SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z


Mikroelementlər toxumların



Yüklə 3.98 Mb.
Pdf просмотр
səhifə13/20
tarix27.06.2017
ölçüsü3.98 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Mikroelementlər toxumların  tarla çıxışına və bitkilərin 
sonrakı inkişafına müsbət təsir göstərir. Son zamanlar müxtəlif 
mikroelementlərin bitkilər üçün fizioloji əhəmiyyəti çox böyük 
maraq yaradır. Onların  əkinçilikdə istifadə üsulları  və 
metodları işlənilib.  
Mikroelementlər bitkilərdə gedən mühüm proseslərin bir 
çoxunda iştirak edirlər. Məsələn tənəffüsdə; onlar protoplaz-
manın vəziyyətini dəyişirlər. Onları toxumların cücərməsi za-
manı fermentativ proseslərin aktivizatorları hesab etmək olar.  
Mikroelementlərin effektliyi torpaqda onların bitki üçün 
əlverişli formada olmasından, bitkilərin bioloji xüsusiyyətindən 
və s. asılıdır.  
Bitkilərə istifadə edilən mikrogübrələrin tərkibində B, Co, 
Mg, Mn, Zn, Cu və s. olur.  
Boy maddələri.  Son zamanlar bitkilərin boylarını artıran 
preparatlar – boy və boy aktivləşdirən maddələr (hibberellin və 
s.) daha çox diqqət cəlb edirlər. Bu preparatlarla toxumları işlə-
yərək (100 kq qarğıdalı toxumuna 1-2 qram) yaxşı çıxışlar almaq 
olar. Bu zaman əlverişsiz şəraitdə də tarla cücərtiləri əmələ gəlir.  
7.  Aqrotexnika və toxumların tarla cücərməsi. Aqrotex-
nikanın səviyyəsi nə qədər yüksək olarsa, torpağın xüsusiyyə-
tinə, hava şəraitinə  və toxumların tələbatına uyğun aparılsa 
tarla cücərtisi bir o qədər yüksək olar. Aqrotexnikanın səviy-
yəsi ilə yüksək məhsuldarlığın və toxumların tarla cücərməsi 
arasında sıx əlaqə var.  
Toxumların tarla cücərməsinin artırılması üçün ümumi 
aqrotexnikanın səviyyəsini və əkinçiliyin mədəniyyətini qaldır-
maq lazımdır.  

178 
X FƏSIL 
 
DÖYÜM ZAMANI TOXUMLARIN ZƏDƏLƏNMƏSİ, 
ZƏDƏLƏRİN TƏSNİFATI VƏ  TƏYİNİ ÜSULLARI 
 
 
10.1. Döyüm zamanı toxumların zədələnməsi 
 və onları  azaltma tədbirləri 
 
Müxtəlif avadanlıqların, maşınların və kombaynların işçi 
orqanları toxumlara təsir edərək onları  zədələyirlər.  Ən çox 
toxumlar döyüm aparatında zədələnirlər. Zədələnmiş toxumlara 
dağılmış,  əzilmiş, endospermi və rüşeymi zədələnmiş  və çölə 
çıxmış, daxili zədələrlə (çatlar, əziklər) həmçinin dənin 
qabığında olan müxtəlif dağıntıları olan toxumlar aiddir. 
Yaxşı görünən zədələr makro zədə, gözə çarpmayan zədələr 
isə mikro zədələr adlanır. 
Makro zədəli toxumlar fiziki, mexaniki xüsusiyyətlərə görə 
bütövlərdən fərqləndiyi üçün döyülmədən sonra onları seçmək 
asandır. Mikro zədə ilə olan toxumları  təmizləyici və sort-
laşdırıcı maşınlarda ayırmaq olmaz. Eyni zamanda onların 
toxumun keyfiyyətinə mənfi təsiri böyükdür.  
Rüşeymin zədələnməsi toxumların cücərmə qabiliyyətinin 
itməsinə  səbəb olur. Onun qabığının zədələnməsi isə toxum-
ların səpin keyfiyyətinə  mənfi təsir göstərir. Mikro zədələrin 
çoxu toxumun laboratoriyada cücərmə qabiliyyətini aşağı sal-
mır, lakin tarla çıxışına və bitki məhsuldarlığına mənfi təsir 
göstərə bilər. Mikro zədələrin xüsusi təhlükəliliyi də  məhz 
bundan ibarətdir. Elmi-tədqiqatlar  əsasında təyin olunmuşdur 
ki, zədələnmə tarla bitkilərinin məhsuldarlığının aşağı düşmə-
sinin ən əsas səbəblərindən biridir. Bir neçə elmi-tədqiqat kənd 
təsərrüfatı institutlarının məlumatlarına  əsasən rüşeymi zədəli 
toxumların  əkilməsi zamanı buğdanın məhsuldarlığı 2,5 dəfə 
azalmışdır, endospermi zədəli toxumların  əkilməsi zamanı isə 

179 
2,0 dəfə azalmışdır. Qarğıdalı ilə aparılan tədqiqatlar göstər-
mişdir ki, rüşeymi mikro zədələnmiş toxumlar ilə  əkin apar-
dıqda məhsuldarlıq 6,4-7,3 sent/ha aşağı düşmüşdür. Toxum-
ların zədələnməsi, hətta onların qabığının belə  zədələnməsi 
toxumların qida maddələrinə sellülozanı dağıda bilməyən əksər 
mikroorqanizmlərin daxil olmasını asanlaşdırır və bu da mikro-
floranın inkişaf etməsinə  təkan verir. Zədələnmiş toxumlar 
yüksək tənəffüs enerjisinə malikdir. Qabığı  zədələnmiş, xüsu-
silə də rüşeymin üzərindəki qabığı zədələnmiş toxumlarda taxıl 
gənələri intensiv inkişaf edir. Bu da toxumların saxlanma za-
manı cücərmə qabiliyyətini aşağı salır. Müxtəlif bitkilərin və 
sortların toxumlarının morfoloji anatomik xüsusiyyətləri me-
xaniki təsirlərə müxtəlif davamlılıq göstərir. Məs: çovdar buğ-
da bitkisinə nisbətən daha çox zədələnir. C.Hacıyevin (1980) 
məlumatlarına görə kombaynların təsiri altında payızlıq çov-
darın mikro zədələnməsi orta hesabla 61,3%, payızlıq buğdanın 
36,4%, yazlıq buğdanın isə 35,9% təşkil edir. Buğdadan fərqli 
olaraq çovdar toxumlarının daha çox zədələnməsi onunla izah 
olunur ki, onun rüşeymi kəskin çıxıntılıdır, buğdada isə rüşeym 
sanki gizlənmişdir. Bundan əlavə yaxşı yetişmiş buğdanın 
möhkəm və  sığallı qabığı mexaniki təsirlərə daha davamlıdır 
nəinki çovdarın nazik və incə qabıqları. Bərk buğdanın toxum-
ları şüşəvariliyinin çox olmasına görə yumşaq buğdaya nisbə-
tən daha çox zədələnirlər. Bununla bərk buğdada dənin dağıl-
ması xarakterikdir, lakin yumşaq buğdada isə əzilmiş və defor-
masiya olunmuş toxumlara rast gəlinir. Toxumun şüşəvariliyi 
çox hallarda becərmə  şəraitindən asılı olduğu üçün onun to-
xumların zədələnməsinə  təsiri hətta yumşaq buğdalarda, onla-
rın bir sort daxilində belə rast gəlinir. Məs: Qızıl buğda sor-
tunun  şüşəvariliyi 65% olan toxumlarına nisbətən  şüşəvariliyi 
27% olanlarda mikro zədəli toxumlar 1,3 dəfə az olmuşdur.  
Həmçinin məlumdur ki, toxumların mikro zədələnməsi on-
ların qabığının qalınlığından və strukturundan da asılıdır. Ona 
görə də buğdanın ağ dənli sortları hansı ki, qabığı daha nazik 

180 
olur, qırmızı  dənli buğdalara nisbətən çox zədələnirlər. Ağ 
dənli sortlarda toxumların zədələnməsi 40%-ə  qədər qırmızı 
dənlilərdə isə 30%-ə qədər olmuşdur. Qırmızı dənli buğdaların 
hətta müxtəlif sortları belə mexaniki təsirlərə görə müxtəlif 
davamlılıq göstərirlər.  
Dişvari qarğıdalı endospermin nişastalı  dənləri seyrək 
olduğu üçün bərk dənli qarğıdalıya nisbətən daha çox zə-
dələnir. Buna həm də, dənin forması təsir edir. Bərk dənli qar-
ğıdalıda dənlər yumru, dişşəkillidə isə iri, uzunsov prizmatik, 
təpə hissəsində çuxurlu formadadır. Dişşəkilli qarğıdalının 
toxumunun təpə hissəsində buynuzşəkilli təbəqə olmadığı üçün 
daha çox zədələnir. Adi qarğıdalının qıcaları tez döyülür və 
toxumların parçalanması demək olar ki, heç olmur lakin çox 
hallarda qabığın parçalanması müşahidə olunur.  
Çəltiyin dəni çox hiqroskopikliyi ilə fərqlənir. Ona görə də 
havanın temperaturunun və rütubətinin kəskin dəyişməsi 
nəticəsində dənin nəmliyi tez dəyişir və bunun nəticəsi olaraq 
endospermdə çatlar əmələ  gəlir. Çəltiyin yığımı gecikdikdə 
dənlərinin çatlılığı 15-20%-ə çatır. Belə dənlər döyüm zamanı 
çox parçalanırlar. Çəltik çətin döyümü ilə  fərqlənir ki, bu da 
dənin həddindən artıq zədələnməsinə  gətirib çıxarır. Örtüklü 
bitkilərin toxumları üçün zədələnmənin xarakterik tipi dənlərin 
dağılmasıdır ki,bu da rüşeymin zədələnməsi nəticəsində baş 
verir. 
Dənli paxlalı bitkilərdən xüsusən çox zədələnən lobyadır. 
Bununla belə onda olan parçalanma prosesinə mikrozədələrdən 
daha çox rast gəlinir. Bu onunla izah olunur ki, lobyanın 
paxlaları arasında olan boşluq toxumun möhkəmliyini azaldır. 
Noxud və başqa dənli paxalı bitkilərdə  əsasən qabığı çatlayır 
və yaxud qopur. Qeyd etmək lazımdır ki, dənli bitkilərdən 
fərqli olaraq dənli-paxlalı bitkilərdə mikrozədələr laboratoriya 
şəraitində toxumların cücərmə qabiliyyətinə  təsir edir. Bu da 
onunla bağlıdır ki, mexaniki təsir göstərdikdə onların rüşeym 
şırımı paxlalardan asanlıqla ayrılır. Bu hadisələrin baş 

181 
verməsinə baxmayaraq morfoloji cəhətdən toxumlarda heç bir 
zədə görünmür. Döyüm zamanı toxumların nəmliyi onların 
mexaniki təsirlərə davamlılıq dərəcəsini təmin edir. Məlumdur 
ki, döyüm zamanı toxumların nəmliyi 10% və odan aşağı 
olduqda parçalanma daha da artır. Lakin döyüm vaxtı nəmliyi 
çox olan toxumlar da zədələnir. Ancaq zədələnmənin tipləri 
müxtəlif olur. Belə ki, quru dən möhkəm zərbədən parçala-
nırsa, nəmli toxumlar deformasiyaya uğrayır və mikrozədəli 
toxumların sayı çoxalır.  
Qara torpaq olmayan zonaların mərkəzi rayonlarının Elmi 
tədqiqat kənd təsərrüfatı institutunda aparılan tədqiqatlar 
göstərmişdir ki, payızlıq çovdarın nəmliyi 19,5%-dən yuxarı 
olan toxumların döyüm zamanı cücərmə qabiliyyəti kəskin 
azalır və  nəmlik artdıqca da cücərmə qabiliyyəti aşağı enir. 
Nəmliyi 25,1-31,2% olan çovdarın yığım zamanı götürülən 
orta nümunələrində, hətta heç bir xarici zədəsi olmayan 
toxumlarında belə cücərmə qabiliyyəti aşağı düşür, lakin 
rüşeymi zədələnmiş toxumlarda isə cücərmə qabiliyyəti 79%-
dən sıfıra enmişdir.  
 
Döyüm zamanı çovdar toxumlarının nəmliyindən asılı olaraq cücərmə 
qabiliyyəti 
Cədvəl 21 
Döyüm za-
manı toxum-
ların nəmliyi 
(%-lə) 
Toxumların cücərmə qabiliyyəti (%-lə) 
Orta nümunə
Görünməyən 
zədələrlə 
Zədələnmiş 
rüşeymlə 
Rüşeymin 
qılafının 
zədəsi ilə 
19,5 96  99 
79 
90 
25,1 91  94 
38 
81 
31,2 80  90 

69 
 
Xarici görünüşünə görə eyni cür zədələnmiş toxumlarda cü-
cərmə qabiliyyətinin müxtəlif fərqliliyi onunla izah olunur ki, 
nəmliyi çox olan toxumların döyüm zamanı daxili toxuma-
larında həmçinin rüşeymində müxtəlif deformasiyalar baş verir 

182 
ki, bu da toxumların cücərmə qabiliyyətini kəskin aşağı salır. 
Həmin institutda P.N.Şibayev təyin etmişdir ki, buğda toxum-
larında ən az zədələr nəmliyi 15-23% olduqda baş verir. Son-
ralar belə nəticələr başqa tədqiqatlarda da təyin edilmişdir. De-
məli, toxumların döyülməsi üçün optimal nəmlik intervalı var-
dır ki, bu zaman onların zədələnməsi minimal olur. (Şəkil 14) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yuxarıda deyilənlərdən aydın olur ki, toxumluq əkinlərin 
optimal müddətdə  yığılması toxumların  ən yaxşı  nəmlik də-
rəcəsi zamanı döyüm aparılmasına imkan verir ki, bu da on-
ların az zədələnməsinə  səbəb olur. Az zədələnməyə  həmçinin 
toxumun becərilməsində olan düzgün aqrotexniki şəraitlərdə də 
səbəb olur. Belə ki, bu zaman toxumların müxtəlifliyi azalır. 
Toxumların zədələnmə  dərəcəsini təyin edən  əsas amillər-
dən biri döyülən bitki və toxumların fiziki, texniki xüsusiy-
yətlərini nəzərə alaraq kombaynların işçi orqanlarının düzgün 
idarə olunması və iş rejimidir. Dairəvi sürətin həcmi və yaxud 
barabanın (silindrşəkilli hissə) hərlənmə tezliyi döyüm zamanı 
Şək.14.Qarğıdalı toxumlarının nəmliyindən asılı olaraq  
döyüm zamanı aldığı zədələrin sayı 
Toxumların 
minimal 
zədələnmə sahəsi 
 Z
əd
əl
ənmi
ş  to
xumlar, %-

 
45 
40 
35 
30 
25 
20 
15 
10 


8   10   12  14   16  18   20   22   24  26   28  30 
Dənin nəmliyi, %-lə 

183 
toxumların zədələnməsinin azalmasında mühüm rol oynayır. 
Mərkəzi Maşın Sınaq Stansiyasının məlumatına görə kombayn-
ların barabanlarının hərlənmə tezliyini 1 dəqiqədə 1200-dən 
900 dövrə  qədər azaltdıqda buğda toxumlarının ümumi zədə-
lənmə miqdarı iki dəfə azalır. Xüsusən də bu azalma, mikro 
zədələrdən olan rüşeym zədələnmələrinin azalması hesabına 
olur. Barabanın hərlənmə tezliyini 1 dəqiqədə 1020-dən 850 
dövrədək azaltdıqda çovdar dənlərində rüşeym zədələri 12,6%-
dən 5,2%-ə enir, buğdanın dənlərində isə 2,2%-dən sıfıra qədər 
enir. Deməli, toxumluq əkinlərin yığımı zamanı barabanın hər-
lənmə tezliyini dəqiqədə 800-900 dövrədək azaltmaq lazımdır. 
Toxumların zədələnməsinin barabanın hərlənmə tezliyindən 
asılılığı  dənli-paxlalı bitkilərin döyümü zamanı daha kəskin 
büruzə verilir. Məsələn: Taxıldöyənin barabanının hərlənmə 
tezliyi dəqiqədə 350 dövr olduqda noxudun (nəmlik 12,4% 
olduqda) döyüm zamanı toxumlarının zədələnməsi 1% olur. 840 
dövr olduqda isə 20,9% toxum zədələnir. Lakin, onu qeyd etmək 
lazımdır ki,birinci hadisədə 2% toxum döyülmədən qalmışdır. 
Barabanın hərlənmə tezliyinin dəyişilməsindən  əlavə, taxıl-
döyən aparat bir başqa idarə edilən hissəyə  də malikdir. Bu, 
barabanın döyənləri və baraban altı lövhələrinin (plankalarının) 
arasında çıxışda və girişdə olan aralıq həcmidir. Toxumların zə-
dələnməməsi üçün bu aralıqlar böyük olmalıdırlar. Eyni zamanda 
onlar elə bir ölçüdə olmalıdır ki, döyülmədən qalan toxumlar 
nəticəsində itki baş verməsin. Bitkilər üçün barabanın hərlənmə 
tezliyi optimal olduqda taxıldöyən aparatların aralıq həcmi giriş-
də 16-18 mm, çıxışda isə 4-6 mm olmalıdır. Ancaq nəmliyi yük-
sək olan bitkilərin yığılma zamanı aralıq həcmini kiçildirlər. La-
kin quru və tez döyülən bitkilərin yığımı zamanı isə böyüdürlər.  
Taxıldöyən aparata biçilmiş kütlənin verilmə  həcmi onun 
hissələrinin işləmə rejimini xarakterizə edir. Taxıldöyən apara-
tın idarəetmə texnologiyalarını  dəyişmədən verilən kütlənin 
azaldılması və yaxud artırılması toxumların zədələnməsini artı-
rır. Biçilmiş kütlənin həcmi az verildikdə işçi orqanlarının to-

184 
xumlara təsiri xeyli artır. Çünki, bitki kütləsinin özünüqo-
ruyucu təsiri azalır. Verilən kütləni artırdıqda isə toxumların 
zədələnməsi artır ona görə ki, taxıldöyən aparatın aralıqları 
dolduğu üçün toxumlara mexaniki təsir yüksəlir. 
Toxumların zədələnməsinə taxıldöyən aparatın düzgün işlə-
məyən şneki, elevatoru və başqa hissələri həmçinin, təmizləyici 
şəbəkənin idarə edilməsi də təsir edir.  
Əgər taxıldöyən aparatın işçi orqanlarında müxtəlif biz çıxın-
tılar olarsa (bu da yeni detallar qoyulan zaman müşahidə olunur), 
toxumların zədələnməsi xüsusilə artır. Ona görə  də yeni 
kombaynları toxumluq əkinlərin yığımında istifadə etmək olmaz.  
Taxıldöyən aparatın işçi orqanlarının hazırlanmasında is-
tifadə olunan materialın mühüm əhəmiyyəti vardır. Bu məq-
sədlə daha yumşaq materialların və rezinin istifadə olunması 
toxumların zədələnməsinin azalmasına səbəb olur.  
Taxıldöyən aparatın konstruktiv xüsusiyyətləri-barabanların 
ölçüsündə olan müxtəliflik, döyənlərin sayı, baraban altının 
quruluşu və s. toxumların zədələnməsinin aradan qaldırılmasın-
da müəyyən rol oynayır.  İki barabanlı taxıl döyən aparatlar 
döyülmənin keyfiyyətinin yaxşılaşdırılmasında xüsusi yer 
tutur. Bunun yaradılma ideyasını verən əkinçilik mexanikasının 
əsasını qoyan V.P.Qoryaçkin olub. 
 Hal-hazırda taxıldöyən aparatların quruluşu və döyülmə 
texnologiyası bitki ilə  sıx olan toxumların döyülməsi nəzərdə 
tutulubdur. Məhz bunun üçün də daha çox yetişmiş toxumlar, 
digərlərindən fərqli olaraq bitki ilə  sıx  əlaqədə olmadığı üçün 
onlara daha çox təzyiq olunur. Kombaynlarda iki barabanlı 
taxıldöyən aparatların hərlənmə tezliyi zəif olan birinci bara-
banında döyülən toxumlar təmizləmə  şəbəkəsində seçilir, 
döyülmədən qalanlar isə ikinci barabana daxil olur və orada 
optimal hərlənmə tezliyi altında döyülürlər. Beləliklə, iki 
barabanlı aparatların istifadəsi sayəsində bitkinin və toxumların 
fiziki-texniki xüsusiyyətlərinə uyğun olaraq kombaynların işçi 
orqanlarını idarə etmək mümkün olur. Bu da toxumların 

185 
zədələnməsini və döyülmədən qalan itkilərin azalmasını təmin 
edir. Təkbarabanlılarla müqayisədə onlar toxumların dağılma-
sını 1,5-2,0 dəfə azaldır və rüşeymini az zədələyir. Lakin, iki 
barabanlı kombaynların üstünlüyü o zaman büruzə verilir ki, 
əgər birinci barabanın hərlənmə tezliyi 1 dəqiqədə ikinciyə 
nisbətən 200-300 dövr edir, birinci baraban altında döyülmə 
aralıqları isə 3-4 mm ikinciyə nisbətən böyük olur. 
Beləliklə, toxumların zədələnməsini azaltmaq üçün çoxlu 
üsullar vardır. Lakin hər şeydən əvvəl yığılan bitki və sortların 
fiziki-texniki xüsusiyyətlərindən və vəziyyətindən asılı olaraq, 
kombaynların iş rejimlərinin düzgün seçilməsidir. Maşınların 
texniki vəziyyətini lazımı dərəcədə təmin et-mək çox vacibdir. 
 
10.2. Zədələrin təsnifatı və onları təyin etmə üsulları 
 
Zədələrin təsnifatı.  Zədələrin ümumi sayını  təyin etmək 
kifayət deyil, çünki onlar tək xarici görünüşə görə yox, həm də 
toxumun keyfiyyətinə  təsirinə görə  də müxtəlifdirlər. Toxum 
zədələrini xarakterizə etmək üçün həmin zədələri təsnifata 
bölərkən nəzərə almaq lazımdır ki, eyni toxumda zədələr 
müxtəlif ola bilər. 
N.N.Ulrixin təsnifatına görə buğdanın toxumlarında mikro 
zədələrə  qılafların qopması, daxili çatlar, əziklər, “qançırlar”, 
yaralar aiddir. Digər gözə görünən zədələr isə makro zədələrə 
aiddir. 
Daha sonralar verilmiş təsnifata görə  dənli bitkilərdə mikro 
zədələrə rüşeymi əzik toxumlar da aid olundu. Baxmayaraq ki
bu zədələr yaxşı görünür. Bu fikir onunla izah edilir ki, başqa 
mikro zədəli toxumlarla yanaşı onları müasir maşınlarda 
ayırmaq mümkün deyil.  
Toxumların zədələnməsinin tam əhatəli təsnifatını İ.Q.Stro-
na verir ki, bu təsnifata görə mikro zədələrə 9 zədə tipi aiddir. 
Mexaniki təsir nəticəsində rüşeymin, endospermin, qılafın 
zədələnməsindən  əmələ  gələn mikro zədələrdən başqa müəllif 

186 
digər mikro zədələri də qeyd edir. Hansı ki, onlar mikroorqa-
nizmlərin fəaliyyəti və sorucu ziyanvericilərin təsiri ilə  əmələ 
gələn mikro zədələrə ayırd edilir. Bu iki növ zədələr mikro 
orqanizmlərin və ziyanvericilərin ifrazatı ilə toxumun intoksi-
kasiyasiyaya uğraması  nəticəsində yaranır. Məhz bunun üçün 
də bunlar xüsusilə təhlükəlidirlər. 
Yüksək temperaturun təsiri altında sahədə  və yaxud quru-
dulma zamanı nəmliyin tez itməsi nəticəsində xüsusilə də çəltik 
və qarğıdalı toxumunda baş verən endospermin çatlılığı  və 
toxumların bitkidən ayrılması zamanı    əmələ  gələn qılafın 
mikro zədələri ayrıca bir növə ayrılır.  
Bu zədələrin hər iki növü digərlərinə nisbətən daha az 
təhlükəlidir. Baxmayaraq ki, endospermin çatlamasından irəli 
gələn zədələr nəticəsində döyüm zamanı  dənlər daha çox 
parçalanır. Qılafın mikro zədələnməsi zamanı isə mikrofloranın 
zədələr vasitəsilə keçməsi mümkün olur. 
Beləliklə, toxum zədələri mikro və makro zədələrə bölünür; 
bunlar isə öz növbəsində toxumda zədənin yerindən, onların 
yaranma səbəblərindən, ziyanlılığından asılı olaraq fərqlənirlər. 
Nəticədə isə  hətta eyni toxum üzərində belə çox sayda mikro 
zədələrin növlərinə  təsadüf olunur. Təsərrüfatda belə qiymət-
ləndirmə sxemini istifadə etmək çətindir. Ona görə də indiyə-
dək toxumların təmizliyinin analizi zamanı  əzilmiş, dağılmış 
toxumlardan başqa zədələr təyin olunmur. Əlbəttə ki, rüşeymi 
zədələnmiş toxumlar cücərmə analzi zamanı özünü büruzə 
verir. Lakin zədələrin çoxu, xüsusən də  qılaf zədələri olan 
toxumlar özünü büruzə verməyə də bilər. 
Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Toxum 
nəzarət laboratoriyalarının və başqa elmi idarələrinin apardıq-
ları çoxillik tədqiqatlar nəticəsində  təyin edilmişdir ki, qara 
torpaq olmayan zonalarda çovdar və buğda toxumlarında olan 
mikro zədələr  əsasən qılaf zədələridir. Bununla belə xüsusilə 
çovdar toxumunda endosperm sahəsində  dənin qabığında və 
hətta onun üst  qatlarında spesifik zədələr olur. Həmçinin 

187 
onlardan başqa rüşeymin qılafında dərin çatlar və  kəsiklər 
müşahidə olunur. Belə ki, Timiryazev adına Kənd Təsərrüfatı 
Akademiyasının Toxum nəzarət laboratoriyasının məlumatları-
na görə Moskva vilayəti şəraitində payızlıq çovdar Hibridnoye-
2 sortunun toxumlarının 90%-dən çoxunda qılafın mikro 
zədələri olmuşdur; bunların 1/3 rüşeymin qılafında olan dərin 
zədələr idi, endosperm sahəsində isə tamamilə yox idi. Payızlıq 
buğda sortu olan Mironovskaya-808-də toxumlarının yarısının 
qılafı mikro zədəli idi, bunlardan rüşeym qılafının dərin zədə-
ləri ilə olanlar 10%-dən artıq, endospermdə isə 2%-ə qədər idi. 
Sonrakı  tədqiqatlar nəticəsində aydın olmuşdur ki, qılafın 
üst zədələri əsasən də endosperm sahəsində olan zədələr toxum 
keyfiyyətinə  nəzərə çarpacaq dərəcədə  təsir göstərmir.  Əgər 
rüşeymin üzərində olan qılafın bütün qatlarının bütövlüyü dağı-
lırsa, o zaman toxumun səpin keyfiyyəti, əsasən də onların tor-
paqda boyatma gücü və tarla cücərməsi aşağı düşür. (Şəkil 15) 
 
Deməli, zədələnmiş toxumların ümumi sayından başqa, to-
xumların dağılmış rüşeymləri ilə birgə  həm də onların qılaf-
larında olan dərin zədələri də ayrıca nəzərə almaq lazımdır. 
Zədələrin belə  təsnifatı praktiki məqsədlər üçün çox 
rahatdır. Lakin, yüksək nəmli toxumlarda döyüm zamanı əmələ 
Şəkil 15. Rüşeym qılafı zədələnmiş payızlıq 
 çovdarın boyatma gücü: 
1- nəzarət;  2- az zədəli; 3 – dərin zədəli

188 
gələn rüşeymin təhlükəli daxili zədələrinin və müxtəlif əzinti-
lərin təyin olunma üsullarının olmaması  nəticəsində bunlar 
nəzərə alınmır.  
 
10.3. Mikrozədələrin təyin edilmə üsulları 
 
Əsas üsul toxumlara böyüdülmüş şəkildə baxış keçirməkdir. 
Məsələn, buğda və çovdarda 7-10 dəfə artırmaq kifayət edir.  
Mikro zədələrin təhlili 100 toxumdan olan nümunələrdə iki 
təkrarda aparılır və bu zaman təkrarlar arasındakı  fərq zədəli 
toxumların ümumi sayının 10%-dək ola bilər (onların üzərində 
olan zədələrin sayından asılı  olmayaraq). Əgər fərq çox olarsa 
üçüncü təkrar aparılır. Öyrənilən bitkidən təhlil üçün nümu-
nələr dağılmış, əzilmiş toxumlar seçildikdən sonra götürülür.  
Mikro zədələrin asanlıqla aşkar olunması üçün çox zaman 
toxumların rəngləyici maddələr ilə boyanması və ardınca suda 
yuyulması üsulundan istifadə edilir. (Cədvəl 22) 
 
Toxumların mikro zədələrinin aşkar olunması üçün boya maddələri 
(K.Y.Kalaşnikova və M.F.Olimpiyeva görə) 
          Cədvəl 22 
Boya maddə-


Поделитесь с Вашими друзьями:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə