SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z



Yüklə 2.8 Kb.

səhifə20/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20
PARTENOGENEZ –mayalanmamış yumurtadan rüşeymin 
inkişafı. 
POPULYASİYA – müəyyən  ərazidə yaşayan, bir–biri ilə 
sərbəst cütləşən, bu və ya digər dərəcədə növün digər 
qruplarından təcrid olunmuş fərdlər qrupuna deyilir. 
REPRODUKSİYALI TOXUM- Elit toxumun ardıcıl 
çoxaldılmasından alınmış toxuma deyilir. 
SEDİMENTASİYA – 2 faizli sirkə turşusu məhlulunda un 
dənəciklərinin şişməsini göstərir. Bu göstərici nə qədər yüksək 
olarsa, çörəkbişirmə keyfiyyəti bir o qədər yüksək olar; 
SELEKSİYA – seçmə  
SORT-  eyni genotip, genotiplər qrupu və fenotiplərin 
əlamətlərini səciyyələndirən, həmin toksona aid digər bitki 
qruplarından ən azı bir əlamətinə görə fərqlənən oxşar bitkilər 
qrupu; 
SORTDƏYİŞMƏ─təsərrüfat sahələrində bir sortun (və ya 
bir neçə sortun) qeydiyyatdan keçmiş digər daha məhsuldar və 
ya  əvvəlki sortla müqayisədə  hər hansı üstünlüyə malik olan 
sortların toxumu ilə əvəz olunmasıdır. 
SORTTƏZƏLƏMƏ─təsərrüfatda sortluq toxumun həmin 
sorta aid olan daha yüksək reproduksiyalı toxumla əvəz 
olunmasıdır.  
SPOR –sporogenez nəticəsində sporositlərdən  əmələ  gələn 
haploid rüşeym hüceyrəsi olub, nəsil növbələşməsində qeyri –
cinsiyyətli çoxalmadan cinsiyyətli çoxalmaya keçid formadır. 
STERİLLİK –(dölsüzlük) cinsiyyətli yolla nəsil  əmələ 
gətirmək xüsusiyyətinin azalması və ya tamam itməsi. 
SUPER ELİT TOXUM- Orijinal toxumun çoxaldılma-
sından alınmış toxuma deyilir. 

300 
ŞAXTA VURMUŞ TOXUMLAR - Yetişmə dövründə 
şaxta ilə zədələnən, asanlıqla qabığından ayrılan və səthi qırışıq 
olan toxumlardır; 
TAKSONOMIK TƏSNİFAT – oxşar xüsusiyyətlərinə  və 
əlamətlərinə görə fərqlənən fərdlərin müəyyən təsnifat qrupun-
da (məsələn, bitki sistematikasında fəsilə, cins, növ, növ-
müxtəlifliyi və s. taksonlar mövcuddur) birləşdirilməsi. Bitki 
növünün takson adı (elmi adı) ümumi qəbul edilmiş qaydaya 
əsasən, cins və növ adından ibarət olur. Məsələn, Triticum 
aestivum taksonu: burada Triticum buğda cinsinin, T.aestivum 
isə çörək buğdası (yumşaq buğda) növünün elmi adıdır. 
TƏBII MÜHİTDƏ MÜHAFİZƏ - yabanı bitki müxtəlif-
liyinin təbii areallarında becərilən sort və digər nümunələrin 
xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı 
mühitdə (in situ) mühafizəsi və idarə olunması; 
TƏMİZ  XƏTT- həmişə öz-özünə tozlanan və hamısı bir 
homoziqot fərddən əmələ gələn bütün fərdlərin məcmuu. 
TƏSƏRRÜFAT UZUNÖMÜRLLÜYÜ –  toxumun opti-
mal  şəraitdə kondision cücərməsini saxlamaq xüsusiyyətidir. 
Bioloji və  həmçinin təsərrüfat uzunömürlülüyü bu xüsusuiy-
yətlərin davam etdiyi dövrlə xarakterizə olunur.  
TOXUM – kənd təsərrüfatı bitki sortunun təkrar istehsalı 
üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ 
(çiling, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı; 
TOXUM SAKİTLİK DÖVRÜNDƏ hansısa bir növün 
toxumları üçün əlverişli  şəraitin olmasına baxmayaraq, bö-
yümür, bununla belə həyat qabiliyyətini saxlayır; 
TOXUMLARDA DƏNİN DOLMA DƏRƏCƏSİ-  Dənin 
100% dolması zamanı toxumun ölçüləri (eni, uzunu və iriliyi) 
və 1000 ədəd dənin kütləsi maksimal həddə olur; 
TOXUMLARIN ARBİTRAJ TƏHLILI-  təsərrüfatlar və 
təşkilatlar arasında olan toxumların səpin keyfiyyəti haqqında 
fikir ayrılığına aydınlıq gətirmək məqsədilə toxumların təh-
lilidir. Toxumların arbitraj təhlili toxum nəzarəti təşkilatlarında 

301 
aparılır; 
TOXUMLARIN BOYATMA GÜCÜ – toxumların 
laboratoriya şəraitində torpağın və ya onu əvəz edən substratın 
üzərinə çıxma qabiliyyəti; 
TOXUMLARIN CÜCƏRMƏ ENERJİSİ-  tam cücərmə 
qeydə alınmamışdan qabaq normal cücərmiş toxumların sayı. 
Bu say hər bitki üçün Dövlət Standartları ilə müəyyən 
müddətdə təyin edilir; 
TOXUMLARIN CÜCƏRMƏ QABILİYYƏTİ - müəyyən 
edilmiş müddətdə normal inkişaf etmiş cücərtilər verən toxum-
ların sayının, götürülmüş toxumların sayına olan nisbətdir; 
TOXUMLARIN FORMASI  – Üç ölçü vahidi ilə xarak-
terizə olunur – uzunluğu, eni və qalınlığı.  
TOXUMLARIN HƏYATİLİK QABİLİYYƏTİ - 
toxumluq materialda canlı toxumların% -lə miqdarı  nəzərdə 
tutulur; 
TOXUMLARIN  İNDIVIDUAL KÜTLƏSİ  - bir dənin 
milliqramla kütləsi, hansı ki, eşmə tərəzidə təyin edirlər bu da 
elmi tədqiqatlar zamanı əhəmiyyət kəsb edir.  
TOXUMLARIN LÜMINESENT – toxumların orijinal-
lığını, onların həyatilik qabiliyyətini, xəstəliklərlə yoluxmasını, 
xarici mühit şəraitinin təsirindən aldıqları  zədələrin lümine-
senslərin istifadəsi ilə təyin edilməsi; 
TOXUMLARIN MƏCBURI SAKİTLİK HALI-Toxu-
mun cücərməsinə, xüsusən toxumun torpağın dərin qatındakı 
sakitlik vəziyyətində bu halda olmasına işığın müsbət təsiri var; 
TOXUMLARIN NATURA ÇƏKİSİ – Bir litr toxumun 
qramla çəkisidir. 
TOXUMLARIN NƏMLIYI– qurudulmaq üçün götürül-
müş toxum nümunəsində olan suyun%-lə miqdarıd 
TOXUMLARIN SIXLIĞI  – vahid həcmdə toxumun 
kütləsidir, qramla ifadə olunur. Bu əlamət toxumun sıxlığından, 
kimyəvi tərkibindən və yetişməsindən asılıdır.  
TOXUMLARIN ZƏDƏLƏNMƏSİ – k/t maşınlarının və 

302 
texnikasının işçi orqanlarının təsiri ilə mexaniki zədələnməsi
TOXUMŞÜNASLIQ – k/t elminin bir sahəsi olub, to-
xumların mayalanmadan sərbəst bitki olanadək həyatını  və 
inkişafını öyrənir; 
TOXUMUN CILIZLIĞI - Tam dolmamış, büzülmüş 
toxumlardır; 
TOXUMUN ELASTİKLİYİ VƏ MÖHKƏMLİYİ. Fərqli 
elastikliyə malik toxumlar fərqli düşmə sürətinə malik olurlar. 
Toxumların elastikliyi nə  qədər çox olarsa bir o qədər onlar 
şaquli düşmə zamanı uzağa uçar. Bu xüsusiyyətdən istifadə 
edərək, qabıqlı toxumları  zədəlilərdən (düyü, yulaf), nəmliləri 
qurulardan ayırmaq olar.  
TOXUMUN ELEKTRİKLİK XÜSUSIYYƏTİ - 
Toxumların sortlaşdırılmasında istifadə olunan metodlardan 
biri də fasiləsiz elektrikin verilməsidir.  
TOXUMUN GERÇƏK VƏ YA HƏQİQİ SAKİTLİK 
HALI - xarici mühitin heç bir təsirindən böyümür, bu hal 
əsasən oduncaqlı bitki növlərində, meyvə  və ot bitkilərində 
olur; 
TOXUMUN MÜTLƏQ ÇƏKISI - 1000 ədəd toxumun 
quru maddəyə görə hesablanmış qramlarla çəkisidir; 
TOXUMUN NİSBİ SAKİTLİYİ –toxumlar yalnız 
müəyyən spesifik şəraitdə cücərməsi; 
TOXUMUN RƏNGI – növ və ya sort əlamətidir. O, ağdan 
qara rəngə qədər dəyişir. İki göstərici ilə xarakrerizə olunur ; 
TOXUMUN SAKİTLİYİ  – bitkilərin təkamül prosesi 
nəticəsində  əldə etdiyi xüsusiyyətdir, belə ki, bu xüsusiyyətə 
görə, növün təbiətdə uzun illər saxlanılması mümkündür; 
TOXUMUN SƏTHI - onun  strukturunun xüsusiyyətlərini 
göstərir və təmizlənmə və sortlaşdırma proseslərinə təsir edir; 
TOXUMUN  ŞÜŞƏVARİLİYİ – toxumun zülal tərkibini 
xarakterizə edən  əlamətlərdən biridir. Belə ki, əgər toxum 
şüşəvaridirsə, bu onun tərkibində yüksək miqdarda zülal və 
xırda dənəli nişastanın olmasını göstərir; 

303 
TOXUMUN TƏMIZLİYİ-  nəzarət toxumlarda əsas 
bitkinin toxumlarının miqdarının% -lə kütləsidir; 
TOXUMUN ÜMUMİ TƏSVİRİ – bu əlamət iki ölçü - eni 
və uzunu ilə xarakterizə olunur. O toxumun en üzünün düz səth 
üstündə proyeksiyasının göstərir; 
YABANI  ƏCDAD (QOHUM) - Mədəni növlərin az və 
ya çox dərəcədə qohumluğu (əksər hallarda eyni bor cins 
daxilində) olan becərilməyən növ. 
YERLİ SORTLAR - başlıca olaraq ənənəvi aqrosistem-
lərdə istifadə edilən, kənd təsərrüfatı istehsalından çıxarılan, 
lakin müəyyən elmi, sosial-iqtisadi, mədəni-tarixi və digər 
əhəmiyyət kəsb edən yerli, əsasən elmi və xalq seleksiya 
sortları; 
ZİQOT - mayalanmadan sonra əmələ gələn orqanizm; 

304 

305 

306 

307 

308 
 

309 
ƏDƏBİYYAT 
 
1.  2008-2015-ci illərdə Azərbaycan Respublikasında 
əhalinin  ərzaq məhsulları ilə etibarlı  təminatına dair Dövlət 
proqramı. İqtisadiyyat qəzeti , 4-10 sentyabr 2008-ci il. 
2.  Axundov M.A. İsmayılov A.S. Genetika. “Maarif” 
nəşriyyatı, Bakı – 1981 
3.  Aqronomun məlumat kitabı (red:X.O.Güləhmədov), 
Azərnəşr. 1989. s. 240. 
4.  Allahyarov S.Z. Elmi - tədqiqat əsasları, Gəncə, 2002 
5.  Aprobator və Aprobasiya haqqında əsasnamə 
6.  Azərbaycan Ekologiya Standartlarının Monitorinqi 
Fondunun internet saytı: http://azecology.org 
7.  Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər 
Nazirliyinin internet saytı: http:/ /www. eco. gov. az 
8.  Azərbaycan Respublikasının Biomüxtəliflik üzrə Ölkə 
Tədqiqatı. Bioloji Müxtəliflik Konvensiyası üzrə I Milli 
Məruzə. Bakı, "ƏLFƏRÜL", 2004, 160 s. 
9.  Bitki Genetik Ehtiyatları üzrə Milli İnformasiya 
Mübadiləsi Mexanizmi. 2006, Bakı (Internet portalı:h 
ttp://www.pgrfa. orş/gpa/aze) 
10.  Dubinin N. İ. Ümumi genetika, M., “Nauka” , 1970 
11.  Əkbərov Z.İ., Məmmədov A.T. Bitki genetik 
ehtiyatlarının  əsas tədqiqat strategiyaları // Azərbaycan 
Aqrar Elmi, Bakı, 2007, N1-3. 
12.   Əliyev C., Əkbərov Z., Məmmədov A.  Bioloji 
müxtəliflik. Bakı “Elm” - 2008 
13.  Əlizadə A.V. Yumşaq buğda sortlarının kombinasiya 
qabiliyyəti. Bakı, 1987 
14.  Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının 
vəziyyətinə dair II Ölkə Hesabatı. 2006, Bakı (internet-
resursu:http://www.pgrfa.org/gpa/aze/azerbaijan2az.pdf 
15.  Hacıyev C.Ə., Hüseynov M.M., Məmmədova K.Y. 
Əkinçiliyin elmi əsasları və sistemləri. Gəncə, 2005  

310 
16.  Həsənov Z.M. Meyvəçilik (laborator-praktikum) 
Bakı,2010 
17.  Həsənov Z., Əliyev C. Meyvəçilik, Bakı, 2007. 
18.  Ibrahim Cəfərov. Tarla bitkilərinin xəstəlikləri. Bakı-
“Elm” 2009 
19.  İsmayılov M.M Taxılçılıqda məhsuldarlığı yüksəldən 
və ekoloji təmiz məhsul istehsalını  təmin edən aqrotexniki 
tədbirlərin öyrənilməsi. Bakı, 1999. 
20.  Quliyev R.Ə. Genetikanın  əsasları ilə bitkilərin 
seleksiyası. Bakı, 2003 
21.  Qulyayev Q.V. Genetika M., “Kolos”, 1971 
22.  Qurbanov F.H. İlkin toxumçuluq, sorttəzələmə  və 
sortdəyişmənin təşkili. Gəncə 2004. 
23.  Qurbanov F.H. Yumşaq buğdanın qısaboylu perspektiv 
formalarının öyrənilməsi. Bakı, 1998. 
24.  Qurbanov F.H., Eldarov E.İ. Növarası hibridləşmə 
zamanı valideyn formaların qovuşmasının təyini. Bakı, 1996. 
ekologiya nəşri. 
25.  Qurbanov F.H., İskəndərov A.S. Payızlıq dənli taxıl 
bitkilərinin becərilməsi və toxumluğuna dair tövsiyyə. Gəncə 
2002. 
26.  Qurbanov F.H., Kənd təsərrüfatı bitkilərinin seleksiyası 
və toxumçuluğu. Bakı, 2011. 
27.  Qurbanov F.H.. İbrahimov A.Q., Seleksiya və 
toxumçuluq (laborator-praktikum). Bakı 2012 
28.  Musayev  Ə.C., Hüseynov H.S., Məmmədov Z.A. 
Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində  tədqiqat işlərinə 
dair tarla təcrübələrinin metodikası. Bakı, 2008 
29.  Mustafayev  İ.D. Azərbaycan buğdalarının genetiki-
seleksiya öyrənilməsi. Bakı, 1965. 
30.  Mustafayev  İ.D. Azərbaycanda buğda bitkisinin 
seleksiyası. Bakı – 1958. 
31.  N.Y Seyidəliyev. Genetika , seleksiya və toxumçuluq . 
Bakı – 2010. 

311 
32.  Seyidəliyev N.Y. Genetika 100 sual və 100 cavab, Bakı 
– 2001 
33.  Seyidəliyev N.Y. Genetika, seleksiya və toxumçuluq, 
Bakı 2010. 
34.  Seyidəliyev N.Y. Keyfiyyətli toxum yüksək mıhsulun 
əsasıdıdr, Gəncə - 2003 
35.  Seyidəliyev N.Y. Pambığın toxumçuluğuna dair 
tövsiyələr, Bakı -1995 
36.  Stent Q. Molekulyar genetika, “Mir”, 1974 
37.  Toxumçuluq haqqında Azərbaycan Respublikasının 
qanunu  İ.  Əliyev Azərbaycan Respublikasının Prezidenti – 
Bakı şəhəri, 01 fevral 2007-ci il 
38.  Бадина  Г.В.,  Королев  А.В.,  Королева P.O. Основы 
агрономии. Л., 1988. 448 с. 
39.  Вавилов  Н.И.  Проблемы  происхождения  мирового 
земледелия в свете современных исследований.М ., 1932. 
 

312 
 
 
 
 
 
 
Nizami Seyidəliyev, Firudin Qurbanov. Mina Məmmədova 
 
“Toxumşünaslıq” dərslik 
 
Bakı, “MBM”, 2014, 312 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Нашир: Ъейщун Ялийев 
Бядии редактор: Афяр Фяттащова  
Дизайнер: Ирадя Ящмядова 
Техники редакторлар: Цлви Ариф, Асим Сяфяров 
Операторлар: Мялащят Гулийева, Тярлан Гулийева  
 
 
_________________________________________ 
Йыьылмаьа верилмишдир: 01.02.2014 
Чапа имзаланмышдыр: 25.03.2014 
Тираж 300; ш.ч.в. 19,5 
«МБМ» няшриййатынын мятбяясиндя  
чап олунмушдур
 



1   ...   12   13   14   15   16   17   18   19   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə