SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z



Yüklə 2.8 Kb.

səhifə3/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

 
Azərbaycan Respublikasında son 10 ildə bitki genetik ehti-
yatlarının mühafizəsi və inkişafı, bu ehtiyatların mövcud oldu-
ğu ekosistemlərin qorunması, kənd təsərrüfatı sistemi və tor-
paqdan istifadə ilə bağlı bir sıra qanun və sərəncamlar, hüquqi-
normativ aktlar qəbul edilmişdir. Milli Məclis tərəfindən qəbul 
edilən və AR Prezidenti tərəfindən imzalanan bu qanun-
vericilik sənədlərində müəyyən səviyyədə mühafizə, istifadə, 
seleksiyaçıların hüquqları, toxum istehsalı  və satışı kimi 
məsələlər öz həllini tapmışdır. 
Ölkənin aqrar sektorda iqtisadi siyasətinin ümumi strate-
giyası bir çox qanunlarda, o cümlədən “Ərzaq Təhlükəsizliyi 
Proqramı”, “Yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə 
Dövlət Proqramı”, “2003–2005-ci illərdə kiçik və orta sahib-
karlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” kimi siyasi 
sənədlərdə öz əksini tapmışdır. Ümumiyyətlə, 1995 – 2006-cı 
illərdə aqrar sahə ilə əlaqədar 100-dən çox qanun, fərman, sə-
rəncam, qərar və digər hüquqi-normativ sənədlər qəbul olun-
muşdur. 
Belə ki, 1997-ci ildə “Seleksiya nailiyyətləri haqqında” və 
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanunları 
qəbul edilmiş,  Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 
74 nömrəli qərarı ilə 42 dövlət toxumçuluq, tinglik və damazlıq 
müəssisələri yaradılaraq Nazirlər Kabinetinin aqrar elmdəki 
vahid strateji məqsədləri formalaşdırmaq, alınan elmi nəti-
cələrin özəl təsərrüfatlarda tətbiqinin səmərəliliyini artırmaq 
məqsədi ilə 16 dekabr 1999-cu il 190 nömrəli qərarı ilə Aqrar 
Elm Mərkəzi yaradılmışdır.  
Bununla yanaşı, “Kənd təsərrüfatı bitkilərinin toxumlarının 
sort və  səpin keyfiyyəti” nə dair Milli Dövlət Standartı 
hazırlanıb nəşr edilmişdir.  
25 iyun 2007-ci il Ölkə Prezidentinin sərəncamı ilə “To-
xumçuluq haqqında qanun” (yeni) qəbul olunmuşdur.  

36 
Ölkəmizdə toxumçuluq sahəsində qanunvericiliyin beynəl-
xalq standartlara uyğunlaşdırılması üçün sənədlər toplusu 
hazırlanmış, müvafiq dəqiqləşdirmə və dəyişikliklər aparılmış-
dır. Bunlar aşağıdakılardır: 
•  “Aprobator barədə Əsasnamə və onun tədris planı”  
•  “Toxumçuluqda aprobasiyanın keçirilmə qaydaları, 
toxum sertifikatları və onun əsasnaməsi” 
•  “Toxumların qablaşdırılması, daşınması  və saxlanması 
qaydaları” 
•  “Toxumluq sahələrin seçilməsi qaydaları” 
•  “Toxum sığorta fondunun yaradılması qaydaları” 
•  “Toxumluq subyektlərin attestasiyası qaydaları” 
•  “Toxumçuluq subyektlərinin stimullaşdırılması qay-
daları” 
•  “Toxumçuluqda sığorta sisteminin tətbiqi qaydaları” 
•  “Dövlət sort-sınaq komissiyasının Əsasnaməsi”  
•  “Sort-sınaq qaydaları” 
•  “Bitki toxumların fitosanitar qaydaları və sertifikatları” 
•  “Bitki genetik ehtiyatlarının yaradılması qaydaları” 
•  “Toxumçuluq haqqında qanun” 
 
Aşağıdakı son 10 ildəki qanunvericilik fəaliyyətini nümayiş 
etdirir. Biomüxtəliflik,  ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı 
sistemi və s. sahələr üzrə qanunvericilik bazasının inkişafı  və 
təkmilləşdirilməsi, yeni qanunların qəbulu istiqamətində 
fəaliyyətlər davam edir. 
Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respublika-
sının Qanunu 1996; 
Toxumçuluq Haqqında Azərbaycan Respublikasının Qanunu 
1997; 
Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respub-
likasının Qanununa əlavələr 2000; 
BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasına 
qoşulmaq haqqında Azərbaycan Respublikasının qanunu 2000; 

37 
Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu 2000; 
Bitki sortlarının hüquqi mühafizəsi haqqında Sazişin təsdiq 
edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2003; 
“Yeni bitki sortlarının mühafizəsi haqqında Beynəlxalq 
Konvensiyaya (UPOV) qoşulmaq barəsində Azərbaycan Res-
publikasının Qanunu 2003; 
Toxumçuluq Haqqında Azərbaycan Respublikasının Qa-
nununa əlavələr 2005; 
Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması 
və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı 
2006; 
 
 
 
 
 
 
 
 
 
 
 
 

38 
II FƏSİL 
 
 TOXUMLARIN FORMALAŞMASI, İNKİŞAF 
DÖVRLƏRİ VƏ ONLARDA GEDƏN FİZİOLOJİ, 
KİMYƏVİ PROSESLƏR 
 
 
2.1. Toxumların formalaşması, 
 dolması və yetişməsi 
 
Toxumlar ontogenezdə bitki inkişafının embrional mər-
hələsidir. Bitkilərdə toxumların maksimum miqdarda yumurta-
lıqdan  əmələ  gəlməsi bitkinin irsi xassələrindən, ekoloji və 
aqrotexniki  şəraitlərdən asılıdır. Belə ki, xarici şəraitin təsiri 
altında toxumların keyfiyyəti və qidalılığı birdən – birə  aşağı 
düşür. Məsələn: Xarici mühitin təsiri ilə qarabaşaqda cəmi 3-
5% çiçəklər yaxşı inkişaf etmiş toxumlar verir, qalanları məhv 
olur və ya tam qiymətli toxumlar vermir. Paxlalılarda (noxud, 
lobya, soya, yonca) həmişə çox yüksək %-də mayalanmamış 
çiçəklərə  və ya inkişafdan qalmış toxumlara rast gəlinir. 
Günəbaxanda isə 10-20% boş  dənlilik olur. Bu qeyri normal-
lıqların aradan qaldırılması toxumların keyfiyyətini və qida-
lılığını yüksəldir. 
Çiçəkləmə xüsusiyyətləri, mayalanma və onların həyat 
şəraiti toxumların səpin və  məhsuldarlıq keyfiyyətinə  təsir 
göstərir. 
Bir çiçək qrupunda ayrı–ayrı çiçəklər eyni vaxtda çiçək-
ləmir. Sünbüllü bitkilərdə (arpa, buğda, çovdar və s.) çiçəkləmə 
sünbülün orta hissəsindən aşağıya və yuxarıya gedir, mürəkkəb 
çiçəklilərdə, (günəbaxan, sorqo) kənardan səbətin orta hissə-
sinə doğru, süpürgəlilərdə (vələmir, darı, çəltik və s.) yuxarıdan 
aşağıya doğru, dənli – paxlalılarda (noxud, soya, lüpin) çiçək 
qrupunun aşağıda yerləşən 1-ci çiçəkləri açılır və s. belə  də 
toxumların formalaşması  və yetişməsi də gedir ki, bu da to-

39 
xumların müxtəlif keyfiyyətdə yetişməsinə  səbəb olur. Bir 
sünbülün daxilində toxumlar iriliyinə  və  çəkisinə görə  fərq-
lənirlər. Orta sünbülcüklərin kənar çiçəklərindən iri və  ağır 
toxumlar, daha xırda isə toxumlar aşağı  və yuxarı çiçəklərin 
orta çiçəklərindən  əmələ  gəlir. Ona görə  də onlar həm fiziki, 
həm də səpin və məhsuldarlıq xassələrinə görə fərqlənir. 
Toxumların müxtəlif keyfiyyətliliyi irsi xarakter daşıyır.  
Çoxsaylı  tədqiqatlar göstərir ki, bir buğda kolunda olan 
müxtəlif sünbüllərdən yığılmış toxumlar müxtəlif keyfiyyətdə 
olur, kolun orta sünbülündən olan dənlər daha yüksək məhsul 
verir. Dəni ağır və iri olur. İ.P. Rıjey və E.T. Zavqorodney baş 
gövdədəki sünbülün dəninin çəkisi 1,9 q, 1000 dənin kütləsi 
37,1 q, 4-cü gövdənin ki, 1,5 q; 36,4; 5-ci gövdənin ki, 1,1 və 
24, 2 q olmuşdur.  
Öz növbəsində əsas gövdədən olan sünbülün dənləri yüksək 
cücərmə enerjisinə, cücərmə faizinə malik olmaqla, yüksək 
məhsuldar bitkilər verir. 1-ci sünbüldən yığılan dənlərin məh-
suldarlığı 36,3 hek/sen, 4-cü sünbüldən isə 22 hek/sen ol-
muşdur.  
Toxumların müxtəlif keyfiyyətliliyi onun ana bitkidə yer-
ləşmə  vəziyyətindən asılı olarsa bu matrikal, xarici şəraitdən 
asılı olarsa ekoloji adlanır. Həmçinin toxumların genetik 
müxtəlif keyfiyyətlilikləri var ki, bu da valideyn formalarının 
bərabər olmayan hissələrinin birləşməsi nəticəsində yaranır. 
Burada çoxsaylı mayalanma effektinində müəyyən rolu var. 
Müxtəlif keyfiyyətliliyin bu 3 forması bir-birilə  əlaqədardır. 
Bunların aradan qaldırılması və yaxud azalması üçün seleksiya, 
toxumçuluq və aqrotexniki üsul və metodlardan istifadə olunur.  
Bitkilərdə iki qat mayalanma nəticəsində (1898-ci ildə rus 
alimi Navaşin tərəfindən öyrənilmişdir) müəyyən edilmişdir ki, 
tozluq dənələri (erkəkciklər) rüşeym kisəsinin dişiciyinin 
ağızcığına düşdükdən sonra onun toxumalarında cücərir və 
onlardan tozluq boruları  əmələ  gəlir. Tozluq borularında olan 
spermi nüvəsindən biri haploid yumurta hüceyrəsini mayalan-

40 
Şəkil 1. Buğda dənləri 
1.  Normal;  
2.   Rüşeymsiz; 
3. Endospermsiz inkişaf 
etmiş rüşeymlə 
dırır, digəri isə  mərkəzi hüceyrənin diploid nüvəsi ilə birləşir. 
Bu cür ikiqat mayalanmadan sonra ardınca mitoz bölünmə 
gedərək rüşeym meydana gəlir. Mərkəzi nüvə isə endospermə 
başlanğıc verir. Beləliklə, həm rüşeym, həm də endosperm 
cinsi orqanlardan əmələ  gəlir. Bir çox tarla bitkilərində 
(qarğıdalı, sorqo) toxumlar mayalanma getmədən də  əmələ 
gəlir. (partenogenez, apomiksis). Bunun seleksiya işində böyük 
əhəmiyyəti vardır. Bəzi hallarda partenogenezdə bir yumurta 
hüceyrəsində  və ya rüşeym kisəsində bir neçə rüşeym inkişaf 
edir ki, bu da çox rüşeymlilik adlanır.  
Bəzi hallarda endosperm nor-
mal inkişaf edir, rüşeym olmur, 
bəzi hallarda isə  əksinə rüşeym 
normal inkişaf edir, endosperm 
olmur. (Şəkil 1).  
 Bu o zaman olur ki, bir yu-
murta hüceyrəsi mayalanır və bir 
rüşeym inkişaf edir, bəzən isə 
rüşeym kisəsinin mərkəzi nüvəsi 
mayalanır. Bu zaman, rüşeymsiz 
dən inkişaf edir. 
İki rüşeymlilik arpa və qarğı-
dalıda rüşeymsizlik isə çovdar 
və buğdada rast gəlinir. Endospermsiz dənə isə nadir hallarda 
rast gəlinir. Döyüm zamanı onlar döyülmür və ya tullantı olur. 
Mayalanma və tozlanma şəraiti toxumun keyfiyyətini 
müəyyən edir. Ən yaxşı tozlanma üsulu çarpaz tozlanmadır. Ən 
yüksək keyfiyyətli toxumlar mayalanma zamanı çox tozluq 
dənəsinin iştirakı olduqda alınır. 
Rüşeymin inkişafı. Yumurta hüceyrəsində mayalanma 
getdikdən sonra ziqot əmələ  gəlir. Hansı ki, gələcək yaşlı 
orqanizmin bütün əlamət və xassələri orada cəmlənir. Rüşeym 
qida üçün və özünü formalaşdırmaq üçün endospermin 
hamısını və ya bir hissəsindən istifadə edir. Bir ləpəlilərdə bir, 

41 
iki ləpəlilərdə isə iki ləpə olur. Beş  ləpəlilərdə boy nöqtəsi 
ortada yerləşir. Bir ləpəlilərdə  dənin  əsası endospermdən 
ibarətdir. Bəzi bitkilərdə (çuğundurda) rüşeym endospermdən 
istifadə edir, lakin polispermiya qalır. Qara istiotda da toxumda 
həm endosperm həm də perisperm vardır. Bir ləpəli bitkilərdə 
vegetasiya müddəti uzun olduqda toxumun əmələ gəlməsi, bəzi 
hallarda isə rüşeymin  əmələ  gəlməsi uzanır. Məsələn: arpada 
tozcuqlar cücərəndən yarım saat sonra mayalanma gedir. 3-5 
gündən sonra rüşeymin bir çox hüceyrələri, 7-9 gündən sonra 
rüşeymin ayrı-ayrı hissələri, 12 gündən sonra isə rüşeym tam 
formalaşır. Qarğıdalının çox gec yetişən sortlarında mayalanma 
1,5-2 saatdan sonra gedir. 5-7 gündən sonra çox hüceyrəli rü-
şeym  əmələ  gəlir, 35-45 gündən sonra isə rüşeym və endo-
sperm tam formalaşır. Rüşeymin tam formalaşması bərk yetiş-
mə fazasında başa çatır. Toxum iri olduqda onun rüşeymi də iri 
olur. Qarğıdalıda toxumun kütləsi 200 mq olduqda onun rüşey-
mi 20 mq, 500 mq olduqda isə o 60 mq-a çatır.  
Rüşeymdə çoxlu zülallar sintez olunur, xüsusilə nuklepro-
teidlər, müxtəlif tərkibdə amin turşuları, yağlar,  şəkərlər və 
bəzi hallarda isə nişasta. Əgər rüşeymdə çoxlu yağ olarsa, onda 
endospermdə nişasta az olur və əksinə yağ az olduqda, nişasta 
çox olur. 
Rüşeymdə fermentlər (katalaza, amilaza, lipaza, proteinaza 
və b.), fizioloji aktiv maddələr (heteroauksin və b.) və vita-
minlər (B
1
, B
2
, B
6
 , PP, E) sintez olunur. 
Beləliklə, rüşeym yüksək inkişaf səviyyəsi və kifayət qədər 
fizioloji aktivliyi ilə xarakterizə olunur və bütün fizioloji aktiv 
maddələrinin əhəmiyyətli konsentrasiyasına malikdir. 
Rüşeymdə inqibatorlara da rast gəlinir hansı ki, onlar 
fizioloji fəallığı və boy proseslərini nizamlayır.  
Qarğıdalının rüşeym qınında triptofan inqibatoru müəyyən 
edilmişdir. 
Endospermin inkişafı.  Endosperm rüşeymin  ətrafında qa-
metlərin qovuşmasından sonra əmələ gələn, qida maddələri ilə 

42 
zəngin olan toxumadır. O, 3 nüvənin (iki dişi və bir erkək) qo-
vuşmasından əmələ gəlir. Ona görə də triploiddir. Endosperm-
qida maddələri ilə zəngin olmaqdan əlavə, toxumların və cavan 
bitkilərin formalaşmasında da əhəmiyyətli rol oynayır. Rüşeym 
endospermə az təsir göstərir. Endospermin olmaması və yaxud 
inkişafında qüsurların olması bir qayda olaraq rüşeymin məhv 
olmasına səbəb olur. Lakin endosperm rüşeymsiz normal 
inkişaf edə bilər. Endospermin zədələnməsidə eyni zamanda 
rüşeymə zərər vura bilər.  
Əksər bitkilərdə  əvvəlcə endosperm sonra rüşeym inkişaf 
edir. Məsələn: Buğdada ziqotda birinci mitoz, endospermdə 6 
nüvə olduqda gedir.  
Endosperm aleyron qatı adlanan xarici və  dənin unlu his-
səsini təşkil edən daxili təbəqədən ibarətdir.  
Rüşeym boy prosesində endospermi genişləndirir və hücey-
rələr deformasiyaya uğrayır, bu zaman ehtiyat qida maddə-
lərinin hidrolizi gedir, bundan da ilk gündən rüşeym istifadə 
edir. Ona görə  də ikiləpəli bitkilərdə endosperm təmamilə 
rüşeym tərəfindən udulur (sərf olunur), ehtiyat qida maddələri 
isə yenidən ləpələrin rüşeyminə tökülür.  
Endosperm də fizioloji cəhətdən aktivdir. Orada bir çox ak-
tiv boy maddələri, vitaminlər, amin turşuları, fermentlər vardır. 
Bunlardan da bitkilər istifadə edir. Buğdanın endospermində 
plastik nişastanın iri dənləri tozlanmadan 5 gün sonra əmələ 
gəlir, xırda dənli nişasta isə gec əmələ gəlir.  
Nişasta dənələrinin aralarındakı boşluqlar və hüceyrələrin 
arası zülalla tam dolduqda dən bərk  şüşəvari, nişasta ilə çox 
dolduqda isə yumşaq, yaxud unvari olur. 
Embrioloji proseslərin gedişinə ekoloji şərait çox güclü təsir 
edir. Belə ki, torpaqda və havada nəmliyin çox, temperaturun 
aşağı olması prosesləri (embrioloji) zəiflədir,  əksinə yüksək 
temperaturda və  nəmlik çatmadıqda sürətlənir. Ona görə  də 
şimalda nəmlik olan illərdə endospermin formalaşması prosesi 
xeyli uzanır. 

43 
Şəkil 2. Buğda dəninin 
enkəsiyi 
1.  Meyvə qlafı; 2. Toxum 
qabığı; 3. Aleyron təbəqəsi; 4. 
Rüşeym hissəsi 
 Toxum  qabığı. Toxum qabığı toxum borusunun xarici qa-
bıqlarından (intequmentlərdən) inkişaf edir. Dənli bitkilərin to-
xumlarında toxum qabığı yumurtalığın divarları ilə sıx birləşir.  
Mayalanmadan sonra toxumun inkişafı zamanı yumurtalığın 
divarları morfoloji və biokimyəvi dəyişkənliyə  məruz qalırlar 
və bunun nəticəsi olaraq meyvə qılafı (perikarpiya) əmələ gəlir.  
Toxumun qabığı onun daxili hissələrini mexaniki zədələr-
dən, xarici mühitin zərərli təsirindən qoruyur və suyun daxil 
olmasını, buxarlanmasını, qaz mübadiləsini və s. nizamlayır. 
Toxumlarda bu funksiyaları toxum qabığı yerinə yetirir. 
Toxum qabığının  əsasını sellüloza təşkil edir, onun bərk 
olmasına səbəb isə liqninlə hopdurulmuş olmasıdır. Toxum 
qabığında çoxlu mantar toxumaları var. Bəzi toxumların 
(kətanda) qılafının üzərində selikli maddələr, digərlərində isə 
aşı maddələri və piqmentlər olur. Toxum qabığında çoxlu 
miqdarda kül elementləri (Ca, Si, P və s.) və mikroelementlər 
aşkar olunmuşdur.  
Meyvələrin xaricdən  əhatə 
olunmuş  təbəqəsi meyvə qla-
fıdır (perikarpiya). Meyvə  qı-
lafı toxumun qabığını və digər 
hissələrini örtür. Bunula bəra-
bər meyvə  qılafı toxum örtü-
yünün daha çox inkişaf etmiş 
hissəsini təşkil edir. Toxum qı-
lafı isə  əsaslı surətdə reduksi-
yaya uğrayır və onun funksiya-
larının 
əksəriyyəti meyvə 
qılafına keçir. (Şəkil 2)  
Müxtəlif bitkilərdə konsis-
tensiyasına görə perikarpiya 
mühüm dərəcədə  fərqlənir: 
qozda bərk, günəbaxan və saflorda bir qədər yumşaq, 
taxılllarda isə örtüklüdür.  

44 
Şəkil 3. Çəmən yoncasının toxum 
qabığının anatomik quruluşu 
(enkəsiyi) 
1.  Polisad hüceyrələr; 2.  Sütun 
şəkilli hüceyrələr; 3. Parenxim 
Toxum qabığı xarakterinə görə parıldayan, tutqun hamar, 
didilmiş, göz-göz, biz-biz, uçağanlarla və  fırlarla  əhatələnmiş 
olur.  
Örtüklü taxılllarda (vələmir və arpa) dənlər döyüldükdən 
sonra çiçək pulcuqları ilə əhatə olunmuş olaraq qalır. Bunlar da 
dənin zədələnməsinin qarşısını almaqla saxlanmasını 
yaxşılaşdırır. Toxumların həyatilik qabiliyyətinin saxlanılması 
üçün toxum qabığının bütöv olması böyük əhəmiyyət daşıyır. 
Toxumda qabıq (qılaf) çat olduqda onun daxili hissəsi bir çox 
mikroorqanizmlər və  zərərvericilər tərəfindən zədələnir. 
Toxumun tənəffüs prosesinin intensivliyi pozulur. Bu da 
mikrorqanizmlərin aktiv fəaliyyyətini artırır.  
Qılaf və aleyron təbəqəsi 
yağış olduqda toxumlara 
nəmliyin daxil olmasının 
qarşısını alır, quru havada 
isə onu qurumaqdan qoru-
yur. Qılaf zədələndikdə to-
xum tez islanır və vaxtından 
əvvəl cücərir.  
Məlumdur ki, paxlalı ot-
larda, lüpin və başqa bitki-
lərdə toxumlara suyun daxil 
olma surəti onların qabı-
ğında olan daxili toxuması 
(palisad) ilə  əlaqədardır. 
(Şəkil 3 ) 
Onun tərkibi dəyişdikdə 
suyun daxil olması azalır və 
hətta qabıqları su buraxma-
yan bərk toxumlar əmələ  gəlir. Lakin qabıqların bütövlüyü 
pozulduğu zaman su dərhal daxili toxumalara keçir. Su 
toxumun bütün hissələrinə eyni qaydada daxil olmur. Belə ki, 
dənli bitkilərdə su rüşeym hissəsinə, paxlalı bitkilərdə isə 

45 
mikropile hissəsinə tez çatır.  
Toxumların qılafı  məhlulda olan bu və ya digər maddələrə 
görə yarımkeçiricilik qabiliyyətinə malikdir. Belə ki, arpanın 
dəni zəif faizli sulfat turşusunun məhlulundan suyu udur. 
Lakin, turşunu udmur. Toxum qılafının yarımkeçiricilik qa-
biliyyətli olmasının bioloji və təsərrüfat əhəmiyyəti var.  
Toxumların iriliyindən, yetişmə  dərəcəsindən və sort 
xüsusiyyətlərindən asılı olaraq toxumun müxtəlif hissələrinin 
nisbəti dəyişir.  
Məsələn:             
                               buğdada                      qarğıdalıda    
Qılaf                       8, 9%                           7,4% 
Endosperm             87,9%                         82,5 % 
Rüşeym                  3,2 %                           10, 1 %      
  
Verdiyimiz misaldan göründüyü kimi toxumun əsas his-
səsini ehtiyat qida maddəsi təşkil edir. Toxum nə qədər iri və 
ağır olarsa tərkibində ehtiyat qida maddəsi o qədər çox olar. 
Həmçinin belə toxumlarda rüşeym də böyük olur.  
Toxumların qabığı möhkəm olduqda külli miqdarda və 
qeyri-normal  şəraitə davamlı olmaqla, bitkidə  məhsuldarlıq 
yüksək olur.  
 
2.2.  Toxumların inkişaf dövrləri və fazaları 
 
Toxum çiçəkli bitkilərdə çoxalma orqanı hesab olunur. To-
xum yumurtacıqların mayalanması  nəticəsində ana bitki üzə-
rində  əmələ  gəlir və o, ana bitkidən ayrıldıqda müstəqil orqa-
nizmin başlanğıcı hesab olunur. Daha doğrusu, toxum bitkinin 
ontogenezində rüşeym stadiyasıdır, ondan yeni bitki inkişaf edir. 
Toxumun içərisində rüşeym və onun ilk qidasını təşkil edən 
ehtiyat qida maddəsi var. Toxumun rüşeymi üç hissədən: 
tumurcuq, kökcük və ləpədən ibarətdir. 
Toxum inkişafa başladıqda tumurcuqdan gələcək  yarpaq və 

46 
gövdə, kökcükdən bitkinin kök sistemi, ləpədən isə bitkinin ilk 
yarpaqları əmələ gəlir. 
Ehtiyat qida maddəsinin toplandığı  əsas toxumaya (ehtiyat 
parenxima) endosperm (endosperm – daxili toxum deməkdir) 
deyilir. 
Bəzən belə olur ki, ehtiyat qida maddələri endospermdə yox, 
rüşeymin öz hissələrində toplanır, bu zaman o, endospermsiz 
toxum adlanır. Endospermli (bir ləpəli) toxumlara buğda, arpa, 
vələmir və s. taxıl bitkiləri, zanbaqçiçəklilər və sair bitkilər 
daxildir. 
Endospermli toxumlar rüşeym, endosperm və qabıqdan 
ibarətdir. Qabıq rüşeym ilə endospermi xaricdən əhatə edir. 
Rüşeym kökcük, gövdəcik və tumurcuqdan ibarətdir Bun-
lardan başqa endosperm ilə rüşeym arasında qalxancıq olur ki, 
o, endospermdən  qida maddələrini sorub cücərməkdə olan rü-
şeymə keçirir. Qalxancıq rüşeymin ilk yarpaqcığı hesab olunur. 
Rüşeymin ilk yarpaqcıqları isə  ləpə adlanır. Endospermli 
toxumlarda qalxancıq bir ədəd olduğundan, bir ləpəli toxumlar 
adlanır. Endospermli toxumlarda ehtiyat qida  maddəsi olaraq 
əsasən nişasta və zülal toplanır. 
Endospermsiz (iki ləpəli) toxumlara misal olaraq lobya, no-
xud, alma, pambıq, badımcan, palıd, gənəgərçək və s. toxum-
ları göstərmək olar. Endospermsiz toxumlar qabıq və rüşeym-
dən ibarətdir. Rüşeym yenə də kökcükdən, tumurcuqdan və iki 
ədəd  ləpədən ibarətdir. 
Endospermsiz toxumların ləpələrində ehtiyat qida maddələri 
toplanır. Bu toxumlarda ehtiyat şəklində zülal və nişasta 
toplandığından onlar zülallı–nişastalı toxumlar adlanır. Lakin 
ehtiyat qida maddələrinin əsas hissəsini zülal təşkil edir. 
Yuxarıda qeyd etdik ki, çiçəkli bitkilərin çoxalmasında 
toxum  əsas rol oynayır. Toxumun cücərməsi üçün əlverişli 
şəraitin olması lazımdır. Hər şeydən əvvəl toxumun cücərməsi 
üçün istilik, rütubət, işıq, tənəffüsü üçün isə oksigen lazımdır. 
Toxuma daxil olan suyun təsiri altında toxum şişir. Su ilə 

47 
birlikdə fermentlərdə  təsir göstərir və ehtiyat qida maddələri 
məhlul halına keçib rüşeyimin qidalanmasına sərf olunur. Qida 
maddələrinin məhlulu rüşeymə çatdıqda, onda böyümə  və 
inkişaf başlayır. 
Toxumların cücərməsi üçün ikinci şərt temperaturdur. Cü-
cərmə temperaturu minimum, optimum və maksimum olur. 
Temperatur minimum olduqda toxumda cücərmə başlanır, opti-
mum temperaturda isə cücərmə nisbətən şiddətlənir, temperatur 
maksimumdan çox olduqda cücərmə dayanır.  
Müxtəlif bitkilər üçün müxtəlif temperatur hədləri olur. 
Məsələn, buğda və çovdar toxumu üçün minimum 0-4,8°C, 
optimum 25-31°C, maksimum 31-37°C; xiyar toxumu üçün 
minimum 15-18,5°C, optimum 31-37°C, maksimum 44-50°C 
temperatur lazımdır. 
Toxum cücərməyə başladıqda ilk dəfə rüşeym kökcüyü və 
sonra gövdəcik inkişaf etməyə başlayır. Böyüyən və inkişaf 
edən rüşeymdən tədricən müstəqil bitki əmələ gəlir. Onun kö-
kü, gövdəciyi və yarpaqları iriləşir və nəhayət müstəqil bitkiyə 
çevrilir.  
Toxumun cücərməsindən, yer üstündə ilk yaşıl yarpaqların 
əmələ gəlməsinə qədər cücərti, toxumda olan ehtiyat qida mad-
dələri hesabına qidalanır və  tənəffüs edir. Yaşıl yarpaqlar 
əmələ  gəldikdən sonra isə bitkilərdə üzvi maddələr hazırlanır. 
Daha doğrusu assimilyasiya prosesi gedir və müstəqil həyat 
başlanır. 
Elm və dünya qabaqcıllarının iş təcrübəsi sübut etmişdir ki, 
yaxşı toxum yüksək məhsulun rəhnidir. Məlumdur ki, toxumlar 
keyfiyyətli olduqda, onlardan inkişaf edən bitkilər qüvvətli və 
çox məhsuldar olur. Səpin üçün ayrılan toxumlar cins, dolu, 
sağlam və  təmiz olmalıdır. Buradan aydın olur ki, hər bir 
təsərrüfat yaxşı toxum əldə etmək üçün, toxumlar hələ bitki 
üzərində yetişdiyi zaman onların qayğısına qalmalıdır. Ona 
görə də əvvəlcədən toxumçuluq üçün münbit və alaq otlarından 
təmizlənmiş sahələr ayrılmasına, toxumçuluğun xüsusi aqro-

48 
texnikasına əməl edilməlidir. 
   Toxum  məhsulunun təkcə yetişdirilməsi ilə  iş bitmir. 
Toxumun yığılması, anbarlarda düzgün saxlanması və istifadə 
olunması üzərində dövlət və təsərrüfat tərəfindən daim nəzarət 
olmalıdır. 
Sort toxumlar kənd təsərrüfatı istehsalatında  əsas vəsait 
hesab olunur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı  və 
keyfiyyəti əsasən toxumun keyfiyyətindən asılıdır. Toxum ma-
terialında başqa qarışıqlar olmamalıdır və o, yüksək cücərmə 
qabiliyyətinə, həmçinin sağlam, zərərverici və  xəstəliklərə 
tutulmayan, cins keyfiyyətinə malik olmalıdır.  
Toxumun təmiz sortluluq dərəcəsi və birtipliyi onun sort 
keyfiyyətini təşkil edir. Ona görə  də toxumçuluq işi elə  təşkil 
edilməlidir ki, çoxalma zamanı yaxşı toxum almaq mümkün 
olsun.  
Toxumlar kütləvi çoxalma zamanı, daşındıqda və saxlan-
dıqda  əkin keyfiyyətinin saxlanması çox çətindir. Buradan 
aydın olur ki, toxum materialı üzərində  nəzarətin olması 
vacibdir.  
Yüksək məhsul götürülməsini təmin edən vacib tədbirlərdən 
biri də toxumluq materialın keyfiyyətli olmasıdır. Səpin üçün 
sağlam və iri dənli toxumlar götürülməlidir.  İri toxumlardan 
əmələ  gələn cücərtilərdə kollanma buğumu daha dərində 
yerləşir. Onların kök sistemləri və gövdələri güclü olur. 
Bir qayda olaraq səpin üçün toxum materialı yüksək məhsul 
alınmış sahədən götürülməlidir. Belə ki, yüksək məhsul götü-
rülmüş sahədə  dənlər iri, sağlam rüşeymli, tərkibində qida 
maddələri  yüksək və cücərmə qabiliyyəti yaxşı olur. Məhz bu-
na görə  də toxumluq sahələrdə aqrotexnika yüksək səviyyədə 
tətbiq edilir ki, yüksək və keyfiyyətli toxum əldə edilsin.  
Çalışmaq lazımdır ki, səpin üçün təmizlənmiş toxumlar iri 
və ölçülərinə görə bir bərabərdə olsun. Səpiləcək dən başqa 
qarışıqlardan təmiz, yüksək tarla cücərmə qabiliyyətinə malik, 
natura kütləsi yüksək olmaqla bir bərabərdə olmalıdır.  

49 
Yuxarıda göstərilən tələbatı ödəyən cins toxum yetişdirmək 
üçün elmi və əməli biliklərə malik olmaq lazımdır. 
Toxum da torpaq kimi kənd təsərrüfatı istehsalatının əsas və 
əvəzedilməz vəsaiti, məhsulun qızıl fondudur. Kənd təsərrüfatı 
bitki sortlarının yerli şəraitə uyğunlaşmış daha məhsuldar 
toxumları ilə aparılan səpin haqlı olaraq məhsulun artırılması 
və  əkinçilik məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasının 
ən böyük və əlverişli üsullarından biri sayılır. 
Geniş istehsalat təcrübəsi göstərir ki, rayonlaşdırılmış  ən 
yaxşı  dənli bitki sortlarının tətbiqi hər hektarda məhsulu orta 
hesabla 2-3 sentner, əksər hallarda isə daha çox artırır. 
Toxumçuluğun inkişafı – seleksiyanın inkişafı ilə  bərabər 
başlayıb. Keçmişdə  əkinçilər səpin üçün toxumu – sünbülün 
orta hissəsindən götürərək xəlbirləmə, övsəmə  və ya küləkdə 
sovurma yolu ilə çeşidlərə ayırırdılar. 
Toxum təmiz, cücərmə qabiliyyəti yüksək, dolğun, 
sağlam və sortca təmiz olmalıdır. Belə toxumu o zaman ye-
tişdirmək olar ki, yüksək aqrotexniki tələblərə əməl edilsin, 
növbəli  əkində toxumluq sahələr düzgün yerləşdirilsin, 
gübrə sisteminə düzgün əməl edilsin. 
Toxumun dolğunluğu və cücərtilərin tez alınması, kollanma 
düyününün dərində yerləşməsi, kollanması, şaxtaya davamlılığı 
və  qışlaması onun basdırılma dərinliyindən asılıdır. Toxumun 
basdırılma dərinliyi isə  səpin müddətindən, nəmlikdən, 
torpağın qranulometrik tərkibindən və toxumun iriliyindən 
asılıdır. Payızlıq buğda toxumunun optimal basdırılma dərinliyi 
4-5 sm-dir. Qranulometrik tərkibi yüngül olan və tez quruyan 
torpaqlarda toxumun basdırılma dərinliyini 2-3 sm, ağır və 
nəmli torpaqlarda isə 1-2 sm dayaz basdırmaq məsləhət görü-
lür. Dəmyə şəraitdə toxumu torpağın nəm qatına səpmək məq-
sədi ilə onları 6-8 sm dərinliyə basdırmaq məqsədə uyğundur. 
Səpiləcək toxumun torpağın nəm qatına düşməsi vacibdir. 
 Toxumluq  təsərrüfatları toxumu kondisiyaya çatdırmaq 
üçün toxum təmizləyən maşınlara, toxum anbarlarına, 

50 
toxumu qurutmaq üçün asfalt-sement meydançalara malik 
olmalıdır. 
Aqrotexniki  şəraitdən asılı olaraq bitkilər öz təbiətini 
dəyişdiyi üçün toxum təsərrüfatlarında aqrotexnika yüksək 
səviyyədə olmalı, lazımı k/t-ı maşınları  və yüksək ixtisaslı 
kadrlarla təmin edilməlidir. 
Mayalanmadan tam yetişməyə  qədər toxumda bir sıra 
mürəkkəb çevrilmələr gedir ki, o inkişaf etsin. Bu proses bir 
sıra dövr və fazalara bölünür ki, bu da dənli bitkilərdə çox 
yaxşı öyrənilmişdir.  
N.N. Kuleşov dənin bütün inkişaf proseslərini üç dövrə  və 
ya fazaya bölür. Dənin formalaşması, dolması  və yetişməsi. 
İ.Q. Strona isə bu prosesi daha kiçik dövr və fazalara bölür. 
Birinci dövrü iki dövrə - dənin  əmələ  gəlməsi  və  formalaş-


1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə