Sortdəyişmə – təsərrüfat sahələrində bir sortun (və ya bir
neçə sortun) qeydiyyatdan keçmiş digər daha məhsuldar və ya
əvvəlki sortla müqayisədə hər hansı üstünlüyə malik olan
15
sortların toxumu ilə əvəz olunmasıdır.
Seleksiya stansiyaları, elmi-tədqiqat müəssisələri, həvəskar
seleksiyaçılar daim yeni sortların alınması üzərində işləyirlər.
Yeni alınmış sortlar dövlət sortsınağı şəbəkələrində və
istehsalat sortsınağı zamanı özünü doğrultduqdan sonra dövlət
sortsınağı şəbəkəsinin təklifi ilə istehsalatda olan köhnə
sortların toxumu yenisi ilə dəyişdirilir.
İstehsalatda olan köhnə sortların toxumu o zaman yenisi ilə
əvəz edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti
və digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun.
Dövlət sortsınağı nəticəsində üstünlük qazanan yeni sortlar
müəyyən zona üçün rayonlaşdırılır. Bu zaman köhnə sortlar
çıxarılır və sortdəyişmə aparılır.
Sort rayonlaşdırıldıqdan sonra, bütün toxumçuluq müəssisə-
ləri yeni sortun toxumlarını çoxaltmağa başlamalı və təsərrü-
fatda yeni sortun toxumlarının əkilməsi qısa müddətdə, 3-5
ildən gec olmayaraq başa çatdırılmalıdır.
Yeni sortlar rayonlaşdırıldıqdan sonra seleksiya stansiyaları
və toxumçuluq təsərrüfatları köhnə sortun çoxaldılmasını
dayandırır.
Sort dəyişmə istehsalatda köhnədən becərilən sortların
yeni rayonlaşdırılmış, daha məhsuldar, məhsulun texnoloji
keyfiyyətinə görə üstün olan sortlarla dəyişdirilməsinə,
təzələnməsinə deyilir.
Sortdəyişmə nəzəri olaraq hər beş ildən bir aparılmalıdır.
Lakin istehsalat şəraitində çox vaxt sortdəyişmə vaxtında hə-
yata keçirilmir. Bu ilk növbədə dövrü sortdəyişmə müddətində
yeni sortların alınmaması ilə əlaqədardır. Bu səbəbdən bir çox
bitki sortları istehsalat şəraitində on illərlə becərilməkdə davam
etdirilir.
Təsərrüfatda becərilmək üçün sortlar seçildikdə bir çox
amillər nəzərə alınır. Buraya ilk növbədə sortun becərildiyi
ərazinin konkret şəraiti aiddir. Əgər sort yüksək məhsuldarlıq
imkanına malikdirsə bu halda o, becərmə şəraitinə daha artıq
16
tələbat göstərir. Az məhsuldarlıq potensialına malik olan sortun
çox yaxşı şəraitdə becərilməsi məqsədəuyğun deyil və əksinə
yüksək məhsuldar sortun əlverişsiz şəraitdə istifadə olunması
da məqsədəuyğun deyildir. Bəzən belə bir paradoksal vəziyyət
yaranır ki, istehsalat şəraitində intensiv tipli müasir sort, həmin
şəraitə yaxşı uyğunlaşmış köhnə sorta nisbətən az məhsul verir.
Ona görə sort seçilərkən real istehsalat şəraitini nəzərə almaq
lazımdır.
Sürətli sortdəyişmə çox vacibdir. Bunun üçün yeni sortun
toxum fondu yaradılmalı, köhnə sort ilə seleksiya işləri
dayandırılmalıdır.
Sort uzun müddət əkildikdə mexaniki və bioloji zibillənmə,
aqrotexnikanın aşağı olması, öz-özünə tozlanma və sairə
nəticəsində pisləşir, keyfiyyəti aşağı düşür və daha təsərrüfatın
tələbatını ödəmir. Ona görə də sort, həmin sortun yüksək və
cins təmizliyinə malik olan toxumları ilə təzələnir ki, buna sort
təzələmə deyilir.
Sorttəzələmə ─ təsərrüfatda sortluq toxumun həmin sorta
aid olan daha yüksək reproduksiyalı toxumla əvəz olunmasıdır.
Dəqiq təşkil olunmuş sortdəyişmədə sorttəzələmə məcburi
deyil. Ancaq sortdəyişmənin dövriliyi tez-tez pozulur. Ona
görə də istehsalatda becərilən sortun toxumunun dəyişdirilməsi
lazım gəlir. Sorttəzələmə sortluq təmizliyinin azalması və
toxumun xəstəliklərə yoluxmasının artması ilə əlaqədardır.
Əgər toxum təmizdirsə və səpin keyfiyyəti yüksəkdirsə bu hal-
da məhsuldarlıq toxumun reproduksiyasından asılı olmadığına
görə sorttəzələmə lazım olmur. Nəzərə almaq lazımdır ki,
heterozisli hibridlərin toxumu səpildikdə sorttəzələmə hər il
aparılmalıdır. Yəni bu halda səpin üçün ancaq birinci nəsil
toxumlardan istifadə olunur.
Müxtəlif bitkilərdə sort təzələmə müddəti fərqlidir. Məsələn,
dənli-paxlalı bitkilərdə 6, buğda, vələmir, arpa, lərgə, soya 5,
çovdar, darı, çəltik, qarabaşaqda 4 ildən bir toxumlar dəyişdi-
rilərək 2-ci nəsil toxumlarla əvəz edilir. Hibrid qarğıdalı
17
toxumları isə hər il dəyişdirilərək birinci hibrid nəsil toxumları
ilə əvəz edilməlidir. Hər hansı rayon üzrə sort təzələmə planı
tutulduqda mövcud olan əkin sahəsi və onun gələcək inkişafı
nəzərə alınmalıdır. Toxumçuluq təsərrüfatlarının sahələri elə
hesablanmalıdır ki, sort təzələmə planına uyğun olaraq hər bir
fermer təsərrüfatı toxumla təmin edilə bilsin.
Rayon üzrə sotrtəzələmə planı tutulduqda mövcud olan əkin
sahəsi və onun gələcək inkişafı nəzərə alınmalıdır. Sorttəzə-
ləmə elə planlaşdırılmalıdır ki, hər bir təsərrüfat göstərilən
müddətdə yeni toxum ala bilsin.
Ona görə də toxumçuluq təsərrüfatının sahələri elə hesab-
lanmalıdır ki, sorttəzələmə planına uyğun olaraq hər bir fermer
təsərrüfatı toxumla təmin edilsin. Sahə hesablandıqda rayon
üzrə sorttəzələmə aparılacaq sahənin həcmi, müddəti, toxum-
çuluq sahəsinin həcmi, sığorta fondunun miqdarı, səpin nor-
ması, ümumi və kondisiyaya uyğun məhsul və s. haqda əldə
məlumat olmalıdır. Məsələn, toxumçuluq təsərrüfatı (arpa üzrə)
50 hektar olan sahədə 4 ilin müddətində sorttəzələmə aparıl-
malıdır. Ümumi sahənin 13%-i toxumçuluq üçün ayrılarsa, fer-
mer təsərrüfatlarının 50 hektar toxumçuluq sahəsi olur.
Toxumçuluq təsərrüfatı 4 ildə 50 hektar sahəni birinci nəsil
toxumla təmin etməli olarsa, bir ildə (50:4+162,5) 162,5 hektar
sahə toxumla təmin olunmalıdır. Hər hektar üçün 1,5 sentner
toxum tələb olunarsa, 162,5 hektar üçün cəmi
(162,5x1,5=243,75) 243,75 s toxum tələb olunur və 25% sığor-
ta fondu əlavə edilərsə, hər il 304,7 s toxum istehsal edil-
məlidir.
Əgər hektardan 15 sentner standarta uyğun toxum alınarsa,
304,7 s. toxum almaq üçün (304,7 sent.:15=20,32) 20,32 hektar
sahə olmalıdır.
Beləliklə, əgər toxumçuluq təsərrüfatının 20,32 hektar
sahəsi olarsa, hər il 304,7 s birinci nəsil toxum istehsal edər və
4 ildə sorttəzələməni başa çatdıra bilər. Sorttəzələmə üzərində
daimi nəzarət aparılmalı, bu barədə dövlət toxum kitabında
18
göstərilməli və dövlət toxum kitabı qiymətli sənəd kimi saxla-
nılmalıdır. Hər bir sort haqqında ayrıca hesabat aparılır. To-
xumçu aqronom sorttəzələmə zamanı toxumların düzgün
istifadə olunmasını hər il dövlət toxum kitabında göstərir.
Dövlət səviyyəsində köhnə sortlar o zaman yenisi ilə əvəz
edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti və
digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun.
1.4. Toxumşünaslığın tarixi
Arxeoloji qazıntılar, qədim dövrün maddi-mədəniyyətinin
qalıqları, tarixi abidələrin, saxsı qabların və ev ləvazimatlarının
üzərindəki naxışlar, habelə bir çox bitki toxumlarının təsviri və
başqa faktlar göstərir ki, Azərbaycanda və Zaqafqaziyanın bir
çox başqa respublikalarında buğda və digər taxıl bitkilərinin
becərilməsi dörd min ildən artıq tarixə malikdir.
Bu barədə A.Məstanzadənin 1928-ci ildə Binəqədidə
(Bakıdan 10 km şimalda yerləşir) kəşf etdiyi qır qalıqları ara-
sında tapılan çətirli, paxlalı bitkilərin toxumları, ardıc və sö-
yüdyarpaq armud ağaclarının meyvələri olduqca maraqlıdır.
Bunlarla birlikdə qazıntılar zamanı buğda dəni və un, daş
kirkirə, xüsusilə buğda becərmək üçün daş toxalar, vəllər və s.
alətlər tapılmışdır. Göstərilən alətlərdən 3-4 min il bundan
qabaq istifadə edilirmiş.
Dənli bitkilərin becərilməsini, heyvanlardan istifadə edilmə-
sini, xüsusilə suvarma sisteminin varlığını göstərən surətlər
daha maraqlıdır. Bu şəraitdə yalnız suvarma sistemi sayəsində
əkinçilik özünə məxsusi yer tuta bilmişdir.
Mingəçevir ərazisində ilk bürünc dövrünə və sonrakı dövr-
lərə aid buğda, arpa və vələmir, yaşayış evlərinin divarına vu-
rulan suvaq qatının tərkibində küləş, saman və toxum qalıqları
tapılmışdır. Bunlarla bərabər çoxlu miqdarda dən əzən, oraqlar
üçün seqment və düzbucaq formalı çaxmaq daşları tapılmışdır.
Burada bəzən həvənglərə də təsadüf olunur. Aşkara çıxarılmış
19
dən saxlamaq üçün quyular da çox maraqlıdır. Bəzən quyuların
dibində üzvi maddə tapılmışdır ki, bunların da əzilmiş dən- un
olduğu ehtimal edilir.
Gültəpədəki qazıntılar zamanı 4,65 m dərinlikdə buğda və
arpa dəni tapılmışdır. Bundan başqa, yenə orada dən əzən və
keramikalar da tapılmışdır ki, bunların tarixi eramızdan əvvəl
III minilliyə aiddir.
Gəncə yaxınlığında, Göygöl rayonunun qərbində qazıntılar
zamanı tapılmış tayfa evində eramızdan əvvəlki II minilliyin
sonuna aid daş kirkirələr aşkara çıxarılmışdır burada həmin
dövrə aid olan taxta oraqlar üçün daş (çaxmaq daşı) qınlar da
tapılmışdır.
1940-cı ildə Göygöl rayonunda aparılan qazıntılar zamanı
ağac və daş vəllər tapılmışdır; bu vəllər çaxmaq daşından ibarət
olub, eramızdan əvvəlki II minilliyin sonuna aiddir. Bu vəllərlə
bir yerdə adam meyidi də dəfn olunmuşdur. Güman etmək olar
ki, bu adam əkinçi olmuşdur.
S.M.Qazıyev və başqa tarixçilərdən ibarət olan ekspedi-
siyanın üzvləri tərəfindən Mingəçevirdə aparılan qazıntılar
zamanı un və buğda dənəsi xüsusilə maraqlıdır. Bunlar
eramızın I əsrinə aiddir. Toxumlar öz kəhrəba rəngini və for-
masını tamamilə saxlamış, un isə rəngini azacıq dəyişmişdir.
Tapılmış buğdanın iki min il ərzində öz kəhrəba rəngini dəyiş-
məməsini, bir tərəfdən yaxşı saxlanma şəraiti, digər tərəfdən
isə buğdanın yüksək keyfiyyətinə malik olması ilə izah etmək
olar. Dənli bitkilərin yüksək keyfiyyətə malik olması XIV əsr
tarixçisi Həmdullah Qəzvininin əsərlərində təsvir edilmişdir.
Ən qədim zamanlardan bəri Azərbaycan ərazisində müxtəlif
kənd təsərrüfatı bitkilərinin və o cümlədən buğdanın geniş
miqyasda becərilməsi haqqında antik müəlliflər də məlumat
verir (Heredot, Teofrast, Plini, Polibi və başqaları).
Azərbaycanda bir çox kənd təsərrüfatı bitkilərinin becəril-
məsi haqqında bəzi tarixçilərin, coğrafiyaşünasların və səyyah-
ların – Moisey Xorenskinin (V-VI əsrlər) və Moisey Kaqankat-
20
vatsinin (X əsr) daha müfəssəl məlumatlarına təsadüf edirik.
Sonuncu öz dövrününün Azərbaycan əkinçiliyini xarakterizə
edərək yazır ki, “Böyük Kür çayı öz axını ilə çoxlu miqdarda
iri və xırda balıqlar gətirir. Kür çayı böyük bir məsafə keçərək,
nəhayət Xəzər dənizinə tökülür. Çayın ətraf yerlərində bol
taxıl, şərab, neft, duz, ipək və pambıq istehsal olunur; buralarda
çoxlu zeytun ağacları var, dağlardan qızıl, gümüş və sarı qatran
çıxarılır”. Azərbaycanda müxtəlif kənd təsərrüfatı bitkilərinin
becərilib inkişaf etdirilməsinə görkəmli şair Nizami Gəncə-
vinin poemalarında da təsadüf olunur.
Azərbaycanda dənli bitkilərin toxumçuluğunun tarixi əkin-
çiliyin tarixi ilə sıx əlaqədardır. İnsanlar ilk dəfə əkinçiliklə
məşğul olarkən yabanı halda yayılmış bitkilərdən seçib, öz
həyətyanı sahələrində becərmişlər ki, bu da seleksiya işinin
başlanması demək idi. Azərbaycanda qədim dövrlərdən bəri
yabanı halda yayılmış bir çox bitkilər vardır ki, bunlar insanlar
tərəfində seçilib becərilmiş və nəticədə mədəni hala salınmış-
dır. Yabanı halda bitən bir çox bitki formaları onların mədəni
sortları ilə müqayisə edilsə, sonuncuların nə qədər inkişaf etmiş
olduğu asanlıqla gözə çarpar. Ağsu dağlarının və cənub-şərq
yamaclarında (Böyük Qafqaz dağlarının şərq yamaclarında)
yabanı halda geniş yayılmış Triticum araraticum Jakubz.
növünün formaları ilə mədəni buğda sortlarının müqayisəsi də
buna parlaq sübutdur. Bu buğda növü ilk dəfə 1931-ci ildə
M.M. Yakubsiner tərəfindən Azərbaycan ərazisində - Naxçıvan
MR-da Əznəburt kəndi yaxınlığındakı dağlarda (Kiçik Qafqa-
zın Dərələgöz sıra dağlarının cənub ətəklərində) başqa yabanı
buğda bitkisi formaları ilə (Triticum aegilopodies Balansa)
birlikdə tapılmışdır. Azərbaycanda bitən arpa bitkisinin bir çox
yabanı formalarını (bulbozum və spontanium), habelə yabanı
birillik və çoxillik çovdar bitkilərini onların mədəni sortları ilə
müqayisə etdikdə bu sonuncuların üstünlüyü nəzərə çarpır.
Göstərdiyimiz misallar insan fəaliyyəti nəticəsində (becərmə,
seçmə və hibridləşdirmə) bitki orqanizminin təbiətini dəyişdir-
21
məyin mümkün olduğunu bir daha sübut edir.
Hal-hazırda Azərbaycanın ayrı-ayrı rayonlarında becərilən
çox qədim tarixli yerli bərk buğda sortundan olan Sarıbuğda,
Ağbuğda, Qaraqılçıq və s. xalq seleksiyasının məhsuludur. Bu
sortlar Zaqafqaziyanın və Dağıstanın bütün rayonlarında da
şöhrət qazanmışdır.
Çox məhşur yerli yumşaq buğda sortundan olan Gürgənə,
Xırdabuğda, Qırmızıbuğda, Kosabuğda, Zərdəbuğda, Kələgən-
dum; arpalardan isə Ağ arpa, Qara arpa və başqaları da xalq se-
leksiyası tərəfindən yaradılmışdır. Çox qədim tarixi olan yerli
buğda və arpa sortlarını saymaqla qurtarmaq olmaz; sayca çox
olan bu sortlar hələ kifayət qədər öyrənilməmişdir.
Azərbaycanda kəndlilər əsrlər boyu buğdanın sortunu
yaxşılaşdırmaqla məşğul olmuşlar. Hər il kəndlilər sünbülün orta
hissəsindən toxumlar seçib ayırmışlar. Bu prosesi onlar “başaq
seçmə” yaxud da “axta buğda” adlandırmışlar. Bu qədim kəndli
seleksiyası bu günə qədər öz əhəmiyyətini itirməmişdir. Hələ
1930-cu ildə müəllif kütləvi seçmə və sünbüldoğrama ilə məşğul
olan kəndlilərin şəklini çəkmişdir; burada ən iri sünbüllər deyil,
bir bərabərdə və düzgün forması olan orta irilikdə sünbüllər
seçilirdi. Bu zaman sünbüllərin yalnız orta hissəsində olan
dənlər götürülürdü. Köhnə təcrübəçilərin izah etdiyinə görə,
sünbülün aşağı hissəsindəkini onlar inkişaf etməmiş və ya
“cavan” hesab edirdilər. Sünbül seçmə işi ilə respublikanın
demək olar ki, bütün rayonlarında məşğul olurdular. Toxum
materiallarının bu qayda ilə yaxşılaşdırılması üsulu bu günə
qədər də öz əhəmiyyətini itirməmişdir. Göstərilən üsullardan
başqa, hələ qədim zamanlardan bəri (hətta indinin özündə də)
Azərbaycanın bir çox dağ və aran rayonlarında dən çox məha-
rətlə əl ilə (xəlbir vasitəsilə) sortlara ayrılır. Bu sortlara ayırma
üsulu “xəlbirləmə” adlanır. Dən xəlbirdən keçirilir və nəticədə
bir bərabərdə olan iri və ağır dənlər seçilib ayrılır.
Digər ən maraqlı üsul “hövsərləmə”- tabaqlama üsuludur;
bu üsul dəni xüsusi hövsər tabağına töküb, hövsərləməkdən
22
ibarətdir ki, bu da, xəlbirləmədə olduğu kimi, yaxşı nəticələr
verir.
Bunlardan başqa, dən xırmanda kürək vasitəsilə küləklə
sovrulmaqla da təmizlənir. Uzun müddət davam etdirilən bu
cür sortlara ayrıma üsulu, sünbüllərin seçilməsində olduğu
kimi, yeni sort və formaların əmələ gəlməsinə, toxumda
müsbət xassə və əlamətlərin möhkəmlənməsinə kömək edir.
Tarixi məlumatlardan aydın olur ki, müxtəlif beynəlxalq
sərgilərdə Azərbaycan kənd təsərrüfatının ayrı-ayrı qabaqcılları
buğda və s. bitkilərin sort və formalarının yaxşılaşdırılması
üzrə öz nailiyyətlərini nümayiş etdirmiş və yaxşı göstəricilər
üçün müvafiq mükafatlar da almışdılar.
1851-ci ildə Tiflis sərgisində iştirak etmiş Quba qəzasının
Gülabı kəndindən – Mirzə Məmməd Bayram oğlu və Siyəzən
kəndindən – Yunis Ağası oğlu buğda nümunələri üçün, Şəm-
şədil məntəqəsindən – Rəhim Cəfər oğlu – darı nümunələri
üçün mükafat almışlar.
1862-ci ildə Beynəlxalq London sərgisində Azərbaycan
kəndliləri öz nailiyyətlərini nümayiş etdirdiklərinə görə müka-
fat almışlar. Onların içərisində Lənkəran qəzasının Sabican
məntəqəsindən olan Nəsifqulu Nəsrulla oğlu həmin sərgidə
nümayiş etdirdiyi buğdaya görə mükafatlandırılmışdır.
Bundan əlavə, 1864-cü ildə Moskvada, 1867-ci ildə Parisdə
və 1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi müna-
sibətilə yenə də Moskvada təşkil olunmuş sərgilərdə iştirak
edən Azərbaycan kəndliləri xalça, ipək məmulatları və ən yaxşı
kənd təsərrüfatı bitkiləri, o cümlədən də dənli bitkilər nümayiş
etdirmişlər.
1889-cu ildə Tiflisdə açılmış kənd təsərrüfatı və sənaye
sərgisində H. Zərdabi özünün əldə etdiyi yeni buğda, arpa və
suluf (ağ darı və ya çuqara) sortlarını nümayiş etdirdiyinə görə,
diplom və medalla təltif olunmuşdur.
XIX əsrin sonuna kimi Azərbaycanda elmi əsaslara istinad
edən seleksiya işi aparılmamışdı. Lakin 1895-ci ildə Ağdaş qə-
23
zasında təşkil olunmuş nümunəvi pambıq sahələrini Azərbay-
canda təcrübə işinin başlanğıcı hesab etmək olar ki, sonralar
digər qəzalarda da belə sahələr təsis edildi. Lakin bu cür
sahələrdə ciddi tədqiqat işi aparılmadı, çünki bunların daimi
torpaq sahələri yox idi.
Toxumşünaslığın bünövrəsi çox qədim vaxtlardan qoyulmuş-
dur. Qədim əcdadlarımız öz inkişaflarının ilk dövrlərində onları
əhatə edən yabanı bitkiləri becərməyə və onların toxumunu
toplamağa başlamışdılar. Onlar becərdikləri bitkilərin içərisindən
daha məhsuldar olanların toxumlarını saxlamağa və onlardan
nəsil almağa çalışmışlar.
Toxumşünaslıq – əkinçiliklə bərabər meydana gəlmiş və
inkişaf etmişdir. Belə ki, insanlar ilk dövrlərdən başlayaraq
hansı bitkini becərmişlərsə, onun toxumundan istifadə etmiş,
onu çeşidlərə ayırmağı öyrənmişlər.
Arxeoloji qazıntıların nəticəsində əldə olunan materiallar sübut
edir ki, hələ 8-10 min il bundan əvvəl, Asiyanın Cənubi-Şərqində
çəltik, Misirdə və Çində buğda, Aralıq dənizi sahillərində
subtropik və paxla bitkiləri becərilirdi. Çində tut ağacları və
barama qurdları 5 min il bundan əvvəl yetişdirilmiş və təbii ipək
istehsal edilmişdir.
Azərbaycanda mədəni bitkilərin becərilməsinə hələ qədim
zamanlardan başlanmışdır. Qədim Yunanıstanın görkəmli alim-
ləri Herodot, Feofrast, Polibi, Strabon və başqaları öz əsərlərin-
də Azərbaycan torpağının məhsuldarlığı haqqında qeyd etmişlər.
Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl
becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsrlərdə
Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bit-
kilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çox
əsrlik fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii,
şüursuz seçmə nəticəsində çoxlu dənli bitkilərin, meyvə və
tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar hətta bu
günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməmişdir.
Respublikamızın müxtəlif rayonlarında: Mingəçevir, Naxçı-
24
van (Gültəpə), Göygöl, Abşeron (Binəqədi), Dağlıq Qarabağ
(Xocalı) və digər yerlərdə paleontoloji və arxeoloji qazıntılar
nəticəsində külli miqdarda müxtəlif bitki və heyvanların qalıqları
tapılmışdır. Bu qalıqları tədqiq edərək Azərbaycan alimləri
sübut etmişlər ki, dənli bitkilər Azərbaycanda hələ qədim
zamanlardan becərilirdi. Analoji məlumatlar üzüm və meyvə
bitkiləri haqqında da əldə olunmuşdur.
Tarixi mənbələrdən məlum olmuşdur ki, Azərbaycanda orta
əsrlərdə dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər,
habelə tut ağacı geniş becərilmiş, bu da barama qurdunun bəs-
lənməsinə və təbii ipək istehsal olunmasına imkan vermişdir.
Keçən əsrə qədər Azərbaycan ərazisində kənd təsərrüfatı
bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi
məlumatlar vardır. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində
ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran
qəzasında 19-cu əsrin 40-cı illərində A.A Dudınski tərəfindən
aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının
öyrənilməsi, habelə həmin əsrin 70-ci illərində Kazınskiy tərə-
findən bir çox sitrus bitkilərinin həmin iqlimə uyğunlaşma
məsələlərinin öyrənilməsini qeyd etmək olar. Quba qəzası üzrə
De-Bur qardaşları, Fenkendorf və başqaları tərəfindən bir çox
Avropadan gətirilmiş meyvə ağaclarının, üzüm tənəklərinin
becərilməsinin öyrənilməsi; Göyçay qəzası üzrə A.B. Şelkov-
nikin portağal bitkisinin iqlimə uyğunlaşma məsələsinin öyrə-
nilməsi; Gəncə qəzasında Qolitsin və Qorçakov tərəfindən şə-
rabçılığın, üzümçülüyün inkişafına dair işləri; Səlyan qəzasında
Karamzinin pambıq təsərrüfatında aqronom A.M.Stepanov
tərəfindən pambıq bitkisinin sortlarının yaxşılaşdırılmasına dair
işləri diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, pambıq bitkisi
ilə işlər 1904-cü ildə A.M.Stepanov tərəfindən başlanmışdır.
Azərbaycanda kənd təsərrüfatı elminin inkişafının ilk addımları
1895–ci ildə Ağdaş rayonunda ilkin nümunəvi pambıq sahə-
sinin təşkili ilə bağlıdır. Sonralar Azərbaycanın digər rayon-
larında belə sahələrin təşkil olunması əsasən tədqiqat məqsədi
25
güdürdü. Belə təcrübə sahələrində pambıq bitkisindən əlavə
araxis, soya, yonca və başqa bitkilər də əkilib öyrənilirdi.
Azərbaycanda kənd təsərrüfatında təcrübi işlər haqqında da-
nışdıqda Qarayaz Təcrübə sahəsi haqqında danışmamaq olmaz.
Ərazi etibarilə Gürcüstanda yerləşən bu sahə 1894-cü ildə
pambıq plantasiyası kimi təşkil olunmuşdur. Gürcüstanda yer-
ləşməyinə baxmayaraq bu elmi idarə Azərbaycanda pambıq-
çılığın inkişafına böyük təsir göstərmişdir. Burada 1903-cü ildə
aqronom N.P.Taratınov tərəfindən gətirilmiş “Kinq”adlı pam-
bıq sortu üzərində fərdi və kütləvi seçmə apararaq yeni yaxşı-
laşdırılmış “Kinq-Qarayazskiy” pambıq sortu yaradılmışdır.
1907-ci ildə Zəyəm stansiyasının yaxınlığında Sarıtəpə tədqiqat
stansiyası təşkil olunmuşdur. Burada pambıq, taxıl, paxla, tü-
tün, yonca və başqa bitkilər üzrə aparılan işlər əsasən tədqiqat
məqsədi daşıyırdı. Bu sahə 1914-cü ilə qədər fəaliyyət göstər-
di.1912-ci ildə Ağstafa təcrübə sahəsinin qarşısında aşağıdakı
məsələlər qoyulmuşdur:
1. Toxumçuluq məsələləri
2. Yemçilik məsələsi;
3. Növbəli əkinlərin öyrənilməsi;
Azərbaycanda 1909-cu ildə Muğan təcrübə stansiyasının təş-
kili kənd təsərrüfatı elminin inkişafında ən böyük nailiyyətlərdən
biri olmalı idi. Lakin həmin dövrdə müvafiq maddi texniki dəs-
təyin olmaması stansiyanın tikilməsi prosesinin təxirə salınması
ilə nəticələndi. Yalnız 1913-cü ildə Mərkəzi Muğanda stansiya
əvəzinə təcrübə sahəsinin təşkil olunması məsələsi qarşıya qo-
yuldu. Lakin bu plan da yerinə yetirilmədi. 1914-cü ildə birinci
dünya müharibəsi başladı və bütün işlər təxirə salındı. Bununla
yanaşı Cəfərxan seleksiya plantasiyası təşkil olunması barədə
qərar qəbul edilmişdir. Stansiyanın elmi fəaliyyətində aşağıdakı
məsələlərin öyrənilməsi qarşıya qoyulmuşdur:
1. Kolleksiya şitilliyinin təşkili;
2. Pambıq, küncüt üzrə təmiz xətlər alınmasının təşkili;
3. Yoncanın toxumçuluğunu təşkili.
26
Cəfərxan stansiyasında işlərin normallığı bərpa olunur, pam-
bıq üzrə seleksiya işləri qaydaya salınır və genişlənirdi. Məsə-
lən, seleksiya şitilliyi təşkil olunur, stansiyada alınan təmiz
xətlər becərilir, ayrıca hibrid pitomniki sahəsi yaranır, pambıq
bitkisinin toxumçuluğu genişlənir və yeni formaların yaradıl-
ması məsələsilə məşğul olunurdu. Pambıqçılıqda elmi işlərin
təşkilinə xüsusi fikir verilirdi. 1925-ci ildə Bünyatzadə bu
planın təcili həllinə ciddi təşəbbüs göstərmişdir və həmin ildə
Gəncə şəhərinin yaxınlığında Gəncə Təcrübə Seleksiya stansi-
yasının bünövrəsi qoyulmuşdur. Bina tikilməmiş burada pam-
bığın sort sınağı və gübrələrin pambıq bitkisinə verilməsi mə-
sələləri barədə geniş elmi işlər başlanılmışdır. Gəncə Təcrübə
Seleksiya stansiyasının elmi işinin təşkilinə yaxından köməklik
edilir.
1924-cü ildən 1929-cu ilə qədər Azərbaycanda təcrübə
idarələrinin sayı 4-dən 21-ə çatmışdır. Bunlardan ikisi Gəncədə
- Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu, Göygöl
rayonunda Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu
idi. Bu müddət ərzində Azərbaycanda torpaq zonalarının öyrə-
nilməsində bir sıra əsaslı işlər aparılmışdır. Bu işlər gələcəkdə
nəzərdə tutulan elmi idarələrin təşkilində böyük rol oynamışdır.
N.İ.Vavilovun təşəbbüsü ilə Mirbəşir (Tərtər) rayonunda
Azərbaycan Dövlət Seleksiya stansiyası yaradılmışdır. İlk
ekspedisiya 1914-cü ildə L.L. Dekaprileviçin rəhbərliyi ilə təş-
kil edilmiş və onlar taxıl bitkilərini yığaraq, 5 buğda növünü
təyin etmişlər.
Ilk rəsmi toxumluq stansiyası Rusiyada 1877-ci ildə A.F.
Batalin tərəfindən Peterburqda Baş botanika bağında yaradıl-
mışdır. 1881-ci ildə A.A.Fadaev Petrovskidə, indiki K.A.Ti-
miryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında to-
xumluq stansiyası yaratmışdır. (1950-ci ildən o, toxum nəzarəti
laboratoriyası kimi K.A.Timiryazev Kənd Təsərrüfatı Akade-
miyasının tarlaçılıq elmi stansiyasının tərkibinə daxil olmuş-
dur.) Bir qədər sonra, professor P.R. Slyezkinin başçılığı
27
altında Kiyev stansiyası (1897-ci ildə), sonralar isə Xarkovski
(1906), Yekatirinoslavski (1907), Voronejski (1911), Mos-
kovski (1912) və b. toxum stansiyaları təşkil olunmuşdur.
Toxumların səpin keyfiyyətinə kütləvi nəzarət üçün toxum
nəzarəti laboratoriyaları var. Bu laboratoriyalara da toxum
müfəttişləri nəzarət edir.
Hal-hazırda hər növ analiz üçün Dövlət nəzarəti (k/t bit-
kilərinin toxumlarının təyini üçün üsullar) vardır.
1937- ci ildə dənli bitkilərin toxumlarını yaxşılaşdırılması
tədbirləri haqqında qərar qəbul edildi. Onun əsasında vahid,
seleksiya toxumçuluq və Dövlət sort sınağı və s. təşkil edildi.
1993 -cü ildən sonra Respublikamızda toxumçuluq və nəzarət
haqqında qərarlar qəbul edildi. Onlarda toxumların yüksək
səpin keyfiyyətində istehsalı üçün əsas verir.
Toxumun səpin keyfiyyətini yüksəltmək üçün toxum müd-
dətliliyi əsas rol oynayır. Onlara rəhbərlik etmək üçün kənd tə-
sərrüfatı nazirliyi nəzdində Dövlət toxum müfəttişliyi vardır.
Müxtəlif ölkələrin toxum nəzarət işi vahid beynəlxalq təş-
kilatda birləşərək toxum üzrə nəzarət təşkil etmişlər (1924). Bu
nəzarətin hal-hazırda 50 ölkə üzvüdür.
Beynəlxalq assosiasiya 3 ildən bir konqres çağırır və to-
xumların təhlilinin metodikasını təşkil edir. Burada müxtəlif öl-
kələrdə görülən işlərin nəticələri təhlil edilir. Elmi məruzələr
hazırlanır və elmi məqalələrdə işıqlandırılır.
1.5. Dövlət toxumçuluq xidməti, onun hüquqları və
vəzifələri
Azərbaycan Respublikasında dövlət toxumçuluq xidməti
toxumçuluğun idarə edilməsindən və toxumçuluğa dövlət
nəzarətindən ibarətdir və müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir.
Dövlət toxumçuluq xidmətinin fəaliyyəti və vəzifəli şəxslə-
rin səlahiyyətləri müvafiq qaydada təsdiq olunmuş əsasnamələr
28
və təlimatlarla müəyyən olunur.
Hal-hazırda Azərbaycanda toxum üzərində dövlət və
təsərrüfat tərəfindən nəzarət aparılır. Dövlət nəzarəti fermer
təsərrüfatı və seleksiya-təcrübə idarələrində kənd təsərrüfatı
bitkiləri toxumlarının keyfiyyəti üzərində aparılan tədbirlər
sistemindən ibarətdir. Dövlət nəzarətinin bilavasitə vəzifəsi
fermer təsərrüfatlarının ayırdığı toxum materiallarının səpin və
cins keyfiyyətini müəyyən etməkdən ibarətdir.
Dövlət nəzarəti iki formada olur:
1. Sort əkinlərdə bitkilər kökü üzərində olarkən aparılan nə-
zarət-bu tarla aprobasiyası və sort əkinlərin qeyd edilməsidir.
2. Toxum nəzarəti–dövlət toxum-nəzarət laboratoriyaları ilə
toxumların saxlanması, tədarükü və planlı istifadəsi zamanı
sort və səpin keyfiyyəti üzərində olan nəzarətdir.
Toxum üzərində dövlət nəzarətindən başqa, təsərrüfatdaxili
nəzarət də aparılır.
Təsərrüfatdaxili nəzarətin vəzifəsi daim toxumçuluğun tex-
nikası və aqrotexnikası üzərində nəzarət etmək, toxumun sort
zibillənməsinin, cırlaşmasının və səpin keyfiyyətinin aşağı düş-
məsinin qarşısını almaqdan ibarətdir. Bu nəzarət düzgün
aparılmazsa, toxumçuluq işinə və təsərrüfata böyük ziyan vura
bilər.
Təsərrüfatdaxili nəzarət, toxumçu aqronom, fermer təsərrü-
fatının idarə heyəti, müdiriyyəti və digər məsul işçiləri tərəfin-
dən aparılır. Təsərrüfatdaxili nəzarət zamanı orta nümunənin
düzgün götürülməsinə, aprobasiyanın aparılmasına, toxumçu-
luq sahələrinin ayrılmasına və bu sahələrdə toxumçuluğun
aqrotexnikasına əməl edilməsinə nəzarət edilir.
Təsərrüfatdaxili nəzarət zamanı, xüsusilə toxumçuluq sənəd-
lərinin tərtib edilməsinə diqqət edilməlidir.
Sortun saflılığını və təmizlik dərəcəsini təyin etmək üçün üç
üsuldan: laboratoriyada yoxlamaq, tarlada yoxlamaq və tarla
aprobasiyasından istifadə edilir, hər üç üsul bir-birini tamam-
layır.
29
Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir:
• toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət
etmələrinə nəzarəti həyata keçirmək;
• toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən
uyğunluq sertifikatları vermək;
• sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və
bitki mənşəli məhsullardan nümunələr götürmək və onları
təhlil etmək;
• dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və
keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların
toxumluq məqsədilə satılmasını qadağan etmək;
• toxumçuluq subyektlərini attestasiyadan keçirmək və
qeydiyyata almaq;
• qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq
subyektlərindən sortun patent sahibi ilə lisenziya müqaviləsi
bağlanmasını tələb etmək;
• toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə
akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan Respublika-
sının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə
cəlb edilməsi üçün prokurorluğa, məhkəməyə və ya müvafiq
icra hakimiyyəti orqanlarına göndərmək;
• toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən
etmək;
• toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasının maraqlarını müdafiə etmək;
• müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr,
idarələr və təşkilatlar yaradılması üçün təkliflər vermək;
• aprobatorların hazırlanmasını, onların ixtisasının artırılma-
sını və attestasiya edilməsini təşkil etmək;
• dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit,
elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti aparmaq;
• ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini
aparmaq;
• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
30
Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır:
• toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək
• tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta
toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq;
• toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və
təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları səlahiyyətli
orqanların təsdiqinə vermək;
• toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, ka-
taloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təş-
kil etmək;
• toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək;
• toxumçuluq sahəsində beynəlxalq əməkdaşlığın və koope-
rasiyanın inkişaf etdirilməsini əlaqələndirmək;
• toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək;
• toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını
təşkil etmək;
• toxum istehsalçılarını standartlar, təlimatlar və digər nor-
mativ sənədlərlə təmin etmək;
• qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslər müvafiq
qaydada təsdiq edilmiş əsasnaməyə uyğun olaraq dövlət to-
xumçuluq xidmətində attestasiyadan keçirlər və toxum
istehsalçılarının reyestrinə daxil edilirlər.
Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi
və fiziki şəxslərin istehsal etdikləri toxumlara sortluq və səpin
keyfıyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilmir.
Mülkiyyət formasından asılı olmayaraq toxumçuluq fəa-
liyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər aşağıdakı hü-
quqlara malikdirlər:
• sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;
• qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,
istehsal edilən məhsullara sahiblik, istifadə və sərəncam hüquq-
larını sərbəst həyata keçirmək;
31
• dövlət toxumçuluq xidmətindən güzəştli şərtlərlə toxum,
uçot-hesabat sənədləri almaq, istehsal etdikləri məhsullara
keyfiyyət sənədləri verilməsini tələb etmək;
• toxumçuluq sahəsində keçirilən konfranslarda, simpo-
ziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək;
• toxumçuluqda tətbiq edilən maliyyə-kredit, gömrük və
başqa güzəştlərdən istifadə etmək;
• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
Toxum və bitki toxumlarının sortları və onların xüsusiyyət-
ləri arasında oxşarlıq xarici əlamətlərdən qismən tanına bilir.
Bazarda istehlakçıların maraqlarının müdafiəsi ona görə lazım-
dır ki, yalnız keyfiyyəti müəyyən minimal tələblərə cavab ve-
rən toxum və bitki toxumu məhsulları belə adlanan toxum döv-
riyyəsinə çıxarıla bilər. Bundan başqa toxum istehsalı zamanı
tədarükdən sonra anbarda saxlanılması və dövriyyədə ciddi
yoxlanılır.
Səpin üçün nəzərdə tutulan toxumun dövriyyəsi üzrə qay-
dalar «toxumun dövriyyəsi barədə qanunda» öz əksini tapıb.
Burada söhbət məzmunca vacib tələblərdən, toxumun xüsusiy-
yətləri müəyyənləşdirməkdən getmir, eyni zamanda burada
söhbət nəzarət mexanizmindən, saxtalaşdırmadan və alladılma-
dan qorunmadan gedir (məs., müvafiq etiketləşdirmə). Ciddi
tələblər buna zəmanət verir ki, yalnız dövriyyədə olan toxum
yüksək inkişaf etmiş kənd təsərrüfatının tələblərinə cavab verə
bilər. Bundan əlavə qaydalar yüksək səmərəli sortlardan, hib-
ridlərdən alınan toxumların yetərli həcmdə olmasını təmin et-
məlidir. Toxumun vaxtında əvəzlənməsi isə hər halda məqsə-
dəuyğun olardı, çünki bu öz növbəsində seleksiya işinin nai-
liyyətini praktikaya fasiləsiz tətbiqini təmin etmiş olar və
bununla kənd təsərrüfatında səmərəliliyin artırılmasına öz
töhvəsini verərdi.
Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata
alınmış, sortluq və səpin keyfiyyətləri dövlət standartlarının
32
tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə
daxil edilir.
«Toxum üzərində nəzarət müfəttişliyi»nin vəzifəsi toxumun
keyfiyyətini müxtəlif çoxaltma mərhələlərində və yaxud satış
fazalarında nəzarəti həyata keçirməkdən ibarətdir. Bununla bu
qurum azad kənd təsərrüfatı bazarının qurulması işinin və onun
fəaliyyətinin tənzimlənməsi kimi əhəmiyyətli bir funksiyanı
yerinə yetirir. Nəticələr və nailiyyətlər mütləq müvafiq ser-
tifikatlarla təmin edilməlidir və bunsuz bazarın işləməsi müm-
kün deyil. Bundan əlavə toxum üzərində nəzarət müfəttişliyi
həlledici nəzarət idarəsi kimi toxum üzərində sertifikat-
laşdırmanı (təsdiqlənməni) və qanuni çərçivə şərtlərinin icra
edilmə mexanizmi üzərində nəzarəti həyata keçirir.
Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları
müvafiq dövlət standartları ilə müəyyən edilir.
Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum
nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təli-
matlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır.
Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmə-
tinin laboratoriyalarında aparılır.
Dövlət standartlarının tələblərinə cavab verən toxumlara
dövlət toxumçuluq xidməti tərəfindən sortluq və səpin
keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir.
Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin
nəticəsini əks etdirən vəsiqələr verilir.
Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar müvafiq qay-
dada qablaşdırılır və etiketləşdirilir. Etiketdə toxumun keyfiy-
yəti haqqında tam məlumatlar verilir.
Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların qabla-
rında müvafiq xəbərdarlıq yazıları olur. Etiketdə və ya müşa-
yiət edici sənədlərdə toxumların istifadəsi üzrə təhlükəsizlik
qaydaları haqqında məlumatlar olur.
Ölkə müxtəlif iqlim qurşaqlarına malikdir (dünyada mövcud
olan 11 iqlim qurşağından 9-u burada yerləşir). Bu baxımdan
33
sortların təcrübədən keçirmə yerləri 11 Azərbaycanda + 2
Naxçıvanda supzonalara bölünür. Bu isə çoxlu sortların
sınaqdan keçirmə məntəqələrinin yaranmasına gətirib çıxarıb.
Hal-hazırda 41 məntəqədən 16-sı fəaliyyət göstərir.
Toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksi-
yalı toxumlar istehsalından, sığorta fondunun və dövlət toxum
ehtiyatlarının yaradılmasından ibarətdir.
Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri
toxumçuluq sisteminin yaradılması zamanı nəzərə alınır və mü-
vafiq icra hakimiyyəti orqanlarının normativ aktları ilə tən-
zimlənir.
Məhsul istehsalçılarını təmin etmək, dövlətin beynəlxalq
müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz
qalmış bölgələrə köməklik göstərmək məqsədilə dövlət, yerli
və sığorta toxum fondları yaradılır.
Toxum fondlarına dövlət reyestrinə daxil edilmiş sortların
dövlət standartlarının tələblərinə cavab verən toxumları tədarük
edilir.
Toxum fondlarının həcmi, tədarük, saxlanma və istifadə
qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəy-
yən edilir. Toxum fondlarına toxum tədarükü müvafiq icra
hakimiyyəti orqanları ilə toxumçuluq subyektləri arasında bağ-
lanmış müqavilələr əsasında həyata keçirilir.
Toxumçuluq planlaşdırıldıqda toxumun alınma, nəmlik,
sortdəyişmə və sorttəzələmə qaydası, əkin sahəsinin quruluşu,
kondisiyalı toxum çıxımı, səpin norması, sığorta və dəyişən
toxum fondlarının həcmi nəzərə alınmalıdır. Toxumçuluğun
planlaşdırılması sortdəyişmə və sorttəzələmənin dövrülüyün-
dən və lazımı kateqoriyalı toxumun istehsal planından asılıdır.
Toxumçuluğun həcmi bütün hesabatlar, çoxaltma əmsalı,
sığorta və dəyişən toxum fondları nəzərə alınmaqla lazımı
kateqoriyalı toxum istehsalının plan-sifarişi əsasında qurulur.
Toxumçuluğu təşkil edən zaman toxumun bioloji potensia-
lını təmin edən amillər nəzərə alınmalıdır. Bu amillər genetik
34
(sələf; torpağın becərilməsi; qidalanma səviyyəsi; toxumun
səpinqabağı işlənməsi; səpin norması, müddəti, üsulu; bitkilərə
qulluq)və təbii (torpaq münbitliyinin səviyyəsi, hava şəraiti)
ola bilər.
Sığorta toxum fondu hər il təzələnir. Sığorta toxum fondu-
nun müəyyən edilmiş müddətdə başqa məqsədlər üçün
istifadəsi qadağandır.
Toxum fondlarının əmtəəlik məhsuldan yaradılmasına bir
qayda olaraq yol verilmir. Müstəsna hallarda toxum fondlarının
əmtəəlik məhsuldan yaradılması müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə həyata keçirilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş hallar istisna olmaqla dövlət toxumçuluq müəssisələ-
rinin fəaliyyətinə və idarə edilməsinə dövlət bələdiyyə və digər
orqanlarının qarışmasına yol verilmir.
Aqrar islahatlar zamanı dövlət toxumçuluq müəssisələrinin
təşkilati-hüquqi formasının dəyişdirilməsi «Aqrar islahatının
əsasları haqqında» və «Sovxoz və kolxozların islahatı haqqın-
da» Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir.
Qeyri-dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi
formalarını təsisçilər müstəqil müəyyən edir, onların yaradıl-
ması və fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi
ilə tənzimlənir.
Fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki
şəxslər bu qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, yalnız
reproduksiyalı toxumların istehsalı və satışı ilə məşğul ola
bilərlər.
Ölkədə 21 dövlət elita çoxaltma müəssisəsi mövcuddur.
Bunlardan 8-i taxıl üzrə, 6-ı kartof və tərəvəz 1, pambıq 1,
meyvəçilik 4, üzümçülük 2 yetişdirmə üzrə ixtisaslaşıblar.
Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə
olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi
əsasında həyata keçirilir.
35
1.6. Toxumçuluqla əlaqədar Dövlət qanunvericiliyi
Поделитесь с Вашими друзьями: |