SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z


Toxumun fiziki göstəricilərinin təyini



Yüklə 2.8 Kb.

səhifə7/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 
4.2. Toxumun fiziki göstəricilərinin təyini  
 
Dənin forması, ölçüləri, 1000 ədəd dənin kütləsi (çəkisi), 
xüsusi kütləsi (çəkisi), aerodinamik xüsusiyyətləri onun fiziki 
xüsusiyyətlərinə daxil olub saxlama və emal prosesində 
mühüm əhəmiyyət kəsb edir.  
Dənli bitkilərin sortundan, fizioloji yetişmə  vəziyyətindən, 
becərilmə şəraitindən və s. amillərin təsirindən asılı olaraq də-
nin fiziki xüsusiyyətlərində kəskin dəyişiklik müşahidə edilir.  
Dənin uzunluğu, eni və qalınlığı onun xətt ölçülərinin 
xarakterizə edən  əsas göstəricilərdir. Dənin uzunluğu onun 
əsası ilə ucu arasında, eni iki yan tərəfləri arasında, qalınlığı isə 
qarıncığı ilə çiyni arasında olan məsafədir. 
Dənin xətti ölçüləri xüsusi ölçü cihazları (mikrometrlə) ilə 
ölçülür. Lakin təsərrüfatlarda bu cihazlardan istifadə edilməsi 
çətin olduğuna və çox vaxt apardığına görə  əlverişli deyildir. 
Ona görə  də istehsalat şəraitində müxtəlif ölçülərə malik olan 
xəlbirlərdən istifadə edilir.   
Dənin xüsusi kütləsi, yaxud dolğunluğu un üyütmə müəs-
sisələrində yüksək qiymətləndirilir. Dənin xüsusi kütləsi onun 
kimyəvi tərkibindən, anatomik quruluşundan, yetişkənliyindən 
və s. asılı olaraq dəyişə bilir.  
 Dənin xüsusi kütləsini təyin etmək üçün xüsusi çəkisi 1-1,4 
arasında olan məhlullar hazırlanır. Xüsusi kütlə təyin ediləcək 
nümunədən bir hissə götürülüb xüsusi kütləsi məlum olan 
məhlula tökülür. Əgər nümunə  təmamilə  məhlulun dibinə çö-
kürsə, onu həmin məhluldan çıxarıb qatılığı çox olan məhlula 
tökmək lazımdır.  Əgər nümunənin  əksər hissəsi (75-80%-i) 
məhlulun dibinə çökürsə, demək, onun xüsusi kütləsi həmin 

97 
məhlulun xüsusi kütləsinə bərabərdir.  
Dənin natura kütləsinin təyini 
Qəbul məntəqələrinə daxil olan dənlər 6 mm-lik ələkdən 
keçirilərək iri qarışıqlardan təmizləndikdən sonra natura kütləsi 
təyin edilir. Əgər bərk və qüvvəli buğdaların natura kütləsi 
təyin olunarsa, orta nümunə laboratoriya dən separatorundan 
keçirilməlidir.  
Natura kütləsini təyin etmək üçün 1 litrlik purka öz yeşiyi 
üzərində üfüqi vəziyyətdə quraşdırılır və  tərəzinin düzgünlüyü 
yoxlanılır. Ölçü qabının (1 litr silindr) üzərinə doldurucu silindr 
quraşdırılır və xüsusi qapaqla örtülmüş 3-cü silindrdə natura 
kütləsi təyin ediləcək dən doldurulur və doldurucu silindrin 
üzərinə quraşdırılır. Dən doldurucu silindrə boşaldılır və üçüncü 
silindr götürülüb kənara qoyulur. Sonra silindri silkələmək şərti 
ilə  bıçaq yarıqdan çıxardılır, dən ölçü silindrinə tökülür. Daha 
sonra bıçaq yenidən yarığa keçirilir, bıçağın üzərində ölçüdən 
artıq qalan dənlər ölçü silindrindən boşaldılır və bıçaq çıxardılır. 
Ölçü silindrində olan dənin silindrlə birlikdə 0,5 qram dəqiqliklə 
kütləsi təyin edilir. Iki çəkidən orta qiymət çıxarılır və natura 
kütləsi kimi sənədə yazılır. Iki təkrar arasında fərq 5 qramdan  
artıq olarsa, yenidən nümunə götürülməlidir.  
 
Dənin natura çəkisi, balla 
1. çox zəif        (740 q/l-dən az olduqda); 
2. zəif               (741-770 q/1 arasında olduqda); 
3. orta               (771-790 q/1 arasında olduqda); 
4. yüksək          (791-830 q/1 arasında olduqda); 
5. çox yüksək   (830 q/l-dən yüksək olduqda). 
 
Dənin şüşəvariliyinin təyini 
Orta nümunədən 100 ədəd bütöv dən götürülür, ülgüclə 
ortadan kəsilərək iki bərabər hissəyə bölünür və  kəsilmiş sa-
həyə baxılır. Tam şüşəvari dənlərdə ləkə şəklində unvari hissə 
kəsilmiş sahənin ¼ hissəsindən çox olmamalıdır. Unvari dənlər 

98 
tam unvari və yaxud ¼ hissədən az şüşəvariliyə malik olan 
dənlər  hesab olunur.  
Yarımşüşəvari dənlər isə yuxarıdakı iki qrupa aid olmayan-
lardır. Ümumi şüşəvarilik tam şüşəvari və ya yarımşüşəvari 
dənlərin 50%-nin cəmini təşkil edir.  
Dənin  şüşvariliyini diafonoskop vasitəsilə  də  təyin etmək 
mümkündür. Bunun üçün diafonoskopun toruna 50 ədəd dən 
qoyulur və elektrik işığı ilə  işıqlandırılır.  Şüşəvari dənlər bu 
zaman işığı yaxşı keçirdiyi üçün parlaq, unvari dənlər isə tünd 
rəngdə qalır. Iki dəfə 50 dən götürülüb şüşəvari, yarımşüşəvari 
və unvari dənlər sayılır və onların miqdarı yuxarıda qeyd 
etdiyimiz qaydada faizlə hesablanır. 
 
Dənin şüşəvariliyi 
1. dən çox unvaridir (dənin  şüşəvariliyi 21%-dən az 
olduqda); 
3. dən unvaridir (dənin  şüşəvariliyi 22-50% arasında 
olduqda); 
5. dən yarımşüşəvaridir (dənin  şüşəvariliyi 51-70% 
arasında olduqda); 
7. dən  şüşəvaridir (dənin  şüşəvariliyi 71-95% arasında 
olduqda); 
9. dən tipik şüşəvaridir (dəndə şüşəvarilik 95%-dən yüksək 
olduqda). 
 
Dəndə iyin təyini 
Dəndən və yaxud üyüdülmüş  məhsuldan götürüb, nəfəs 
vasitəsilə isitməklə  dənə xas olmayan iyini təyin etmək 
mümkündür. Dəndə və ya unda olan kənar iyin gücləndirilməsi 
üçün dən və yaxud un 100   ml.lik  konusvari  
kolbaya tökülür və ağzı tıxacla bağlanır. 35-40
0
S temperaturda 
30 dəqiqə müddətində  qızdırıldıqdan sonra tıxac götürülür və 
iyi təyin edilir.  
 
 

99 
Dənin dadının təyini 
Orta nümunədən 100 qram dən götürülüb təmizlənir və 
üyüdülür.  Üyüdülmüş nümunədən 50 qram götürüb 100 ml su 
ilə qarışdırılır, qarışıq qaynayana qədər qızdırılır və sonra 30-
40
0
 S-ə  qədər soyudulur. Soyudulmuş nümunənin dadı 
orqanoleptik yolla təyin edilir.  
Cücərmiş  və  şaxta vurmuş  dənlər  şirin, öz-özünə yanmaya 
məruz qalmış və yovşan qarışığı olan dənlər acı dada malik olur.  
 
Dənin tökülməsi 
Yüksək məhsuldarlığı  və  məhsulun keyfiyyət göstəriciləri 
ilə  fərqlənən sortlar belə  dənin tökülməsinə qarşı davamlı 
olmadıqları halda yetişmə fazası başa çatan kimi, sünbüldən 
dənlər tökülməyə başlayır. Yığımın bir və ya bir neçə gün 
gecikdirilməsi məhsulun böyük bir hissəsinin itkisinə (30-50% 
və bəzən daha çox) səbəb olduğundan bu əlamətə görə qiymət-
ləndirilmənin hələ seleksiya prosesinin lap ilkin mərhələsindən 
başlayaraq (seleksiya və ya nəzarət pitomnikləri) aparılması 
daha məqsədəuyğundur. 
 
Kök üzərində cücərmə 
İqlim dəyişmələrindən asılı olaraq bitkilərin məhsuldarlığı 
və məhsulun keyfiyyət göstəriciləri dəyişdiyi kimi onların tam 
yetişmə fazasında havaların yağmurlu keçməsi bəzi sortlarda 
dənin sünbüldə cücərməsinə səbəb olur, yəni kök üzərində cü-
cərmə hadisəsi baş verir. Bu əlaməti tarla şəraitində müəyyən 
etmək bir sıra çətinliklərə (hər il tam yetişmə fazasında 
havaların yağmurlu keçə bilməməsi və s.) əlaqədar olduğundan 
qiymətləndirməni apararkən hər bir sortun özünün bioloji 
xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır. Belə hallar ağ 
dənli sortlarda daha tez-tez müşahidə edilir. Dənin sünbüldə 
kök üzərində cücərməsi dənin biokimyəvi göstəricilərindən də 
asılı olduğundan bu əlaməti laboratoriya analizləri aparmaqla 
müəyyənləşdirmək olsa da tarla şəraitində sortun dəninin 

100 
tökülməsinə  və kök üzərində cücərməyə qarşı davamlılığını 
aşağıdakı şkala üzrə balla qiymətləndirirlər: 
1çox zəif  (sünbüllərin 20%-indən çoxunda dən cücərir); 
3. zəif      (sünbüllərin 10-20%-ində dən cücərir ) 
5. orta     (sünbüllərin 5-10%-ində dən cücərir) 
7. yüksək (sünbüllərin 5%-indən az hissəsində dən cücərir) 
9.çox yüksək(sünbüllərdə dənin cücərməsi müşahidə edilmir) 
 
Sünbülün qırılmaya qarşı  davamlılığı daha mühüm təsər-
rüfat qiymətli  əlamət olub yeni sortun məhsuldarlığını müəy-
yən edən  əsas amillərdən biridir. Sünbülün sünbül oxunda 
müxtəlif yerlərdən qırılması xeyli məhsul itkisinə  səbəb olur. 
Odur ki, hər bir seleksiyaçı seleksiya prosesində bu əlamətə 
ciddi diqqət yetirməli və qiymətləndirmə aşağıda verilən şkala 
üzrə aparılmalıdır: 
1- davamlı (sünbül oxunda qırılma müşahidə edilmir); 
3- yüksək davamlı (sünbül oxunda ən uc nöqtədə son 
sünbülcüklər qırılır); 
5-orta davamlı (sünbül oxunda sünbülün son 1/4 hissəsində 
qırılma); 
7-zəif davamlı (sünbül tamamilə dağılır). 
 
Dənin nəmliyinin təyini 
Tədarük məntəqələrinə daxil olan dənin nəmliyi iki dəfə-hər 
maşından gətirilmiş nümunədə və orta nümunədə təyin edilir. 
Dənin nəmliyi üyüdülmüş nümunəni elektrik quruducu 
şkaflarda (SEŞ  və SEŞ-ZM markalı) 130
0
 S temperaturda 40 
dəqiqə müddətində qurutmaqla əvvəlki çəkidən sonra alınan 
çəkini çıxmaqla hesablanır.  
Bunun üçün gün ərzində götürülmüş nümunədən (ağzı kip 
bağlı qabdan) 30 qram dən götürülür və laboratoriya dəyirma-
nında üyüdülür. Üyüdülmüş nümunə  ağzı kip bağlı qaba 
tökülür və  tıxacla bağlanır. Sonra ondan əvvəlcədən kütləsi 
məlum olan bükslərə paralel olaraq 5 qram nümunə tökülür. 

101 
Büksün qapağı açıq halda, nümunə 40 dəqiqə ərzində 130
0
 S-
yə  qədər qızdırılmış  şkafa qoyulur, sonra büksün ağzı örtülür 
və eksikatorla 18-20 dəqiqə soyudulur və kütləsi (0,01 qram 
dəqiqliyi ilə) təyin edilir. Əvvəlki məlum kütlədən sonrakı 
kütləni çıxıb (buxarlanmış su) fərq 20-ə vurulur və  dənin 
nəmliyi tapılır. Iki təkrardan orta rəqəm çıxardılır ki, bu da orta 
nəmlik hesab olunur. Nəmlik faizi aşağıdakı düstur vasitəsilə 
hesablanır: 
a
b
a
x
X
)
(
100

=
 
Burada : X-nəmlik (%-lə); 
               a-analiz götürülən maddənin kütləsi (q-la); 
               b-quruduqdan sonrakı kütlə (q-la); 
Qıçalı qarğıdalı  qəbul edilərkən dənin və  qıçanın nəmliyi 
ayrı-ayrılıqda təyin edilir. Bunun üçün qarğıdalı qıçadan ayrılır 
və  nəmliyi təyin edilir. Qarğıdalı  dəninin qıçaya nisbətinə 
əsaslanaraq bütün partiyanın nəmliyi hesablanır. Tutaq ki, 
dənin nəmliyi 22% və  qıçanın nəmliyi 25%-dir, dənin qıçaya 
nisbəti isə 79:21-dir, onda ümumi partiyanın nəmliyi: 
%
63
,
22
100
21
25
100
79
22
=
×
+
×
=
X
 olar 
Dənlərdə zərərverici ilə zədələnmənin və xəstəliyə tutul-
manın təyini 
Dənlərin zədələnməsi və  xəstəliyə tutulması  nəzərə çarpan 
və gizli formada ola bilər. Zədələnməsi aydın nəzərə çarpan 
dənləri təyin etmək üçün 1 kq dən götürülüb diametri 2,5 və 
1,5 mm olan ələklərdə ələnir və taxta üzərinə yayılaraq oradakı 
iri zərərvericilər (Afrika böcəyi, yastı  bığlı  və onların süfrə-
lərini) əllə toplanıb sayılır. Bura lupa vasitəsilə görünən zərər-
vericilər də  əlavə edilir. Ölü zərərvericilər isə zibil qarışıqları 
kimi hesaba alınır.  
Taxıl uzunburunu, taxıl gənələri və onların vurduğu zərərin 
dərəcəsi standarta görə hesablanır. 
I dərəcəli sirayətlənmədə 1 kq dəndə 1-5 ədəd taxıl uzun-

102 
burunu, 1-20 ədəd taxıl gənəsi olur. II dərəcəli sirayətlənmədə 
1 kq dəndə 6-10 ədəd taxıl uzunburunu və 20-dən çox taxıl 
gənəsi olur.  
Dənlərin taxıl uzunburunu ilə gizli formada zədələnməsini 
təyin etmək üçün orta nümunədən 50 ədəd götürülərək uzununa 
2 hissəyə bölünür və lupa ilə baxılaraq dəndə olan süfrələr, 
puplar və böcəklərin miqdarı müəyyən edilir və sirayətlənmiş 
dənlər sayılaraq faizlə hesablanır.  
Dənlərin taxıl uzunburunu ilə  zədələnməsinin gizli forma-
sını kimyəvi yolla da təyin etmək mümkündür.  Bunun üçün 
orta nümunədən 15 qram dən götürülərək zibil qarışıqlarından 
təmizləndikdən sonra dəmir çərçivəli tor üzərində 30
0
S-ə qədər 
qızdırılmış suda 1 dəq saxlandıqdan sonra dən dəmir tor ilə 
birlikdə 1%-li kalium-permanqanat məhlulunda 20-30 saniyə 
saxlanılır. Bu vaxt zədələnmiş nöqtələr və  dənin qabığı qara 
rəngə boyanır. Bundan sonra dəni hidrogen-peroksid ilə sulfat 
turşusunun zəif məhlulunda (sulfat turşusunun 1%-li 100 ml 
məhluluna 1ml 8%-li hidrogen-peroksid məhlulu  əlavə edilir) 
20-30 saniyə saxlandıqda dənin qabığı normal rəngə düşür, 
zədələnmiş hissələr isə qara rəngdə qalır. Zədələnmiş dənlər tez 
sayılmalıdır, çünki bir qədər qaldıqda zədələnmiş hissələrdəki 
nöqtələr itir. 
  
Dənin tipinin təyini 
Dənin tipi ilə texnoloji və qidalılıq dəyəri  arasında sıx əlaqə 
olduğuna görə  dənin saxlanması, emalı  və  qəbulu zamanı bu 
göstəriciyə mühüm əhəmiyyət verilir.  
Dənin tipi hər cür zibil qarışıqlarından, qırıq dənlərdən və s. 
təmizləndikdən sonra müəyyən edilir. Dənin tipini təyin etmək 
üçün orta nümunədən 20 qram götürərək əl vasitəsilə yumşaq, 
bərk buğdalar, qırmızı  və  ağ  rəngli dənlər seçilərək faizlə 
miqdarı hesablanır.  
Yarımtiplər etalon göstəriciləri ilə müqayisə olunaraq təyin 
edilir.  

103 
V FƏSİL 
 
TOXUMLARIN KİMYƏVİ TƏRKİBİNİN TOXUMUN 
KEYFİYYƏTİNƏ TƏSİRİ 
 
 
Bitkilərin kimyəvi təkibinə görə formaların çoxluğu yüksək 
miqdarda zülallı, lizinli, piyli və  şəkərli toxumları olan sorta-
lara bölünməsinə  səbəb olmuşdur.  İnsana zəngin kimyəvi tər-
kibə malik olmaqla yanaşı, yüksək məhsuldar toxumların ol-
ması çox vacibdir. Toxumların kimyəvi təkibinin toxumların 
səpin keyfiyyətinə  və  məhsuldarlıq xassələrinə  təsiri az öyrə-
nilmişdir. 
Bir çox tədqiqatçılar belə qeyd edirlər ki, bitkilərin məhsul-
darlığı ilə zülallılıq tərkibi arasında  əks  əlaqə vardır. Yüksək 
25% zülala malik olan qarğıdalı toxumları gec cücərir, tarla 
cücərməsi aşağı 38%, məhsudarlıq isə az olur. Az zülalı olan 
sortlarda isə  əksinə olur. Bəzi müəlliflər qeyd edir ki, bu 
əlaqəlilik hər zaman üzə çıxmır.  
Qarğıdalı toxumlarının yağlılığı ilə  məhsuldarlıq xassələri 
arasında  əlaqələrin olması haqqında müxtəlif fikirlər vardır. 
Bəzi tədqiqatçılar qeyd edirlər ki, yüksək yağlılığa malik 
qarğıdalı hibridləri aldıqda çətin ki, onun məhsuldarlığı yüksək 
olsun. Başqaları isə yağlılığın  məhsudlarlığa təsirini müəyyən 
etməmişlər.  
Ədəbiyyatlarda yüksək yağ keyfiyyətinə malik olan toxum-
ların bioloji xassələri haqqında çox az məlumatlar vardır. Bəzi 
tədqiqatçılar qeyd edirlər ki, piylilik keyfiyyətinə malik olan 
toxumlarda cücərmə tezləşir, cücərməsi və  məhsuldarlığı 
yüksək olur, nəinki az yağlı toxumlarda. Bir çox tədqiqatçılar 
qeyd edirlər ki, qarğıdalının toxumlarında yağ çox olduqda 
cücərtilərin boy qüvvəsi aşağı düşür. Cücərtilər gec əmələ 
gəlir. Yüksək yağlılığa malik olan formalarda məhsuldarlıq 12-
14% aşağı olur. 

104 
Məlumdur ki,  məhsuldarlıq xassələri toxumların səpin 
keyfiyyyəti, fizioloji və biokimyəvi xassələrlə müəyyən edilir. 
Toxumlarda zülal, yağ, şəkər çox yüksək səviyyədə olduqda o, 
toxumların cücərmə sürətinə, fizioloji xassələrinə  və toxum-
ların səpin və  məhsuldarlıq xassələrinə  mənfi təsir göstərir. 
Toxum partiyasından yüksək qida maddələrinə malik olan 
toxumların seçilməsi yaxşı bitkilərin inkişafına və  məh-
suldarlığının yüksəlməsinə səbəb olur.   
Bitkinin ehtiyat və qida orqanları arasında əlaqə.  Toxum-
ların və meyvələrin qidalanması  əsasən yarpaqlarda daxili 
assimilyatorların hesabına gedir. Bir çox bitki və meyvələr in-
kişaflarının ilkin dövrlərində yaşıl rəngli olur və onlarda 
fotosintez gedir. Buğda və digər dənli bitkilərdə sünbülcük və 
çiçək pulcuqları  əsas rol oynayır. Bununla da 10-15% bütün 
assimilyatorlar sünbülün dənində olur. Arpada bu rəqəm 50-
78% olur.  
Assimilyatorların meyvə və toxumlara daxil olması qida və 
ehtiyat orqanlarının razılaşdırılmış qarşılıqlı əlaqəsi nəticəsində 
əldə edilir. Ona görə  də, maddələrin hərəkətini nizamlamaq 
üçün yarpaqlara təsir etdiyimiz kimi çiçək və meyvəyə də təsir 
etmək lazımdır.  
Assimilyatorların reproduktiv orqanlara daxil olması müəy-
yən olunmuş qanunauyğunluqla mövcuddur. Məsələn: soyada 
yarpaq ancaq öz qoltuğunda oturan paxlanı “qidalandırır”. Be-
ləliklə, də buğumda oturan yarpaq qopduqda paxla məhv olur.  
Günəbaxanla aparılan təcrübələrdən məlum olmuşdur ki, 
yuxarı yarpaqlar üzərində olan, səbətdən əmələ gələn toxumları 
assimlyatorlar lokallaşdırır. Yarpaqları qopartdıqda səbətlər 
asimmetrik olur.  
Assimlyatorun yarpaq, çiçək və meyvəyə daxil olmasının lo-
kallaşması pambıq, xardal və digər bitkilərdə  də müəyyən 
edilmişdir. Günəbaxanda kənar çiçəklər orta çiçəklərə nisbətən 
daha yaxşı  dən  əmələ  gətirir. Çünki, assimilyatorlar kənarda 
olan çiçəklərə tez çatır və qidalandırır. Dənli bitkilərdə sün-

105 
bülün orta hissəsində olan bitkilər aşağı  və yuxarı  dənlərə 
nisbətən qida maddələri ilə daha yaxşı  təmin olunduqlarına 
görə iri olur. Dənli-paxlalılarda çiçəkləmə və yetişmə bir bitki 
daxilində  dəyişir. Ilk əvvəllər bütün proseslər aşağı yarpaqda, 
sonra orta və ən sonda hündürdə olur.  
Azərbaycan Elmi Tədqiqat  Əkinçilik  İnstitutun Zaqatala 
təcrübə stansiyasında təcrübələrin nəticəsi göstərmişdir ki, 
noxud bitkilərinin aşağı yarusunda (budaqlarında)  əmələ 
gəlmiş toxumların kütləsi və xam protein çox olmuşdur. Bu 
toxumların cücərmə enerjisi və cücərməsi orta və yuxarı 
budaqlarda  əmələ  gəlmiş toxumlara nisbətən çox yüksək 
olmuşdur. (cədvəl 8).  
 
Noxud bitkisinin müxtəlif yaruslarda toxumlarının səpin keyfiyyəti və 
məhsuldarlıq xüsusiyyətləri (3 illik) 
                                                                                           Cədvəl 8 
Bitkidə 
toxumların 
yerləşdiyi 
yarus 
1000 ədəd 
dənin 
kütləsi  
qr-la 
Xam pro-
tein quru 
maddəyə 
görə 
%-lə 
Cücərmə 
enerjisi 
%-lə 
Cücər-
mə 
%-lə 
Toxumla-
rın məh-
suldarlığı 
sen/ha (2 
illik) 
Yuxarı 
102,7 26,5  79 79 15,2 
Orta 
134,4 27,4  74 92 20,6 
Aşağı 
173,5 28,4  82 95 22,2 
 
Alınmış  rəqəmlər göstərir ki, yarusların toxumlarının müx-
təlif keyfiyyətdə olması noxudun məhsuldarlıq xassələrinə  və 
səpin keyfiyyətinə  əhəmiyyətli dərəcədə  təsir edir. Dənli pax-
lalı bitkilərin toxum materialının səpin keyfiyyətinin yaxşılaş-
dırılması üçün ən yaxşı üsul iri və  bərabər (bir ölçüdə) to-
xumların ayrılmasıdır.   
Əlverişsiz mühit şəraiti olduqda assimilyatorların yaranması 
aşağı düşür. Toxumlar gec əmələ  gəlir, yetişmir və  təmamilə 
inkişaf etmir. Quraqlıq olduqda və qida maddələri ilə az təmin 
olunmuş torpaqlarda assimilyatorların azlığı  aşağı  və yuxarı 
sünbüllərin məhv olmasına, yuxarı orqanların meyvə ele-

106 
mentlərinin tökülməsinə  səbəb olur. Yaxşı  şəraitdə bunlar 
normal inkişaf edir.  
Müxtəlif yaruslarda olan cavan və qoca yarpaqlar toxumla-
rın qidalanmasında eyni rol oynamır. Məsələn: soyada (ikievli 
bitkilərdə) assimilyatorların meyvəyə daxil olması orta yarusda 
olan yarpaqlardan keçir. Aşağıda yerləşən yarpaqlar isə ancaq 
kökü təmin edir. Günəbaxanda orta yarpaqlar toxumları qida 
maddələri ilə  təmin etməkdə aparıcı rol oynayır. Cavan yeni 
əmələ gələn yarpaqlar meyvələrin qidalanmasında iştirak etmir, 
köhnə yarpaqlarla rəqabət aparır, ona görə də cavan yarpaqları 
qoparıb atmaq lazımdır ki, toxum məhsulu çoxalsın. 
Dənlilərdə  dənlərin qidalandırılmasında yuxarı yarpaqlar 
əsas rol oynayır və  dən dolduqda onlar daha fəal olur. Aşağı 
yarpaqlarda isə zülal daha çox daxil olur. Bitkilərin inkişafının 
ilk dövrlərində bütün yarusların yarpaqları assimilyatorların 
bitkiyə daxil olmasında çox aktiv rol oynayır. Boruyaçıxma 
fazasında orta yarusun yarpaqları  fəal olmaqla assimilyatorlar 
reproduktiv orqanlara çox gedir. Dənin dolması zamanı yuxarı 
yarpaqlar dominantlıq edir. 
Dənli bitkilərin məhsuldarlığını  və  dənin keyfiyyətini yük-
səltmək üçün yarpaqlarda meyvə verən bitkilərə  təsir etmək 
yolu ilə qida maddələrini vegetativ və reproduktiv orqanlar 
arasında bölərək, fotosintezi artırıb, azaltmaq lazımdır. 
Qocalmış yarpaqlarda hidrolitik proseslərin gücləndirilməsi 
mürəkkəb məhsulların (zülal, nişasta) sadələrə (amin turşuları, 
şəkər) parçalanmasına və onların yarpaqlardan ehtiyat orqan-
lara hərəkətinə səbəb olur. Bir çox bitkilərdə (kartof, qarğıdalı, 
şəkər çuğunduru, yem bitkiləri, pambıq və s.) məhsul yarpaqlar 
tam məhv olmamış  yığılır. Bu zaman yarpaqların tez qocal-
masını və tökülməsini defolyantların (sianamid kalsium, xlorat 
maqnezium, butifos və s.) köməyilə  həyata keçirirlər. Ləng 
qocalma getdikdə məhsuldarlıq yükəlir və 1000 ədəd toxumun 
kütləsi artır. Belə ki, assimilyatorların yarpaqlardan meyvə  və 
toxumlara “çəkilməsi” baş verir.  

107 
Yığım qabağı bitkilərin (pambıq, çəltik, kartof, buğda, gənə-
gərçək, günəbaxan) tez və tam defolyasiya olunması toxum-
ların yetişməsini tezləşdirir və maşınla yığım üçün şərait 
yaxşılaşır. 
Bir sıra fizioloji aktiv maddələrin (hibberellin, riboflavin və 
s.) təsiri ilə assimilyatorların yarpaqdan toxumlara və başqa 
ehtiyat orqanlarına keçməsi öyrənilmişdir. Nəticədə müsbət və 
mənfi  əlamətlər alınmışdır. Bu nəticələrin xeyli hissəsi 
bitkilərin biologiyasını  dərindən bilməkdən, ekoloji şəraitdən 
və preparatların istifadəsi üsulundan  asılıdır.  

108 
VI FƏSİL 
 
DƏNİN BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ 
ONLARIN TƏYİNİ ÜSULLARI  
 
 
Dənin tərkibində qeyri-üzvi (su, mineral duzlar) maddələrlə 
yanaşı, üzvi maddələr (zülallar, yağlar, sulu karbonlar, 
fermentlər, vitaminlər, piqmentlər) və lipidlər də vardır.  
Dənin  əsas qidalılıq dəyəri onun tərkibində olan zülal və 
nişastanın miqdarından, keyfiyyətindən asılıdır.  
Dənin tərkibində olan zülallar həllolma qabiliyyətinə görə 
suda həll olan albumin, duz məhlulunda həll olan qlobulin, 
spirtdə həll olan qliadin, zəif qələvi və turşuda həll olan qlüte-
nin fraksiyalarına bölünür. Buğda dənində  həmin fraksiyalar-
dan qliadin və qlütenin su ilə birləşərək elastik kütlə  əmələ 
gətirir ki, ona kleykovina deyilir. Kleykovinanın 80-90% -ni 
qliadin və qlütenin təşkil edir. 
Dənin çörəkbişirilmə və makaron keyfiyyəti onda olan kley-
kovinanın miqdarından və keyfiyyətindən asılıdır. Kleykovi-
nanın keyfiyyəti onun fiziki xüsusiyyətləri elastikliyi, uzanma 
qabiliyyəti, yapışqanlığı və möhkəmliyi ilə sıx əlaqədardır. Bu 
göstəricilərin hamısına görə kleykovinanın keyfiyyəti 3 qrupa 
bölünür: 
I qrupa yaxşı elastikliyə, orta uzanma qabiliyyətinə (kley-
kovinanın uzanma qabiliyyətini təyin edən  İDK cihazının 
göstəricisi 45-75 olduqda) malik olan kleykovina daxildir.  
II qrupa kafi elastikliyə, bərk və ya zəif uzanma qabiliy-
yətinə malik olan kleykovina daxildir. 
III qrupa qeyri-kafi elastikliyə, bərk və ya zəif uzanma qa-
biliyyətinə (İDK cihazının göstəricisi 45-dən az və ya 105-dən 
yuxarı olduqda) malik olan kleykovina daxildir. 
Dənin qidalılıq dəyəri təkcə zülalın miqdarından deyil, həm 
də onun keyfiyyətindən, tərkibindəki  əvəz olunmaz amin tur-

109 
şularının (lizin, triptofan, metionin, fenilalanin, valin, treonin, 
izoleysin, leysin) miqdarından asılıdır.  
Zülalın tərkibinə 20-yə  qədər amin turşusu daxildir ki
ondan 8-i əvəzolunmazdır. Onlar orqanizmə mütləq qida mad-
dələri ilə daxil olmalıdır.  
Dənin tərkibinin  əsas hissəsini, 80%-ə  qədərini sulu ka-
rbonlar təşkil edir. Sulu karbonlar dəndə  əsasən nişasta, 
sellüloza, pentoza formasında toplanır.  
Nişasta qarğıdalı və çəltikdə daha çox toplanır. Dənin endo-
sperm hissəsində nişastanın miqdarı daha çox olur. Nişastanın 
miqdarı bitkinin sortundan və becərilmə şəraitindən asılı olaraq 
kəskin dəyişikliyə  məruz qalır. Nişastanın miqdarı buğda 
dənində 49-73%, çovdarda 55-73%, arpada 45-68%, vələmirdə 
24-64%, qarğıdalıda 61-83%, çəltikdə 48-68% arasında dəyişə 
bilər.  
Dənli bitkilərin dənində müəyyən miqdarda şəkər vardır ki, 
bu da çörək bişirilməsində maya və süd turşusu göbələklərinin 
inkişafı üçün mühüm rol oynayır.  
Şəkərlər dənin tərkibində sadə və mürəkkəb formada toplan-
mış olur. Dənin tərkibində toplanan sadə şəkərlərdən qlükoza, 
fruktoza, dişəkərlərdən saxaroza, maltoza, mürəkkəb  şəkərlər-
dən rafinoza və s. göstərmək olar. Dəndə şəkərlərin miqdarı 3-
5% arasında dəyişir. 
Buğda, çovdar və qarğıdalı dənində sellülozanın miqdarı 2-
3%, arpanın qabıqlı sortlarında 4,7-5,1%, çəltikdə 7,4-16,5% 
arasında dəyişir. 
Yağlar və lipidlər buğda, çovdar, arpa, çəltik dənində 1,6-
3,2%, vələmirdə 3-8%, darıda 3-5,2%, qarğıdalı dənində 3-8% 
arasında dəyişir. Yağlar dənin əsasən rüşeym hissəsində topla-
nır. Buğda rüşeyminin 8,8%-ni, vələmir rüşeyminin 15%-ni, 
qarğıdalı rüşeyminin isə 35-43%-ni yağlar təşkil edir. 
Qarğıdalı  dənində külün miqdarı 0,9-2,1%, buğdada 1,3-
2,8%, arpada 1,8-4,5%, vələmirdə 2,2-5,1%, çəltikdə isə 3,6-
8,1% təşkil edir.  
1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə