Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Qərbi Avropa klassik musiqisi, Şopen haqqında



Yüklə 191,07 Kb.
səhifə69/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   63   64   65   66   67   68   69   70   71
musiqi1 kopyası kopyası

Qərbi Avropa klassik musiqisi, Şopen haqqında

Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) on altı yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərlərini hazırlayır. Bu zaman o həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır.


Bəstəkar 1849-cu il oktyabrın 17-də Parisdə vəfat edir. Vəsiyyətinə görə ürəyi Varşavaya gətirilir.
Paris şəhəri. 1831-ci il. Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir.[7] Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar — Ferens List, Berlioz, Bellini, yazıçılar — Henrix Heyne, Onore de Balzak, rəssam Ejen Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi. Taleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir. Etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar… Gördüyünüz kimi, bəstəkarın yaradıcılıq irsində ən müxtəlif janrlara rast gəlmək mümkündür. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmişdir — belə ki, skerso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə, ümumiyyətlə, musiqidən kənar, ədəbiyyatda tətbiq olunan janr idi. Bəstəkar artıq məlum olan janrlara da mühüm yeniliklər gətirmişdir. Məsələn, adətən yalnız texniki məşğələ üçün nəzərdə tutulan etüdü Şopen yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşəli polonez rəqsini isə Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən irihəcmli, sanballı əsər kimi təqdim etmişdir. Şopen musiqisinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir. Yenə Paris. 1848-ci il… Şopen artıq Avropanın görkəmli sənətkarı və ən məharətli virtuoz-pianoçulardan biridir. Dostları, pərəstişkarları saysız-hesabsızdır. Onların sırasında bəstəkarçün uzun illər boyu çox əziz olmuş bir insan — Jorj Sand təxəllüsü ilə tanınmış məşhur fransız yazıçısı Avrora Düdevan da var. Elə bu vaxt ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır. Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin