SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z



Yüklə 2.8 Kb.

səhifə6/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

IV FƏSİL 
 
TOXUMUN MORFOLOJİ ƏLAMƏTLƏRİ, FİZİKİ 
XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN TƏYİNİ ÜSULLARI 
 
 
4.1. Toxumun morfoloji əlamətləri 
və fiziki xüsusiyyətləri 
 
Toxumun morfoloji əlamətləri və fiziki xüsusiyyətləri onun 
keyfiyyəti ilə sıx əlaqədardır. Bundan başqa, toxumun texnoloji 
təmizliyini və sortlaşdırılmasını düzgün təyin etmək üçün də 
bunları bilmək lazımdır.  
Toxumun ümumi təsviri – bu əlamət iki ölçü - eni və uzunu 
ilə xarakterizə olunur. O, toxumun en üzünün düz səth üstündə 
proyeksiyasının göstərir. Toxumun təsvirinin aşağıdakı tipləri 
var: dairəvi, yumurtavari, tərsinə yumurtavarı, armudvari, oval, 
ellipsvari, böyrəkvari, ürəkvari, lansetvarı və s. (Şəkil 9)
  
Toxumun səthi - onun  strukturunun xüsusiyyətlərini gös-
tərir, təmizlənmə  və sortlaşdırma proseslərinə  təsir edir. To-
xumun səthi qırışıq, cadar, hamar, nahamar, yarğanlı, tükcüklü, 
dəlikli və s. olur.  
Əsasən alaq bitkilərinin toxumlarının üzü müxtəlif olur. 
Onların üzərində cürbəcür tükcüklər, tikancıqlar və başqa 
çıxıntılar olur ki, bu da onların sürətlə yayılmasında böyük rol 
oynayır. Həmçinin, bu çıxıntıların köməkliyi ilə alaqları  mə-
dəni bitkilərin toxumlarından ayırmaq mümkündür. Müxtəlif 
səthli toxumlar fərqli sürtünmə əmsalına malik olur. Bu əmsal 
0,25 – 0,6 arasında dəyişərək, həm toxumun səthindən, həm də 
nəmliyindən asılı olur. Belə ki, bitkinin nəmliyi nə  qədər 
yüksək olarsa, o qədər də sürtünmə əmsalı yüksək olur.  

84 
Şəkil 9.  Toxumların ümumi təsviri (sxemlə) 
1.  Dairəvi; 2. Yumurtavari; 3. Tərsinə yumurtavarı; 4. Armudvari; 5. Oval; 
6. Ellipsvarı; 7. Böyrəkvari; 8. Ürəkvari; 9. Üçbucaq; 10 Trapesvari; 
11.düzbucaqlı; 12. Çoxbucaqlı; 13. Xəttvari; 14.  Lansetvarı; 15. İyvari; 
16.Toppuzvari; 17. İlbizvari; 18. Spiral şəkilli; 19. Kasaşəkilli; 
 

85 
Pambıq toxumlarının tüklülüyü, onun sürtünmə  əmsalını 
azaldır və suyun toxumlar tərəfindən mənimsənilməsini 
zəiflədir.  
Toxumun rəngi – növ və ya sort əlamətidir. O, ağdan qara 
rəngə qədər dəyişir. İki göstərici ilə xarakrerizə olunur – rəng 
və  rəngin xarakteri (solğun və ya intensiv). Bu əlamətdən 
növün yaxud sortun təyin olunması üçün istifadə olunur. Lakin 
bu  əlamət sabit deyil: rəng toxumun yetişməsindən, yığılma 
şəraitindən, saxlanmasından və başqa amillərdən asılıdır. Bəzi 
hallarda toxumun rəngi onun keyfiyyətini orqanoleptik qiymət-
ləndirməyə  də kömək edir. Məsələn: üçyarapaq yoncanın 
toxumları müxtəlif rəngliliyi ilə xarakterizə olunur (alabəzək, 
bənövşəyi, qonur). Toxumun qonur rəngdə olması onun pis 
şəraitdə  yığılmasını  və saxlanılmasını, nəm çəkməsini və tam 
yetişməməsini göstərir. Toxumun rəngi onun qabığında olan 
piqmentlərin pozulması nəticəsində də dəyişə bilər.  
Toxumların rəngi (əsasən iri toxumlarda), onların fotoele-
ment prinsipli maşında tətbiq edərək sortlaşdırılmasında isti-
fadə olunur.  
Şüşəvarilik – toxumun zülal tərkibini xarakterizə edən əla-
mətlərdən biridir. Belə ki, əgər toxum şüşəvaridirsə, bu onun 
tərkibində yüksək miqdarda zülal və  xırda dənəli nişastanın 
olmasını göstərir.  Şüşəvari toxumu qırdıqda onun şüşə kimi 
şəffaf konsistensiyalı buynuzvari strukturaya malik olduğunu 
görürük. Unvari toxumlarda isə (qırıldıqda  şəffaf olmayan 
konsistensiyalı  və yumşaq-unvari strukturaya malik olurlar) 
zülalın miqdarı bir qayda olaraq aşağı olur.  
Dənin  şüşəvariliyi – bərk buğdanın  əlamətlərindən biridir. 
Bu əlamət həm də becərilmə şəraitindən asılıdır. 
Şüşəvarilik həmçinin ilin metereoloji şəraitindən də asılıdır 
– soyuq və rütubətli havada, toxumun dolma dövründə bu əla-
mət toxumda azalır, isti və quraq vaxtı isə artır. Lakin, yüksək 
şüşəvarilik toxumun heçdə yüksək keyfiyyətli olması deyil. 
Əgər  şüşəvarilik quraqlıqdan sünbüldə  dənin quruyaraq xarab 

86 
olması (zapal) və yaxud tutulma (zaxvat) nəticəsində  əmələ 
gəlirsə onda dən cılız olur.  
İstehsalat  şəraitində toxumun şüşəvariliyini yüksək səviy-
yədə saxlmaq üçün xüsusi aqronomik tədbirlərdən istifadə 
etmək lazımdır.  
Məlumdur ki, endospermin quruluşu toxumun səpin keyfiy-
yətinə  və  məhsuldarlıq xüsusiyyətlərinə  təsir edir. Şüşəvari 
endospermə malik olan buğda dənləri, unvari  endospermə 
malik olan buğda dənlərindən fərqli olaraq daha yüksək cü-
cərmə və böyümə enerjisinə malik olurlar. Bəzi tədqiqatçıların 
fikrincə eyni sortun şüşəvari endospermə malik olan toxumları 
nişastalı endospermli toxumlara nisbətən daha çox məhsul 
verir. Lakin, başqa tədqiqatçıların məlumatlarına görə payızlıq 
buğdanın toxumlarının unlu və ya şüşəvari olmasının onun 
məhsuldarlığına heç bir təsiri olmamışdır. Ona görə  də bu 
məsələnin daha geniş öyrənilməsi vacibdir.  
Toxumluq  əkin sahələrinin yığılması  və  işlənməsi zamanı, 
şüşəvari quru toxumların unvari toxumlara nisbətən daha zərif 
olmasını və tez zədələnməsini nəzərə almaq lazımdır.  
Toxumun cılızlığı.  Tam dolmamış, büzülmüş toxumlardır. 
Dolmaqda, yaxud formalaşmaqda olan toxuma plastik mad-
dələrin axınının pozulması toxumun cılızlığına gətirib çıxardır. 
Bunun da səbəbi toxumda kolloidlərin koaqulyasiyasının  və 
nəmliyin 40 – 50% azalmasıdır.  
Əgər bu qara yel (quru və isti külək) nəticəsində baş verirsə 
bu zapal (quraqlıqdan sünbüldə dənin quruyaraq xarab olması), 
torpaq nəmliyinin kəskin çatışmaması  nəticəsində  əmələ 
gəldikdə isə zaxvat (tutulmuş) adlanır. Aşağı temperatur da 
kolloidlərin koaqulyasiyasına səbəb ola bilər; xarici görünü-
şünə görə cılız toxumlara oxşayan belə toxumlar şaxta vurmuş 
toxumlar adlanır.  
Cılız toxumlar nahamar səthi ilə  fərqlənərək, forması  də-
yişkən olub çəkisi azalır. Kəskin cılız toxumların səpin key-
fiyyəti və  məhsuldarlığı  aşağı düşür və belə toxumlar səpinə 

87 
yararsız olur. N.N.Ulriyx toxumun cılızlığının obyektiv 
göstəricisini təklif edib - cılızlıq  əmsalı  (δ). Cılızlıq  əmsalı 
toxumun en kəsiyinin perimetrinin onun çevrəsinin perimetrinə 
olan nisbəti olub, toxumun enkəsiyin səthinə bərabərdir. Onun 
qiyməti 1-dən 1,06 arasında dəyişir.   
Dənin dolma dərəcəsi.  Dənin 100% dolması zamanı toxu-
mun ölçüləri (eni, uzunu və iriliyi) və 1000 ədəd dənin kütləsi 
maksimal həddə olur. Sorta, xəttə, hibridə xarakterik olaraq 
tam yetişmə dövründə dənə dolmuş toxumlar öz strukturlarının 
maksimal həddində olurlar. Formalaşma zamanı  əlverişsiz 
şəraitdə toxumlar qısalır yaxud eni və qalınlığı azalmış olur. Bu 
səbəbdən də 1000 ədəd dənin kütləsi azalır. Əgər dənə dolma 
prosesinin zəifləməsi toxumun qabığının deformasiyası ilə 
əlaqədardırsa, onda cılız toxumlar əmələ gəlir.  
Şaxta vurmuş toxumlar. Yetişmə dövründə şaxta ilə zədə-
lənən, asanlıqla qabığından ayrılan və  səthi qırışıq olan to-
xumlara  şaxta vurmuş toxumlar deyilir. Belə hallar əsasən 
Sibirdə  və  Şimali Qazaxıstanda qeydə alınır. Belə toxumlar 
zədələnmə  dərəcəsindən asılı olaraq, aşağı  səpin keyfiyyətinə 
və məhsuldarlığa malik olurlar.  
Şaxtavurmaya görə toxumlar üç dərəcəyə ayrılır (şəkil 8): 
Birinci dərəcə:  Dən normal ölçüdə və formada olur, lakin 
zəif parıltılı  rəngə malikdir. Dənin bel hissəsində eninə 
qırışıqlar olur.  
Ikinci dərəcə:  Dən normal ölçüdə, lakin parıltısız və bir 
qədər rəngini dəyişmiş olur. Səthində olan eninə qırışlar aydın 
görünür. Bəzən qabığın üst qatını barmaqla silərək qopartmaq 
da olur.  
Üçüncü dərəcə:  Dənin forması  dəyişir,  tam yetişməmiş  və 
cılız olur. Rəngi nəzərə çarpacaq dərəcədə dəyişir. 
Bütün səthi üzərində  kəskin qırışıqlar büküklərə çevrilir. 
Qabığın üst qatı barmaqla silinərək qopur.  

88 
Şəkil 10. 
1.  Birinci dərəcəli;  
2.   İkinci dərəcəli;  
3.   Üçüncü dərəcəli 
Toxumların təmizliyinin təyini zama-
nı üçüncü dərəcəli şaxta vurmuş toxum-
lar seçilir, götürülmüş orta nümunənin 
kütləsinə görə faizi tapılır.   
Morfoloji  əlamətlər becərilmə  şərai-
tindən, yetişməsindən   və s. asılı olaraq 
dəyişir.  
Toxumların forması.  – Üç ölçü va-
hidi ilə xarakterizə olunur – uzunluğu, 
eni və qalınlığı. Toxumların forması 
toxumun səthi ilə  əlaqəlidir. Belə ki, 
yastı toxumlar dairəvi və yumurtavari 
səthə malik olduqda onlar dairəvi yastı 
və ya yumurtavarı yastı formalı olurlar. 
Tarla bitkiləri toxumunun formasına görə beş əsas tipə ayrılır: 
(cədvəl 7, şəkil 11):  
 
 
Toxum formalarının əsas tipləri (N.N. Ulrixə görə) 
                                                                     Cədvəl 7 
 
Toxumların 
formaları 
Toxum ölçülərinin 
nisbəti 
Bitkilər 
1.  Yumru a=b=l 
Noxud, 
darı, xaççiçəklilər 
2.  Mərciməkvari 
aSorqo, mərcimək 
3.  Elliptik 
a=bDənli – paxlalı 
4.  Uzunsov 
aBirinci qrup dənlilər 
5.  Üçbucaqlı 
aQarabaşaq 
 
Qeyd: a – qalınlıq; b- en; l- uzunluq; 
 
 

89 
Yan 
Yan 
Yan 
Yan 
Yan 
Ü s t 
Ü s t 
Ü s t 
Ü s t
Ü s t 
Şəkil 11.Toxum formalarının 
tipləri. 
1.  Yumru;  
2.   Mərciməkvari;  
3.  Elliptik;  
4.  Uzunsov;  
5.  Üçbucaqlı 
Bir çox mədəni bitkilərin toxumları düzgün formaya malik 
olmadığı üçün bu tiplərə daxil edilməmişdir, lakin bu to-
xumların bir hissəsi verilən təsnifata tam uyğun gəlir. Bu da, 
mühəndislərin uyğun maşınları konstruksiyalaşdırmasını asan-
laşdırır. Belə ki, üçbucaq formalı deşikləri olan ələklərdən bu 
formaya malik olan alaq bitkilərinin toxumları - tatar qara-
başağı, həmçinin əzilmiş dən asanlıqla keçir. Yumru toxumları 
uzunvarilərdən ayırmaq üçün isə maili səthlərdən istifadə olu-
nur. Bu səthlərin üzərində yumru toxumlar dığırlanır, uzunlar 

90 
isə sürüşür və bu üsuldan istifadə edərək onları ayırmaq olur.  
Toxumun ölçüləri, yaxud iriliyi.  Toxumun ölçüləri (eni, 
uzunu, qalınlığı) onun əsas  əlamətlərindəndir, belə ki, bu 
əlamətlərin köməyi ilə toxumu təmizləmək və sortlaşdırmaq 
mümkündür. Bu millimetrlə ölçülərək müəyyən olunur. Toxu-
mun ən kiçik ölçüsü – qalınlığı (a), orta - eni (b) ən iri ölçüsü 
isə - uzunluğudur (l). 
Əsas dənli bitkilərdə bu ölçülər: uzunluq toxumun əsasından 
ucuna kimi olan ölçü; eni toxumun yan 2 tərəfi arasında olan 
ölçü; qalınlıq isə toxumun qarın hissəsi ilə bel hissəsi arasında 
olan ölçüdür.   
 Bu əlamətlərdən ən dayanıqlısı uzunluqdur, belə ki, o başqa 
ölçülərdən  əvvəl formalaşdığı üçün əlverişsiz  şəraitin təsirinə 
az məruz qalır.  
“İri toxum” termini (iri yaxud xırda) yalnız ölçülərə aiddir 
və onu toxumun kütləsi (ağır yaxud yüngül) ilə qarışdırmaq 
olmaz (baxmayaraq ki, aralarında yaxın əlaqə var).  
Yığım zamanı  bəzən eyni sahədən yığılmış toxum fərqli 
nəmliyə malik olur. Belə ki, kombaynla səhər yığılmış to-
xumla, günortadan sonra yığılmış toxumun nəmliyi arasında 
3,5%-dən çox fərqlilik müşahidə olunur. Nəmlik artdıqda 
toxumun ölçüləri də  dəyişir.  Ən kəskin dəyişən eni - (6,5-
10,8%), sonra qalınlığı və ən az uzunluğu (2-5,2%). Nəmliyin 
artması yaxud azalması  təkcə toxumun ölçülərinə yox 
həmçinin onun formasına, sürtünmə əmsalına, 1000 ədəd dənin 
kütləsinə, xırdalanmasına və s. əlamətlərinə də təsir edir.  
Toxumların ölçülərinin öyrənilməsi göstərmişdir ki, uzun-
luğu və eni həmçinin qalınlığı arasında elə  də mühüm asılılıq 
yoxdur. Lakin qalınlıq və enlilik arasında çox sıx  əlaqə mü-
şahidə olunur. Toxumların qalınlığı onun bioloji xüsusiyyət-
lərini daha aydın əks etdirir. Bu bir çox hallarda sortlaşdırmaq 
üçün istifadə edilir.  
Toxumun ölçüləri, həmçinin bu ölçülərin bir-birinə nisbəti 
verilmiş sortun müəyyən becərilmə  şəraitində seleksiya nöq-

91 
teyi-nəzərindən orta bioloji xarakteristika göstəricisi hesab 
edilir. 
Toxumun kütləsi.  Ölçüsündən və  həcmindən başqa, 
toxumun iriliyi onun kütləsi ilə  də ifadə oluna bilər, belə ki, 
kütlə ölçülərlə sıx əlaqəlidir. Kütlə də öz növbəsində aşağıda-
kılara ayrılır: 
1)  Individual kütlə - bir dənin milliqramla kütləsi, hansı ki, 
eşmə  tərəzidə  təyin edirlər bu da elmi tədqiqatlar zamanı 
əhəmiyyət kəsb edir.  
2)  1000  ədəd toxumun qramla kütləsi – Bir qayda olaraq 
kondision nəmlikdə müəyyən olunur (bu həm də bütün 
təsərrüfat hesabatları üçün vacibdir). 
3)  1000  ədəd toxumun mütləq kütləsi (A) -    1000  ədəd 
mütləq quru toxumun qramla kütləsi aşağıdakı düsturla 
hesablanır.  
 
A = 
 a (100-c)/100 
 
a – 1000 dənin kütləsi (q),       c – nəmlik (%-lə). 
 
Bu göstəricidən toxumşünaslıqda elmi tədqiqat işlərində iki 
nümunənin dəqiqliyi üçün istifadə edirlər.  
4) Sıxlıq  – vahid həcmdə toxumun kütləsidir, qramla ifadə 
olunur. Bu əlamət toxumun sıxlığından, kimyəvi tərkibindən və 
yetişməsindən asılıdır. Sıxlığına görə fərqlənən toxumları suda, 
yaxud duzlu məhlulda bir-birindən ayırmaq olar. 
5) Natura çəkisi. – Bir litr toxumun qramla çəkisidir. Bu 
əlamət toxumun sıxlığından, formasından və ölçüsündən 
asılıdır. Dənin naturası - onun keyfiyyətinin mühüm göstəricisi 
olub, dənin cılızlığının dərəcəsini ifadə edir. Natura çəkisini 
bilərək dənin bütövlükdə kütləsini təyin etmək olar.  
Aerodinamik xüsusiyyətləri – Bu xüsusiyyət toxumun hava 
axınının təsirlərinə müqaviməti ilə izah olunur. Bu isə öz növ-
bəsində toxumun ölçülərindən, formasından, möhkəmliyindən, 

92 
səthinin quruluşundan və hava axınında necə yerləşməsindən 
asılıdır. Toxumun aerodinamik göstəriciləri onun kritik sürət 
göstəricisi ilə (uçmaq sürəti) xarakterizə olunur. Bu hava axını-
nın sürətidir ki, toxum belə hava axınında asılı vəziyyətdə olur.   
Kritik sürət buğdada- 8,9–11,5 m/san, arpada- 8,4-10,8, 
qarabaşaqda isə 2,5 – 9,5 m/san -yə bərabərdir. Onu təyin edən 
cihaz porsion klasifikator adlanır. 
Toxumun elastikliyi və möhkəmliyi. Fərqli elastikliyə malik 
toxumlar fərqli düşmə sürətinə malik olurlar. Toxumların elas-
tikliyi nə  qədər çox olarsa bir o qədər onlar şaquli düşmə za-
manı uzağa uçar. Bu xüsusiyyətdən istifadə edərək, qabıqlı 
toxumları  zədəlilərdən (düyü, yulaf), nəmliləri qurulardan 
ayırmaq olar.  
Toxumun mexaniki möhkəmliyindən istifadə edərək onları 
torpaq qarışıqlarından təmizləmək olar. Belə ki, təmizlənməmiş 
toxum rezin vallara tökülür, torpaq döyülərək xırdalanır və 
kənarlaşdırılır, toxum isə zədələnmədən təmizlənir.  
Toxumun elektriklik xüsusiyyəti. Toxumların sortlaşdı-
rılmasında istifadə olunan metodlardan biri də fasiləsiz elek-
trikin verilməsidir. Elektrodlardan biri – yumru deşikli ələk, o 
biri isə onun üzərindədir. Bu üsul zamanı toxumlar enerjinin 
təsirindən polyarizasiya olunur və töküldüyü ələkdə perpen-
dikulyar olaraq dik dururlar. Beləliklə, eninə görə sortlaş-
dırılırlar. Dənlərin orientasiya olunması elektrik ötürücüdən və 
toxumların dielektrik keçiriciliyindən, formasından, ölçüsün-
dən, sıxlığından asılıdır.  Əgər dielektrik keçiriciliyi müxtə-
lifdirsə o zaman toxumların bir qismi güclü qalanları isə az 
orientasiya olunur. Güclü orientasiya olunmuş toxumlar ələk-
dən keçir, az orientasiya olunmuşlar isə keçə bilmir. Beləliklə 
başqa üsullarla bir-birindən çox çətin ayrılan yulafın və 
vələmirin toxumlarını bu üsulla bir-birindən ayırmaq asanlıqla 
mümkün olur. Sahədə olan gərginliyin  əhəmiyyəti toxumun 
elektrostatik sahədə güc xətləri boyunca çevrilməsidir ki, bu da 
onun orientasiya gərginliyi adlanır (E). Bu göstərici həm 

93 
keyfiyyət göstəricisi kimi, həm də toxumların möhkəmliyinə 
görə fraksiyalara ayrılmasında istifadə oluna bilər. Təyin 
olunub ki, toxumların sıxlığı  nə  qədər çox olarsa orientasiya 
gərginliyi (E) çox, toxumun keyfiyyəti isə yüksək olar. 
Toxumların möhkləmliyinə görə bu üsulla bölünməsi, 
məhlulda bölünməsinə nisbətən daha sadədir. 
Toxumun təmizlənməsi və sortlaşdırılmasında fiziki–me-
xaniki xüsusiyyətlərin istifadəsi - istehsalat şəraitində böyük 
əmək tələb edir və bunu bilmək çox vacibdir. Hər şeydən əvvəl 
nəzərə almaq lazımdır ki, toxum–canlı orqanizmdir, buna görə 
də onun fiziki xüsusiyyətləri ekoloji və aqrotexniki becərmə 
üsullarından, torpağın məhsuldarlığından, kənd təsərrüfatı 
bitkilərinin və sortların bioloji xüsusiyyətlərindən və s. 
amillərdən asılıdır.  
Məlumdur ki, iri toxumlar xırda toxumlara nisbətən çox 
məhsul verir. Bəs xırda və iri toxum dedikdə biz nə başa 
düşürük?  Əgər toxumun ölçüsünü əsas götürsək, onda o ilin 
şəraitindən asılı olaraq dəyişə bilər.  
Toxumlar fraksiyalardan keçirilir, orta fraksiyadan iri 
olanlar iri, xırda olanlar isə xırda toxum hesab edilir. Lakin bu 
əlamət dəyişkən xarakterlidir. Belə ki, ilin şəraitindən asılı 
olaraq bu il iri olan toxum növbəti il orta, yaxud xırda ölçülü 
toxumlar verə bilər.  
Təcrübədə 1000 ədəd dənin kütləsi göstərici kimi daha 
məqsədəuyğun sayılır. Bilirik ki, ağır, tam dolmuş toxumlar, 
yüngül toxumlardan daha yaxşıdır. Buna görə də, sortlaşdırma 
zamanı toxumun cücərmə və böyümə enerjisi ilə yanaşı, onun 
bu  əlaməti də  nəzərə alınır. Bu əlamətə görə, müxtəlif kənd 
təsərrüfatı bitkilərinin və sortlarının toxum partiyalarının qiy-
mətliliyi müəyyən olunur və optimal səpin norması hesablanır. 
Toxumun iriliyi ilə onun çəkisi arasında asılılıq vardır. 
Lakin bu asılılıq bəzən özünü doğrultmur. Belə ki, həddən artıq 
böyük olan toxumun çəkisi bəzən yüngül olur.  
Bir çox alimlərin tədqiqatları göstərir ki, toxumun iriliyi və 

94 
kütləsi - onun stabil göstəricilərindəndir və çox nadir hallarda 
əlverişsiz şərait 1000 ədəd dənin kütləsinin sürətlə azalmasına 
səbəb ola bilər. Aydındır ki, bitkilər təkamül prosesində 
gələcək nəsillərin normal inkişafını zəmanətə almaq üçün, hər 
şeydən  əvvəl hər cür şəraitdə toxumun inkişaf etməsini təmin 
etmək xüsusiyyəti qazanmışlar.  
1000 ədəd dənin kütləsinə başqa amillər də təsir edir: bitki-
nin yatması, xəstəlik və zərərvericilərə tutulması. Belə ki, süd 
yetişmə fazasında payızlıq buğdanın yatması zamanı 1000 ədəd 
dənin kütləsi 3,5 q azalır. 1000 ədəd dənin kütləsi – məhsulun 
quruluş elementi olaraq, sünbüldəki dənin sayı ilə birlikdə bit-
kinin məhsuldarlığını müəyyən edir və beləliklə  məhsuldarlığa 
təsir edir. 
Toxumun sortlaşdırılmasını düzgün təşkil etmək və  səpin 
keyfiyyətini, məhsuldarlıq xüsusiyyətlərini daha geniş qiymət-
ləndirmək üçün onun sıxlığını bilmək lazımdır. Bu əlamət onun 
kimyəvi tərkibindən və üzvi maddələrin nisbətindən asılıdır. 
Toxumun tərkibində olan üzvi maddələrin  əsas qrupları 
onun sıxlığa görə kəskin fərqlənir. Belə ki, bu əlamət nişastada 
- 1,5, zülalda - 1,34, sellülozada – 1,3, piylərdə isə - 0,92 -ə 
bərabərdir.  
Toxumun sıxlığına onun tərkibində olan hava da təsir edir. 
Buğdada o toxumun kütləsinin–1,8-10,9%, arpada 7,5-14,5, 
bərk qarğıdalıda 4,8-6,2, nişastalı qarğıdalıda isə 15,2-23,3% -
ni təşkil edir. Ən çox hava nisbəti isə (20-25%) - günəbaxan, 
qarabaşaq, və s. kimi örtüklü bitkilərdə olur.  
Toxumun toxumalarında kifayət qədər kapilyar və xırda mə-
samələr vardır ki, bu da toxumun sıxlığını əhəmiyyətli dərəcə-
də aşağı salır.  
Toxumun ayrı–ayrı hissələrinin çəki nisbətləri sortdan və 
becərildiyi ilin şəraitindən asılı olaraq dəyişir. Bu da toxumun 
sıxlığına təsir edir. Buğda toxumunun ayrı-ayrı hissələrinin, 
toxumun ümumi çəkisinə% -lə nisbəti aşağıdakı kimidir: dənin 
qılafı – 5,5, toxumun qılafı – 2,5, aleyron qatı – 7, rüşeym – 2,5 

95 
və endospermin 82,5% -dir. Hissələrin sıxlığı toxumun ümumi 
sıxlığından fərqlənir. Buğdada ən az sıxlıq məsaməliliyinə görə 
onun toxumunun qılafında (1,07), endospermdə    nişasta çox 
olan hissədə  ən çox (1,47), rüşeymdə - 1,29, bütöv dəndə - 
1,37-ə bərabərdir.  
Toxumun sıxlığı onun iriliyinə görə də dəyişə bilər. Belə ki, 
toxum nə  qədər kiçikdirsə, o qədər də vahid kütləyə düşən 
qılafın miqdarı çoxalır və sıxlıq azalır. Bundan başqa, xırda və 
orta ölçülü toxumlarda endospermin sıxlığı, xırda toxumlarda 
isə həmçinin rüşeym sıxlığı iri toxumlara nisbətən azdır. Lakin, 
çox iri toxumlarda sıxlıq azdır bu isə onların quruluşunda 
boşluqların  əmələ  gəlməsi və  qılaflarda havanın çoxalmasının 
nəticəsidir. Bu da “Toxumlar çox böyük olmasına baxmayaraq 
məhsuldarlıq həmişə yüksək olmur” ifadəsinin səbəbidir.  
Toxumun nəmliyinin azalması və kimyəvi tərkibinin dəyiş-
məsi ilə əlaqədar toxum yetişdikcə onun sıxlığı kəskin dəyişir. 
Dənli və bir çox tarla bitkilərində toxumun sıxlığı vahiddən 
çox olduğuna görə, toxum yetişdiyi müddətdə nəmliyi azalır və 
onun sıxlığı artır. Lakin yağlı bitkilərin toxumlarında sıxlıq 
vahiddən az olur və toxum yetişdikcə sıxlıq da azalır.  
Mütləq quru toxumların sıxlığı N.N. Ulrixin təklif etdiyi 
düsturla təyin edilir:  
 
(
)
100
100 f
c

=
γ
γ
 
 
Burada: 
 γ
– 
suzuz toxumların sıxlığı; 
γ
- 
müəyyən nəmlikdə olan toxumların sıxlığı; 
f- toxumların nəmliyi 
 
Bütün bu deyilənlərdən belə  nəticəyə  gəlirik ki, toxumun 
fiziki xarakteri onun dənə dolma şəraitini, kimyəvi tərkibini, 
bitkidə əmələ gəlmə vaxtını, yetişkənliyini və s. həmçinin səpin 
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə