Musiqi fənninin tədrisində yeni təlim metodlardan istifadə
Tarixən Azərbaycan ümumtəhsil məktəblərinin ibtidai siniflərində “Musiqi” fənninin tədrisi prosesində müəllim müəyyən mövzunu şagirdlərə mənimsədərkən müxtəlif üsullardan istifadə etmişlər. Bu üsulların əsas məqsədi dərs materialını daha asan yolla mənimsətmək olmuşdur. Müasir dövrdə təlimin aşağıdakı metodlardan istifadə olunur:
– İnsert;
– Bibo;
– Beyin həmləsi;
– İstiqamətləndirilmiş mühazirə;
– Klaster;
– Ziqzaq;
– Dəyirmi masa;
– Konseptual cədvəl;
– T-sxemlər;
– Semantik əlamətlərin təhlili;
– Venn diaqramı;
– İkihissəli gündəlik və s.
Adı çəkilən tədris üsulları müasir Avropa məktəblilərində geniş istifadə olunsa da, heç də onların hamısından ibtidai siniflərin “Musiqi” fənninin tədrisində istifadə etmək mümkün deyildir. Lakin bununla bərabər adı çəkilən təlim üsullarının bir qismini “Musiqi” fənnin tədrisi prosesinin müəyyən mərhələlərində istifadə etmək mümkündür. Həmin təlim metodları aşağıdakılardır:
– İnsert;
– Bibo;
– Beyin həmləsi;
– İstiqamətləndirilmiş mühazirə;
– Klaster;
– Ziqzaq;
– Dəyirmi masa;
– Venn diaqramı.
“İnsert” metodu - İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur:
V - düzgün cavab
---- səhv cavab
? - yenidir
! - məlumatım genişləndi
Beyin həmləsi (strategiya) - Bu metodda şagirdlərin sərbəst fikirlərindən istifadə olunur.Məqsəd – qısa müddətdə şagirdlərdən daha çox fikir toplayıb, onları ümumiləşdirməkdir.
“BİBÖ” cədvəli - Bu metod Beyin həmləsi üsulu ilə başlayır. Şagirdlər fikir mübadiləsi aparırlar. Ümumiləşdirilmiş fikir yazı lövhəsində cədvəldə yazılır.
“Klaster “ (Şaxələndirmə) üsulu - Bu metod müəyyən bir mövzu ilə əlaqədar şagirdlərin ətraflı, sərbəst düşünməsinə, nəticə çıxarmasına, fikir söyləməsinə imkan verir
Venn diaqramı üsulu - 2 və daha çox kəsişən çevrədən ibarət olur. Çevrələrin kəsişən hissəsində müxtəlif mövzularda olan oxşar cəhətlər müəyyənləşir və ortada yazılır. Cevrənin kəsişməyən hissələrində isə mövzunun fərqli cəhətləri qeyd olunur.
İnsert metodu.
Bu metod belə açıqlanır: “İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsulu”.
Adətən bu üsulu tətbiq etmək üçün sinfin cütlərə bölünməsi məsləhət görülür. Qısa müddət ərzində onlardan Ü.Hacıbəyov haqqında bildiklərini, yada saldıqlarını kağıza qısa yazmaq tövsiyə olunur. Bundan sonra müəllim deyir: “Ola bilsin ki, sizin yazdıqlarınızın hansısa həqiqətə uyğun olmasın. Bir dərs prosesində sizin düzgün qeydlərinizi təsdiq edəcəyik. Səhv fikirləriniz düzəldiləcək. Əgər bilmədiyiniz bir şey varsa, onda onu öyrənəcəksiniz”. Bundan sonra Ü.Hacıbəyov haqqında məlum məlumatları müəllim lövhədə yazır və şagirdlərə deyir: – lövhədə olan məlumatlarla yazdığınız məlumatları müqayisə edin. Əgər bildiyiniz məlumat lövhədə yazılanla düz gəlirsə, onun yanında (V) işarəsi qoyun. Sizdə yazılmış informasiya lövhədə yazılana uyğun gəlmirsə, onun yanında (-) işarəsini yazın. Əgər hər hansı məlumatı genişləndirmək istəyirsinizsə onun əvvəlində (?) işarəsini yazın.
Dostları ilə paylaş: |