Sevinc Əskərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya



Yüklə 26,3 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü26,3 Kb.
#38890
1   2   3
Çex.diplomatik

(KLAUS haqqında?)

2015-ci ildə isə Çex Respublikasının prezidenti Miloş Zeman Bakıya rəsmi səfərə gəlmişdir. Çex Respublikasının prezidenti Miloş Zeman Bakıda bir neçə rəsmi görüşlər keçirmiş, ölkələrimiz arasında müxtəlif sahələri, o cümlədən neft, energetika və maşınqayırma sənayelərini əhatə edən mühüm müqavilələr bağlanmışdır. Səfəri zamanı həmçini iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bəyannamə Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bir daha təsdiqləmiş oldu. (http://sia.az/ru/news/politics/499910-azerbaycan-cexiya-arasinda-sened-imzalanib)

Çex prezidenti Miloş Zeman ikitərəfli münasibətlərdən bəhs edərkən jurnalistlərə müsahibəsində bildirmişdir: “Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşı, ixracımız baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən 30 faizini Azərbaycandan idxal edirik. Bununla belə, Azərbaycan digər səbəblərə görə də bizim üçün yaxın ölkədir. Əhalimizin sayı demək olar ki, eyni, ölkələrimizin iqtisadi artım tempi kifayət qədər məqbul, işsizliyin səviyyəsi isə aşağıdır. Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir. Burada olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur” (Hacal).(2)

Bu səfər ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Nəqliyyat, energetika, qarşılıqlı investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinin olduğu müəyyən edildi.

Çex-Azərbaycan diplomatik münasibətləri eyni zamanda parlamentlərarası əlaqələr şəklində təzahür edir. Bu əlaqələrin təməli 2009-cu ilin sentyabrında Çexiya Parlament Senatının sədri P.Sobotkanın Azərbaycana rəsmi səfəri zamanı qoyulmuşdur. Məhz bu zəmində 2011-ci ildə Milli Məclisdə Valeh Ələsgərovun rəhbərliyi ilə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Buna cavab olaraq elə həmin ildə Çexiya Respublikasının Deputatlar Palatasında Yan Hamaçekin başçılıq etdiyi Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Çexiya – Azərbaycan dostluq qrupunun tərkibində 18 nəfər müəyyənləşdirilmişdir. Bu qrupların qısamüddətli fəaliyyəti parlament diplomatiyasının necə mühüm əhəmiyyət daşıdığından xəbər verir.

Iki dövlət arasında əlaqələrin genişlənməsində dövlətlərarası və parlamentlərarası komissiyalar da mühüm rol oynayır. Məhz bu komissiyalar prezidentlərin yüksək səviyyəli rəsmi görüşlərində irəli sürülən məsələlərin həyata keçirilməsi üçün fəaliyyət göstərir. 2013-cü ilin aprelində Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek Bakıda rəsmi səfərdə olmuşdur. Y. Hamaçekin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji kimi sahələrdə genişləndirilməsi üçün münbit şərait yaratmışdır. Məhz Y.Hamaçekin böyük səyi nəticəsində 2013 cü ilin fevral ayında Avropa İttifaqına üzv ölkələr arasında ilk dəfə olaraq  Çexiya Parlamenti  Xocalı soyqırımını tanımışdır. Elə bu səbəbdəndir ki, çex spikeri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.  

2014-cü ildə isə Azərbaycan Parlamentinin nümayəndə heyəti Çexiyada rəsmi səfərdə olmuş, iki ölkənin spikerləri görüşmüşlər. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, dostluq qruplarının fəallığının daha da artırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İki dövlət arasında parlamentlərarası münasibətlərdən bəhs edən Milli Məclisin sədri Oqtay Əsədov demişdir: “Çexiya Respublikası ölkəmiz üçün əhəmiyyətli dost və

potensial tərəfdaşdır. Azərbaycan dövlətinin rəhbərliyi Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə böyük önəm verir”( AKİF)(5).

Hazırda Çexiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilir. Çexiya daima Dağlıq Qarabağ münaqişəsi ətrafında olan hadisələri yaxından izləyir və ölkələri Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında məsələnin sülh yolu ilə həllinə çağırır. Dağlıq Qarabağ münaqişəsi prezident İlham Əliyevlə Çex Respublikasının prezidenti Miloş Zemanın strateji tərəfdaşlıq haqqında imzaladığı Birgə Bəyannamədə də öz əksini tapmışdır: “ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi çərçivəsində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır”(Hacal).(2) Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “yerli özünüidarə orqanlarına seçkilər”in nəticələrini də tanımadığını dəfələrlə bəyan etmişdir. (Pərvanə Qarayeva http://metbuat.az/news/233766/cexiya-dagliq-qarabagdaki-qondarma-seckiler-i-tanimadi.html Azərbaycan Çexiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daim hiss edir və onu yüksək dəyərləndirir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünya ölkələri ilə, xüsusən Avropa dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Çex-Azərbaycan əlaqələri yeni əsrdə yüksələn xətt üzrə inkişaf edir. Son 10 il ərzində Azərbaycan Respublikası Çex Respublikası ilə bütün əsas istiqamətlərdə möhkəm əlaqələr qurmağa müvəffəq olmuşdur. Bu əlaqələr nəinki mədəni müstəvidə, eləcə də iqtisadi sahədə sürətlə inkişaf edir. Azərbaycan Çexiyaya əsasən neft-kimya sənayesinə aid məhsulları, qara kürü, qoz-fındıq, spirtli içkilər, Çexiya isə Azərbaycana elektrik avadanlığı, farfor, şüşə qablar, mebel, dərman preparatları və kosmetik məhsullar ixrac edir (Bakinskiy raboçiy, 2004, 6 oktyabr).

Lakin Azərbaycan-çex iqtisadi əlaqələrinin ana xəttini neft təşkil edir. 2000-ci ildən etibarən Azərbaycandan Çexiyaya ixrac olunan neft məhsullarının həcmi ilbəil artır. Azərbaycan hər il Çexiyanın Kralupidə yerləşən neftayırma zavodunu 1 milyona qədər neftlə təchiz edir. Bu isə Çexiyanın idxal etdiyi neftin 26 faizini təşkil edir(sayt, 2014).

20??? Tarix:  09-05-2009 -cü ildə Praqada Çexiyanın təşkilatçılığı ilə Cənub dəhlizi sammiti keçirilmişdir. Sammitdə Avropa İttifaqının ilə yanaşı, istehsalçı və tranzit ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri də iştirak etmişlər. Sammitin keçirilməsində əsas məqsəd Cənub dəhlizinə siyasi dəstək vermək olmuşdur. http://www.yeniazerbaycan.com/Gundem_e2948_az.html(3)

Azərbaycan Çexiyanın ən mühüm ticarət partiyonorlarındandır. Lakin 2003-cü ilə qədər iki ölkə arasında ticarət mübadiləsi son dərəcə aşağı səviyyədə olmuşdur. Müqayisə üçün deyək ki, əgər Çexiyadan Azərbaycana mal idxalı 1997-ci ildə 1,7 mln. dollar təşkil etmişdirsə, 2003-cü ildə bu rəqəm 9,7 mln. dollara qədər yüksəlmişdir.

Azərbaycan Çexiyanın Şərq tərəfdaşlığı üzrə ikinci ticarət partnyorudur. Hazırda Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi 1.5 milyard ABŞ dollarından artıqdır. Çex Respublikası Azərbaycanın bir strateji tərəfdaş kimi onun iqtisadiyyatında oynadığı mühüm rola böyük qiymət verir. Təkcə 2002-2013-cü illərdə Çexiya Azərbaycan iqtisadiyyatına bir milyarddan çox sərmayə qoymuşdur.

Artıq neçə müddətdir ki, Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.  2014-cü ildə Bakıda müxtəlif sahələri, o cümlədən maliyyə, sənaye, kənd təsərrüfatı və energetika sahələrini əhatə edən 60 çex şirkətinin təmsilçilərinin iştitakı ilə forum keçirilmişdir. Forumda ikitərəfli münasibətlərin hüquqi bazasının olduğu, həmçinin Azərbaycan-çex əlaqələrinin artan xətt üzrə inkişaf etdiyi bildirilmişdir(sayt, 2014(7) ). Hazırda Azərbaycanda nəqliyyat və iqtisadiyyatın digər sahələrini əhatə edən 13 çex şirkəti fəaliyyət göstərir. 2006-cı ildə çex şirkəti Bakıdan Rusiyanın sərhədlərinə aparan magistral yolun çəkilməsi ilə bağlı tenderin qalibi olmuşdur. Azərbaycan tərəfi Çexiyanın İxrac bankı ilə Bakı-Rostov avtomobil yolunun yenidən qurulması üçün 110 milyon dollar məbləğində uzunmüddətli kreditin alınmasına dair saziş imzalamışdır.

Son dövrlərdə iki ölkə arasında iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib. Çex iş adamları da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə sərmayə qoyublar. Bakıda Azərbaycan-Çexiya Biznes Forumunun keçirilməsi də perspektiv əməkdaşlıq üçün yeni imkanlar açır. (2)Gələcəkdə dağ-mədən sənayesi, nəqliyyat və səhiyyə sahəsində də iki ölkə arasında əməkdaşlıq nəzərdə tutulur.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan hazırda Böyük İpək yolunun bərpa olunması, Avropa-Qafqaz-Asiya nəqliyyat yolunun yaranması, Xəzər hövzəsində çıxarılan neft və qazın Avropaya nəql olunması istiqamətində Avropa ölkələri, o cümlədən Çexiya ilə əlaqələrini möhkəmləndirir.

Ədəbiyyat;



  1. . Мамед-заде Н. Взаимоотношения Азербайджанской Республики со славянскими странами СНГ и Восточной Европы. Баку, Ганун, 2006

  2. Hacaliyev E. Azərbaycan-Çexiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan, 20 Sentyabr 2015 http://www.azerbaijan-news.az/index.php?mod=3&id=78699

  3. http://www.yeniazerbaycan.com/Gundem_e2948_az.html

  4. Bakinskiy raboçiy, 1995, 25 noyabr

  5. Təvəkküloğlu A. Azərbaycan-Çexiya əlaqələri genişlənir. Azərbaycan, 2014,10 dekabr

  6. mfa.gov.az/files/file/Chexiya.pdf

  7. Гадимова Н. Чешские инвестиции в Азербайджан превышает $ 1 млрд .25 . 04 2014, http://www.azernews.az/business/66472.html



Yüklə 26,3 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin