Şəxsiyyət əlamətləri: universallıq və ya spesifiklik. Norma və patologiya problemi. Mədəniyyətin tənzimləyici funksiyası


Sual 3. Mədəniyyətin tənzimləyici funksiyası



Yüklə 39,13 Kb.
səhifə3/4
tarix27.12.2023
ölçüsü39,13 Kb.
#200577
1   2   3   4
Mövzu 3 etno

Sual 3. Mədəniyyətin tənzimləyici funksiyası. Artıq XX əsrin ikinci yarısında psixikanın etnoslararası fərqlərinin əsasında mədəniyyətin durması fikri heç kimdə şübhə doğurmurdu. Mədəniyyət anlayışı çoxmənalı olduğu kimi həmçinin çox funksionaldır. Onun çoxsaylı funksiyalarının içərisində ən mühümlərindən biri insanların davranışını bu və ya digər səviyyədə müəyyənləşdirən tənzimləyici funksiyadır. Etnoslardan asılı olaraq mədəniyyətin davranışın tənziminə müxtəlif səviyyədə təsiri təsadüfi deyil: davranışın fərdiləşməsi səviyyəsində bir çox mədəniyyətlərarası və şəxsiyyətlərarası fərqlər mövcuddur. Bundan başqa Y.M.Lotmanın qeyd etdiyi kimi, “cəmiyyət üçün fərdin bütün hərəkətləri deyil, yalnız bu mədəni sistem çərçivəsində müəyyən ictimai əhəmiyyət daşıyan davranışları mühümdür”.
Başqa sözlə, mədəniyyət sosial davranışa təsir göstərərək yalnız A.Q.Asmovun şəxsiyyətin sosiotipik davranışı adlandırdığı davranışı müəyyənləşdirir. Bu, konkret mədəniyyətin tipik proqramlarını əks etdirərək və konkret cəmiyyət üçün standart situasiyalarda davranışı tənzimləyərək fərdi individual qərarların qəbulundan azad edən davranış tərzidir. Sosiotipik davranış müəyyən həyat tərzinə əsaslandığı üçün insan qeyri-standart situasiyalarla qarşılaşdıqda, əsasən başqa mədəniyyətlərə düşdükdə fəaliyyətsizliyə başlayır.
Bəs insan davranışının tənzimləyiciləri kimi çıxış edən tipik proqramları nədir? Artıq sosiotipik davranışın bütün təznimləyicilərini “ənənə” anlayışında birləşdirmək mümkündür. Çünki artıq son on ildə bu anlayışa əvvəlkindən daha çox hadisə və proseslər çevrəsi aid edilməyə başlanmışdır. Artıq ənənə anlayışının məzmununa mədəniyyət üçün davamlı (stereotipik) davranış formaları, yəni adətlər da aid olunur. Əvvəllər isə “ənənə” və “adət” kateqoriyalarını həyatın ayrı-ayrı sferalarına aid etmək tendensiyası mövcud idi.
“Mədəniyyət”, “ənənə”, “adət” anlayışlarının fərqləndirilməsi ilə bağlı A.Osinovun yanaşma tərzi daha maraqlıdır. O, bu anlayışlar arasında üfüqi asılılığın olmasını göstərir: “mədəniyyət” anlayışı “ənənə” anlayışına nisbətən daha geniş, “ənənə” isə öz növbəsində “adətə” nisbətən daha geniş anlayışdır. Hər bir mədəniyyətin ənənələri tam xarakter daşıyır və insan davranışının tənzimləyiciləri kimi çıxış edən müxtəlif elementlərin – adətlər, dəyərlər, normalar, ideallar, mühakimələrin qarşılıqlı əlaqəsinin mürəkkəb sistemidir.

Yüklə 39,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin