SeyiDƏLİyev n. Y, Qurbanov f. H, MƏMMƏdova m. Z


Taxıl bitkilərinin dənindəki zülalın tərkibində əvəzolunmaz amin



Yüklə 2.8 Kb.

səhifə8/20
tarix27.06.2017
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Taxıl bitkilərinin dənindəki zülalın tərkibində əvəzolunmaz amin 
turşularının miqdarı (100 qram zülalın tərkibində q-la) 
                                                                  Cədvəl 9 
 
Amin turşuları 
Buğd

Qarğıdalı Düyü Çovdar Vələmir 
Lizin 2,7 
2,3 3,2 
4,1 
3,8 
Leysin 7,0 
15,0 8,2 
6,1 
8,0 
Izoleysin 4,0 
6,4 
5,2 
3,4 5,3 
Valin 4,3 
5,3 6,2 
1,5 
6,5 
Metionin 2,5 
3,1 
3,0 
1,8 2,3 
Treonin 3,3 
3,7  3,8 
3,2 3,5 
Fenilalanin 5,1 5,0 
5,0 2,2  6,9 
Triptofan 1,2 
0,6 
1,3 
1,0 1,3 
 
Dəndə nişastanın təyini 
 
Dəndə nişastanın miqdarını  əsasən polyarimetrik üsulla 
Eversə görə təyin edirlər. Bu üsula görə nişasta hidrogen-xlorid 
turşusu ilə  şəkərlərə  qədər hidroliz olunur. Analizin gedişi 
belədir: orta nümunədən 30-50 qram götürülərək xarab olmuş 
dənlərdən təmizlənib üyüdülür və 0,8 mm-lik dəmir torlu 
ələkdən keçirilir. Döyülmüş material diqqətlə qarışdırılır, kalka 
kağızında iki dəfə (hərəsi 5 qram olmaqla) 0,01 q dəqiqliklə 
çəkilərək nümunə götürülür. Hər bir nümunə 100 ml-lik ölçü 
kolbasına tökülərək üzərinə 50 ml (25 ml iki dəfəyə) 1,24%-li 
hidrogen-xlorid turşusu  əlavə edilir. Birinci dəfə kolbaya tö-
külən turşu ilə un isladılır və bu yumru hissəciklərin tam itmə-
sinə  səbəb olur. Ikinci dəfə isə kolbanın divarlarına yapışmış 
hissəciklər yuyulur və sonra kolbanı qaynamaqda olan su ha-
mamına qoyurlar. Bu zaman kolbanın enli hissəsi su ilə örtül-
məlidir. Su hamamında kolba 15 dəqiqə saxlanılır, 15 dəqi-
qədən sonra kolba çıxarılaraq distillə suyu ilə 85-90 ml-lik həc-
mə çatdırılır. 20
0
S-ə qədər soyudulduqdan sonra məhlulda olan 
zülalı çökdürmək üçün onun üzərinə 4-5 ml 4%-li fosfovolfro-
mat turşusu  əlavə edilir (zülalı çökdürmək üçün başqa turşu-

111 
lardan da istifadə etmək olar). Bundan sonra kolbaya distillə 
suyu tökülərək cizgiyə qədər doldurulur, qarışıdırılır və filtrdən 
süzülür. Sonra süzgəcdən keçirilmiş maye ilə polyarizasiya bo-
rusu doldurulur və polyarizasiya dərəcəsi təyin edilir. Saxaro-
metrik  şkalasında ölçü 3-4 dəfə  təkrar götürülərək onlardan 
orta rəqəm çıxarılır.  
Nişastanın  miqdarı aşağıdakı  düsturla hesablanır: 
W
a
K
x

×
×
=
100
100
 
Burada: a - Saxarometrik göstəricisi (dərəcə ilə); 
                K- nişastanın növündən asılıdır (Evers əmsalı); 
                W-   nümunənin nəmliyi (%-lə). 
 
Nümunənin çəkisi 5 q, kolbanın 100 ml, polyarizasiya boru-
sunun uzunluğu 200 mm olduqda Evers əmsalı buğda üçün 
1,898, çovdar üçün 1,885, arpa üçün 1,912, vələmir üçün 
1,914, qarğıdalı üçün 1,879, düyü üçün 1,866, darı üçün 1,818 
olur. Nişastanın miqdarının təyini zamanı iki paralel arasındakı 
fərq 0,5%-dən artıq olduqda analiz təkrar edilməlidir.  
 
Buğda dənində zülalın miqdarı 
 
1.  çox az       (dəndə zülalın miqdarı 9,1-10,2% olduqda); 
3. aşağı (10,3-12,6% arasında olduqda); 
5. orta (12,7-15,0% arasında olduqda); 
7. yüksək (15,1-18,0% arasında olduqda); 
9. çox yüksək  (18%-dən yüksək olduqda). 
 
Arpa dənində zülalın miqdarı 
 
1. çox az        (dəndə zülalın miqdarı 8,1-9,0% olduqda); 
3. aşağı         (9,1-12,0% arasında olduqda);  
5. orta             (12,1-14,0% arasında olduqda);  
7. yüksək        (14,1-17,0% arasında olduqda); 
9. çox yüksək  (17%-dən yüksək olduqda). 

112 
Ən mühüm dənli taxıl bitkilərinin toxumlarının həzm olunma 
qabiliyyəti, zülalın miqdarı və qidalılığı 
                                                                        Cədvəl 10 
Bitkilər 
Qidalılıq 100 
q/kkal 
Zülalın 
miqdarı, kq/qr 
Həzm olunma 
qabiliyyəti,% 
Buğda 334  122  78 
Çəltik 360  67 
67 
Qarğıdalı 356 
95 
92 
Arpa 337  75  82 
Sorqo 343  101  95 
Çovdar 319  110 
80 
Darı 340  97  95 
 
Zülalda lizinin miqdarı (buğdalarda) 
 
1.  çox az  (zülalda lizinin miqdarı 1,6%-dən az olduqda);  
3. aşağı (1,7-2,0% arasında olduqda);  
5. orta   (2,1-3,0% arasında olduqda);  
7. yüksək (3,1-3,5% arasında olduqda);  
9. çox yüksək  (3,5%-dən çox olduqda). 
 
 Zülalda lizinin miqdarı (arpalarda) 
 
1. çox az (zülalda lizinin miqdarı 1,9-2,1%-dən az olduqda); 
3. aşağı (zülalda lizinin miqdarı 2,2-2,7% arasında olduqda);  
5. orta   (zülalda lizinin miqdan 2,8-3,3% arasında olduqda);  
7. yüksək(zülalda lizininmiqdarı3,4-3,9%  arasında olduqda); 
9. çox yüksək(zülalda lizinin miqdarı 3,9%-dən çox olduqda). 
 
Kleykovinanın miqdarı və keyfiyyətinin təyini 
 
Orta nümunədən 50 qram dən zibil qarışığından təmizlənib 
laboratoriya dəyirmanında elə üyüdülməlidir ki, üyüdülmüş 
nümunə 067 №-li məftilli ələkdən keçirildikdən sonra isə az un 
qalmamalıdır. 38 №-li kapron ələkdən keçirildikdən sonra isə 

113 
az un qalmalıdır. Bu göstəricilər alınmırsa nümunə  təkrar 
üyüdülməlidir. Dən laboratoriya dəyirmanında üyüdüldükdən 
sonra diqqətlə qarışdırılır və 25 qram çəkilib çini kasaya tö-
külür. Sonra isə temperaturu  18-20
0
S olan zəif su axını ilə 
yuyulur. Yumanı  əvvəlcə yavaş, bir qədər sonra isə sürətlə 
aparmaq lazımdır. Kleykovina yuyulan su şəffaflaşdıqdan 
(kütlədən kəpək və nişasta kənar edildikdə) sonra o ovucla 
sıxılır və texniki tərəzidə  çəkilir. Çəki qeyd edildikdən sonra 
yenidən 2-3 dəqiqə yuyulub suyu sıxılır və çəkilir.  
Əgər iki çəki arasındakı fərq 0,1 q-dan azdırsa, yumanı da-
yandırmaq olar. Kleykovinanın keyfiyyəti onun elastikliyi, 
möhkəmliyi ilə xarakterizə olunur və  əsasən  İDK-1 cihazında 
təyin olunur. Kleykovinanın elastikliyini təyin etmək üçün yu-
yulmuş kleykovinadan 4 q çəkilir,  şar formasına salındıqdan 
sonra çini kasada 15 dəq müddətində suya qoyulur. İDK-1 ci-
hazı elektrik şəbəkəsinə  qoşulur, 15-20 dəqiqə  qızdırıldıqdan 
sonra kleykovinanın elastikliyi təyin edilir və həmin göstərici-
yə görə kleykovina bu və ya digər qrupa aid edilir.  (cədvəl 11) 
 
Kleykovinanın qrupunun təyini 
                                                                       Cədvəl 11        
                      
İDK-1 aparatının 
şkala göstəricisi 
Keyfiyyət qrupu 
Kleykovinanın 
xarakteristikası 
0-15 üçüncü 
Çox 
möhkəm 
20-40 ikinci 
Qənaətbəxş möhkəmliyə 
malik 
45-75 birinci  Yaxşı 
80-100 ikinci 
Qeyri 
qənaətbəxş 
105-120 üçüncü 
Zəif 
 
Məlum olduğu kimi kleykovinanın miqdarı 28-30%-dən çox 
və yaxşı keyfiyyət göstəricilərinə malik olan dənlərdən alınan 
undan yüksək həcm çıxımına malik olan çörək bişirilir.  

114 
Mövcud dövlət standartına müvafiq olaraq “qüvvəli” buğda-
ların dənində kleykovinanın miqdarı 28%-dən çox, keyfiyyəti 
isə I qrupa aid olmalıdır. 
Kleykovinanın  əsas hissəsini (80-90%) suda həll olmayan 
zülallı maddələr qliadin və qlütenin təşkil edir. Bundan əlavə 
kleykovinanın tərkibində 2-10% sulu karbonlara (nişasta, 
şəkər, sellüloza), qeyri-üzvi turşuların duzlarına (yağabənzər 
maddəyə və s.) təsadüf edilir. 
 
Yaş kleykovinanın dəndəki miqdarı, balla 
 
1çox aşağı    
(yaş kleykovinanın dəndəki miqdarı  
  
 
 
16%-dən az olduqda); 
3.  aşağı            
(17-24% arasında olduqda); 
5.  orta            
(25-36% arasında olduqda); 
7.  yüksək         
(37-44% arasında olduqda); 
9. çox yüksək   
(44%-dən çox olduqda). 
 
Unun fiziki-kimyəvi xüsusiyyətləri 
 
Yaş kleykovinanın undakı  miqdarı 
 
1.  çox aşağı  (yaş kleykovinanın undakı  miqdarı 20%-dən 
az olduqda); 
3. aşağı  (yaş kleykovinanın undakı miqdarı 21-30% 
arasında olduqda); 
5. orta   (yaş kleykovinanın undakı miqdarı 31-39% 
arasında olduqda) ; 
7. yüksək (yaş kleykovinanın undakı miqdarı 40-47,9% 
arasında olduqda); 
9. çox yüksək  (yaş kleykovinanın undakı miqdarı 47,9%-dən 
çox olduqda). 
 
 

115 
Unun şişməsi (Pumpyanski metoduna görə) 
 
1çox zəif (21 
ml-dən az olduqda); 
2. zəif 
(22-30 ml arasında olduqda); 
3. orta 
(31-50 ml arasında olduqda); 
4. yüksək 
(51-65 ml arasında olduqda); 
5. çox yüksək (65 
ml-dən yüksək olduqda). 
 
Zeleni metoduna görə xəmirin sedimentasiyası 
 
1. çox pis 
(16 ml-dən az olduqda); 
3. pis 
(17-30 ml arasında olduqda); 
5. orta 
(31-45 ml arasında olduqda); 
7. yaxşı 
(46-60 ml arasında olduqda); 
9. çox yaxşı (60 
ml-dən yüksək olduqda). 
 
Ümumi çörəkbişirmə qiyməti 
 
1.  çox aşağı (ümumi çörəkbişirmə göstəricisi 2,5 baldan 
aşağı olduqda); 
3. aşağı (ümumi çörəkbişirmə göstəricisi 2,6-3,1 bal 
arasında olduqda); 
5. orta   (ümumi çörəkbişirmə göstəricisi 3,2-3,8 bal arasın-
da olduqda); 
7. yüksək (ümumi çörəkbişirmə göstəricisi 3,9-4,4 bal ara-
sında olduqda); 
9. çox yüksək  (ümumi çörəkbişirmə göstəricisi 4,4 baldan 
çox olduqda). 
 
Makaron keyfiyyəti 
 
Xəmirin rəngi (85-93% nisbi rütubətlik  şəraitində bir 
sutka saxladıqdan sonra) 
1. boz; 
2. ağ; 

116 
3. boz çalarlı açıq sarı və sarı; 
4. açıq sarı; 
5. limonu rəngli sarı. 
 
Makaronun rəngi 
 
1. boz; 
2. ağ; 
3. sarı çalarlı, açıq sarı və sarı; 
4. açıq sarı; 
5. limonu rəngli sarı və sarı. 
 
Makaronun ümumi keyfiyyət xüsusiyyətləri 
 
 1. pis;  
 3. orta zəif; 
 5. orta;  
 7. yaxşı;  
 9. əla. 
 
Dəndə turşuluğun təyini 
 
Normal rütubətliklə yığılmış və saxlanma qaydasına düzgün 
riayət olunmuş  dənlər zəif turş reaksiyaya malik olur. Əlve-
rişsiz şəraitdə yığılmış və cücərmiş, öz-özünə yanmaya məruz 
qalmış dənlərdə isə turşuluq xassəli məhsulların miqdarı kəskin 
artır. Dənin rüşeyminin inkişafı  və cücərtinin  əmələ  gəlməsi 
yağların parçalanıb sərbəst yağ turşularının  əmələ  gəlməsinin 
intensivləşməsinə  səbəb olur. Eyni hadisə öz-özünə yanma 
zamanı temperaturun yüksəlməsi nəticəsində  də müşahidə 
edilir. Beləliklə, sərbəst turşunun miqdarı  dənin təzə olmasını 
göstərməklə, keyfiyyətin qiymətləndirilməsində mühüm əhə-
miyyətə malikdir.   
Dənin turşuluğunu təyin etmək üçün orta nümunədən 50 
qram çəkilib götürülərək dən və zibil qarışıqlarından təmizlənir 

117 
və laboratoriya dəyirmanlarında üyüdülür. Üyüdülmüş material 
0,8 mm-lik dəmir ələkdən qalıqsız olaraq keçirilir. Üyüdülmüş 
dən 20x20 sm ölçüdə  şüşə üzərində  bərabər qalınlıqda yayılır 
və 10 nöqtədən 5 qram nümunə götürülərək 0,01 q  dəqiqliklə 
çəkilir. Götürülmüş nümunəni 
100-150 ml-lik konusvari 
kolbaya tökərək üzərinə 50 ml distillə suyu əlavə edilir. Kolba 
içərisində bircinsli məhlul alınana qədər çalxalanır. Kolbanın 
içərisindəki məhlulun üzərinə 5 ml 1%-li fenoftalein əlavə 
edərək 0,1 n natrium hidroksid məhlulu ilə çəhrayı rəng (1 dəq 
müddətində itməyən) alınana qədər titrlənir.  
Nəticə aşağıdakı düsturla hesablanır: 
 
K
C
Y
x
×
×
×
=
10
100
 
 
               Burada : X- turşuluğun miqdarı(%-lə); 
               Y- titrə sərf olunan qələvinin  miqdarı (ml-lə); 
               C- nümunənin kütləsi  (q-la); 
               K- qələvinin titrinin düzəldilməsi əmsalı. 
Analiz iki dəfə aparılmalı və onlar arasındakı fərq 0,2%-dən 
az olmamalıdır.  
 

118 
VII FƏSİL 
 
YÜKSƏK KEYFİYYƏTLİ TOXUMLARIN 
BECƏRİLMƏSİNİN EKOLOJİ, METEOROLOJİ 
ŞƏRAİTİ VƏ AQRONOMIK ƏSASLARI 
 
 
7.1. Yüksək keyfiyyətli toxumların 
becərilməsinin ekoloji şəraiti 
 
Yüksək keyfiyyətli toxumların səpin keyfiyyətinə  və  məh-
suldarlıq xassələrinə ekoloji şərait, toxumların becərildiyi yerin 
coğrafi vəziyyəti, həmçinin müxəlif illərdə olan meteroloji 
şərait təsir göstərir.  
Xarici mühit şəraitləri içərisində  ən çox temperatur, yağın-
tıların miqdarı  və paylanma xarakteri, işıq, günün uzunluğu, 
torpağın mexaniki tərkibi, tipi, relyefi, dəniz səviyyəsindən 
yüksəkliyi və s. toxumun keyfiyyətinə təsir edir.  
Kənd təsərrüfatı bitkilərinin toxumları coğrafi şəraitin təsiri 
altında  əhəmiyyətli dərəcədə modifikasiya dəyişkənliyinə 
uğrayır. Bu təsir aqrotexniki və ayrı-ayrı təbii təsirlərdən güclü 
olur. Bu hallarda ana bitkiyə  və toxumlara eyni zamanda 
mürəkkəb kompleks faktorlar təsir edir.  
Nəmliyin az  və ya çox olması, işıqlanma, temperatur şəraiti 
və toxumların  əmələ  gəlməsi müddəti sintetik proseslərin xa-
rakterinə böyük təsir göstərir. Çoxsaylı  xəstəlik və  zərərveri-
cilərin toxumların formalaşmasına təsirini hesaba almaq la-
zımdır. Bəzi hallarda toxumlar toxum materialının keyfiyyətinə 
olan tələbləri ödəyə bilmir. Belə ki, aşağı temperaturda, yüksək 
nəmlikdə yığımdan sonra yetişmə  getməyə bilər və s. Nəticədə 
də  bəzi rayonlarda toxumlar daim zəif cücərtilərlə xarakterizə 
olunur. Bir başqalarında isə  səpin keyfiyyətinin və  məhsul-
darlığın aşağı olması tez-tez baş verir.  
Hələ Ç.Darvin göstərmşdir ki, iqlim şəraiti toxumların key-

119 
fyyətinə böyük təsir göstərir. 20-30-cu illərdə N.İ. Vavilovun 
rəhbərliyi altında, onun təşəbbüsü ilə coğrafi təcrübələr apa-
rılmışdır. Xarici mühit şəraitinin təsiri altında irsiyyətdə bir o 
qədər dəyişiklik getmir. Məhsuldarlıqda isə həlledici dəyişiklik 
əmələ gəlir. 
30 -cu illərdə akademik P.N. Konstantinovun məsləhəti ilə 
ölkənin müxtəlif iqlim zonalarında toxumların becərilmə 
şəraitini, onun keyfiyyətinə  təsirini öyrənmək üçün təcrübələr 
aparılmışdır. Təcrübənin nəticələri göstərir ki, yazlıq buğda, 
arpa və  vələmirin toxumlarının məhsuldarlığı arasında fərq 
83,3% olmuşdur. 1934-35-ci illərdə Anuçanski, Kinelski, 
Leninqradski və Selinski sort sınaqlarında yazlıq buğdanın 
məhsuldarlığı toxumların mənşəyindən asılı olaraq 8,8 sen/ha, 
13,1 sen/ha arasında dəyişmişdir. Ona uyğun rəqəmlər 1939 – 
cu ildə Çaykinski dövlət seleksiya stansiyasında yazlıq 
buğdanın Lütessens – 62 sortunda da alınmışdır.   
Toxumlarının əmələ gəlmə mənşəyindən asılı olaraq,  yazlıq 
buğdanın məhsuldarlığı müxtəlif - gübrələnməmiş fonda  2,2 
sen/ha, gübrələnmişdə isə 3,8 sen/ha olmuşdur. Deməli  əkin-
çiliyin intensivləşdirilməsində toxumçuluğun zonalar üzrə əsas 
məsələləri hələdə böyük əhəmiyyət kəsb edir.  
Timiryazev Kənd Təsərrüfat Akademiyasının müasir tədqi-
qatlarında məhsuldarlıq dərəcəsi 40-50 sen/ha olmaqla, payzlıq 
buğdanın maksimum və minimum məhsuldarlığı arasında olan 
fərq (toxumların müxtəlif coğrafi mənşəyindən asılı olaraq) 
orta hesabla iki ilə 11,5 sen/ha olmuşdur.  Arpanın isə Moskva 
vilayətinin müxtəlif zonalarında alınmış toxumlarında məhsul-
darlıq xassələri 21,2-43,2% fərqlənmişdir. Burada cənub 
mənşəli toxumlar daha əlverişlidir. Perm vilayətinin cənub 
rayonlarında alınmış toxumların  şimal rayonlarında  əkilməsi 
buğda və vələmirin məhsuldarlığı yerli toxumların əkilməsi ilə 
müqayisədə 2,8 – 4,5 sen/ha artıq olmuşdur.   
Bu hadisələrdə coğrafi faktorların toxumlara sonrakı  təsiri 
üzə  çıxmışdır. Ona görə  də sort sınaqlarında sortların mü-

120 
qayisəli qiymətləndirilməsi üçün yerli şəraitdə becərilmiş 
toxumlardan istifadə etmək lazımdır.          
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Krasnodar 
ölkəsi  şəraitində günəbaxanın iri toxum partiyalarının 
bcərilməsi daha məqsədə uyğundur. Belə toxumlar yüksək 
cücərmə enerjisinə, cücərməyə, 1000 ədəd toxumun kütləsinə 
və  sıxlığına malikdir. Məhsuldarlığa və yağlılığa görə onlar 
müxtəlif rayonlardan olan toxumlardan üstündürlər.  
Lakin bir çox (şəkər və yem çuğunduru) bitkilər üçün isteh-
salat şəraitində müəyyən edilmişdir ki, yerli mənşəli toxumlar 
daha əlverişlidir. Digər bitkilər (yonca, kartof, qarğıdalı, günə-
baxan və s.) üçün isə xüsusi toxumçuluq  zonaları yaratmaq 
lazımdır.  
Toxum materiallarının xüsusiyyətlərinə  və formalaşmasına 
ekoloji şəraitin güclü təsiri kimi kartof yumurularının “degene-
rasiyasını” göstərmək olar. Hesab olunur ki, kartof yumurula-
rının məhsuldarlıq xassələrinin pisləşməsi ancaq cənub rayon-
larında müşahidə olunur. Kartofda xəstəliklərin  əmələ gəlməsi 
(mozaika, yarpaqların bükülməsi, cücərtilərin nazikləşməsi) 
becərilmə  şəraiti və saxlanması bioloji xüsusiyyətinə uyğun 
olmadıqda üzə çıxır.  
Əlverişli zonalarda toxumların istehsalı ilk növbədə dövlət 
toxum resurslarının yaradılması    ilə  əlaqədardır. Həmçinin bu 
əmtəə  əkinlərinin təmin edilməsi üçün vacibdir, çünki həmin 
zonalarda  əlverişsiz iqlim şəraitində yüksək səpin keyfiyyətli 
və  məhsuldarlıq xassələrinə malik toxumların  əldə olunması 
çətin və demək olar ki, mümkün deyildir.  
Respublikamızda bu məsələlər hal-hazırda hər tərəfli 
öyrənilir və xüsusi toxumçuluq təsərrüfatlarının yaradılması 
üçün böyük imkanlar vardır. Bir iqlim zonasında həm düzən, 
həm dağ zonaları, mineral və  hərtərəfli torpaqlar, dəmyə  və 
suvarılan əkinçilik zonaları vardır.  
 
 

121 
7.2.  Meteoroloji şəraitin toxumun keyfiyyətinə təsiri 
 
Bir çox tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ayrı-
ayrı illərdə meteroloji şərait toxumun keyfiyyətinə çox güclü 
təsir edir. Toxumların formalaşması zamanı onun keyfiyyəti 
yağıntıların miqdarı  və temperatur ilə  sıx korrelyativ əlaqədə 
olur. Bir çox faktlar göstərir ki, onlar toxumun əmələ 
gəlməsinə qədər ana bitkiyə təsir göstərir.  
Məhşur  İtalyan ekoloqu C. Assinin (1959) məlumatlarına 
əsasən aşağı temperaturlar (15 dərəcədən aşağı) və yağıntıların 
miqdarının çoxluğu (80-100 mm.dən artıq) dənin formalaşması 
və dolması zamanı toxumun keyfiyyətinə  mənfi təsir göstərir. 
Rütubətli havalarda formalaşmış toxumlarda əmələ  gələn 
bitkilərin məhsuldarlığı quru havada əmələ  gələn toxumların 
məhsuldarlığından 8% aşağı olmuşdur. Yüksək rütubətli şərait-
də formalaşmış toxumlarda qlükozanın miqdarı çox, saxarozan 
miqdarı isə az olur. Elə buna görədə, cücərtilərin əmələ gəlmə 
sürəti və möhkəmliyi aşağı olur.  
Təcrübələrimizdə arpa toxumlarının yetişməsi və  yığımı 
zamanı  aşağı temperaturun və yağıntının çox yüksək olması 
arpa toxumlarının keyfiyyətini pisləşdirmişdir. Bu onunla izah 
olunur ki, mum yetişməsi zamanı toxumların fizioloji fəallığı 
çox aşağı düşür və onların əlverişsiz şəraitə davamlılığı azalır. 
Xüsusilə,  əkinlərin göbələk xəstəlikləri ilə  zədələnməsi 
zamanı bitkilərin yatması  və  dənlərin tökülməsi məhsuldarlıq 
xassələrinin daha da aşağı düməsinə səbəb olur.  
Əgər toxumun dolması və yetişməsi əlverişli ekoloji şəraitdə 
gedirsə, (yüksək temperaturda lazımı  qədər rütubətli olması) 
yığım zamanı isti və quru hava olduqda toxum materialı yük-
sək cücərmə enerjisinə, boyatma gücünə, yüksək məhsuldarlıq 
xüsusiyyətlərinə malik olur.  
Təcrübələrimizdə payızlıq buğdanın toxumları onların for-
malaşması  və inkişafı dövründə meteroloji şəraitdən asılı 
olaraq müxtəlif məhsuldarlıq xassələrinə malik olmuşlar.  

122 
Toxumların (yazlıq buğda) məhsuldarlıq xassələrinin aşağı 
olmasının müxtəlif illərdə C.Hacıyevdə müşahidə etmişdir. 
İ.Q. Strona qarabaşağın toxumunun keyfiyyətinə metereoloji 
şəraitin təsirini dəqiqliyi ilə öyrənmişdir. O, müəyyən etmişdir 
ki, əgər metereoloji şərait yüksək məhsulun alınmasına imkan 
verirsə, onda bu faktorların təsiri altında yaxşı  məhsuldarlıq 
xassələrinə malik olan toxumlar formalaşır. Çox saylı  məlu-
matlara görə  dənli bitkilərdə tez səpilmiş toxumlar gec səpil-
mişlərə nisbətən daha məhsuldardırlar.  Şəkər çuğundurunun 
yay  əkinlərinin kökmeyvəsindən alınmış toxumlarının səpin 
keyfiyyəti yaz əkinlərinə nisbətən yüksək olur. Bu onunla izah 
olunur ki, yay əkinlərində bitkilər daha əlverişli  şəraitdə for-
malaşır və bu da onların gələcək nəsillərinə müsbət təsir edir. 
Beləliklə, əlverişli ekoloji şərait toxumların yüksək məhsul-
darlıq xassələrinin yaranmasına imkan verir. 
Əlverişsiz metereoloji şərait nəticəsində  dənli bitkilər çox 
vaxt iri sahələrdə yatır. Buda toxumların keyfiyyətini və məh-
suldarlığını xüsusilə  aşağı salır. Torpağın münbitliyinin və 
nəmliyinin artması, azot gübrələrinin normadan artıq verilməsi, 
əkinlərin sıxlığı dənli bitkilərin yatmaq təhlükəsini artırır. Yat-
ma nə qədər tez baş versə toxumun keyfiyyəti və məhsuldarlığı 
o qədər aşağı düşür. Beləliklə, Mostarada (Yuqaslaviyada) ali 
k/t məktəbinin məlumatlarına görə  vələmir süpürgələmə 
fazasında yatmış  və ondan 5-10-18 gün sonra dənin məh-
suldarlığı uyğun olaraq 53,4-44,2; 33,7 və 26,4% (nəzarətdə 
məhsul 332 sen/ha) aşağı enmişdir. Toxumların natura çəkisi 
və cücərməsi aşağı enir. Pərdəliliyi və  xırda dənlərin miqdarı 
isə yüksəlir.  
Yatmış bitkilərdə işıq rejimi pisləşir. Onlarda fotosintez və 
plastik maddələrin toxumlara yığılması zəifləyir. Havanın nəm-
liyinin və temperaturun yüksəlməsi, və mikroorqanizmlərin 
aktiv fəaliyyəti nəticəsində karbohidratlar çox sərf olunur. 
Bundan başqa yatmış bitkilərdə vegetativ orqanlardan ge-
nerativ orqanlara plastik maddələrin axımı çətinləşir, yəni mad-

123 
dələr mübadiləsi pozulur. Məlumdur ki, zəif yatmış bitkilərdə 
(50%) məhsuldarlıq 2 – 3 sen aşağı düşür (6 – 8%), güclü 
yatmış bitkilərdə isə 4-5 sen/ha (15 – 20%) aşağı düşür. 
Bitkilərin yatması  nəticəsində toxumlar xırda, yüngül və 
cılız olur. Bir çox məlumatlara görə taxılların yatması  nəticə-
sində toxumlarda zülalların və şəkərin miqdarı çoxalır, nişasta-
nın miqdarı azalır. Belə halda toxumların məhsuldarlıq xassə-
ləri və səpin keyfiyyəti pisləşir.  
Hətta əgər yatmış və yatmamış əkinlərdən alınan toxumların 
1000  ədəd dəninin kütləsi eyni olsa da onların məhsul-
darlığında mühüm fərq (2,2 sen/ha) qeyd edilir ki, bu da to-
xumların keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Yatmış bitki-
lərdən alınan toxumlar zəif nəsil verir.  
Təcrübələrimizdə yatmış bitkilərdən alınan toxumlarla 
əkilən arpanın məhsuldarlığı 3,6 sen/ha az olmuşdur.  
Beləliklə, toxumların yatması  nəticəsində  yığımın pisləş-
məsi və  məhsuldarlığın aşağı düşməsi ilə eyni zamanda to-
xumların məhsuldarlıq xassələri və səpin keyfiyyəti də pisləşir.  
Deməli, toxumluq əkinlərdə yatmış yerləri ayrıca yığmaq və 
məhsulu  ərzaq və yem məqsədi ilə istifadə etmək lazımdır. 
Münbit torpaqlarda əkin normasını bir qədər aşağı salmaq 
lazımdır. Qısa gövdəli, yatmağa davamlı sortların  əkilməsi 
daha əlverişlidir.  
Hal-hazırda taxılların yatmağı ilə mübarizədə kimyəvi mad-
də olan – xlorxolinxlorid (SSS və ya TUR) daha geniş istifadə 
olunur. Bu preparatın sulu məhlulu ilə taxılların boruya çıxma 
fazasının  əvvəlində  işlənməsi bitkilərin hündürlüyünün 20–
30% aşağı enməsinə, gövdənin möhkəmliyinin artırılmasına, 
kök sisteminin qüvvətliliyinin artırılmasına, yatmağa davam-
lılığın güclənməsinə imkan verir, nəticədə dənin məhsuldarlığı 
artır.  
Sonda qeyd etmək lazımdır ki, tarla bitkilərinin toxumları-
nın keyfiyyətinə toxumların becərilmə yerinin coğrafi şəraiti və 
ana bitkisinin inkişafının metereoloji şəraiti həll edici təsir 

124 
göstərir. Optimal ekoloji şəraitdə formalaşmış toxumlar ən yax-
şı səpin keyfiyyətinə və məhsuldarlıq xassəsinə malik olurlar. 
Ölkənin müxtəlif zonalarında aparılmış çox saylı tədqiqatlar 
göstərmişdir ki, coğrafi şəraitin təsiri bir qayda olaraq müxtəlif 
təbii və aqrotexniki faktorlara nisbətən güclüdür. Müxtəlif 
torpaq-iqlim şəraitində becərilmiş toxumları səpdikdə məhsul-
darlıqda fərq 7 sen/ha-dan artıq olmuşdur. “Taxıl və paxlalı 
bitkilər” sahəvi laboratoriyasının apardığı aqrotexniki təcrübə-
lərdə isə müxtəlif gübrə dozaları  və  sələflər nəslin məhsul-
darlığında maksimal fərqin 1,7-2,3 s/ha olmasına imkan ver-
mişdir. Ona görə də xüsusi sənaye toxum istehsalında mühüm 
məsələlərdən biri toxumların ekoloji nöqteyi nəzərdən işlən-
məsidir.  Əlverişli torpaq iqlim zonalarında, yəni vilayətlərdə, 
rayonlarda və respublikada, toxum istehsalında rayondaxili və 
təsərrüfat daxili xüsusiliyi istifadə etmək vacibdir. 
Qeyd etmək lazımdır ki, toxumların becərilməsi zamanı 
ekoloji şəraiti kifayət dərəcədə nizamlamaq imkanı olmadıqda, 
davamlı sortları və toxumluq əkinlər üçün spesifik olan sənaye 
texnologiyasını istifadə edərək ayrı-ayrı faktorların mənfi tə-
sirlərini aşağı salmaq, müsbət təsirlərini isə gücləndirmək 
mümkündür. 
 
7.2. Yüksək keyfiyyətli toxum becərilməsinin  
sənaye texnologiyasının aqronomik əsasları 


1   ...   4   5   6   7   8   9   10   11   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə