SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20

SEYİDƏLİYEV N.Y,   QURBANOV F.H,  
MƏMMƏDOVA M.Z  
 
 
 
 
 
 
 
 
 
 
 
 
TOXUMŞÜNASLIQ 
 
 
 
 
Azərbaycan Respublikası  Təhsil Nazir-
liyinin 21.02.2014-cü il tarixli 222 saylı 
əmri ilə dərslik kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2014 
 


 
Elmi redaktoru: Zaur Müzadil oğlu Həsənov,  Azərbaycan Dövlət Aqrar 
Universitetinin “Meyvə-tərəvəzçilik və üzümçülük” 
kafedrasının professoru, k.t.e. doktoru   
 
Rəyçilər:     
H.Ə. Aslanov, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq 
İnstitutunun direktoru, k.t.e.d. professor    
Qurban Yusif oğlu Məmmədov, Azərbaycan Dövlət 
Aqrar Universitetinin “Bitkiçilik və bitki mühafizəsi” 
kafedrasının müdiri, dosent  
A.K. Seyidov, Azərbaycan Elmi-Tədqiqat  İpəkçilik 
İstitutunun direktoru, k.t.e.d. professor 
 Məhəmməd Səfiyar oğlu Hüseynov, Azərbaycan Dövlət 
Aqrar Universitetinin “Aqrokimya, torpaqşünaslıq və 
ekoloji kənd təsərrüfatı” kafedrasının dosenti  
 
Nizami Seyidəliyev, Firudin Qurbanov. Mina Məmmədova 
“Toxumşünaslıq” dərslik - Bakı, “MBM”, 2014, 312 səh. 
 
   Toxumşünaslıq üzrə hazırlanmış bu dərslik  toxumşünaslıq sahəsində 
tətbiq edilən üsul və metodların, həmçinin analiz üsullarının aparılması 
üçün  Azərbaycan dilində tərtib edilmiş ilk dərslikdir. 
 
Dərslikdə  dənin fizioloji və kimyəvi prosesləri, dənin dolması  və 
yetişməsi, toxumların kimyəvi tərkibinin toxumun keyfiyyətinə  təsiri, 
meteoroloji  şəraitin toxumun keyfiyyətinə  təsiri, yüksək keyfiyyətli 
toxumların becərilməsinin sənaye texnologiyasının aqronomik əsasları, sort 
və sort toxumların əhəmiyyəti, fotosintetik fəaliyyətə və məhsuldarlığa görə 
sortların xarakteristikası, döyüm zamanı toxumların zədələnməsi və onları  
azaltma tədbirləri, toxumun səpin keyfiyyət göstəriciləri, onların standartları 
və  təyin edilmə üsulları, həmçinin yüksək məhsul  əldə etmək üçün 
tarlalarda aprobasiya işlərinin aparılması geniş şərh edilmişdir.  
Dərslik aqronomlar, toxumşünaslıq sahəsində tədqiqat işləri aparan elmi 
işçilər, tələbələr, magistrlər, aspirantlar, kənd təsərrüfatı  məhsulları 
istehsalçıları üçün  nəzərdə tutulmuşdur. 
 
ISBN 978-9952-34-842-3 
 © 
N.Y. Seyidəliyev. F.H.Qurbanov.  
M.Z. Məmmədova, 2014 


MÜNDƏRİCAT 
 
GİRİŞ ....................................................................................... 7 
 
I fəsil. Toxumşünasliğin predmeti, vəzifələri və əsas  
prinsipləri .......................................................................  10 
1.1.  Toxumşünaslığın predmeti və məsələləri .......................  10 
1.2.  Toxumşünaslığın məqsəd və vəzifələri ...........................  11 
1.3.  Toxumşünaslıq sistemi və onun əsas prinsipləri............ 13 
1.4.  Toxumşünaslığın tarixi .................................................. 18 
1.5.  Dövlət toxumçuluq xidməti, onun hüquqları və 
vəzifələri ........................................................................ 27 
1.6.  Toxumçuluqla əlaqədar Dövlət qanunvericiliyi ............ 35 
 
II fəsil. Toxumlarin formalaşması, inkişaf dövrləri və 
onlarda gedən fizioloji, kimyəvi proseslər .................... 38 
2.1.   Toxumların formalaşması, dolması və yetişməsi ...........  38 
2.2.  Toxumların inkişaf dövrləri və fazaları ......................... 45 
2.3.  Toxumlarda gedən fizioloji və kimyəvi proseslər .......... 55 
 
III fəsil. Toxumun cücərməsi, sakitlik dövrü və 
uzunömürlülüyü .............................................................  69 
3.1.  Toxumun cücərmə fazaları və cücərməsi üçün lazım 
olan şərait ...................................................................... 69 
3.2.  Toxumun sakitlik dövrü ................................................. 76 
3. 3. Toxumun uzunömürlülüyü ...............................................  81 
 
IV fəsil. Toxumun morfoloji əlamətləri, fiziki xüsusiyyət-
ləri və onlarin təyini üsullari .......................................... 83 
4.1. Toxumun morfoloji əlamətləri və fiziki xüsusiyyətləri ..... 83 
4.2. Toxumun fiziki göstəricilərinin təyini .............................. 96 
 
V fəsil. Toxumların kimyəvi tərkibinin toxumun 
keyfiyyətinə təsiri ........................................................ 103 


VI fəsil. Dənin biokimyəvi xüsusiyyətləri və onların təyini 
üsulları ......................................................................... 108 
 
VII fəsil. Yüksək keyfiyyətli toxumların becərilməsinin 
ekoloji, meteoroloji şəraiti və aqronomik əsasları .......  118 
7.1. Yüksək keyfiyyətli toxumların becərilməsinin ekoloji 
şəraiti ........................................................................... 118 
7.2.  Meteoroloji şəraitin toxumun keyfiyyətinə təsiri ...........  121 
7.2.  Yüksək keyfiyyətli toxum becərilməsinin sənaye 
texnologiyasının aqronomik əsasları ...........................  124 
 
VIII fəsil. Toxumşünaslıqda aqrotexniki fonun
 
və bəzi 
aqrotexniki tədbirlərin toxumun keyfiyyətinə təsiri .... 126 
8.1.  Toxumşünaslıqda aqrotexniki fonun səviyyəsi ............ 126 
8.2.  Bəzi aqrotexniki tədbirlərin toxumun keyfiyyətinə 
təsiri ............................................................................. 132 
 
IX fəsil. Toxumun səpin keyfiyyəti və kondisiyası .............. 136 
9.1. Toxumun səpin  keyfiyyət göstəricilərinin təyini üsulları136 
9.2. Toxum partiyasından orta nümunənin götürülmə 
qaydası .........................................................................  139 
9.3. Toxumun təmizliyinin təyini ........................................... 141 
9.4. Toxumun cücərmə qabiliyyətinin təyin olunması ...........  143 
9.5. Cücərmə enerjisinin təyin edilməsi ................................ 145 
9.6. Toxumun səpinə yararlılığının hesablanması ................ 151 
9.7. Toxumların həyatilik qabiliyyətinin təyini ..................... 152 
9.8. Boyatma gücünün təyin edilməsi.................................... 156 
9.9. Qarğıdalı toxumlarının cücərmə qabiliyyətinin 
“soyuq” yetişdirmə üsulu ilə təyin edilməsi ................ 159 
9.10. Toxumun təsərrüfat yararlılığının təyini ......................  167 
9.11. Toxumun mütləq çəkisinin təyini ..................................  168 
9.12.  Sort toxumların laboratoriyada yoxlanılması .............  169 
9.13. Toxumun tarla cücərmə qabiliyyətinin artırılması 
yolları .......................................................................... 170 


X fəsil. Döyüm zamanı toxumların zədələnməsi, zədələrin 
təsnifati və  təyini üsulları ........................................... 178 
10.1. Döyüm zamanı toxumların zədələnməsi və onları  
azaltma tədbirləri ........................................................ 178 
10.2. Zədələrin təsnifatı və onları təyin etmə üsulları .......... 185 
10.3. Mikrozədələrin təyin edilmə üsulları ........................... 188 
 
XI fəsil. Toxumşünaslıqda laboratoriya təhlilləri ................. 191 
 
XII fəsil. Toxumçuluğunun aqrotexnologiyası .....................  198 
 
XIII fəsil. Toxum istehsali, yayılması və yığılması ............. 208 
13.1.  Toxum istehsalı və yayılması ....................................... 208 
13.2.  Toxumun  yığılması və hesaba alınması ...................... 215 
 
XIV fəsil. Sort və sort toxumlarin əhəmiyyəti, elit və hibrid 
toxumların yetişdirilməsi və onların 
sertifikatlaşdırılması .................................................... 220 
14.1. Sort və sort toxumların əhəmiyyəti .............................. 220 
14.2. Elit toxumların istehsalı ............................................... 224 
14.3.  Hibrid toxumların yetişdirilməsi ................................. 231 
14.4.  Toxumun sertifikatlaşdırılması (təsdiqlənməsi) .......... 233 
 
XV fəsil. Aprobasiya ............................................................ 236 
15.1. Aprobasiyaya hazırlıq və sort əkinlərinin qeydi .......... 239 
15.2. Aprobasiya dərzlərinin götürülməsi............................. 240 
15.3. Aprobasiya  dərzlərinin təhlili ..................................... 242 
15.4. Aprobasiya sənədlərinin tərtib edilməsi ...................... 249 
15.5.  Müxtəlif bitkilərin aprobasiyası .................................. 254 
 
XVI fəsil. Təsərrüfatlarda toxumçuluq sahələri ................... 265 
 
XVII fəsil. Toxumların sort keyfiyyətinin pisləşməsi 
səbəbləri .......................................................................  271 


 
XVIII fəsil. Toxumçuluqda nəzarət...................................... 275 
 
XIX fəsil. Bitkilərin  toxumları vasitəsilə  qorunması və 
saxlanması ................................................................... 283 
 
Bəzi terminlərin qisa izahı ..................................................  294 
 
Əlavələr ................................................................................ 304 
 
Ədəbiyyat ............................................................................. 309
 


GİRİŞ 
 
Toxumşünaslıq kənd təsərrüfatının mühüm sahələrindən 
olub,  əsas məqsədi respublikada rayonlaşmış bitki sortlarının 
sortluq və səpin keyfiyyətinə görə Dövlət Standartlarının tələb-
lərinə cavab verən toxum istehsalını  həyata keçirməkdən 
ibarətdir.  
Toxumların öyrənilməsi ilə  kənd təsərrüfatı elminin xüsusi 
sahəsi olan toxumşünaslıq məşğul olur. Bu kənd təsərrüfatı 
elminin cavan sahələrindən olub, toxum nəzarətinin inkişafının 
yaradılması ilə əlaqədardır.  
Toxumşünaslığı düzgün təşkil etmədən k/t-ı bitkilərinin 
məhsuldarlığını lazımı səviyyəyə qaldırmaq mümkün deyildir. 
Toxumşünaslığın yarandığı ilk dövrlərdən onu yalnız toxum-
ların inkişafı və quruluşu, səpin keyfiyyəti və onun təyini üsul-
ları haqqında elm sahəsi hesab edirdilər. Sonrakı  mərhələlərdə 
buraya həmçinin toxumların ekoloji şəraiti, toxumluq səpinlərin 
aqrotexnikası, yığım üsulları, yığımdan sonrakı saxlamalar, to-
xumun səpinqabağı hazırlanması məsələləri də daxil edilmişdir. 
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul  əldə etmək 
üçün hər bir zonanın torpaq iqlim şəraitinə uyğun sortlar 
seçilməli və onların səpin keyfiyyət göstəriciləri yüksək olan 
toxumlardan istifadə edilməlidir. Bunun üçün kənd təsərrüfatı 
ilə  məşğul olan mütəxəssislər ilk növbədə  əkib becərdikləri 
bitkini, onun növlərini, növmüxtəlifliklərini və sortlarını tanı-
malı, onun toxumunu seçməyi bacarmalıdırlar. Bu gün isteh-
salata lazım olan məhsuldar, məhsulun keyfiyyəti yüksək olan 
davamlı sortların azlığı, toxumun səpin keyfiyyət göstəricilə-
rinin analiz edilməsini, bitki vegetasiya dövründə ikən onun 
qiymətləndirilməsini tələb edir. Odur ki, kənd təsərrüfatı mütə-
xəssislərinin səpinləri yığım qabağı qiymətləndirməyi, sortun 
bioloji davamlılığını  və  təsərrüfat xüsusiyyətlərinin yaxşılaş-
dırılması üsullarını, dənin keyfiyyət göstəricilərini, fiziki xüsu-
siyyətlərini, elit toxumların istehsalını, hibrid toxumların yetiş-


dirilməsini, seçmə üsullarının aparılma metodikasını, sort-
ların cins təmizliyinin saxlanması qaydalarını, toxumun səpin  
keyfiyyət göstəricilərinin təyini üsullarını, tarla aprobasiyası və 
onun aparılma metodikalarını mənimsəməsi çox önəmlidir.  
Mövcud tədris proqramları  əsasında üzrə hazırlanmış bu 
dərslik toxumşünaslıq sahəsində  tətbiq edilən üsul və metod-
ların, həmçinin analiz üsullarının aparılması üçün  Azərbaycan 
dilində  tərtib edilmiş ilk addımdır. Hazırda toxumçuluq üzrə 
aparılan tədqiqat işlərində müxtəlif ölkələrin metodik göstəriş-
lərindən istifadə edilməsi bir sıra çətinliklər törədir. Toxumçu-
luğun ayrı-ayrı istiqamətləri üzrə metodların toxumşünaslıqda 
tətbiqinin ölkəmizin torpaq-iqlim şəraitində az səmərəli olması, 
onların yerli problem və prioritet istiqamətləri tam əhatə edə 
bilməməsi də bu dərsliyin dəyərini xeyli artırır. 
Müasir iqtisadi, ekoloji baxımdan sağlam toxumun tətbiqi 
aparıcı rol oynayır və becərmə prosesini optimallaşdırır. Az 
xəstəliyi və  məhsuldarlıq potensialı yüksək keyfiyyətli olan, 
təsdiqlənmiş toxumların tətbiqi əhəmiyyətli istehsal faktoru he-
sab edilir və kənd təsərrüfatı müəssisələrində yüksək fəaliyyə-
tin əldə olunması üçün əsas meyardır. 
Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı məhsullarına, 
xüsusən taxıla olan ehtiyacını daxili istehsal ilə  təmin etməyi 
qarşısına məqsəd qoyur və bununla idxaldan azad olmağa 
çalışır. Bu istiqamətdə  hər halda aşağıdakı sistemləşdirilmiş 
sahələr üzrə bölünmüş  kənd təsərrüfatının  mövcud vəziyyəti 
müəyyənləşdirilir. 
Kənd təsərrüfatında yetişdirmə-emal və  təkmilləşdirmə po-
tensialı; kənd təsərrüfatında yüksək səmərəlilik üçün hüquqi 
çərçivə şərtlərinin mövcudluğu; toxum məhsullarının dövriyyə-
si üçün vacib olan və müvafiq nəzarət mexanizmlərinə malik 
olan idarələrin mövcudluğu; torpaq və iqlim şəraitindən asılı 
olaraq becərmə və toxumların çoxaltma potensialı; 
Elmi araşdırmalar və  təcrübələr göstərmişdir ki, düzgün 
qurulmuş toxumçuluq sistemində yetişdirilmiş yüksək keyfiy-


yətli toxumlarla səpin aparılarkən aqrotexniki tədbirlərin düz-
gün həyata keçirildiyi şəraitdə  məhsuldarlığın  ən azı 20-30% 
artmasına səbəb olur. Elə buna görə  də ölkədə toxumçuluq 
sisteminin səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir.  
Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda 
həyata keçirilən aqrar islahatlara uyğun yeni hüquqi bazanın 
yaradılması, təşkilatlanma və digər istiqamətlərdə bir sıra iş-
lərin görülmə zərurəti yarandı. Odur ki, toxumçuluğun inkişaf 
etdirilməsinə xüsusi önəm verildi və bu barədə qanunlar qəbul 
edildi.  
Dərslik əvvəlki metodikalarda göstərilməyən bir çox başqa 
metod, üsul və qaydalar da daxil olmaqla ətraflı  və  dəyərli 
məlumatlarla zənginləşdirlimişdir. 
Dərslikdə  dənin fizioloji və kimyəvi prosesləri, dənin dol-
ması  və yetişməsi, toxumların kimyəvi tərkibinin və meteo-
roloji  şəraitin toxumun keyfiyyətinə  təsiri, yüksək keyfiyyətli 
toxumların becərilməsinin sənaye texnologiyasının aqronomik 
əsasları, sort və sort toxumların əhəmiyyəti, fotosintetik fəaliy-
yətə  və  məhsuldarlığa görə sortların xarakteristikası, döyüm 
zamanı toxumların zədələnməsi və onları  azaltma tədbirləri, 
toxumun səpin keyfiyyət göstəriciləri, onların standartları  və 
təyin edilmə üsulları, həmçinin yüksək məhsul əldə etmək üçün 
tarlalarda aprobasiya işləri geniş şərh edilmişdir.  
Dərsliyin yazılmasında xaricdə  və ölkəmizdə  nəşr edilmiş 
müxtəlif kitab və monoqrafiyalardan, tətbiq edilən üsul və 
metodlardan, internet məlumatlarından, digər mənbələrdən  
istifadə edilmişdir.  
Dərslik toxumşünaslıq sahəsində tədqiqat işləri aparan elmi 
işçilər, tələbələr, magistrantlar, doktorantlar, kənd təsərrüfatı 
məhsulları istehsalçıları üçün  yardımçı ola bilər.  
Müəlliflər oxucuların kitabda təsadüf edəcəkləri mümkün 
qüsurlarla bağlı iradlarını, təkliflərini, müxtəlif məzmunda 
rəylərini qəbul edir, onlara, materialından istifadə etdikləri 
müəlliflərə dərin təşəkkürünü bildirirlər.  

10 
I FƏSİL 
 
TOXUMŞÜNASLIĞIN PREDMETİ, VƏZİFƏLƏRİ VƏ 
ƏSAS  PRİNSİPLƏRİ 
 
 
1.1.  Toxumşünaslığın predmeti və məsələləri 
 
Toxumşünaslıq bir elm kimi, toxumların bitkidə  əmələ 
gəlməsini və inkişaf etməsini, onların mühit amillərinə olan 
tələbatını, səpin-cücərmə dövründə  və toxumların yığından 
əkininə kimi gedən bütün prosesləri və onların vəziyyətini, 
yüksək keyfiyyətli toxum materialının alınma üsullarını, 
həmçinin toxum keyfiyyətini təyin etmə üsullarını  işləyir və 
öyrənir. 
Toxumşünaslığın xüsusi tədqiqat predmeti toxum materialı, 
spesifik məsələsi - toxumluq materialın keyfiyyətinin yüksəl-
dilməsidir. Tədqiqat üsulu isə toxumluq materialın keyfiyyətini 
qiymətləndirməkdir. Ona görə də, o müstəqil fəndir.  
Toxum gələcək bitkinin rüşeym halında olmasıdır, hansı ki, 
onun bioloji və  təsərrüfat xassələrinin daşıyıcısıdır. Ona görə 
də  gələcək məhsuldarlıq toxumun keyfiyyətindən asılıdır. 
Botanika və bitkiçilikdə “Toxum” istilahı eyni məna daşımır. 
Botanikada toxum yumurtalığın iki qat mayalanması  nəticə-
sində inkişaf edir. O, rüşeym, qida maddələrinin ehtiyat hissə-
sindən və qabıqdan ibarətdir. Bitkiçilikdə isə  məhsul almaq 
üçün müxtəlif toxum materialı başa düşülür. 
Toxum səpin materialı kimi səpin keyfiyyətinə görə xarak-
terizə olunaraq məhsuldarlığın dəyişməsinə  təsir edir. Buraya 
aiddir: cücərmə enerjisi və cücərmə %-i, qarışıqlardan təmizlik 
%-i, xüsusilə alaq toxumlarının təmizliyi, xəstəlik və  zərər-
vericilərdən təmiz olması, toxumların iriliyi və s.  
Toxumların səpin keyfiyyətinə  tələbat ölkəmizdə Dövlət 
standartı ilə müəyyən edilir. 

11 
Toxumşünaslıq müstəqil elm sahəsi olmaqla o, seleksiya, 
toxumçuluq, əkinçilik, bitkiçilik və bir çox elm sahələri ilə çox 
sıx əlaqədardır. 
Toxumşünaslıq və toxumçuluq bir-birilə çox sıx əlaqədardır. 
Toxumşünaslıq toxumçuluqdan öz əsas məsələsinə görə  fərq-
lənir. Belə ki, toxumçuluğun  əsas məsələsi sortluq toxumların 
çoxaldılması, onlarının təmizliyinin saxlanılması, təsərrüfatları 
bu toxumlarla təmin etmə sistemlərinin işlənməsi və öyrənil-
məsidir. Eyni zamanda toxumçuluğun müvəffəqiyyəti toxumşü-
naslığın qanunauyğunluqlarının  əsası olan toxumluq materialın 
keyfiyyətindən, onların becərilmə texnologiyasından asılıdır.  
Toxumların səpin keyfiyyətini öyrənmək üçün toxum – nə-
zarətinin spesifik üsullarından  əlavə toxumşünaslıqda tarla və 
vegetasiya üsulları da tətbiq edilir. Bəzi hallarda fizioloji, bio-
kimyəvi, sitoloji və s. tədqiqat üsullarından da istifadə edilir.  
Toxumşünaslıqda toxum materialının səpin keyfiyyətini 
yüksəltmək üçün bir çox nəzəri və tətbiqi elmlərin üsullarından 
istifadə edilir.  
Kənd təsərrüfatı istehsalının intesivləşdirilməsi məsələsinin 
həllində yüksək səpin keyfiyyətli və  məhsuldar sort toxum-
larının əhəmiyyəti çox yüksəkdir.  
Səpin üçün yüksək keyfiyyətli toxumların istifadəsində to-
xumşünaslıq elmi və toxum nəzarəti mühüm rol oynamalıdır.  
 
1.2. Toxumşünaslığın məqsəd və vəzifələri 
 
Toxumşünaslığın məqsədi yüksək məhsuldarlığa və sabit 
irsi  əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə  və müxtəlif 
iqlim  şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların 
çoxaldılmasını təmin etməkdir. 
Toxumşünaslığın vəzifəsi – seleksiyanın nailiyyətlərini tez 
realizə eləmək, istehsalatda becərilən yüksək keyfiyyətli sort-
ların toxumları ilə bütün təsərrüfatları təmin etməkdir. Bu və ya 
digər sortun toxumu nə qədər yaxşı olursa olsun, müəyyən vaxt 

12 
keçdikcə, xüsusilə aqrotexnika kifayət qədər yüksək səviyyədə 
olmadıqda onlar öz keyfiyyətini itirir, tədricən pisləşir. Buna 
görə də toxum materialını həmin sortun toxumları ilə lakin da-
ha yaxşı cins xüsusiyyətlərə, nisbətən yüksək sort təmizliyinə 
malik olan toxumları ilə vaxtaşırı  təzələmək lazımdır.  ən 
yüksək keyfiyyətlərə elmi-tədqiqat idarələrinə, təcrübə stansi-
yaları  və institutların istehsal etdikləri  elit toxumlar malikdir. 
Toxumşünaslığın nəzəri  əsasını genetika, seleksiya və toxum-
çuluq təşkil edir. Onun əsas obyekti sort və toxum materialıdır. 
Toxumşünaslığın vəzifəsi dövlət reyestrinə daxil edilmiş 
bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiy-
yətlərini saxlamaq üçün sortdəyişmə  və sorttəzələməni həyata 
keçirməklə toxumların kütləvi artırılmasını, onun səpin keyfiy-
yət göstəricəlirinin, fiziki və biokimyəvi xüsusiyyətlərinin 
dəqiqləşdirilməsindən ibarətdir. 
Keyfiyyətli toxum gələcək yüksək məhsulun əsasıdır. Çünki, 
yüksək keyfiyyətli toxum aşağı keyfiyyətli toxumlara nisbətən 
bitkilərin məhsuldarlığını 15-20% artırır.  
Kənd təsərrüfatı istehsalının mühüm sahəsi kimi toxum-
şünaslıq iki məsələni həll edir: 
 1. Sortun yayılması üçün toxuma tələbin ödənilməsi. 
 2. Çoxalma prosesində həmin sortun xüsusiyyətlərini, qiy-
mətli təsərrüfat nişanələrini və sort təmizliyini saxlamaq. 
 Toxumşünaslıq seleksiyanın nailiyyətlərinin həyata keçiril-
məsini sürətləndirmək imkanına malikdir.  
Toxumşünaslığın hesabına sort bazar obyektinə çevrilir. 
Seleksiya və toxumşünaslığın qarşısında duran vəzifələr 
fərqli olsa da, onlar bir-biri ilə  sıx  əlaqədardır. Seleksiya za-
manı yeni sort və hibrid əldə edilir. Toxumşünaslığın və-
zifəsinə mövcud sort və hibridin təmiz halda saxlanılması  və 
toxumun sortluq və  səpin keyfiyyəti itirilmədən kifayət miq-
darda artırılmasını təmin edilməsi aid edilir. 
 
 

13 
1.3. Toxumşünaslıq sistemi və onun 
əsas prinsipləri 
 
Toxumşünaslıqda istifadə edilən bitki materialları, onların 
toxumları onun obyektləridir. 
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş qaydada toxum istehsalı, tədarükü, və istifadəsi ilə məş-
ğul olan hüquqi və fiziki şəxslər toxumşünaslığın sub-
yektləridir. 
Toxumşünaslıq fəaliyyəti aşağıdakı prinsiplər  əsasında hə-
yata keçirilməlidir: 
• sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan ve-
rən fərqlilik, oxşarlıq,  sabitlik və digər  əlamətlərin qorunub 
saxlanması; 
• toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə 
riayət olunması; 
• istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcbu-
riliyi; 
Toxumşünaslıq sistemi - toxum istehsalı, onun fiziki və bi-
oloji xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyət göstəricilərinin 
analiz edilməsi, tədarükü, saxlanması, sortluq və toxumluq 
işlərinin cəmidir. 
 Beləliklə toxumşünaslıq sistemi-istehsaldan satışa qədər to-
xumun keyfiyyətinə daimi nəzarət etmək üçün bütün kompleks 
tədbirləri əhatə edir. 
 Toxumşünaslıq bitkilərin çoxaldılma prosesi, onların bi-
ologiyasından asılı olaraq kütləvi, fərdi və klonlu seçmə ilə 
aparılır. 
 Kütləvi seçmə - çarpaz tozlanan bitkilərin və onların sortla-
rının toxumunun kütləvi seçmə üsulu ilə  aılnmasında, yeni 
yaradılan sortun sürətlə yayılması məqsədilə istifadə olunur. 
Toxum materialı artırılma mərhələsinə görə orijinal, elit və 
reproduksiyalı kateqoriyalara bölünür.  
Orijinal toxum-sortun alınmasında maraqlı olan şəxsin əldə 
etdiyi toxumdur. Orijinal toxumdan alınan və toxumçuluq üzrə 

14 
dövlət standartlarına cavab verən toxum elit adlanır. 
Reproduksiyalı toxum-elit toxumdan sonrakı nəsil (1-ci, 2-ci, 
3-cü və s.) sayılır. 
Toxumşünaslıq prosesində iki əsas məsələ:-sortdəyişmə  və 
sorttəzələmə məsələləri həll edilir. 
 Toxumşünaslıq sistemində - toxumların sort və əkin keyfiy-
yətinə  nəzarət, bütün təsərrüfatların sort toxumu ilə  təmin 
edilməsi, tədarükü əsas yer tutur. 
 Toxumşünaslıq sxemi dedikdə isə - sort əkinlərin və pitom-
niklərin qarşılıqlı əlaqəsi əsas götürülür. 
Kənd təsərrüfatı bitki sortunun təkrar istehsalı üçün istifadə 
edilən bitkilərin generativ orqanı toxum adlanır. Digər hissələr 
(çilik, kök, yarpaq, soğanaq, kök yumru su və s.) vasitəsilə 
çoxaltması isə vegetativ orqanlarla çoxaltmadır.  
 Ilkin toxumşünaslıq mərhələlərində bitki nəsillərinin selek-
siya yolu ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində 
alınmış toxum orijinal toxum adlanır. 
Orijinal toxumun çoxaldılmasından alınmış toxum super elit 
toxum adlanır. 
Super elit toxumun çoxaldılmasından alınmış toxum elit 
toxum adlanır. 
Elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum repro-
duksiyalı toxum adlanır. 
Sortun reproduksiyası artdıqca onun keyfiyyəti tədricən pis-
ləşir, xətti xarakter daşımır və mexaniki, bioloji zibillənməyə 
(spontan hibridləşmə  və ya təkrar tozlanma, təbii mutasiyanın 
baş verməsi, haçalanma)və  xəstəliklərin yayılmasına gətirib 
çıxarır. Müxtəlif bitkilərin sortunun pisləşmə  səbəbləri eyni 
olmur. Taxıl bitkilərində sortluq keyfiyyətinin pisləşməsinin 
əsas səbəbi mexaniki zibillənmə  və  xəstəliklərin yayılması, 
çarpaz tozlanan bitkilərdə çarpaz tozlanmadır. 
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə