qavrayış, bütövlükdə 

dərketmə üçün heç də  əhəmiyyətsiz bir məsələ deyildir. Təkrar edirik ki, 

heç bir dil işarəsi – nə indekslər, nə işarə kopiyalar , nə də tam arbitrerlik, 

ixtiyarilik əlamətinə malik olan dil işarələri gerçəkliyi tam adekvat, dürüst 

və əslinəmüvafiq şəkildə inikas etdirə bilmir. Hər növ dil işarələri ilə yalan 

söyləmək, qeyri-səmimi dil aktları icra etmək və ya həqiqəti dilə gətirmək 



 

 

 



35

mümkündür. Xalis dil yaradıcılığı olan səstəqlidi sözlər, yamsımalar da, 

təkrar, qoşa sözlər də belədir. 

Aşağıdakı sözləri forma və  məzmun vəhdəti, harmoniyası 

baxımından şərti bərabərliklər (≈) kimi qiymətləndirmək olar: das Heulen, 

das Sausen, das Rauschen, das Zischen, knarren, knacken, rauschen, 

rattern, klappern, klirren, knirschen, knistern, flattern, platzen, prasseln, 

bersten, platzen, knallen, rasseln, brausen, zwitschern, brummen, grunzen, 

brüllen, donnern; gurultu, nərilti, vıyıltı, fısıltı,  şırıltı, qığıltı, fışıldamaq, 

qarıldamaq, qışqırmaq, böyürmək, mələmək, xırçıldamaq, fışqırmaq, 

çikkildəmək, mələmək, mələrti,  şaqqıltı,  şappıltı, böyürmək, xırıldamaq, 

xırıltı, şaqqanaq (çəkib gülmək) və s. 

Eşitmə, səs motivasiyasına əsaslanan təqlidi söz və yamsılamalarda, 

məsələn, “sürüşmə” (sürüşmə zonası), “aşırım”, “şəlalə”, “eniş”, “yoxuş”, 

yaxud Wasserfall (şəlalə), Tischlampe (stolüstü lampa),Wandzeitung (divar 

qəzeti), Wörterbuch (lüğət, sözlük) kimi adlandırılmalarda gerçək predmet 

və ya hadisələr arasında izomorfluq, məna-səsləniş mütənasibliyi aramaq 

mümkündür. Burada real gerçəklik və ya dil gerçəkliyinin subyektiv 

qavranılması  bəzən həlledici rol oynayır. Azərbaycan dilindəki unikal 

“cızbıs” və ya “içalat”, “bozartma”, “kəlləpaça” sözlərindən hansının daha 

parlaq və adekvat, sərrast  dil işarəsi olduğunu söyləmək mümkün deyil. 

Bir  şey aydındır ki, səs və  məna motivasiyalı sözlərin, işarələrin hamısı 

müasir dildə ixtiyari işarələr kimi qavranılan simvollara, məsələn, das 

Buch, der Baum, der Hügel, kitab, dəftər, qar kimi sözlərlə müqayisədə 

adlandırdıqları predmet və hadisələrə münasibətdə daha artıq həmrəylik və 

simmetriklik nümayiş etdirir. Vizual və auditiv işarələrin  müvafiq əşya və 

hadisələrə münasibətdə daha səlis, daha dürüst olduğunu, onlar haqqında 

daha artıq emosional, qismən də semantik-assosiativ informasiya daşıdığını 

söyləmək mümkündür. Belə bir təəssüratın yaranması üçün, şübhəsiz hər 

cür  əsaslarımız var. Motivin aydın seçilməsi, görünmə  və ya eşidilməsi, 

hətta fəhm edilməsi öz linquopsixoloji təsirini labüd olaraq hiss etdirir. 

Lakin düşünəndə ki, dil işarəsi hər bir vəziyyətdə forma ilə  məzmunun 

vəhdəti kimi çıxış edir və artıq dərk olunmuş simvollarda da fəal 

assosiasiya fonu, məna-surət səsləşməsi hakimdir, ilkin təəssüratın aldadıcı, 

keçici olması versiyasını da yaddan çıxarmaq olmaz. Bu amilin 


 

 

 



36

mütləqləşdirilməsinin qeyri-elmi xarakter daşıya biləcəyini də nəzərə almaq 

zəruridir. Sözlər yalnız forma-məzmun müvaziliyi və mütənasibliyi ilə 

deyil, qlobal yanaşmada həm də, bəlkə ilk növbədə  məfhumi, predmet 

motivliyi ilə  və motivliyi əsasında qavranılır. Sözlər, adlandırmalar həm 

mümkün forma-məzmun oxşarlığı, həm də, motivlik, siqnifikativ məna 

bünövrəsində  birləşir, tanınır. Die Sonne, der Mond, die Wolke, das Meer, 

günəş, ay, bulud, ilan, çəmən kimi sözlər predmetin mahiyyətinə, xarakter 

və  təyinatına, funksional əlamətinə uyğun səs cərgələri, səs substansiyası 

ilə reallaşmasa da, onlar ənənə və işlənmə norması əsasında bu gün kifayət 

qədər adekvat, dəyişməz, pozulmaz formlar,  yeganə mümkün forma-

məzmun ittifaqı kimi dərk olunur. Hər bir konkret vəziyyətdə dil işarəsinin 

qeyri-dəqiqliyi, yayılanlığı  və nisbiliyi, eyni zamanda məzmuna, ideyaya 

münasibətdə qeyri-mükəmməlliyi, natamamlığı  və  təxminiliyi, təqribiliyi 

tamamilə aradan qalxmır, aradan qaldırıla bilmir. Biz irəlidə qlobal, ümumi 

və yenə də şərti forma-məzmun, məna-səs mütənasibliyinə, mütaqabilliyinə 

əsaslanan indeksləri və  işarə-kopyaları, ikonikanı ikinci - daha yüksək 

dərəcəli yayılanlıq işarələri;  ixtiyariliyə  əsaslanan simvolları isə birinci - 

nisbətən aşağı  dərəcəli yayılanlıq işarələri, qeyri-səlislik səviyyələri kimi 

qiymətləndirmişdik. Süni işarələrin, bütövlükdə süni dillərin çoxmənalılıq, 

omonimlik, sinonimlik və ideomatikadan təmizlənmiş, xalis işarələr kimi 

dəyərləndirilməsi heç də  təsadüfi deyil. Ixtiyari işarə-simvolların daha 

optimal,  şərti-nisbi mənada neytral, simptomların və ikonikanın – işarə- 

kopiyaların isə daha emosional işarələr kimi qiymətləndirilməsini ümumi 

konturlarda doğru-düzgün, dürüst, münasib hesab etmək olar. Lakin sonra 

görəcəyik ki, bu təəssür və təəssürat birinci növbədə ilkin qavrayış aktına 

aid olub heç də tam universal səciyyə daşımır. Dil işarələrinin xarakteri, 

substansional mahiyyəti ilə yanaşı subyektiv qiymətləndirmə, antropoloji 

başlanğıc mühüm əhəmiyyət kəsb edir. Bir daha xatırladaq ki, obyekt, 

hadisə haqqında təsəvvürlər sistemi kimi anlaşılan məna subyektivdir, 

fərdidir və konkret situasiya, mətn  əlaqələri ilə  şərtlənir. Forma-məzmun  

izomorfluğunun, məna-səsləniş oxşarlığının indeksal və ikonik işarələridə, 

o cümlədən də ikonik işarə hesab olunan metaforalarda dil işarələrinin 

yayılanlığını müəyyən hədd və zaman qavrayışında məhdudlaşdırması 

şeylərin mahiyyətinə  əsla zidd deyildir. Dil işarələrinin yayılanlıq 


 

 

 



37

məsafəsinin qısaldılmasının ən optimal, effektiv yollarından biri də predmet 

və hadisələrin daha aydın, hərtərəfli və  dərindən dərk olunmasıdır. 

Linquistik qiymətləri düzgün və sahmanlı  şəkildə müəyyənləşdirilə 

bilməyən heç bir işarə tipində yayılanlıq onsuz da tamamilə aradan qalxa 

bilmir. Bir səviyyə yayılanlığının zəifləməsi, bitməsi ilə yeni bir yayılanlıq, 

qeyri-müəyyənlik səviyyəsi başlayır.  

Unutmayaq ki, klassik ikonika nümunələri olan səstəqlidi sözlərdə 

səs-işarə substansiyası ilə  məna substansiyası birləşmiş, kilidləşmiş olur. 

Hər bir dilin ənənə  və səs reallıqları özünəməxsus linquistik substrat, səs-

məna uyarlıqları formalaşdırır. Və bu vəziyyət, ilk baxışda göründüyü kimi, 

dilləri yaxınlaşdırmır,  əksinə, onları bir-birindən uzaqlaşdırır. Səs 

avtomatizmi və onun qavranılması universallığa, ümumilik və 

bərabərləşməyə  gətirib çıxartmır, aldanışlar, çaşqınlıqlar yaradır. Hətta 

genetik cəhətdən ən yaxın, qohum dillərdə, dil mədəniyyətlərində belə səs 

ikonikasının fərqli strukturlaşmasını, dəyişik transformasiyalarını  təqib 

etmək mümkündür (müq.et: kikeriki (alm.), кукареку (rus.), coceriko (fr.), 

cacerear (isp.), kucho-kicku (fin.) E. Riesel, 340). Azərbaycan dili həmin 

hadisəni “qukquluqu” səs versiyası və ardıcıllığı ilə bəsbit edər. Təbiidir ki, 

xoruz müxtəlif yerlərdə müxtəlif cür banlamır. Küləklər də müxtəlif cür 

əsib, sular fərqli-fərqli şırıldamır. Lakin saxlanma şəraitindən, əzələlərinin 

mobilliyindən, böyüklüyündən - kiçikliyindən, boğazının vəziyyətindən, 

ları  və ya ötkəmliyindən asılı olaraq xoruz banı müxtəlif mühitlərdə 

müxtəlif insanlar tərəfindən müxtəlif cür qavranıla bilər. Azərbaycanda 

belə bir deyim var: “Görün, çilədanı dolu xoruzlar kimi necə qaqqıldayır.” 

Belə ifa və səs situasiyasında qapalı, tutqun sait labüd olaraq öz yerini açıq, 

geniş saitə təslim edir. Suların şırıltısı, fışqırtısı, şaqqıldaması, “gurultu ilə” 

axması, küləyin vıyıltısı, tufanın gurlaması qavrayışı da belə obyektiv və 

subyektiv  şərtlərə bağlı ola bilər. Digər  əşya, hadisə  və proseslərin 

qiymətləndirilməsində antoloji sinkretizm, fərqli, qarışıq qavrayış  və 

dərketmə halları var. Beləliklə, tam adekvatlığın, eyniliyin olmaması  səs-

təqli sözlərin, yamsılama, təkrar və nidaların tam kinematoqrafik koda 

çevrilə bilməməsini göstərir. Bu fakt həm də onu göstərir ki, heç bir şəffaf 

səs silsiləsi, səs ardıcıllığı, hətta  ən adekvat səs ardıcıllığı da hadisənin, 

dilxarici reallığın tam əksinə, dəqiq və birmənalı surətinə çevrilib onu əvəz 


 

 

 



38

edə, dəyişdirə bilmir. Bir qədər irəli gedərək qeyd edək ki, baxmayaraq ki, 

dil işarəsi - istər motivli olsun, istərsə  də motivsiz predmetin, hadisənin 

verbal versiyasını yaratmaqla onların bilavasitə özü kimi də qavranıla bilər. 

Dil gerçəkliyində bu psixoloji və idraki universallıq özünü bütün gücü və 

təkzibedilməzliyi ilə təsdiq etməkdədir. Predmet və hadisələr linquistik fakt 

olaraq təkcə ona görə qavranılmır ki, forma ilə  məzmunun maksimal 

dərəcədə və ya sadəcə kafi dərəcədə bir-birinə yaxınlaşması var, hadisənin 

uyar linquistik formaya köçməsi var, bundan da artıq ona görə ki, artıq 

qeyd etdiyimiz kimi, dil-səs obrazları anlayışla, bütövlükdə anlam 

məzmunları, müvafiq leksik mənalarla fəal assosiativ əlaqə yaradır, 

yaddaşımızda onu tam, bitkin təsəvvür  şəklinə salır. Motivləşməmiş kimi 

qəbul olunan ixtiyari dil işarələrində formal olaraq denotatdan uzaqlaşma, 

ayrılma baş verdiyindən, səsin asemantizmi gücləndiyindən assosiativ əlaqə 

məfhumi, siqnifikativ məna  ətrafında cərəyan edir ki, bu da mahiyyət 

etibarilə  dərketmə üçün kifayət qədər möhkəm və dayanıqlı özül hesab 

edilə bilər. Bir daha qeyd edirik ki, işarənin motivli və ya formal bağlılıq 

etibarilə qeyri-motivli olması onların effektivliyinə, səmərəliyinə  həmişə 

qəti, həlledici təsir göstərə bilmir. Lakin bir şey aydındır ki, linquistik işarə 

ilə onun nisbi səlisliyi/ qeyri-səlisliyi arasında düzxətli, tam birmənalı, 

birqiymətli  əlaqə yoxdur. Bu mənada ki, dil işarəsi mahiyyət etibarilə 

həmişə bu və ya digər dərəcədə yayğındır, qeyri-müəyyən, qeyri-aşkardır.  

Işarə-kopiyaların – ikonikanın bütövlükdə motivləşmiş  işarələrin, 

hadisə  və predmetlərin adekvat, informativ adlandırılmasına münasibətdə 

nisbi dəqiqlik və səlislikdən danışmaq nə dərəcədə doğrudur? Məsələ belə 

qoyula bilər ki, sırf dil istehlakçıları dərketmə və rəvan, maneəsiz ünsiyyət, 

fikir mübadiləsi prosesində daha parlaq, assosiativ baxımdan daha üstün və 

güvənli anlam dayaqlarına malik olan əşyavi işarələrə - indekslərə və işarə-

kopiyalara üstünlük verə bilər. Belə halda həqiqətən predmetlilik, obrazlılıq 

bir  əyani qavrayış faktına çevrilir. Əsas duyğu orqanları olan görmə  və 

esitmə mexanikası bütün gücü ilə işləyir, vizual və vizual-auditiv faktorlar 

hərəkətə keçir, şəffaflıq qabarıq linza effekti yaradır. Bir sıra elə vəziyyət, 

təsviri sözlər, vizual hərəki işarə elementləri var ki, bizi mahiyyətin 

dərinliklərinə, anlamın içərilərinə aparmasa da, işarənin də, işarələnən 

hadisə, proses və  vəziyyətlərin də qavranılmasında xeyli aydınlıq, 


 

 

 



39

predmetlilik və  şəffaflıq mənbəyinə çevrilir, bir şüalanma, aydınlanma 

görüntüsü yaradır. Həmin təəssürat çox uzun müddət davam etməsə də, tez 

bir zamanda neytrallaşıb adiləşə, gündəlikləşə  də, qavrayış  və  dərketmə 

aktında xeyli aktual olur. Almanlar gözəlliyinə heyran kəsildikləri ördəyin 

yerişini,  şirin hərəkətlərini verbal reallığa “əslinəuyğun” motivlikdə, 

əyaniliklə qeydə alır. Bu təkcə  səs və ya vəziyyət  əyaniliyi və obrazlılığı 

hesabına olmur, həm də  və daha çox ördəyin təsəvvürümüzdə canlanan 

yumşaq, kövrək hərəkətinin təkrarlığı, imitasiyası ilə də baş verir (Die Ente 

watet). Bunun kimi hacıleyləyin (der Storch) iynə üstü ilə yeriyirmiş kimi 

geniş, ehtiyyatlı  hərəkəti,  əyani-obrazlı stelzen feli ilə gerçəklik, 

simmetriklik kəsb edir. Atların mütənasib hərəkətini, yorqa yerişini 

göstərmək üçün almanlar traben (das Pferd trabt), azərbaycanlılar isə 

“yorğa yerimək”, “yorğalamaq” dil formalarından istifadə edirlər. Bu 

sözlər,  şübhəsiz, təmiz, sırf səstəqlidi sözlər deyil, vəziyyət təsviridir, 

spesifik situasiya “işarələridir”. Daha doğrusu, forma əyaniliyi və effekti ilə 

bağlı sözlərdir, yarımoptik işarələrdir. Bu qəbildən olan aşağıdakı tipli 

işlənmələr yaranır: Das Kamel trottet, Das Eichhörnchen huscht (von Baum 

zu Baum), Der Fuchs schleicht, Der Schmetterling flattert, Die Eidechse 

raschelt. Belə söz-işarələrlə bütöv bir səslənən, canlanan dünya dilə  gəlir. 

Azərbaycan dilində  də tam bir vəziyyəti, situasiyanı  əks etdirə bilən 

konkret, sərrast sözlər, işarə-bərabərliklər var: sümsünmək, yallanmaq, 

ağnamaq, tülümək (tülüngü), yalmanmaq, dümələnmək, sürüşdürmək, 

məzməzək, imsimək, götürüm (düşmək), çimsinmək və s. Göstərilən 

nümunələr dad, iy, lalamisə-toxunma kimi sensitiv orqanların da qavrayış 

prosesində, ümumən dünyanın verballaşması prosesində müəyyən iştirakını 

təsdiq edən şəksiz faktlardır. Düşünmək olar ki, bütün duyğu orqanlarının 

fəaliyyəti sonda görmə duyğusunda birləşir və bununla yekunlaşır, sona 

çatır. Biz eşitdiyimiz, toxunduğumuz, qoxladığımız, dadına baxdığımız 

şeyləri yalnız onları “gördükdən” sonra tam qavrayır, dərk edirik. Bütün 

dillər spesifik semiotik sistemlər olaraq örtülü, qarışıq, müştərək qavrayış 

situasiyalarını ifadə edən sözlərlə doludur. Doğrudur, bəzən heç ən həssas 

dil daşıyıcılarının belə bunlar haqqında tam məlumatı, təsəvvürü olmur. 

Onlar xüsusilə metaforik işlənmədə ayrıca ikoniklik və ekspressivlik kəsb 

edir. Das Mädchen hatte duftende stimme, İhre Stimme leuchtete auf, 


 

 

 



40

schreiende Farben, das rosige Zwitschern der Vögel, helle Töne, stumpfe, 

kalte, warme Farben kimi sinestetik effektlərdə  ən müxtəlif duyğu 

orqanlarının fəaliyyəti birləşib bütövləşir. Sinestesiya fiqurunda görmə, 

eşitmə, dad, qoxu və toxunma effektlərinin çarpazlaşması hadisəsi 

bütövlükdə qavrayış aktlarının  kompleks öyrənilməsi baxımından xüsusi 

əhəmiyyət kəsb edir. Azərbaycan dilində çoxlu motivli-ikonik adlandırma – 

xörək adları vardır – sanki bu şəffaf, optik adlar xörəklərimizə ayrıca bir 

dad – ləzzət duyğusu da əlavə edir. Iybilmə  və dadbilmə orqanlarının 

fəaliyyəti dil işarələrinin təbiiliyi və canlılığı sözdüzəltmə vasitələrinin 

əyaniliyi ilə kompensə edilir: buğlama, basdırma, qızartma, çığırtma, 

qovurma, pörtləmə, soyutma və s.  

Dilçilik  ədəbiyyatında belə bir yanlış fikir mövcuddur ki, dil 

istifadəçiləri təqlidi və  təkrar sözlərə daha çox üstünlük verirlər.  Bu ona 

görə belə deyil ki, həmin qrup sözlərdə xüsusi həqiqilik, xalislik və 

dürüstlük var. Əgər belə və ya yalnız belə olsaydı, əcnəbilər dilöyrənmədə 

ikonik işarələri , görmə  və  eşitmə ilə bağlı  səs ardıcıllıqlarını daha asan 

öyrənər və yadda saxlayardı.  Əslində isə bunun əksinədir. Müşahidələr 

göstərir ki, onlari doğru-dürüst yaddaşda bərpa etmək, məsələn, ixtiyariliyə, 

arbitrerliyə əsaslanan “mücərrəd” işarələrdən heç də asan deyil. Bəlkə daha 

çətindir. Səstəqli sözləri və yamsılamaları, təkrar sözləri başa düşmək nə 

qədər asandırsa, onları yadda saxlamaq o qədər çətindir. Burda oxşarlıq və 

yaxınlığın bənzərliyi, ziddiyyət və çətinlikləri var, aldanışları var. Təxmini, 

qeyri-dəqiq, qeyri-aşkar forma-məzmun müvaziliyini və simmetriyasını 

olduğu kimi, əslinəuyğun şəklində imitasiya etmək, təkrar yaratmaq sərbəst 

bağlılığa əsaslanan əlaqə tipindən daha çətin olur, əlavə zehni gərginlik və 

psixi enerji tələb edir. Ətraf aləmdəki cisim və hadisələrdən tam seçilən, 

ayrılan  əşyalar, predmetlər fərqlənmə effekti ilə daha çox və daha yaxşı 

yadda qaldığı kimi, formal təhkimliyə  əsaslanmayan işarələrdə  də forma-

məzmun təzadlığı daxili fokuslaşma, qütbləşmə amilinə çevrilir. Ən şəffaf 

işarədə belə  hər  şey axıradək aydınlaşmır, tam bütövlüyü, təbiiliyi və 

ilkinliyi ilə görünmür. Dil gerçək reallıqları ifadə etdikdə sanki gün işığına 

çıxır, bədxah, xain məqsəd, meyl və maraqları, fikir və düşüncələri ifadə 

etdikdə, xəbis, riyakar və kinli adamların ixtiyarına keçdikcə isə bulanıb-

bulanıqlaşıb kəsifləşir, bəzən qatı qaranlıqlara qərq olur. Dil planetinin ən 


 

 

 



41

aydın görünən, işıqlı hissəsi isə adi, təbii ünsiyyət sferasıdır. Diqqətlə fikir 

versək görərik ki, hətta dəqiq istilahlar-terminlər üzərində  qurulan elmi 

üslubun sintaksisi də dumanlara bürünmüş kimi görünür. Bütün digər sırf 

sosial və mədəni  hadisələrdən fərqli olaraq dilin bioloji əsasa malik olması 

insanın geniş dünya ilə  hər cür təbii-harmonik  əlaqələrini və  təmaslarını 

təmin edir. Istər motivli, istərsə  də motivsiz işarələr dünyanın verbal 

şəkildə qavranılmasına və ifadəsinə  çıxışı  təmin edir, ən müxtəlif və 

rəngarəng münasibətləri öz repertuarına daxil edir, onlardan yararlanır.  

Ən parlaq-motivli sözlər, indeks və ikonik işarələr avtomatlaşma, 

həddən artıq işlənmə, tanınma və qiymətləndirilmə sayəsində ilkin 

expressivliyini itirir və onlar adi vəziyyətlərdə xüsusi aktuallıq və  dəyər 

kəsb etmədikdə neytral sözlərdən çox da fərqlənmir. Işarənin şəffaflığı  və 

aşkarlığı, sözün maddi tərəfinin, səsləyişin müəyyənləşdirici, təyinedici və 

məhdudlaşdırıcı xarakteri əlavə, üst mənaların inkişafına, praqmatik 

semantikanın gəlişməsinə mane olur. Bu cəhəti də nəzərə almaq zəruridir.  

Mümkün paradokslara, işlənmə  və qiymətləndirmə ziddiyyətlərinə 

baxmayaraq, dil işarələrinin xarakteri ilə onların səlisliyi və qeyri-səlisliyi, 

dərəcəliliyi, graduallığı  və sensitiv orqanların fəaliyyəti arasında birbaşa 

əlaqə axtarmaqda qeyri adi heç nə yoxdur. Doğrudan da indeksal və ikonik 

işarələrdə adlandırılan, təsvir olunan predmet və hadisələrə bilavasitə dilin 

səs toxuması vasitəsilə daxil olmaq kimi unikal bir imkan yaranır. Real 

gerçəkliyin, habelə  hər növ dil işarələrinin, məcaz və fiqurların 

qavranılması görmə-təsəvvüretmə qanunlarına  əsaslandırdığından bu 

məsələ üzərində bir qədər geniş dayanmağa çalışaq. Motivli işarələr, 

xüsusilə metafora da daxil olmaqla işarə-kopiyalar, adından da məlum 

olduğu kimi, bir növ təxmini-kobud surətaxarma işini görür, sözü, ifadəni, 

bəzən bütöv sintaktik formanı, hətta mətn parçasını real situasiyaya xeyli 

dərəcədə yaxınlaşdırır, ikitərəfli  əlaqəni, uyğunluq və nisbi adekvatlıq 

effektini gücləndirməklə  fəal, assosiativ səsləşmə, dərketmə fonu yarada 

bilir.  Əlbəttə, burada qavrayışın, eləcə  də dil qavrayışının  əsasını  təşkil 

edən visual və auditiv faktorların rolu xüsusilə artır. Onların qavrayış 

prosesində ayrıca statusa malik olması heç bir şəkk-şübhə doğurmur. Elm 

tarixində  hətta idrakın hüdudlarını görmənin hüdudları ilə  təyin etmək, 

“ölçmək” təşəbbüsləri olmuşdur.  Əlbəttə, görməni həm dar fiziki-bioloji 


 

 

 



42

mənada, həm də  sərbəst mənada, bütövlükdə geniş idrakı ölçülərdə, 

epistemioloji bir mahiyyət kimi də  təyin etmək olar. Əsl həqiqətdə 

predmeti, hadisəni “görmə” semiotikası, qeyd edildiyi kimi,  özlüyündə 

nəhəng fövqəlsemiotika olaraq bütün duyğu orqanlarının funksiyalarını, 

ilkin halda hissi idrakın mərhələlərini özündə birləşdirir və oradan rasional 

idraka – düşüncə sferasına transfer edilir. Bu mənada “görmə” hər şeydən 

əvvəl düşünmədir, düşüncə sahəsidir.  Şərqdə göz, görmə dedikdə  həm də 

bəsirət gözü, ağıl,  ən ali təfəkkür strukturu olan zəka nəzərdə tutulur. 

Beləliklə, “görmənin” düşüncə, düşünmə  mərhələsində dil işarələrinin 

forma və  məzmuna münasibətdə keyfiyyət fərqləri – indeks, ikon və ya 

simvol olması faktı artıq öz əhəmiyyətini, aktuallığını sonadək mühafizə 

edib saxlaya bilmir. Burada söhbət daha çox qavrayışın intensivliyindən 

gedir. Təkcə forma prizmasından deyil, anlayış prizmasından da görmə 

görmədir, bunlar iki fərqli “görmədir”. Əslində bu “üçüncü tip” görmədir, 

daha dərindən görmədir, formanın  ətalətini təcrid edərək, ayıraraq 

görmədir. Səslərlə görmək də aydın görməkdir, xalis “görmədir”. Başqa bir 

görmədir - səsləri eşitmə, düşünmə  əyaniliyindən və konkretliyindən 

keçirərək görmədir. Bu başqa məsələ ki, başdan-başa ikonik sistem olan 

bədii üslubda görmə  və  eşitmə  işarələri xüsusi intensivlik kəsb edir. Biz 

əslində Baxın, Motsartın, Bethovenin, Üzeyir bəyin musiqisini də görərək, 

asemantik olanı sistem halına salaraq, məna ilə bütövləşdirərək qavrayır, dil 

səslərindən, sözlərdən fərqli olaraq səs materiyasını  təxmini hissələrə 

ayıraraq, üzvləndirərək, ikinci semiotik invariantlıq arayaraq, dilə 

transformasiya edərək qavrayırıq, dərk edirik. Biz musiqi əsərini bütöv 

halda forma və məzmunla bir yerdə, əslində çox hallarda simvolik işarələri 

gördüyümüz, qavradığımız kimi qavrayırıq. Fərq burasındadır ki, musiqidə 

birbaşa, müəyyənləşmiş, üzvlənmiş və az-çox dəqiq semantika yoxdur.  

Bu doğrudur ki, Soltan Hacıbəyovun “Karvan” suitasını, Cahangir 

Cahangirovun, Emin Sabitoğlunun kino musiqisini daha aydın və asan 

qavrayırıq. Motsartın parlaq, çağlayan, “görünən” musiqisinin gözəlliyini 

(“göz” elə “gözəllik” deməkdir) seyr etməkdə, musiqinin oyandırdığı 

duyğuları, təlqin etdiyi, eşitdirdiyi lövhələri asanlıqla, rahatlığımızı 

pozmadan seyr edirik. Əyanilik, səs obrazlığı  dərketmə faktoruna çevrilir. 

Görünür, ona görə belə olur ki, səs materiyası ilə, istər diskret dil səsləri 


 

 

 



43

olsun, istərsə də bir bütöv, tam kimi qavranılan musiqi sədaları olsun, təsvir 

olunan situasiyalar, ifadə olunan reallıqlar arasında bir mütənasiblik, 

uyarlıq, uyğunluq yaranır. Bu, şübhəsiz, intensiv, operativ qavrayışın 

müqəddəm  şərti kimi çıxış edir. Lakin burası da var ki, nə maddi varlığı 

səslərdən, istisnasız olaraq səslərdən ibarət olan dil işarələri, nə də musiqi 

əsəri, yaxud hər hansı bir digər incəsənət  əsəri,  ən mükəmməl incəsənət 

əsəri belə artıq dəfələrlə qeyd etdiyimiz kimi heç vaxt, heç zaman 

gerçəkliyin özü, tam əksi, ilkin-təbii vəziyyəti, analoqu ola bilmir. 

Sənətkarlar “həyatdan gözəl lövhələr” yarada bilərlər, musiqiçilər hətta 

həyatda olmayan gözəllikləri təlqin edə bilərlər, lakin həyatın özünü, var 

olanı, yaradılışı  təkrar yarada bilməzlər. Və heç vaxt da yarada 

bilməyəcəklər. Görünür, insana canlı  həyatı, varlığı, materiyanı deyil, 

yalnız onların semiologiya ilə,  şərti işarələrlə  təsvirini, kölgəsini, 

gerçəklikdən uzaqlaşdırılmış, təhrif edilmiş təxmini surətlərini, obrazlarını, 

az-çox dərk etmək, yalnız bununla kifayətlənmək “icazəsi” verilib. Səttar 

Bəhlulzadənin, Ayvazovskinin, Toğrul Nərimanbəyovun, Dürerin tabloları, 

natürmodları heç vaxt təsvir olunan təbiət gerçəkliklərinin, canlı  həyatın 

özü kimi əlvan, dinamik və  təravətli ola bilməz. Onlardan, yüksək, 

onlardan mükəmməl,  əsrarəngiz ola bilər, amma onların özü ola bilməz. 

“Mono Liza” nə  qədər böyük, əlçatmaz sənət nümunəsi olsa da, adi bir 

kənd qızının gözəlliyini, təravət və füsünkarlığını, həyəcandan titrəyən 

köksünün, qabarıq sinəsinin titrəyişlərini canlandıra bilməz. Canlı 

assosiyasiya, fəal qavrayış nəticəsində yalnız məna ilə formativ, səs kütləsi 

arasında ikitərəfli, çəxtərəfli əlaqə yaranır və möhkəmlənir. 

Elmi-nəzəri 

ədəbiyyatda görmənin rolunun şişirdilməsi, 

mütləqləşdirilməsi təşəbbüslərinə rast gəlirik. Gotenin görmə nəzəriyyəsinə 

əsasən  əgər dil işarələrini, bütövlükdə dili görmə qanunlarına 

uyğunlaşdırmaq mümkün olsaydı, heç bir elmə  nəzəriyyəyə ehtiyac 

qalmazdı. Buradan belə anlaşılır ki, Göte işarənin vizuallığını dünyanın 

dərk edilməsində ideal situasiya kimi qəbul edir. Predmetlər, hadisələr, 

onların gerçək mahiyyəti dil, dil işarələri vasitəsilə o qədər aydın, şəffaf və 

sahmanlı, eyni zamanda geniş və  hərtərəfli dərk olunmalıdır ki, sözlər öz-

özünü, bununla da şeylərin mahiyyətini, daxili əlaqələrini bütün tamlığı ilə 

açıb göstərsin. Söz öz-özünü adlandırmaq funksiyasının da öhdəsindən gələ 



 

 

 



44

bilsin. Lakin əsil həqiqətdə belə olurmu? Dahi mütəfəkkirin dediyi kimi 

dünyanı yalnız xalis görmə  işarələri ilə görmək və göstərmək mümkün 

deyil. Çünki dünya yalnız görünən dünya deyil, həm də eşidilən, səslənən, 

ətir və üfunət saçan, toxunulan, təsəvvür, arzu olunan bir dünyadır. Dil 

işarələrin təkcə özləri ilə deyil, həm də onların əlaqələnməsi ilə dərk olunan 

bir dünyadır. Gah ümumi-bütöv şəkildə, gah da hissələrinə, detallarına 

ayrılaraq dərk olunan dünyadır. Məlumdur ki, dahi ingilis alimi Con Lokk 

sözü ən adsız işarə hesab edir. Gözlərimizi tam geniş açaraq və lap eşitmək 

istədiyimiz  əşyaya, predmetə dirəyərək, maksimal yaxınlıq məsafəsinə 

gələrək dünyanı “olduğu kimi”, tam aydın görmək və tam atdın eşitmək 

qeyri-mümkündür. Işarələr kimlər tərəfindənsə az-çox optimal, effektiv 

substansiya kimi qavranılsa da, onlar son nəticədə  işarə olaraq qalır, 

mahiyyətə sonadək nüfuz edə bilmir. Insanın yarardıqı ilk işarələr, daha 

doğrusu,  ilk işarə eksperimentləri yəqin ilk yaradılışda dünyanı, insanın 

hələ tanımadığı ətraf aləmi səthi, tələm-tələsik adlandırmağa, necə deyərlər, 

təxmini, “gözəyarı” qeydiyyata, qeydləşməyə  məhkumdur və bu qeyri-

epistemioloji situasiya sonradan təshih edilməz, düzəldilməz yanlışlıqların, 

yanılmaların aradan qalxması, dilin təmizlənməsi, durulması ilə 

nəticələnməmiş, əksinə, həndəsi silsilə ilə getdikcə artmış, qlobal, ardıcıl və 

dönməz xarakter almışdır. Mövcudluq, ünsiyyət ehtiyacları, həyatın 

intensiv axarı, qavrayışın dayanıqsızlığı, qeyri-sabitliyi işarə quruculuğuna 

öz möhürünü vurur. Dərketmənin aşağı  mərhələsində görmə  və  eşitməyə 

əsaslanan sözlərin və primitiv metaforaların bu dövrdə daha intensiv 

xarakter aldığını, geniş istehlak olunduğunu, yayıldığını düşünmək 

doğrudur. Ümumiyyətlə, primitiv dillərdə  və dillərin inkişafının ilkin 

mərhələlərində  əyani, predmetli qavrayışın daha mühüm rol oynadığını 

güman etmək olar. Görünür, simvollar, dil işarələrinin ixtiyariliyi, 

təsadüfliyi sonradan yaranan, genişlənən bir proses, həm də  zəruri 

adlandırma və real ünsiyyət ehtiyaclarından doğan bir proses olmuşdur. 

Beləliklə, dildə qeyri-dəqiq, yayğın və təsadüfi,az informativ sözlərin sayı 

sürətlə artmış, dil hər tip və növ işarələrlə dolub-daşmış, yalnız eşitmə və 

görmə ilə  hər cür ünsiyyət tələbini ödəmək getdikcə daha mümkünsüz 

olmuş, bu proses insan dilinin müşkülünə, ləngidici amilinə çevrilmişdir. 

Sadəcə olaraq dil istifadəçilərini və yaradıcılarını qane etməmiş, 


 

 

 



45

darıxdırmış  və usandırmışdır. Artan ehtiyacı ödəməmişdir. Deməli, ilkin 

dövrlərdə əyani qavrayışın daha mühüm, hətta həlledici rol oynaması faktı 

heç bir şəkk-şübhə doğurmur.  Ən mühüm duyğu orqanları olan görmə  və 

eşitmənin hüdudları dünya qavrayışının hüdudlarını ümumi konturlarda 

təyin etmiş, təkrarlıq və yamsılama, yenidən qavrama və anlama prosesləri 

zəruri verbal ehtiyaclara yönəlmişdir. 

Təsadüfi deyil ki, adi, təbii dildə görmə qanunları üstünlük təşkil 

etdiyindən primitiv dil və  təfəkkürdə predmet gerçəkliyi, deməli,  əyanilik 

daha güclü olmuşdur. Ibtidai insanın təfəkkürü vizual təfəkkür kimi 

xarakterizə olunur (F. İsmayılov, 63). Düşünmək olar ki, böyük dilçi Sepir 

“ilkin dillər sivilizasiyalı dillərdən daha zəngin olmuşdur” dedikdə daha 

çox müasir mənada, gerçək mənada zənginliyi, ifadə imkanlarının 

rəngarəngliyini deyil, əyanilik, konkretlik və vizuallığı, ilkin ekspressivliyi 

nəzərdə tutur. Qədim insanın, dünyanı  dərk etmək axtarışları içərisində 

çapalayan,  əzab çəkən, eksistensial qorxular keçirən insanın dilinin, yeni-

yeni açılan dilinin böyük üstünlüklə görmə  və  eşitmə, yamsılama və 

təkrarlıq dili olması primitiv, intuitiv dillərdəki sözlərin böyük 

əksəriyyətinin də anlaşılmaz dünya ilə ünsiyyətə kömək edən konkret, 

əyani sözlər kimi gəlişməsini  şərtləndirmişdir.  Əslində söz əşyanın, 

hadisənin özü ilə üzvi surətdə birləşmiş, qaynayıb qarışmış onların 

proobrazları kimi dərk olunmuşdur. Məşhur psixoloq Bruner ümumən 

dərketmə  fəaliyyətində  məntiqi təfəkkürlə yanaşı  əyani qavrayışın rolunu 

xüsusi qeyd edir (Дж.  Брунер, 5). Adi, primitiv dilin, görmə  və  eşitmə 

dilinin insanın ilkin, instinktiv səviyyəsinə daha uyğun, doğma və yaxın 

olması tamamilə  təbiidir. Təmiz vizual və auditiv işarələrdə  şərti-nisbi 

mənada adekvatlıq, müvazilik, işarələnənlə  işarələyən arasında  şəksiz 

bənzərlik, izomorfluq olduğunu düşünmək üçün hər cür əsaslarımız, 

gərəkcələrimiz var. Güman etmək olar ki, xalis görmə  və  eşitmə, inikas 

işarələrində dil konkret qavrayış aktının özünə çevrilir, instinktlərlə 

bərabərləşir, tənləşir. Adi təbiətdən, gerçəklikdən rekonstruksiya edilən 

dilin avtomatizmi instinktlərin avtonatizmi ilə birləşir, ikinci birincini fəal, 

yaradıcı bir ardıcıllıqla imitasiya edir.  

Görmənin, vizual qavrayışın idrakı  əhəmiyyəti haqqında analitik 

filosofların fikirləri də maraqlıdır. Vitqenşteynə görə idrakın idealı olan 


 

 

 



46

mütləq həqiqət görmənin hüdudları ilə  əldə edilir. Alimin qənaətinə görə 

görmə xalis həqiqi, müstəqim  şəkildə verilən bilikdir. Görmə - normal, 

artıq-əskiksiz idrakdır. Faktik olaraq insan necə görürsə, elə  də anlayır, 

düzgün, aydın görmə insanı  həqiqətə, gerçək biliyə, məlumata 

yaxınlaşdırır. Linquistik fəlsəfənin banisi belə hesab edir ki, ilk növbədə 

görməyi öyrənmək lazımdır. Insan anlamır ki, dilin yaratdığı torun 

içərisindədir və buradan da dünyaya baxır. Böyük filosofun dediklərindən 

belə  nəticə  çıxarmaq olar ki, insan həm də dil işarələri ilə, dillə görməyi 

bacarmalıdır, öyrənməlidir. Bunun başqa adi düşüncədir. Vitqenşteynin 

qənaətinə görə dünyanı görmək, onu dərk etmək və ya dildən istifadə etmək 

eyni şeydir. Uşaq birbaşa, vasitəsiz şəkildə, yaşlı adam isə sözlər vasitəsilə 

görür, uşaq tərəfindən görünən dünya – insana xalis həqiqətin açılmasıdır. 

Məşhur filosoflardan biri belə hesab edir ki, həqiqəti  əldə etmək üçün biz 

kiçik uşaqlara çevrilməliyik. L. Tolstoyun belə bir dahiyanə qeydi var: 

Uşaq məndən, hər cür yaşlıdan harmoniyanın, həqiqətin, gözəllik və xeyrin 

idealına daha yaxındır. Xalis, düzgün görməni “idrakın bakirəliyi” hesab 

edənlər var. Vitqenşteynin daha bir dahiyanə fikrini də qeyd etməmək 

olmaz: “İnsanlara rənglərin adları  və onların işlədilməsi ilə bütöv bir 

dünyagörüşü verilir” (Bax: f. İsmayılov, 236). F. Nitşenin fikrincə müasir 

insanın görmə qabiliyyəti getdikcə zəifləyir. Əlbəttə, bunu daha çox məcazi 

mənada anlamaq lazımdır. Bir çox filosoflar belə hesab edirlər ki, aşağı 

intellektual inkişaf mərhələsində mücərrəd təfəkkür az inkişaf etdiyindən 

insanlarda qavrayış daha güclü olur. Xüsusilə Vitqenşteynçilərdə görmə 

nəzəriyyəsinə ifrat-aşırı münasibətin  şahidi oluruq. Onlar bir çox hallarda 

görməni, vizual qavrayışı  hətta mistik çalarlarda təqdim edirlər.  Əsas 

mahiyyət və ümumi funksional cəhət bundan ibarətdir ki, həm görmə, həm 

də görmə dili eyni məqsədə - anlamaya, gerçəklik haqqında informasiya, 

bilik  əldə etməyə xidmət edir. Başlıca vəzifə olaraq dünyanı  dərk etmək 

üçün görmə, duyma sənəti ilə düşünmə  sənətini birləşdirmək, 

əlaqələndirmək tələb olunur. Konkret qavrama və  dərketmə aktı, kontekst 

və situasiya, dil istifadəçisinin hadisələrə, o cümlədən də dil reallıqlarına 

subyektiv-hissi münasibəti, praqmatik meyl və maraqları dil işarələrinin 

linquistik qiymətlərinin müəyyənləşməsinə  həlledici təsir göstərir. 



 

 

 



47

Doğruluğun qiymət dərəcələri müxtəlif olduğu kimi, dil işarələri də heç 

vaxt tam dəqiq, sərhədlənmiş olmur, həmişə yayılan, qeyri-səlis olur.  

Əvvəldə qeyd etdiyimiz kimi, bütün praqmatik-üslubi fiqurlar, leksik 

və sintaktik intensivləşdirmə, aktuallaşdırma vasitələri, mürəkkəb işarə  və 

janrlar gerçəkliyi – daha fəal qavramaq və dil reallıqları kimi qavranılmaq, 

yayılanlığı  tənzim etmək  şansına malikdir. Bunlar linquopsixologiyanın 

qızıl fondunu təşkil edir. Praqmatizm mahiyyət etibarilə birbaşa dil 

işarələrinin qeyri-dəqiqliyinin, qeyri-aşkarlığının nəticəsidir. Linquistik 

substansiyadan asılı olmayaraq dil işarələri denotata münasibətdə  heç vaxt 

tam səlis, səlislənmiş, birmənalı və birqiymətli olmur.  

Bir  şey  şəksizdir ki, adi, normativ vəziyyətdən seçilən linquistik 

qiymətlər, daha çox diqqəti cəlb edən dil formaları daha artıq  

aktuallaşmaya məruz qalır, nə ifadə, nə  də qiymətləndirmə  səviyyəsində 

adekvat  şəkildə  dəyərləndirilə, təyin oluna bilmir ki, bu da işarənin 

tipindən, keyfiyyət xarakteristikasından asılı olmayaraq, çoxlu 

uyğunsuzluqlara, anlaşılmazlıq və yanılmalara gətirib çıxarır. Qeyri-səlis 

çoxluqlar, qeyri-səlis məntiq və ehtimal nəzəriyyələri dünyanı, predmet, 

hadisə  və proseslərin daxili əlaqələrini daha geniş  və detallı  şəkildə 

görməyə, daha əhatəli dərk və təsəvvür etməyə imkan yaradır. Qeyri-səlis, 

qeyri-aşkar dil və dilçilik nəzəriyyəsinin vəzifəsi isə  həm proses, həm 

vasitə, həm də obyekt olan dil işarəsini, linquistik reallıqları həmin anlam 

və düşüncə müstəvisinə qaldırmaqdan ibarətdir. Unutmayaq ki, təkcə əşya 

və hadisələrin qavranılması deyil, konkret dil formasının qavranılması, 

qiymətləndirilməsi də önəmli əhəmiyyət kəsb edir. 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



48


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin