Klassik musiqinin forması, sadə iki hissəli forma
Forma latın sözü olub “zahiri görünüş”deməkdir. Bütün incəsənət əsərləri müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir. Sadə iki hissəli forma. Bu forma 2 perioddanibarətdir. Periodlar tematik məzmuna görə bir-birindən fərqlənir. I period “A”, II period isə “B” hərfi ilə işarə etsək, bu zaman sadə ikihissəli formanın hərfi sxemi belə olacaqdır: AB
Sadə üçhissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə isə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə üçhissəli formada əvvəlki period (birinci period) adlanaraq, “A” hərfi ilə II hissə - orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə eyni ilə I hissəni təkrar etdiyi üçün “refren” adlanaraq “A” hərfi ilə işarələnir. Bu formanın hərfi sxemi belədir: ABA
Azərbaycan klassik musiqisi, F.Əmirov haqqında
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İl musiqi təhsilini Gəncə musiqi məktəbində almış, sonralar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində davam etdirmişdir. Böyük Vətən müharibəsi onun təhsilini yarımçıq qoyur, orduda cəbhədə vuruşur. 1943-cü ildə xəstələndiyinə görə ordudan azad olunub Bakıya qayıdır və təhsilini davam etdirir. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir.
Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb.SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.
Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur).
Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır. F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir.
Fikrət Əmirov 1984-cü ildə 20 fevralda vəfat etmişdir.
Dostları ilə paylaş: |