Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   2   3   4   5   6   7   8   9   ...   45
 

 Sonra. Əgər bu dəfə sözün dar mənasında “azəraycanlıların” gəlmə 

xalq olduğu “sübut olunurdusa”, deməli, digər, başqa bir azsaylı xalqın, 

etnik qrupun, və ya qonşu xalqın köklü, aborigen əhali olduğunu 


 

 

 



73

“əsaslandırmaq” mümkün olduğu qədər də təbii görünürdü. Belə linqvistik-

ideoloji zəmində “Bakı vaxtilə  ləzgi  şəhəri olub” kimi fantastik fikirlər 

cücərə bilirdi. Lakin sonradan aydınlaşdığı kimi, bütün bunlar ləzgilərin, 

talışların, kürdlərin, Azərbaycanın digər müsəlman  əhalisinin xeyrinə 

edilmirdi, istisnasız olaraq erməni-rus mənafeinə tabe tutulurdu. Sonradan 

bu zəmində Azərbaycanın düşmənləri tərəfindən “Dağlıq Qarabağda 

tarixən ermənilər yaşayıb”, “Laçın və  Kəlbəcər kürdlərin olub” kimi 

“ideyalar” işlənib hazırlanacaqdı. Bir xalqın tarixini məhv etməyin  ən 

sınanmış yolu zaman-zaman müəyyən  ərazidə  əhalinin sayında və 

tərkibində, toponimikasında “düzəlişlər” etmək,  əgər mümkün olarsa, 

onların kökünü kəsmək və ya başqa bir əraziyə köçürmək yoludur. Bu 

yolun yolçuları etnonim və toponimlərin dəyişdirilməsinin mənasını çox 

gözəl başa düşürlər. 

 Milli Məclisin 22 dekabr 2006-cı il tarixli iclasında Goranboy 

rayonunun Tatarlı adının dəyişdirilərək Yuxarı  Səfikürd adlandırılması ilə 

bağlı regional siyasət daimi komissiyası sədrinin “təklifi” bir sıra deputatlar 

tərəfindən qəti etirazla qarşılanarkən və etnonimin dəyişdirilməsini “xarici 

kəşfiyyat orqanlarının daxildəki qüvvələr” vasitəsilə Azərbaycan tarixinin 

mənşəyini, türklüyü silib atmaq planlarının tərkib hissəsi kimi 

qiymətləndirərkən komissiya sədri  cavab olaraq dedi: “Orada yaşayan 

əhali deyir ki, burda indi tatar yoxdur. Yaşayanlar azərbaycanlıdır (?). 

Buradan məşhur adamlar çıxıb. Azərbaycan Xalq Cümhuriyyətinin 

nazirlərindən biri Aslan Səfikürdski bu kənddən çıxıb. Belə rəvayət vardır 

ki, Nizami Gəncəvinin anası da bu kənddəndir.” (“Azadlıq”). Bu da yeni – 

müstəqillik dövründə “azərbaycanlı” sözü ilə manipulyasiynın  ən son 

nümunəsi! Qeyd edək ki, “kürd” və “PKK” anlamlarının qəsdən 

dəyişdirilməsi də ciddi yanılma mənbəidir. 

 Görünür, gələcəkdə  təkcə ayrı-ayrı insanların deyil, dinindən, 

inkişaf səviyyəsindən asılı olmayaraq bütün xalqların insani hüquqlarını 

təmin etmək, siyasi-ideoloji zorakılığın, dil aqressiyasının qarşısını almaq 

üçün BMT nəzdində bir linqvistik təhlükəsizlik komissiyasının (və ya 

şurasının) yaradılması da lazım gələcək. “Ermənilik” anlayışına qarşı 

“türk” anlayışı qoyulmayanda, “erməni” sözünə qarşı “türk” sözü 

durmayanda, “azərbaycanlı” sözü duranda, “Azərbaycan” və 


 

 

 



74

“azərbaycanlılar” həqiqətən zəif, daha doğrusu, zəiflədilmiş  tərəf 

vəziyyətinə düşür. Tarix boyu daim öz aqressiv, düşünülməmiş, ölçüb-

biçilməmiş  hərəkətləri ucbatından mövcudluq uğrunda ölüm-dirim 

savaşları aparmağa məhkum edilmiş, həmişə güclü himayəçı axtaran (və 

onu tapan!) ermənilər “azərbaycanlı” və “Azərbaycan xalqı” ifadələrini 

istisnasız olaraq türklərə yönəlik bir anlamda qiymətləndirir (etiraf etmək 

lazımdır ki, həm də bir “dost” səmimiyyəti ilə “hayes, türkes?” deyə bizə 

türk olduğumuzu heç cür inandıra bilmirlər!), bəlkə  də haqlı olaraq 

“Azərbaycan xalqı” anlayışına açıq kinayə ilə yanaşırlar. “Azərbaycan dili” 

ifadəsi isə onları tamamilə qane etmiş kimi görünür. Bu kontekstdə 

“Azərbaycan xalqının” cavan xalq olduğunu sübut etmək yalançılar, 

saxtakarlar üçün şən bir məntiqi məşqə çevrilir. Xalqın tarixi sözün tarixinə 

qədər kiçildilir, qayçılanır. Saxta, qurama və yalançı söz fakta, tarixi 

həqiqətə üstün gəlir. Yadda saxlayaq ki, “azərbaycanlı” sözü erməni 

yalanlarının dayaq anlayışlarından birini, bəlkə də birincisini ifadə edir. 

Sosializm  cəbhəsi dağılar-dağılmaz “dostluq” (Freundschaft), 

“qardaşlıq” (Bruderschaft), “böyük qardaş”(der große Bruder), “birlik” 

(Einheit), “həmrəylik” (Solidarität), “beynəlmiləlçilik” (İnternationalismus) 

və s. sözlərin yanlışlığı, semantik və ideoloji səbatsızlığı  dərhal üzə çıxdı. 

On illərlə bu sözlərin yalanından faydalanan “qardaş xalqlar”, “dost 

ölkələr”  həmin bu sözlərin aşkar söylənilmiş bircə  həqiqətinə dözə 

bilmədi. Yanlış anlayışlar sistemi çat verincə leksik paradiqma da uçulub 

getdi, sözlərin ideoloji semantikasının yanlışlığı, illuzorluğu üzə  çıxdı. 

Illərlə təhtəlşüurda yatıb qalan, məqam gözləyən insan şəxsiyyətinin aprior 

formaları – qorxu, təşviş, qəzəb, həyəcanla küncə  sıxışdırılmış  həmin 

sözlərin  əsil mahiyyəti üzə  çıxınca insanlar, xalqlar pərən-pərən düşdü. 

Məlum oldu ki, qardaş, dost deməklə qardaşlaşma, dostlaşma, yaxınlaşma 

olmur, “həmrəylik” deməklə rəy, fikir birliyi yaranmır. 

 Göstərilən sözlərin dennotativ semantikasında yayğınlıq  və 

ümumilik ən müxtəlif praqmatik mənaların yaranmasını şərtləndirir. Hər dil 

özünəməxsus tərzdə aldadır – eyni məvfumu adlandıran sözlərin semantik-

assosiativ həcminin müxtəlifliyi, konnotativ tutumu ayrı-ayrı ünsiyyət 

sistemlərində  fərqli münasibətlər yaradır. Məsələn, bir şərqli və bir 

Avropalı üçün “dostluq”, “dost” (Freundschaft, Freund, дружба,  друг) 


 

 

 



75

leksik vahidləri bəzən təmamilə  fərqli praqmatik resurslar yaradır. Və bu 

cəhət fərdlərarası və  mədəniyyətlərarası münasibətlərdə də öz əksini tapır.  

Lap yaxın vaxtlara qədər sadəlövh bir azərbaycanlı üçün “dost” kirpik 

basdırdığı bir şəxsin yolunda, onun yaxın və uzaq məqsədləri uğrunda hətta 

ölməyə belə hazır olan, onunla bütün maddi sərvətlərini, sirlərini qeyd-

şərtsiz bölüşən, həmin  şəxsin hətta lazım gəlsə maddi ehtiyaclarını 

ödəməyə, ailəsinin  şərəf və namusunu qorumağa borclu olan adama 

deyirdilər. Bir rusun və Avropalının nəzərində “dost” (Freund, друг) 

sadəcə olaraq hətta müəyyən bir dövr üçün ümumi mənafe  ətrafında 

birləşən, maraq və çox vaxt xasiyyətləri, vərdiş  və  həyat tərzləri uyğun 

gələn bir-birini başa düşən adamlara deyilirdi. (Təəssüf ki, “yeni 

azərbaycanlılar” da bu praqmatik standarta olduqca yaxınlaşmış kimi 

görünür.) Düşünmək olar ki, keçmişin  ən ağıllı avropalılarından biri olan 

Uinston Çörçillin “İngiltərənin daimi dostları yoxdur, daimi maraqları var” 

etirafı bir tərəfdən bu qədim qansoran və müasir demokratik ölkənin 

düzəlmək bilməyən vərdişlərini ifadə edirdisə, digər tərəfdən də 

kommunikativ nihlizmi, mənəvi iflası ortaya qoyurdu. Buradan çıxan çoxlu 

nəticələrdən biri, bəlkə  də  ən vacibi budur ki, dövlətlər səviyyəsində, 

siyasətdə ümumiyyətlə dostluq, yaxınlıq olmur və belə ənənəyə malik olan 

ölkənin vətəndaşları arasında da çətin ki, həqiqi dostluq nümunələri tapmaq 

olsun. Əsrlər boyu nəsillərin müstəmləkə çörəyi ilə dolandığı, haram çörək 

yediyi bir ölkədə  çətin ki, əsil dost haqqında düşünmək vərdişi yaransın. 

Hamının çoxdan bildiyi, lakin dilə  gətirilməyən bu bəyanat, bu  mübhəm 

psixologiya hətta siyasi müstəvidə olsa belə sadəcə olaraq bir diplomatik 

mübaliğə, dahi tutması, ağıl spazması deyildi, şahlar, krallar, ərab şeyxləri, 

birinci katiblər də daxil olmaqla əsil  şərq kişilərini, ağır-amiranə, 

qaradinməz, etirafsevməz dövlət xadimlərini – bu sarsılmaz totalitar 

drujinanı şoka salan bir dil və əməl həqiqəti idi. Maraqlı olan bir də budur 

ki, həmin diplomatik və insani etirafdan müasir Avropa demokratiyasına 

aydın bir xətt uzanmaqdadır. Avropalılıar dilə  gətirməsələr də bu gün 

demokratiyanı, insan haqlarını  məhz bu çərçivə  və bu şərtlər daxilində 

görürlər. Doğrudur, dövlət siyasətinə münasibətdə burada nə klassik Şərq 

müdrikliyinə, nə  də bir Asiyalı  təkəbbürünə  və hiyləgərliyinə  nəsə  əlavə 

edən qeyri-adi  bir şey yox idi. Lakin həmin formul açıq-aydın “Bir 


 

 

 



76

ingilisin və ya bir avropalının daimi dostu yoxdur, daimi maraqları var” 

kimi də oxuna bilirdi. Bu gün elə bir avropalı  təsəvvür etmək olmaz ki, 

məsələn, dostunun xatirinə  iş yerini itirməyə  və ya onun əvəzinə borca 

düşməyə hazır olsun. Zaman məfhumlara da, onların dil versiyalarına, 

bütöv mədəniyyətlərə  də intensiv olaraq öz düzəlişlərini etməkdədir. Və 

qloballaşma genişləndikcə, mövcudluq uğrunda mübarizə  kəskinləşdikcə 

ümumi situasiya dil həyatını da öz təsiri və  nəzarəti altına alır. Bu gün 

əxlaq və mənəviyyatın hələ az-çox möhkəm olduğu Almaniyada Freund və 

Freundin sözləri bəzən hətta müxtəlif cinslərə aid olan iki şəxs arasında çox 

vaxt ötəri, keçici, dayanıqsız intim-şəhvani münasibətlərin təxmini işarəsi 

kimi işlənir. Belə “dostluq” modeli Fransada və xüsusilə Hollandiyada daha 

çox “pərəstişkarlar” tapır, hətta hüquq müstəvisinə qalxır. Belə  çıxır ki, 

insan azaddırsa, hər şey edə bilər, hətta insanlıqdan, öz növündən çıxa bilər. 

Ən dəhşətlisi isə budur ki, belə üzdəniraq “dostluğa” insan hüququ, insanlıq 

hüququ deyilir. Öz mahiyyətindən, təbiətin harmoniyasından çixan belə 

insanlara münasibətdə “insan hüququndan, insanlıq haqqından” necə 

danışmaq olar? Təbiətə zidd olan bir şey insan haqqi ola bilərmi? Adətən 

bu məqamda belə demək qəbul olunub ki, “bu sağlam düşüncəyə sığmır”. 

Xoşbəxt, təmin olunmuş, harın bir həyatın xumarlığında avropalılar sağlam 

düşüncəni dəyəsən çoxdan yadırqayıb. Lakin “sağlam düşüncə” və “sağlam 

mənəviyyat”, yüksək dil materiyası kimi natamamlıq və semantik qeyri-

müəyyənliyi də ortaya qoyur. Belədə “Avropa standartlarına”uyğunlaşa, 

onunla ayaqlaşa bilməyən  şərqli öz “geri qalmış düşüncəsi” ilə adi 

həqiqətləri, daha doğrusu, qeyri-adi yanlış  və gerçəkləri qavraya bilmir ki 

bilmir! Bu gün haman ənənə və yaxın keçmiş “intizamı” ilə öyünən ismətli, 

abırlı Almaniyada hər hansı bir “Frau” kəbinsiz-filansız öz “dostu” ilə, 

Freund-u ilə açıq-saçıq yaşaya bilər, ondan uşağı olar və istədiyi vaxt heç 

bir çətinlik çəkmədən, ictimai qınağa məruz qalmadan daha çox xoşuna 

gələn, daha cavan, sağlam və ya varlı olan başqa bir Freund-la əhd-peyman 

bağlaya bilər. Və heç kəs ona pis qadın kimi baxmaz da! Bu gün qeyri-

rəsmi çoxərlik və çoxdostluq, intensiv, istehlakçı  həyat düşüncəsi bir çox 

avropalı, eləcə  də “tərəqqiyə  uğramış” asiyalı qadınlar üçün bir həyat 

normasına çevrilməkdədir. Qadının ifrat sərbəstliyi və “azadlığı” onun kişi 

ilə dostluq münasibətlərini də istədiyi kimi tənzim etməyə imkan verir. 


 

 

 



77

Belə “dostluq rəzalətləri”, doğrudur, bir qədər “həyalı”, üstüörtülü şəkildə  

Aleksandr Dümanın “Милый  друг” (“Əziz dost”) əsərində bütün 

çılpaqlığı, iyrəncliyi ilə  təsvir edilmişdir. Qəribədir ki, rus mentalitetində 

hətta bir “ailənin dostu” anlayışı da var. Adətən varlı ailələrdə belə məhrəm 

dostlar olur. “Ailənin dostu” açıq-aşkar ailəyə daxil ola bilər, lap “sevimli” 

ərinin yanında dostunun arvadını darıxmağa qoymaz, onu əyləndirər, əsl ər 

isə yan otağa keçib sakitcə fransız romanları oxuya bilər... Sözün 

praqmatikası sanki konkret gerçəklik dəyərlərini alt-üst edir, görüş bucağını 

dəyişir. (Bax: В. А. Девкин, 3; А. В. Кирилина, 35) 

 Maraqlıdır ki, bir çox Avropa dillərində, məsələn alman və rus 

dillərində son dövrdə qeyd olunan sosial-kulturoloji bağlamda (kontekstdə) 

“dostluq” semantik sahəsinə daxil olan sözlərin işlənməsinin xüsusilə 

intensivliyi müşahidə edilməkdədir. “Dostluq” özü zəiflədikcə “dostluq” 

sözü ayrıca dəyər kəsb edir. Görünür, Rusiyada ekstremizmin güclənməsi, 

hər iki ölkədə demoqrafik problem - əhali artımının sürətlə aşağı düşməsi 

“dostluq” anlayışına marağı artırmışdır. Beləcə, təkcə dövlətin sabitliyinin 

dayağı olan pulların deyil, əsas mənəvi dəyərlərdən olan sözlərin,  əxlaqi 

sabitliyin qarantı olan təməl anlayışların da müxtəlif istiqamətlədə 

inflyasiyası gedir. Başqa bir müşahidə isə bundan ibarətdir ki, iqtisadi-

siyasi və ictimai münasibətlərin xüsusilə mürəkkəbləşdiyi, ağırlaşdığı 

dövrlərdə, xüsusilə  hər bir fərdin öz eksistensiyası  uğrunda mübarizəsinin 

əsas vəzifəyə çevrildiyi keçid dövründə, o cümlədən zənginlikdən  ən 

yüksək zənginlik həddinə çatmaq uğrundakı qaydalı-qaydasız döyüşlərdə 

Azərbaycan dilində “dost”, “dostluq” sözlərinin işlənmə dairəsinin getdikcə 

məhdudlaşması  və daralaması prosesi getməkdədir. Düşünmək olardı ki, 

milli-mənəvi dəyərlərə bağlılıq, tarixi yaddaş normal azərbaycnlını  hələ 

xeyli müddət hər cür xeyir gətirən münasibətlərə, işgüzar  əlaqələrə 

“dostluq”  əlaqələri kimi yanaşmaq düşüncəsindən uzaq saxlayacaq. Lakin 

belə olmadı və təəssüf ki, Azərbaycan və azərbaycanlıların böyük bir qismi 

müasirlik adı ilə dünyada gedən ümumi əxlaqi dəyərsizləşmə, assimilyasiya 

qafiləsinə qoşulmağa məhkum edildi. Qloballaşma deyilən uzun yolun 

yolculuğunda bizi daha nələrin gözlədiyi isə hələ məlum deyil. 

  “Dost” sözünün digər ümumi-universal və xüsusi-fərdi işlənmə 

məqamlarını da qeyd etmək olar. Azərbaycan dilinin Bakı dialektində “əmi 


 

 

 



78

arvadı”nı – çox yaxın adamın – atanın qardaşının həyat yoldaşını xoş bir 

təəssürat və hörmətlə “əmidostu” deyə çağırırlar. “Əmidostu” yalnız əminin 

xanımı, zövcəsi deyil, (yoxsa elə belə  də deyərdilər),  əmidostu həm də 

qayğıkeş, ağbirçək, yeri gələndə  əminin özünü əvəz edə bilən səxavətli, 

ciddi, müdrik bir adamdır,  əminin vəkil elədiyi hörmətli bir şəxsdir. 

“Dost”un yaxın, mərhəm adam olması fikri ümumən  Şərq düşüncəsində 

vardır:  



“Batırıb əlini dostun qanına 

Fındıqça qoymuşdu barmaqlarına.” (Sədi)

“Dost” sözünün məfhumi və emosional çalarları, semantik 

şüalanmaları bunlarla bitmir. Təkcə sevimli qadın, arxan, dayağın olan 

insan deyil, dar gündə kara gələn vəfa, sədaqət nümayiş etdirən hər kəs və 

hətta hər bir canlı “dost” rubrikası altına düşür. Heyvanlara münasibətdə bu 

“dost” sözü daha həyat, mübarizə yoldaşı, silahdaş  mənasında deyil, 

“sədaqətli”, “vəfalı” mənasında işlənir, bir oyun və aldanış gücü kəsb edir. 

Bu elə bir yüksək, təkrarolunmaz və  təbii, qeyri-adi, bəlkə  də qeyri-şüuri 

keyfiyyətdir ki, ən böyük dahi hansısa adi bir adama, ruhsuz dəyərsiz bir 

canlıya həsəd apara bilər. Bu anlamda “dost” – ülfəti, itaəti həvəslə  və 

əvəzsiz qəbul edən bir varlıq kimi təsəvvürə  gəlir. Maraqlıdır ki, güclü 

mənfi, peyorativ çalarlığa malik olan “it” sözü həm də  ən vəfalı, etibarlı 

dost və dostluq simvolu kimi işlənməkdədir. O öz sədaqəti, etibar və vəfası 

ilə ən sınanmış, mərd insanı belə heyrətdə qoyacaq bir təbii vərdişə, bioloji 

fədakarlığa sahibdir. Görünür, şüura deyil, kortəbii, qeyri-şüuri iradəyə, 

təmiz instinktə  əsaslanan dostluq münasibəti nəinki daha güclü və 

dayanıqlı, həm də  təhlükəsiz və rahat olur. Hər halda şüur çətin 

situasiyalarda insanı başqa yollar aramağa, düşünməyə  təhrik edir. Başqa 

canlılarda, heyvanlarda isə bu alternativə yol yoxdur, o artıq  əvvəldən, 

başlanğıcdan bağlanmış olur. Əslində insan münasibətlərindən kənarda 

işlədilən “dost” və “dostluq” sözləri məcazi mənadadır, bir metafora və dil 

aldanışıdır.  Ən maraqlı hind filmlərindən biri “Fillər mənim dostumdur” 

adlanır. Məşhur Tarzanın heyvanlarla dostluğu vaxtilə dillər  əzbəri 

olmuşdu. “Dost dosta tən gərək, tən olmasa gen gərək” Azərbaycan atalar 

misalında həqiqi, bərabər dostluq, tərəfdaşlıq deyil, ümumi fayda və 


 

 

 



79

mənafeə əsaslanan qarşılıqlı əməkdaşlıq, yardımlaşma, paylaşma düşüncəsi 

ön plana keçir. 

 “Dost” sözü bütün dillərdə, bütün ünsiyyət sistemlərində  həm 

konkret bir şəxsə, həm də mücərrəd, çox ümumi, qeyri-müəyyən  şəxslər 

qrupuna müraciət kimi geniş miqyasda işlənməkdədir: Hər nə istəyirsən seç 

götür, ey dost / Bircə o tar-kaman qoy mənim olsun; Dostlar, badələri 

qaldırın içək / Gecə ulduzludur, hava da sərin və s. Almanlar Göteni 

“ziddiyyətlərin dostu” (ein Freund der Gegensätze) adlandırırlar. Dahi 

alman  şairinin “Gənc Verterin iztirabları”  əsəri bütün cəmiyyətə  və öz-

özünə qarşı duran faciəvi qəhrəmanın adı bilinməyən mücərrəd, köməksiz 

“dosta” müraciəti silsilələridir. Epistolyar üslub, məktub janrı üçün 

səciyyəvi olan budur ki, burada “dost” sözü (“Əziz dostum! Lieber 

Freund!”) çox vaxt asemantikləşir, konkret bir insana konkret bir 

münasibətin göstəricisi kimi deyil, formal bir ünsür, bir mətnyaratma 

elementi kimi çıxış edir. 

 “Dost” və “dostluq” sözlərinin praqmatik potensiyası deyilənlərlə 

bitmir. Çar Rusiyası dövründə uzun müddət “xalqlar həbsxanası” olan və 

yaddaşlarda da “xalqlar həbsxanası” kimi yaşayan Rusiya ərazisində - 

keçmiç Sovet İttifaqında zorla bir əraziyə, bir məkana yığılmış ən müxtəlif 

taleli xalqların faciəsi, onların işğalçı  tərəfə münasibətləri də “dostluq” 

kimi qələmə verilirdi. Əslində Sovet İmperiyası bir “dostluq gettosu” idi. 

Insanın riyakarlığı o həddə çata bilər ki, bir xalq digərinin  ərazisini işğal 

edər,  əhalisini qırar, tarixini, əlifbasını  dəyişər, sonra isə ona “dostluq” 

təklif edər. Dil aldanışlarının, həqiqət yalanlarının gücünə bax ki, “xalqlar 

dostluğu” dünyada ilk sosialist dövləti olan sovet dövlətinin qüvvət və 

qüdrət mənbələrindən biri kimi vəsf edilirdi. II Dünya savaşından sonra 

həqiqətən faşıst işğalından azad edilmiş, lakin Sovetlər tərəfindən yeni 

“soyuq işğala” məruz qalmış bir çox Avropa xalqları eyni sözün – həmin 

“dostluq” sözünün fitnəsi ilə faşist yağışından çıxıb kommunist yağmuruna 

düşdü. 

 “Dost” sözü ilə antonimlik, əkslik təşkil edən “düşmən” (Feind) 



sözü də (Freundschaft -Feindseligkeit) müxtəlif xalqların dil şüurunda 

fərqli çevrələr cızır. Bir qərbli üçün “düşmən” mütləq məhv edilməli olan 

cansız bir hədəfdir. Qərbli “düşmənçilik” həddinə çatmaq üçün xeyli yol 


 

 

 



80

keçməli,məsafə qət etməlidir. Bir azərbaycanlı düşüncəsində, bəlkə ümumi 

şəkildə bir şərqli təsəvvüründə, xüsusilə qafqazlı mentalitetində “düşmən” 

bütün mənfi konnotasiyaları ilə bahəm, həm də yeri gəldikdə müdafiə  və 

hörmət edilməli olan canlı bir insan, layiqli bir rəqibdir. Biz 

azərbaycanlıların “Namərd dostdansa, mərd düşmən yaxşıdır” deyimi 

həmin düşüncəni çox dürüst ifadə edir. Şərq folklorunda düşmən bir 

şəxsiyyət yüksəkliyinə qaldırılmışdır. Düşmənin gücü, ləyaqəti insanın öz 

şəxsiyyətinin, mənliyinin göstəricisi kimi dəyərləndirilmişdir. Düşmən 

düşmənçilik etdiyi adama layiq olmalıdır, onun tay-tuşu, bərabəri olmalıdır. 

Yadınızdadırsa, “Dədə Qorqud” dastanında Qazan xan ona kömək etmək 

istəyən Qaraca çobana “Mən acizəmmi ki, mənim düşmənimə  şərik 

çıxırsan?!” deyə  təpki göstərir, onun himayədarlığını  rədd edir. Bu 

zehniyyət düşmən üzərindəki qələbənin möhtəçəmliyini, misilsizliyini, 

təkrarsızlığını üzə çıxarmağa xidmət edir. O ki qaldı indiki bəzi kiçik, sıravi 

insanların “cari” düşmənçilik, daha doğrusu, tərslik, həsəd 

müqavimətlərinə, bu instinkt bir çox hallarda rəqiblik düşüncəsindən, 

paxıllıq, opponentlik anlayışından uzağa gedə bilmir. Bu cəhətdən 

“dostluq” məfhumunun təfsiri “düşmənçilik” anlamının  şərhinə müvafiq 

gəlir. Bir şeyi də nəzərə almaq lazımdır ki, ilkin qiymətləndirmədə “dosta” 

nisbətən “düşmən” daha intensiv sözdür və bu cəhət özünü həmin sözlərin 

semantik valentliyində,  əlaqələnmə imkanlarında və ekspressivlik 

çalarlarının zənginliyində aydın biruzə verir. “Düşmən” sözündə  şəxsin 

izzəti-nəfsini, ekstensiyasını  təhdid edən, onun əhval-ruhiyyəsini korlayan, 

daxili həyəcanlarını oyadan məqamlar var. Həm “dost”, həm də “düşmən” 

sözündə  mənfi və müsbət emosiyalar bir-birini təqib edir, biri digərini 

tamamlayır və  şərtləndirir. Azərbaycan xalq şairi B. Vahabzadənin “416” 

poemasında belə bir ali düşmənçilik örnəyi “Qaçaq Kərəm və İsrafil ağa” 

hekayətində verilir. Gecə qaçaq Kərəmin çadırına yaxınlaşan  İsrafil ağa 

onun içəridə xanımı ilə bir yerdə olduğunu gördükdə intiqam fikrindən 

daşınır. Israfil ağa dünyada ən şirin şey olan qisas hissini boğur, onu başqa 

vaxta saxlayır. Israfil ağa qatı düşməni, qan düşməni Qaçaq Kərəmə gecə 

burada olduğunu bildirmək üçün çadırın girəcəyinə bir güllə qoyub gedir. 

Qəribədir ki, layiqli düşmən olaraq Qaçaq Kərəm tərəfindən də yüksək 

qiymətləndirilən bu mərdlik jesti son nəticədə düşmənçiliyin aradan 


 

 

 



81

qalxması, heç olmasa yumşalması ilə deyil, daha da dərinləşməsi ilə 

nəticələnir. Qərb  əxlaqı, kəmfürsət, irrasional qisas düşüncəsindən fərqli 

olaraq  Şərq  əxlaqının rasional-humanist məzmunu, psixoloji paradoksları 

özünü bütün gücü və kəskinliyi ilə büruzə verir. 

  Şərq qəhrəmanı düşmənin onun üzərində bu sayaq üstünlüyünü, 

mənəvi qələbəsini heç cür həzm edə bilmir. Bu mənəvi qələbə onun kinini, 

qəzəbini daha da alovlandırır, qisas anını yaxınlaşdırır. Yoxsa adi düşmənə 

qalıb gəlmək o qədər də böyük hünər sayılmaz. 

 Belə psixi transformasiyalar, xalqın, toplumun ruhunda dərin izlər 

buraxır, dil şüurunun formalaşmasına qüvvətli təsir göstərir. Dil Fridrix 

Nitsşenin bəhs etdiyi “məfhum göylərini” (Begriffshimmel) və ya Leo 

Vaysqerberin təsvir etdiyi insan şüuru ilə gerçəklik arasındakı “aralıq 

dünyanı” (Zwischenwelt) yaradarkən xalqın ruhi-mənəvi enerjisindən, 

konkret, bir çox hallarda qeyri-standart, təkrarsız empirik təcrübəsindən 

yararlanır. Həmin unikal, qeyri-adi təcrübə  və dünyaduyumu yaddaşlara 

köçür və nəsildən-nəslə ötürülür. (H. Weinrich, 18) 

 Sözün ideoloji, mənəvi-əxlaqi və psixi substratının araşdırılmasını 

bir qədər də davam etdirək. Ümumiyyətlə, sözün gerçək və praqmatik 

çoxmənalılığı geniş mövzu olub, dil-nitq situasiyalarının rəngarəngliyini və 

zənginliyini ifadə edir. Burada sabitliyin də, dəyişikliyin və  dəyişkənliyin 

də öz hədləri, nisbətləri var. Təfəkkürümüzün, saysız-hesabsız səhv və 

yanılmalarımızın, ziddiyyətli təcrübə  və mülahizələrimizin bütün 

təfərrüatlarını  əhatə edən, onları özündə birləşdirən dil sahilsiz bir nəhr 

kimi daim çalxalanır, müxtəlif səmtli axınları öz içərisinə alır. Dil 

sistemində özünütəmizləmə  və özünütənzimləmə prosesi heç başqa bir 

sosial sistemdə olmayacaq təbəddülatlar, çətinlik və müqavimətlərlə davam 

edir. Dil nə  qədər saflaşmağa, büllurlaşmağa can atsa da, insanların bitib-

tükənməyən ehtiraslarının,  şəxsi maraq və  mənafelərin, ideolojilərin 

müdaxiləsi sayəsində heç zaman artıq yükdən, onun ekologiyasını korlayan 

zir-zibildən təmizlənə bilmir. Dilin leksik sistemində, sözün ən müxtəlif 

semantik qatlarında bir mütərəddidlik, qeyri-müəyyənlik, yalan və aldanış 

substratı var. Dil sistemində onda danışan və düşünən fərdlərin, 

eksistensiyaların sayı  qədər bir-birinə zidd güclər, mistik və anlaşılmaz 

aləmlər yaşayır. 


 

 

 



82

 Düzgün təfəkkürə xidmət etməyən, qavrayışı çaşdıran klassik 

“yalançılar”- “demokratiya” (Demokratie), “azadlıq” (Freiheit), “ədalət” 

(Gerechtigkeit), “sosial ədalət” (soziale Gerechtigkeit), “bərabərlik” 

(Gleichheit), “borc” (Pflicht) və s. kimi sözlər, habelə  əxlaqi aldanışlara 

səbəb olan “sədaqət” (Ergebenheit), “vəfa” (Treue), “namus” (Ehre), 

“məhəbbət” (Liebe), “həqiqət” (Wahrheit), “düzgünlük” (Richtigkeit) və s. 

kimi çoxmənalı, çoxanlamlı leksik elementlər praqmatik-üslubi 

araşdırmalar üçün zəngin material verir. (S. Abdullayev (3), 160-163) 

Əslində bu sözlərin ilkin, gerçək anlamları itib getmiş, onların yerində boş 

söz yuvaları qalmışdır. Necə ki, real denotatı artıq növcud olmayan, yalnız 

yaddaşlara köçmüş “Karl Marks heykəli” kimi sürücülərin və sərnişinlərin 

dilində yaşayan “Karl Marksda düşən var?”, yaxud “Karl Marksda saxla!” 

kimi işlənmələr, söz denotatlar həmin xəyali varlığı hifz etməklə ilkin məna 

və gerçəyi bərpa edir. Predmet yoxdur amma söz substansiya kimi yaşayır! 

Denotatı deformasiyaya uğramış sözlər müxtəlif və  fərqli mətnlərin 

formalaşmasında iştirak edir, yanılma və aldanışlara, səhvlərə  rəvac verir. 

Azərbaycan dilində  təkcə “vətən xaini”, “istirahət hüququ”, “sabitlik”, 

“təmiz”, “müxalifət” və s. kimi söz və ifadələrin araşdırılması bu zəngin 

ölkədə praqmatik dilçiliyi dil haqqında dünya elminin ön mövqelərinə 

çıxara bilər (“təmiz adam”, “təmiz çəki”, “təmiz ticarət işçisi”; “doğma 

müxalifət”, “əsl müxalifət”, “radikal müxalifət”, “əl müxalifəti”, 

“iqtidaryönlü müxalifət” və s.). Mən hələ “hüquq”, “qanun”, “millət 

vəkili”, “rüşvət”, “bəxşiş”, “korrupsiya”, “seçki” və s. kimi qeyri-adekvat 

işlənmələri demirəm.  Əgər  korrupsiyaya bulaşmıç məmur real vəziyyəti 

ört-basdır etmək üçün “Hansı ölkədə korrupsiya yoxdur ki?” deyə özünə 

bəraət qazandırırsa, “korrupsiya” sözü bir anda ABŞ  və Avropa ölkələri 

kimi demokratik məmləkətlərdə “insan haqqları”, “demokratiya”, 

“terrorçuluq”, “müsəlman terrorçuluğu”, “fundamentalizm” və s. kimi söz 

və adlandırmalarla bir cərgədə  təmamilə olmasa da, çox böyük bir faizlə 

iflasa uğramış sözlər sırasına keçir. Yaxşı ki, yalanlar, yanlışlar çoxaldıqca 

sözün, dilin müqavimət gücü də artır, çoxmənalılıq, daxili paradokslar 

sözün yalanını ortaya qoyur. Kəskin, yerində deyilmiş bir söz, gerçək ifadə 

bəzən bütöv bir düşüncə sistemini təkzib edir, saxta ideologiyaya qarşı 

durur, onu alt-üst edir. Söz həqiqətin təmsilçisinə, doğrunun 


 

 

 



83

implikasiyasına xidmət edir: “islam terrorizmi”, yoxsa “xristian 

terrorizmi?”, “dövlət səviyyəsində terrorizm” (ABŞ digər böyük dövlətlər), 

“erməni genosidi”, yoxsa türk-müsəlman genosidi (?). Sözün yalanı onun 

həqiqətini yada salır. Çoxlu aralıq pillələri keçid hədlərini canlandırı. 

Yaradıcılıq, o cümlədən də nitq yaradıcılığının psixologiyası belədir ki, 

zorlanmış, aldadılmış sözün yanlışlığı onun əsl gerçəkliyi ilə, ya da eyni 

məfhum sahəsinə aid olan digər sözlərin assosiativ transformasiyaları ilə 

dəf olunur. Təəssüf ki, yeni yalanlar sistemi, siyasi, dini və ideoloji 

paradiqmalar özünü çox gözlətmir, siyasi meyl və maraqlar, fərdi iradə və 

mənafelər bu prosesin dayanıqlığına mane olur, sözü (canlı insan 

düşüncəsini), həqiqətdən daha artıq yenə  də yalan və illuziyaların, aldanış 

və yanılmaların xidmətinə qaytarır. Yalançı, manipulyativ sözlərin çoxunda 

şüuraltı, implisit düşüncə üzə  çıxır, danışanın  əsil məramını açıb göstərir. 

Sokrat deyirdi: “Danış ki, səni görüm.” Söz qəbul olunmuş fikrə  rəğmən 

heç də  həmişə  əsl mətləbi gizlətmir,  əksinə, danışanın bütün mahiyyətini 

ortaya qoyur. Adi həyatda bitib-tükənməyən insani ehtiyaclar, vazkeçilməz, 

zəruri  mübarizə  və savaşlar sözü nisbi həqiqətlərin, fərdi - subyektiv, 

insanmərkəzçi müqavimət gücünün ruporuna çevirir, qeyri səlisliyi 

gücləndirir. Diplomatik  ünsiyyətdə, siyasi mübahisə və diskussiyalarda isə 

söz istər-istəməz söz sahibi olmaq imkanını, təşəbbüsü  əldə saxlayanların 

tərəfində olur. Milli münaqişələr, qlobal, açıq toqquşmalar və müharibələr 

şəraitində, radikal qruplaşmalar arasında gedən amansız savaşlarda dilin də 

radikallaşması, qütbləşməsi prosesi güclənir. Serblər üçün sonradan hərbi 

cani kimi beynəlxalq tribunal qarşısında dayanmalı olan Miloşoviç 

müharibə  qəhrəmanı, müsəlman albanlar və boşnaklar üçün isə  hərbi cani 

idi. Dağlıq Qarabağ yaraqlılarını ruslar “azadlıq mübarizləri” 

(Freiheitskämpfer), biz azərbaycanlılar isə “separatşılar” adlandırırıq. 

Əfqanıstan mücahidlərini sovetlər “düşmən” (душманы) damğası ilə 

damğalamışdı. Dilin bitib-tükənməyən tolerantlığına bax ki, öz vətənlərinin 

azadlığı  uğrunda  əldəsilah işğalçılara qarşı çarpışan vətənpərvərlər, vətən 

dostları “düşmən” elan olunmuşdular! Ruslar çeçen döyüşçülərini “quldur”, 

“terrorçu” deyə dünyaya car çəkirdi. “Azadlıq adasının” – Kubanın dünyanı 

müharibə  vəziyyətinə  gətirən generalları, siyasi rəhbərləri  “Milli 

qəhrəman” elan olunmuşdu. (Fidel Kastro Rus – bu artıq sözün yalanının 


 

 

 



84

deyil, onun həqiqətinin iflası idi.) Diqqətlə fikir versək görərik ki, 

dövlətlərin davası  təkcə  həyati mənafelər, mövqelər, ideallar, ideyalar 

davası deyil, həm də sadəcə olaraq söz davasıdır, verbal sərsəmlik yarışıdır. 

Uzun müddətdir ki, Azərbaycan diplomatiyası vur-tut 140 min erməninin 

“azadlığı”, “öz müqəddaratını  təyin etməsi” naminə 1 milyon müsəlmanı 

qaçqın vəziyyətinə salan, nəinki Dağlıq Qarabağ  ərazisini, həm də onun 

ətrafındakı 7 rayonu işğal edən, “təhlükəsızlik zonası” (sözə bax!) yaratmış 

Ermənistanın BMT və ATƏT-də “işğalçı dövlət” adlandırılmasına nail ola 

bilmir ki bilmir. Azərbaycan torpaqlarının “sülh yolu” ilə azad edilməsi 

beynəlxalq sənədlərdə bircə sözün - “işğalçı” sözünün yazılmasından keçir. 

Bu söz hər hansı hərbi uğurdan, döyüş meydanında qazanılmış qələbədən, 

hər cür, hər növ silahdan daha güclü görünür. Burada Müasir Dünya 

reallıqları üçün çox səciyyəvi olan unikal bir hadisə ilə - sözün inadla 

gerçəkdən, həqiqətdən yayındırılması, hadisəni, faktı üstələyərək müstəqil 

substansiyaya, gücə çevrilməsi fenomeni ilə rastlaşırıq. Bu, müasir qərb 

düşüncəsi üçün xüsusilə xarakterikdir. Yalanın doğrunu, həqiqəti 

boğazladığı, adlandırmanın substansiyaya, anlayışa, hadisəyə güc gəldiyi 

bir yerdə 7 rayonun nəinki işğalçılar və separatçılar, hətta həmsədrlər 

tərəfindən “təhlükəsizlik zonası” adlandırılması  təmamilə  təbii və 

“inandırıcı”görünür. Bu gün qərb insanının düşüncəsini yanlış sözlərlə 

çevirmək, buxovlamaq istiqamətində bilərəkdən qızğın təbliğatlar gedir

dini təəssübkeşliyi gerçəklik dəyərlərinə dəyişmək kimi qeyri-insani, qeyri-

əxlaqi bir mövqe formalaşdırılır. Biz sanki gerçək dünyada deyil, sözlərin 

təqdim etdiyi tamamilə başqa bir aləmdə yaşayırıq. Hətta bəzən 

parlamentlər də bu istiqamətdə  qərarlar qəbul edir. Fransız parlamentinin 

alt palatasının sözdə erməni soyqırımının inkarına görə adamlara cəza 

verilməsi haqqındakı “qərar”nın bütün dünyada nifrətlə qarşılanması onu 

da sübüt etdi ki, sözün ifrat yalanı son nəticədə labüd olaraq iflasa 

uğrayaraq  həqiqətin tərəfinə keçir, uydurulmuş yalanlar, böhtan və 

riyakarlığın yolunu kəsir. Sözün əks, gerçək, həqiqi anlamı yaddaşda bərpa 

olunur, real psixi qanunlar saxta həyat fəlsəfəsinə qalib gəlir. 

 Yalan və aldanış semantikası leksikanın ən geniş təbəqələrini əhatə 

edir. Yuxarıda qeyd olunan leksik vahidlər, habelə “xalq”, “millət”, 

“dövlət”, “dövlət çevrilişi”, “dövlətçilik” və s. kimi klassik aldanış 


 

 

 



85

“semantikası” ilə yanaşı canlı ünsiyyətdə “kömək etmək”, “görmək”, 

“oyun”(oynamaq), “saymaq”, “hörmət” (hörmət etmək) və s. kimi eyni 

formativ, səs kütləsi daxilində bir neçə müstəqil sememi, leksik-semantik 

variantı özündə birləşdirən çoxmənalı sözlərlə birbaşa yalan demək, 

müqabil tərəfi aldatmaq imkanı gizlənir. Yüksək liqada qalmaq uğrunda 

çətin mübarizə aparan “Neftçi” futbol komandasının məşqçilərindən biri 

Kiyevin “Dinamo” komandasını elə Kiyevin özündə (?) məğlub 

etməyimizlə bağlı söz-söhbətlərə cavab olaraq demişdi: “Əsas məsələ 

Daşkənddə  həll olundu. Kiyevlilər isə sadəcə olaraq bizə kömək etdilər.” 

Əsil həqiqət isə bundan ibarət idi ki, çempionluğu artıq özləri üçün təmin 

etmiş Kiyev “Dinamosu” artıq lazım olmayan xallar uğrunda axıradək 

mübarizə aparmadı. Azərbaycanda keçmiş Xalq Cəbhəsinin bir çox üzvləri 

indi də “oyun” və “oynamaq” sözlərini, doğrudur, yeni vəzifələrə uyğun 

şəkildə ən müxtəlif mənalarda işlədirlər. (Yalanla həqiqəti, oyunla reallığı 

özləri üçün hələ tam ayırd edə bilməyən müxalifət funksionerləri də  ən 

müxtəlif məqamlarda bu sözdən yaralanmağa çalışırlar.) Bir osmanlı türkü 

və bir alman “kişi” və “Mann” sözlərinin çoxmənalılığı ilə asanlıqla 

manipulyasıya edə bilir. Halbuki biz azərbaycanlılar üçün belə bir hiylə, 

kələk imkanı yoxdur. Məsələ burasındadır ki, müasir türk dilində “kişi” 

sözü həm də “nəfər” mənasında işlənir və bu, leksikoqrafik araşdırmalarla 

da təsbit olunur. Alman dilinin lüğətlərində “Mann” (kişi) sözünün 10-dan 

artıq mənası göstərilir ki, həmin mənalardan biri də “nəfər”, “şəxs” anlamı 

ilə bağlıdır. Qəribədir ki, bu mənada “Mann” sözünün cəmi də yoxdur: 

Unsere Gruppe ist 10 Mann stark. (Müq. et: Unsere Truppe besteht aus 100 

Männern). Yaxın qohum dillərdə, müştərək sözlərin semantik qeyri-

akvivalentliyi xüsusilə  qəribə, bəzən oriqinal dil-ünsiyyət aldanışlarına 

gətirib çıxarır. Mənin yadıma Türkiyyədə  işgüzar səfərdə olan, 

simpoziumda iştirak edən xanımının taleyindən narahat olan bir 

Azərbaycan vətəndaşının TRT kanalında gedən elanla bağlı narahatlığı 

düşür. Həmin məlumata görə “trafik canavar” 20 nəfər kişinin həyatına son 

qoymuşdu, qəza nəticəsində çoxlu “kişi” həyatını “kayb” etmişdi. Osmanlı 

türkcəsini yaxşı bilməyən ailə başçısına təskinlik vermək üçün orada 

olanlardan biri hadisəyə belə şərh verdi: “Orda demədilər ki, qadın da həlak 

olub. Orada dedilər ki, 20 kişi həlak olub.” Bir daha xatırladaq ki, müasir 


 

 

 



86

türk dilində “kişi” sözü həm də “nəfər”, “şəxs” mənasında işlənməkdədir və 

fərqli bir leksik paradiqmaya malikdir. Beləliklə, çoxmənalı sözlərdə təkcə 

bədxah yalanların, şərin deyil, həm də xeyirxah, pozitiv yalanların ifadəsi 

üçün münasib dil resursları yerləşir ki, bu da yeni mətn- hərəkət 

perspektivləri açır, ünsiyyət prosesində sözlərin müxtəlif mənaları, leksik-

semantik variantları ilə fəal manevr etmək imkanları yaradır.  

  Hətta dini məzmunlu “halal” və “haram”, “günah” və “savab, 

“haqq” və “nahaq” sözlərinin semantik sərhədlərini bu gün heç kim dəqiq 

təyin edə bilməz. Onların arasında çoxlu keçid və müqavimət hədləri var. 

Bu sözlər təkcə adi, öləri insanların deyil, din xadimlərinin dilində  və 

əməlində də min-bir çalar kəsb edir. Görün İran mollası – başqa bir molla 

yox, məhz din respublikasının funksioneri “halal” və “haram” sözlərinə 

necə praqmatik əlavələr edir. Molla Həsən Qərbi Azərbaycan əyalətində öz 

haqqları  uğrunda millətin nümayişə  çıxmasını “haram”,  onların qanını 

tökməyi isə “halal” sayır (qəzetlərdən). Yeri gəlmişkən, eyni sözləri elə bir 

az yuxarıda işlətdiyimiz “haqq” və “nahaqq”, “xeyir” və “şər”, “obyektiv” 

və “qeyri-obyektiv”, “ləyaqət” və “ləyaqətsizlik” və s. kimi leksik vahidlər 

haqqında da demək olar. Deməli, “halal”da haram elementləri, “haram”da 

da halal elementləri var. Daha doğrusu, tapmaq olar. Haqq nahaq xeyir-şər, 

obyektiv qeyri obyektiv də bunun kimi. 

 Yalan və aldanış effektlərinin mühüm mexanizmlərindən biri də 

amfibolilər – ikibaşlı  mənaların qarşılaşdırılmasıdır. Yuxarıda “vurmaq” 

sözünü misal gətirmişdik. Həmin söz kiminsə öz əleyhidarları, rəqibləri ilə 

gizli, ya aşkar mübarizə aparması mənasında da gəlir. “Milis rəisi bu yolla 

düşmənlərini vurur.” Bu gün məişətimizə möhkəm daxil olmuş “atmaq” 

felinin məna qarşılaşdırmalarına  əsaslanan aşağıdakı  mətn bu cəhətdən 

maraqlıdır. 

Rəis işçilərinin ona hesab verdiklərini dilə  gətirəndə  həmin  şəxs 

vəzifə sahiblərinin ona “atdığını” bildirib. Deyib ki, onun fəaliyyəti 

dövründə  hər işçi ayın müəyyən vaxtında pulu aidiyyəti şəxsə çatdırırmış. 

Sonra isə bu barədə müdirə hesabat verirlərmiş. Keçən ildən sonra isə 

onlardan aylıq “haqq” yığılmamış qalıb. Onlar da vəziyyətdən istifadə edib 

rəisə atıblar. Bu səbəbdən qəzəblənən müdirin məhz bundan sonra 

tabeçiliyində olan adamların üzərinə hücuma başladığı qeyd olunur. Deyilir 


 

 

 



87

ki, indi rəis ona “atan” işçiləri cəzalandıraraq yığdıqlarını əllərindən alır... 

Əks halda onu və digər “atanları” uzun müddətli həbslər gözləyir. 

(Qəzetlərdən) 

Polisemantik sözlərin mənaları bir-birindən uzaqlaşdıqca, 

omonimliyə doğru inkişaf etdikcə onlarda yalan və aldanış imkanlarının 

miqyaslarının da genişlənməsi prosesi gedir. 

 

 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin