Not yazısı haqqında. Səs yüksəkliyinin yazılışı. Açar və onun növləri
Musiqi əsərinin aydın və dəqiq yazılış qaydası keçmiş əsrlərdən gərgin axtarışlara məruz qalmışdır. Musiqi melodiyasının yazılış mürəkkəbliyi səsin 2 əsas xüsusiyyəti olan yüksəkliyin və səslənmə müddətinin bir işarə vasitəsilə göstərilməsində idi. XI əsrdən başlayaraq məşhur İtalyan musiqi nəzəriyyəçisi Qvido de Aresto səslərin hecavi adlarından başqa 4 paralel üfüqi səs sistemini kəşf etmişdir. Həmin xətlərdən hər biri öz növbəsində musiqi səsinin dəqiq yüksəkliyini bildirirdi. Səslərin ucalığı və səslənmə ölçüsü işarələrlə işlənirdi. XIV əsrdən başlayaraq həmin 4 xəttə V xətt əlavə olundu. Beləliklə, musiqinin dəqiq yazılış sistemi yaradıldı.
Do – Dominus – Yaradan
Re – Rerum – Maddə
Mi – Mirakulum – Möcüzə
Fa – Familias Planitarium – Planetlər ailəsi (sistemi)
Sol – Solis – Günəş
Lya – Laktevia – Saman yolu (Süd yolu), Kəhkəşan
Si – Sidarey – Göylər
Üfüqi halda çəkilmiş 5 paralel xətt musiqidə 5 əsas not xətti adlanır. Xətlər aşağıdan yuxarı istiqamətdə sayılır.
Həmin xətlərin üzərində, 2 xəttin arasında, I xəttin altında, V xəttin üstündə dairə - oval şəkilli xüsusi işarələr yazılır ki, buna not deyilir.
Not yazısında 5 əsas xətdən başqa əlavə qısa xətlərdən də istifadə olunur ki, buna əlavə xətlər deyilir. Əlavə xətlər (qırıq xətlər) not sətrinin (əsas xətlərin) ya üstündə, ya da altında yazılaraq daha zil və daha bəm səslərin yerlərini göstərir
Açarlar haqqında.
Not şəklində yazılan səslərin yüksəkliyini bildirmək üçün xüsusi işarələrdən istifadə olunur ki, buna açar deyilir. Musiqidə 3 növ açardan istifadə olunur: Sol (skripka və ya kaman açarı), Fa (bas açarı) və Do açarları
Klassik musiqinin formaları Period forması
Forma latın sözü olub “zahiri görünüş”deməkdir. Bütün incəsənət əsərləri müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.
Period. Hər bir musiqi əsərinin yaranmasında mövzu əsas rol oynayır. İnkişafın əsasını təşkil edən mövzu intonasion cəhətcə yığcam, forma etibarı ilə tam quruluşa malik olmalıdır. Hamafon-harmonik quruluşlu (yəni təksəsli və çoxsəsli) musiqi əsərində mövzu ifadəsinin səciyyəvi formasını period təşkil edir. Period tematik cəhətcə bir-birinə oxşar 2 melodik quruluşdan – cümlədən yaranaraq bitmiş bir fikri ifadə edir. I cümlə başlanğıc – sual cümləsi, II isə cavab cümləsi adlanır. Period forması kvadrat olaraq 2, yaxud 4 xanəlik cümlələrdən yaranır. 8 xanə = 4 xanə + 4 xanə (16=8+8)
Dostları ilə paylaş: |