Toxumların texniki məqsədlər üçün becərilməsi yem və
əmtəə üçün becərilməsindən fərqlənir. Hər şeydən əvvəl bu
proses toxumların yüksək sort və səpin keyfiyyətinə görə, həm-
çinin məhsuldarlıq xassələrinə görə ixtisaslaşdırılmış toxumçu-
luq təsərrüfatlarında aparılır. (sənaye texnologiyası əsasında).
Sənaye texnologiyası elə mexanikləşdirilmiş proseslər
yığınıdır ki, burada işlərin keyfiyyəti və müəyyən müddəti
vardır. Bu da bitkilərin böyüməsi üçün optimal şəraitin yara-
dılmasına istiqamətləndirilir və konkret şəraitdə yüksək key-
125
fiyyətli toxum məhsullarının alınmasını təmin edir.
Yerli və zonal şəraiti nəzərə alaraq, elmin yeni nailiyyətləri
və qabaqcıl təcrübələr əsasında, yeni texnologiya işlənilir ki, bu
da müxtəlif kənd təsərrüfatı bitkilərinin toxum istehsalında hər
il texnoloji kartların yaradılması ilə nəticələnir.
Sənaye texnologiyasının məqsədi – müasir, səmərəli maşın
və alətlərin, məhsuldar sort və hibridlərin bioloji cəhətdən tam
qiymətli toxumlarının, planlaşdırılmış məhsul üçün gübrə nor-
malarının, torpağın becərilməsi üçün enerji qoruyucu sistem-
lərin, effektiv herbisid və pestisidlərin, əməyin elmi təşkilinin
kompleks şəkildə istifadə edilməsidir.
Belə halda əl əməyinin istifadə edilməsi tamamilə itir və
yaxud minimum dərəcəyə endirilir, maşınların istismar rejimi
optimallaşır, hər növ işin yerinə yetirilməsi dəqiqliyi ilə müəy-
yənləşir, texnoloji əməliyyatlar yeganə axımda birləşdirilir və
buraxılan məhsul dövlət standartlarına uyğun olur.
Yüksək keyfiyyətli iri və barəbər toxum materiallarının
alınması təkcə toxumların sortlara ayrılması və təmizlənməsi
üçün mexaniki üsullarla istifadənin nəticəsində yox, həmçinin
əsasən bioloji xüsusiyyətlərini və şəraitini nəzərə almaqla, xü-
susi sənaye texnologiyası şəraitində iri dənli sortların alınması
nəticəsində olur ki, bu da yüksək sort və səpin keyfiyyətinə,
məhsuldarlıq xassələrinə malik toxumların əldə olunmasına
səbəb olur.
Nəzərdə saxlamaq lazımdır ki, yüksək keyfiyyətli toxumları
bir qayda olaraq yüksək məhsuldar bitkilərdən almaq olur.
Əkinlərdə optimal bitki sıxlığı, gövdələrin bərabərliyi olmalıdır
ki, bu da toxumların bir cinsliliyinə gətirib çıxarır.
Toxumların məhsuldarlıq xassələri sortda irsi xüsusiyyətləri
ilə həmçinin xarici mühit şəraitinin təsiri altında ana bitkinin
yetişməsi və toxumların formalaşması ilə müəyyən edilir. Bu
şərait hər şeydən əvvəl ekoloji faktorların və aqrotexniki
tədbirlərin kompleksindən asılıdır.
126
VIII FƏSİL
TOXUMŞÜNASLIQDA AQROTEXNİKİ FONUN
VƏ BƏZİ AQROTEXNİKİ TƏDBİRLƏRİN TOXUMUN
KEYFİYYƏTİNƏ TƏSİRİ
8.1. Toxumşünaslıqda aqrotexniki fonun səviyyəsi
Toxumluq əkinlərdə sənaye texnologiyası təkcə sort xüsu-
siyyətlərinə deyil, həm də yüksək aqrofona və əkinçilik mədə-
niyyətinə malik olmalıdır. Belə şəraitdə yaxşı məhsuldarlıq
xassələrinə malik və növbəti ildə geniş istehsalat əkinlərində
artım verən toxumlar mütərəqqi aqrotexniki tədbirlərin istifadə
olunmasında əlavə xərcləri ödəyir və iki - üç dəfə effektiv olur.
Toxumluq əkinlərdə sənaye texnologiyasının əsasını yüksək
aqrofonun yaradılması təşkil etməlidir ki, bu da bütün bitki
əkinlərinin inkişafı üçün ən yaxşı şəraiti təmin edir.
Toxumların səpin keyfiyyətinin və məhsuldarlıq xassə-
lərinin, onların yüksək aqrofonda becərilmə prosesində yaxşı-
laşdırılması bir çox tədqiqatlarla təsdiq edilmişdir.
Yazlıq buğdanın məhsuldarlığının aqrofondan və toxumların
məhsuldarlıq xassələrindən asılılığı
Cədvəl 12
Toxumların əmələ
gəlməsi
Yüksək aqrotex-
nika ilə olan sahə
Adi aqrotexnika ilə
olan sahə
Yüksək məhsuldar
sahədən (30 s/ha)
41,0 23,3
Aşağı məhsuldar
sahədən (12s/ha)
36,2 21,9
Məhsuldarlığın artması
4,8 1,4
127
Cədvəldən göründüyü kimi yüksək məhsuldar sahədən alın-
mış toxumlar əkildikdə adi aqrotexnika aparılan sahəyə
nisbətən yüksək aqrotexnika aparılan sahədə məhsuldarlığın
artımı müəyyən qədər çox olmuşdur.
D.Assi qeyd edir ki, yüksək məhsuldarlıq, dənin yüksək
keyfiyyəti və dənin formalaşması bəzi hallarda müxtəlif şərait-
də ola bilir.
C.Hacıyev Gəncə-Qazax torpaq-iqlim şəraitində apardığı
tədqiqatlara əsasən məhsuldarlığın müxtəlif tiplərinə rast gəl-
məsini qeyd edir: yüksək məhsuldarlıq yüksək səpin key-
fiyyətində, yüksək məhsuldarlıq aşağı səpin keyfiyyətində,
aşağı məhsuldarlıq yüksək səpin keyfiyyətində və s. Ona görə
də toxumların becərilmə texnologiyasını hazırladıqda zona
xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Toxumluq əkin sahələrində sortun təmizliyinin, onun
məhsuldarlıq xassələrinin və səpin keyfiyyətinin saxlanılması
üçün xüsusi toxumçuluq tədbirləri həyata keçirmək lazımdır.
Yüksək sort təmizliyini saxlamaq üçün mexaniki zibil-
lənmədən qaçmaq (səpən maşınların, tarlaların, kombaynın və
anbarların təmizlənməsi) sort alağı və sorttəmizliyi aparmaq
lazımdır. Xüsusi ilə çox çətinliklə seçilən və çoxalma əmsalı
çox olan alaqları. Məsələn: buğdada - çovdar, yulafda- vələmir
və arpa, yumşaq buğdada – bərk buğda və s. Çarpaz tozlanan
bitkilərdə də məsafə təcridinə nəzarət etmək lazımdır.
Növbəli əkində yeri – elmi cəhətdən əsaslandırılmış növbəli
əkinlərdən düzgün istifadə etdikdə bütün toxumçuluq
manqalarında yüksək məhsul almaq mümkündür. Bu sahədə
çox maraqlı və etibarlı rəqəmlər, D.P. Pryaşnikovun təşəbbüsü
ilə 1912-ci ildə TKTA–da qoyulmuş təcrübə əsasında
alınmışdır. Alınan materiallar V.E. Yeqorov tərəfindən
ümumiləşdirilmişdir.
128
Fondan asılı olaraq fasiləsiz növbəli əkində becərilmiş bitkilərin
məhsuldarlığı (1912 - 1970)
Cədvəl 13
Göstəricilər
Payızlıq
çovdar
Kartof Vələmir
Gübr
əsiz
NPK
Gübr
əsiz
NPK
Gübr
əsiz
NPK
Növbəli əkində
məhsuldarlıq ha/sen
14,1 21,9 88,4 160,6 13,9 18,5
Monokulturada
məhsuldarlıq ha/sen
7,3 12,2 76,2 154,2 7,9 11,7
Növbəli əkində
məhsuldarlığın artması,
ha/sen
6,8 9,7 12,2 6,4 6,0 6,8
%-lə
93,0 79,0 16,0 4,0 76,0 58,0
Daimi yerlərdə aparılmış təcrübələr əsasında və xeyli
miqdarda materialların ümumiləşdirilməsi nəticəsində V.E.
Yeqorov tarla bitkilərinin növbəli əkinlərdə həssaslığını nəzərə
alaraq onları 3 qrupa bölmüşdür:
1. Növbəli əkinlərə güclü reaksiya verən bitkilər (kətan,
şəkər çuğunduru, üçyarpaq yonca).
2. Növbəli əkinlərə orta reaksiya verən bitkilər (çovdar,
vələmir, qarğıdalı, arpa, buğda). Bu qrupa aid olan bitkilər
torpağa gübrə verdikdə, torpağın becərilməsi və alaqlarla
mübarizə düzgün aparıldıqda təkrar əkinlərdə yaxşı məhsul
verirlər.
3. Növbəli əkinlərə zəif reaksiya göstərən bitkilər (kartof,
çəltik, tütün, pambıq, kənaf).
Bu qrupa aid olan bitkilər torpağa gübrə verdikdə və tor-
pağın becərilməsi düzgün aparıldıqda, təkrar əkinlərdə davamlı
və yaxşı məhsul verirlər.
M.S.Hüseynovun apardığı təcrübələrə görə çox ünsürlü
129
təcrübələrdə payızlıq buğda növbəli əkinləri becərildikdə məh-
suldarlıq artımı 57%, mineral gübrələr verildikdə isə 33% ol-
muşdur. Kartof bitkisində isə məhsuldarlıq artımı ona uyğun
olaraq 6-86% olmuşdur.
C.Ə.Hacıyev təcrübələrlə müəyyən etmişdir ki, məhsul-
darlığın çox olması, növbəli əkinlərdən və aqrotexnikanın
səviyyəsindən asılıdır.
Ayrı–ayrı aqrotexniki tədbirlər və bitkilərin növbələşdiril-
məsi uzun müddət təkrar olunduqda, dəyişdirilmədikdə məh-
suldarlıq artımı olmur. Ona görə də növbəli əkinlərin dəyərini
artırmaq lazım deyil. Lakin nəzərə almaq lazımdır ki, gübrə-
lərin istifadəsini artırmaqla növbəli əkinlərin rolu azalmır.
Əksinə növbəli əkinlərdə həssas olan bitkilərdə çoxalır.
Məhsuldarlığın dayanmadan artması üçün aqrotexnika ilə
bərabər növbəli əkinlərində təkmilləşdirilməsi vacibdir. Əkin-
çiliyin mədəniyyətini və intensifikasiya səviyyəsini artırdıqda
növbəli əkinlərdə yerli şəraitdə daha məhsuldar bitkilər seçil-
məlidir.
Payızlıq çovdar toxumunun səpin keyfiyyətinin toxumluq əkinlərin
sələflərindən asılılığı
Cədvəl 14
Sələf
Cücərmə
enetjisi,
%-lə
Laboratoriya
cücərməsi,
%-lə
Boy atma gücü
Cücərtilərin
miqdarı%-lə
100 cücərtinin
kütləsi, q-la
Qara herik
95,5
98,5
92,0
6,7
Noxud 93,0 98,0
91,5
6,4
Qarğıdalı 95,0
98,0
92,0
6,5
Gülül – vələ-
mir qarışığı
92,0 96,5 88,0 6,1
Arpa 92,0 96,0
88,0
5,9
Toxumluq əkinlər üçün xüsusi növbəli əkinlər seçilmədir.
Növbəli əkinlərin daxilində bitkilərin növbələşməsi onların ara-
130
sında yetişmə şəratinə, torpağa təsirinə və biologiyasına görə
müxtəlifliyi ilə müəyyən edilir. Bu zaman toxumluq əkinlərin
sort təmizliyini də nəzərə almaq lazımdır. Beləliklə, buğdanın
müxtəlif sortlarının, buğda və arpanın, çovdar və buğdanın to-
xumlarını bir-birinə yaxın əkmək olmaz, çünki onların toxum-
ları bir-birindən çətin ayrılır.
Bizim ölkədə dənli bitkilərin toxumluq əkinləri üçün təmiz
herik ən yaxşı sələfdir.
Lakin ayrı-ayrı illərdə təmiz herikdə dənlilər yatır və yaxud
onların yetişməsi uzanır. Rütubətli zonalarda payızlıq bitkilər
üçün ən yaxşı sələflər çoxillik otlar, noxud və silos üçün qarğıdalı
altında olan heriklərdir. Altaysk vilayətinin dövlət sort sahələ-
rindən təmiz heriklərdə hektardan 19,1 sen yazlıq buğda, buğdanı
buğda ilə yerləşdirdikdə isə 15,1 sen alınmışdır. Bu zaman to-
xumların keyfiyyəti də aşağı düşür: 1000 ədəd dənin kütləsi və
zülalın faizi azalır, xəstəliklərə yoluxması çoxalır. Bu da sortun
məhsuldarlıq xassələrinin tez itirilməsinin ən əsas səbələrindən
biridir. Xəstəliklərin əhəmiyyətli inkişafı zamanı toxumluq
əkində toxumların məhsuldarlığı kəskin sürətdə aşağı düşür.
K\t bitkilərini növbəli əkinlərdə yerləşdirdikdə, ayrı-ayrı
sortların xüsusiyyətlərini nəzərə almaq lazımdır. Burada məh-
şur bioloji qanunauyğunluğu nəzərə almaq lazımdır: sort nə
qədər məhsuldar olsa, o qədər də becərmə şəraitinə tələbkardır,
pis şəraitdə isə onun məhsuldarlığı az məhsuldar sorta nisbətən
aşağı düşür.
Payızlıq buğda sortlarının məhsuldarlığının sələflərdən asılılığı (sen/ha)
Cədvəl 15
Sort
Sələf
Qara herik
Noxud
(toxumluq)
Qarğıdalı
(silos üçün)
Payızlıq
taxıllar
Pərzivan-1
36,0 31,7 16.0 25,5
Nurlu-99
33,8 29,0 22,0 36,2
Bol buğda
30,5 30,5 21,3 30,1
131
Ən yüksək məhsuldarlıq təmiz herikdə (36,2 s/ha) payızlıq
buğdanın daha məhsuldar olan
Nurlu-99
olmuşdur. Belə halda
Nurlu-99
sortunun məhsuldarlığı başqa sortlara nisbətən 6,1 –
10,7 s/ha artıq olmuşdur. Deməli toxumçuluğun növbəli əkin-
lərində ən yaxşı sələflər daha məhsuldar sortlar olunmalıdırlar.
Burada izah olunanların hamısını toxumluq əkinlərin
növbəli əkinlərində bitki və sortların düzgün növbələşdirilməsi
üçün nəzərə almaq lazımdır.
Torpağın becərilməsi. Torpağın becərilmə sistemi müəyyən
bitkilərə, torpaq müxtəlifliyinə uyğun, enerji qoruyucu, toxum-
luq əkinlərdə isə sortlara uyğun olmalıdır. Yaxşı becərilmə,
torpağın fiziki xassələrini yaxşılaşdıraraq, gübrələrin, pestisid-
lərin, ən yaxşı sortların yüksək keyfiyyətli toxumların və
aqrotexniki tədbirlərin yüksək effektli istifadəsini təmin edir.
Zərərvericilərlə, xəstəliklərlə yoluxmuş və ağır mexaniki
quruluşa malik olan topaqlarda becərilmənin əhəmiyyəti mü-
hüm dərəcədə artır. Toxumluq əkinlərdə alaq otlarını məhv
etmək lazımdır, hər şeydən əvvəl çətin seçilənləri (vələmir,
tatar qarabaşağı, yabanı turp) və xüsusən də karantin (sarı
sarmaşıq, ətirşah, kəkrə) alaqları.
Alaq otları olduqda toxumların sinfi aşağı enir, karantin
alaqların olması isə toxumlar əkin üçün yararsız edir. Bundan
əlavə alaq otları mədəni bitkilərin toxumlarının tarla cücərtisini
aşağı salır. Becərmə bütün torpaq proseslərinin istiqamətli
idarə edilməsinə və bitkilərin inkişafı üçün daha əlverişli
şəraitin yaradılmasına imkan verir.
Texniki avadanlığın, əkinçilik mədəniyyətinin artırılması
sahələrdə aparılan əməliyyatların sayını mühüm dərəcədə
çoxaldır ki, bu da torpağın quruluşuna mənfi təsir göstərir,
eroziya proseslərini və quraqlığın ziyanverici təsirini güc-
ləndirir. Ona görə də, son zamanlar bir neçə əməliyyatların
azaldılması, eləcə də illik şumlamanı herbisidlərin intensiv
istifadəsi, kotansız şumlama və üzdən becərmə ilə əvəz
edilməsi çox mühüm problemlərdən biridir.
132
8.2. Bəzi aqrotexniki tədbirlərin toxumun
keyfiyyətinə təsiri
Bu göstəricilər yeni sortların yaradılması prosesində mühüm
əhəmiyyətə malik olmaqla gələcək məhsulun yararlılıq dərə-
cəsini müəyyən edir. Nəzərə alınmalıdır ki, zülalın dəndəki
miqdarı çox mürəkkəb bir əlamət olmaqla sortun bir sıra mor-
foloji göstəriciləri ilə əks korrelyativ asılılıqla xarakterizə olu-
nur. Yəni, yüksək məhsuldar sortların dənində ümumi zülalın
miqdarı bir qayda olaraq aşağı olur ki, bu da onun keyfiyyət
göstəricilərinə təsir edir.
Dəndə zülalın miqdarının yüksək olması buğda bitkisində
arzu olunandırsa, pivəbişirmə sənayesi üçün əsas xammal olan
arpanın dənində pis keyfiyyət göstəricisi kimi qiymətləndirilir.
Ümumilikdə isə dənin keyfiyyət göstəricilərinin qiymətlən-
dirilməsi müvafiq metodlar rəhbər tutulmaqla yerinə yetirilmiş
laboratoriya analizlərindən əldə edilən göstəricilər əsasında
aparılır. Seleksiya prosesi üçün nəzərdə tutulmuş müxtəlif yerli
və beynəlxalq qiymətləndirmə şkalalarının göstəricilərinə əsa-
sən dənin biokimyəvi və texnoloji xüsusiyyətlərinin qiymətlən-
dirilməsi aparılır.
Təsərrüfatlarda əsasən buğdanın iki növü (yumşaq və bərk)
geniş yayılmışdır. Bu növlər botaniki və təsərrüfat xüsusiy-
yətlərinə görə fərqləndiyi kimi, kimyəvi və texnoloji xüsusiy-
yətlərinə görə də fərqlənir. Yumşaq buğdalar əsasən çörək,
bərk buğdalar isə makaron üçün istifadə edilir.
Çörəkbişirmə keyfiyyətinə görə yumşaq buğdalar 3 sinfə
bölünür: birinci sinfə qüvvəli buğdalar aiddir. Bu buğdaların
əsas xüsusiyyətləri ondan ibarətdir ki, onların unu yüksək key-
fiyyətli, yüksəkhəcmli çörək çıxımına malikdir. Bunlar çörə-
kbişirilməsini təmin etməklə yanaşı, aşağı keyfiyyətli unla
müəyyən nisbətdə (15-20%) qarışdırıldıqda onların çörəkbişi-
rilmə keyfiyyətini də xeyli yaxşılaşdırır.
Qüvvəli buğdaların ununun suudma qabiliyyəti, kleyko-
133
vinasının keyfiyyəti yüksək olduğu üçün uzunmüddətli qıc-
qırma prosesi zamanı əmələ gələn karbon qazının xəmirin da-
xilində qalmasını təmin etdiyindən yüksək həcmli çörək çıxı-
mına malik olur.
Ikinci sinfə orta qüvvəyə malik olan sortlar daxildir. Belə
sortların unundan yüksək və orta keyfiyyətli çörək alınır. Lakin
bu sinfə daxil olan sortlar aşağı keyfiyyətli sortlarla qarış-
dırıldıqda onların çörəkbişirilmə keyfiyyətini yaxşılaşdıra
bilmir. Bu sinfə aid olan buğdalarda zülalın miqdarı 11-13%,
kleykovina 25-27% olmaqla, keyfiyyətcə II qrupa aid olur.
Üçüncü sinfə zəif (aşağı) keyfiyyətli buğda sortları daxildir
ki, bu sortların unundan aşağı kefiyyətli çörək alındığından
əsasən qənnadı sənayesində istifadə edilir.
Bərk buğdalara bir sıra ölkələrdə “makaron buğdası” de-
yilir. Bu buğdaların həm yazlıq, həm də payızlıq sortları ma-
karon istehsalı üçün əvəzedilməz xammaldır. (Cədvəl 16)
Bərk buğdaların keyfiyyət göstəriciləri
Cədvəl 16
Göstəricilər
Norma
I sinif
II sinif
III sinif
Natura kütləsi (q-la)
770
745
745
Başqa sortların qarışığı (%-lə) 10 15
15
Kleykovinanın miqdarı (%-lə) 28 25
22
Kleykovinanın keyfiyyəti
İkinci qrup
Düzgün elmi əsaslarla tərtib edilmiş növbəli əkin dövriy-
yəsində qabaqcıl aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə
keyfiyyətli məhsul alınması təmin edilir.
Əkin dövriyyəsində qara herikdən sonra becərilən buğda
dəninin tərkibindəki zülalın miqdarı digər sələflərdən sonra
əkilən buğdanınkından çox olur.
Azərbaycan şəraitində sınaqdan keçirilən payızlıq buğda
(Qaraqılçıq-2, Bol buğda, Pərzivan-1) sortlarından ən yüksək
məhsul yemləmə gübrəsini bitkinin kollanma (ilk yazda) və
134
boruyaçıxma mərhələlərində tətbiq etdikdə alınmışdır.
Payızlıq buğdanın keyfiyyəti dedikdə onun çörəkbişirilmə,
un və makaron keyfiyyətinin xarakterizə edən göstəriciləri –
dənin forması, ölçüləri, rəngi, şüşəvariliyi, natura kütləsi, 1000
ədəd dənin kütləsi, kül elementlərinin, zülalın, kleykovinanın
miqdarı və keyfiyyəti, nişastanın miqdarı, xəmirin fiziki
xüsusiyyətləri, çörəyin həcm çıxımı və keyfiyyəti, makaronun
fiziki və texnoloji xüsusiyyətləri başa düşülür.
Bərk və qüvvəli buğdaların keyfiyyətinin
təyin edilməsi
Yığıma 5-6 gün qalmış bərk və qüvvəli buğdaların sahəsi
onun keyfiyyətini müəyyənləşdirmək üçün sahələr üzrə ayrılır.
Sonra həmin sahələrdən dərzlər götürülür, döyülür və dənin
keyfiyyəti (şüşəvariliyi, kleykovinanın miqdarı və keyfiyyəti)
təyin edilir (cədvəl 17). Analizin nəticələrinə əsasən sahələrin
yığım vaxtı və üsulu müəyyən edilir.
Bərk və qüvvəli buğdalara verilən tələblər
Cədvəl 17
Dənin keyfiyyətinə
görə xarakteristi-
kası
Kleykovina
Şüşəvariliyi
Miqdarı
(%-lə)
Keyfiyyət
qrupu
Qüvvətli 33-dən çox
I
60-dan çox
Qiymətli
28-31
25-17
25-dən çox
I
I
II
60-dan çox
60-dan çox
60-dan çox
Bərk buğda
I sinif
28-dən çox
II
75
II sinif
25-28
II
60-75
III sinif
22-25
II
40-60
135
Təsərrüfatlarda buğdaların keyfiyyətinə görə
qruplaşdırılması
Mövcud DÜST 9354-67 və DÜST 9353-67-ə uyğun olaraq
qüvvəli və eləcə də bərk buğdanın keyfiyyətinə görə partiyalara
ayrılır. Bu işin gedişinin düzgün təşkil edilməsinə təsərrüfat
rəhbərləri cavabdehdirlər.
Xırmanlarda bərk və qüvvəli buğdaların partiyalara ayrıl-
masında dənin yetişkənliyi, sələfləri, sort və reproduksiyalar
nəzərə alınmalıdır.
Alınmış partiyalardan taxıl tədarükü idarələrinin laborantı
nümunələr götürür və onun keyfiyyətini qüvvədə olan me-
todikaya uyğun təyin edir. Nümunələrin götürülməsi üçün akt
tərtib edilir və həmin aktda nümunənin nömrəsi, tarlanın adı,
sahəsi və partiyada olan dənin miqdarı qeyd edilir. Tədarük
idarələrinin laboratoriyasında təsərrüfatın və rayon mütəxəs-
sislərinin iştirakı ilə dəndə kleykovinanın miqdarı və key-
fiyyəti, nəmliyi, zibilliyi və s. təyin edilir.
Analizin nəticəsi xüsusi jurnalda qeyd olunur və təsərrüfatın
mütəxəssisinə analizin nəticələri yazılmış forma təqdim edilir.
Nümunənin qalığı tədarük idarələrinin laboratoriyalarında
saxlanılır.
136
IX FƏSİL
TOXUMUN SƏPİN KEYFİYYƏTİ VƏ
KONDİSİYASI
Səpin məqsədi ilə ayrılan toxumlar lazım tələbata uyğun
gəlməlidir. Bu tələbata kondisiya deyilir. Fermerlər buna
xüsusi diqqət yetirməlidirlər.
Kondisiyaya uyğun olmayan toxumlardan səpin üçün
istifadə edilməməlidir. Ona görə də hər bir fermer çalışmalıdır
ki, yüksək məhsuldar, başqa sort və alaq otu, zibil qarışığından
təmiz, sağlam və zərərvericilər tərəfindən zədələnməyən toxum
yetişdirsin, həmçinin bu toxumlar uzun müddət saxlamağa
imkan verən normal nəmliyə malik olsun.
Toxumlar səpin keyfiyyətindən asılı olaraq I, II və III
standart siniflərə bölünür.
I sinif toxumlar ən yüksək keyfiyyətli, II sinif orta və III
sinif I və II siniflərə nisbətən aşağı keyfiyyətli hesab olunur.
Fermer təsərrüfatlarında imkan daxilində birinci sinif toxum-
lardan istifadə edilməlidir.
Birinci sinif toxumlar çatmadıqda isə ikinci sinif toxum-
lardan istifadə edilir. Toxumların təmizliyini və cücərmə
qabiliyyətini yüksəltmək üçün başlıca tədbir onları təmizləmək
və çeşidlərə ayırmaqdır. Bu üsulla hər cür qatışıq, o cümlədən
cücərti verə bilməyən toxumlar kənar edilir.
9.1. Toxumun səpin keyfiyyət göstəricilərinin
təyini üsulları
Kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri yax-
şı bilirlər ki, yüksək məhsul yalnız yaxşı seçmə toxumdan
yetişdirilə bilər. Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan
inkişaf edən bitkiləri də bir o qədər güclü, məhsuldarlıq isə
137
yüksək olar.
Yaxşı toxum yüksək məhsulun rəhnidir. Ona görə də hər bir
təsərrüfat səpin üçün tədarük etdiyi toxumun yüksək keyfiy-
yətli olması üçün mümkün olan bütün tədbirləri görməlidir.
Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir.
Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır.
Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olsa,
toxum bir o qədər təmiz olar.
Toxumlar yüksək cücərmə qabiliyyətinə, iriliyinə və bəra-
bər formalı, normal rütubətli və sağlam olmalıdır. Belə key-
fiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq to-
xumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə
çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yarar-lılığı-
nı, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcə-
sini yoxlamaq lazımdır. Toxum kondisiyaya uyğun ol-mazsa,
müəyyən tədbirlər görülməlidir. Qabaqcıl fermer, to-xumçuluq
sahəsinin mütəxəssislərinə müraciət etməlidir. Adətən toxumun
keyfiyyəti toxum nəzarət laboratori-yalarında təyin edilir və
keyfiyyətə dair sənəd verilir.
Kənd təsərrüfatında yüksək məhsul ancaq yüksək keyfiy-
yətli toxum səpilmiş əkinlərdən almaq olar. Toxumun səpin
keyfiyyəti bir çox göstəricilərlə təyin edilir: təmizliyi, cücərmə
enerjisi, cücərmə qabiliyyəti, nəmliyi, 1000 toxumun çəkisi,
xəstəlik və zərərvericilərə yoluxma dərəcəsi.
Toxumun səpin keyfiyyəti toxumçuluq idarələri tərəfindən
müəyyən edilməklə DÜST-ə görə 12036-81 ilə təyin edilir.
Aqronomlar bu standartı bilməli və ona əməl etməlidirlər.
Bütün bu işlərin görülməsi üçün orta nümünənin götürül-
məsi vacib şərtlərdəndir. Nümunə bütün partiya toxumu əhatə
etməli, bütün sənədləri yoxlanılmaqla götürülməlidir.
Orta nümunəni götürmək üçün xüsusi alətlərdən –araölçən-
lərdən - şuplardan istifadə etmək lazımdır. Bunlar toxumların
saxlanılma üsulundan asılı olaraq müxtəlif olur.
Şuplar - konusvari, silindrik, kisə şupu, yonca bitkisinin
138
Şəkil 11. Toxumların götürülməsi
üçün şuplar:
1. Silindrik;
2. Konusvari;
3. Kisə şupu;
4. Üçyarpaq yonca üçün;
5. Dənli bitkilərin toxumlarından
nümunə götürmək üçün alət
toxumundan, dənli bitkilərin
toxumundan nümunə götür-
mək üçün və hobbe şupudur.
(Şəkil 11)
Konusvari şupu – açıq
maşınlardan, vaqon və anbar-
lardan nümunə götürmək
üçün istifadə edilir.
Kisə şupu – bağlı kisələr-
dən orta nümunənin götürül-
məsi üçün istifadə olunur.
Silindrik şup – açıq kisə-
lərdən orta nümunə götür-
mək üçün istifadə edilir.
Hobbe şupu – bağlı xırda
toxumlu kisələrdən nümunə
götürmək üçün istifadə edilir.
Maşın, anbar və.s toxum 3
qatdan götürülür.
Kisədən isə 3 yerdən (10
qədər), 10-25 kisədə olanda
hər kisənin bir yerindən, 26-
100 kisədə isə hər beş kisə-
dən bir, 100-artıq kisə olsa
hər 10 kisədən bir nümunə
götürülür.
Qarğıdalıdan qıçalı halda isə 15 yerdən 5-5 qıça götürülür (3
qatdan).
Bütün nümunələr brezent, faner və.s üzərinə tökülür. İyi,
rəngi, müxtəlifliyi və.s öyrənilir. Əgər eynidirsə onlar eyni
yığılır və qarışdırılır. Bu ilk nümunə taxıllarda 1kq, yonca və.s
250 qr. olmaqla təqribən 40000 toxum olmalıdır.
Başlanğıc nümunə stola və. s tökülür, xaç üsulu ilə 4
yerə bölünür, 2 – si saxlanılır və göstərilən çəkidə nümunə
qalana qədər əvvəlki formada təkrar edilir .
139
9.2. Toxum partiyasından orta nümunənin
götürülmə qaydası
Toxumun keyfiyyəti bütün toxum partiyasının keyfiyyətini
əks etdirən orta nümunəyə (əsas nümunə toxumların laborato-
riyada təhlil etmək üçün ayrılmış hissəsinə orta nümunə de-
yilir) əsasən təyin edilir. Ona görə də orta nümunə götürmək
qaydalarına ciddi əməl etmək və bu işin çox mühüm və məsu-
liyyətli olduğunu yadda saxlamaq lazımdır. Çünki götürülmüş
orta nümunə toxum partiyasının keyfiyyətini əks etdirməlidir.
Toxum partiyasına düzgün qiymət vermək üçün müxtəlif
bitkilərdən müəyyən edilmiş çəkidə bircinsli toxum partiya-
sından orta nümunə götürülür (bir bitkidən, sortdan, nəsildən,
sort təmizliyi dərəcəsindən, ilin məhsulundan, dərman bitkiləri
üzrə isə bundan əlavə bir cinsdən olan əkiləcək, saxlanılacaq və
ya göndəriləcək hər hansı bir toxumun miqdarına toxum parti-
yası deyilir). Məsələn, buğda, çovdar, vələmir, qarğıdalı, qara-
başaq, noxud, çəltik, mərcimək, paxla, günəbaxan, gənəgər-
çək,və s. bitkilərin hər 200 sentnerindən; darı, sorqo, çuğundur
80; yonca, şabdar, çobantoppuzu, qarpız, qabaq, yerkökü, bit-
kilərinin 20; kartofun hər 2 sentner çəkisində olan toxum ma-
terialı bir partiya sayılır. Partiyanın çəkisi göstərilən miqdardan
artıq olarsa, o qəbul edilmiş çəkidən artıq olmayan yoxlama
vahidlərinə bölünür və hər hissədən ayrıca nümunə götürür.
Toxum partiyası yığınlarda saxlanılarsa, nümunələr konus
şəkilli və ya silindrik çalovlarla (şuplarla) götürülür. Toxum
tığlarının müxtəlif dərinliyindən 3 nümunə: üst qatdan 10 sm
dərinlikdə, ortadan yığının tən ortasından və aşağısın-dan dö-
şəmədən nümunə götürülür. Anbarlarda, yığınlarda, avtomaşın
və arabalarda olan toxumların 5 yerindən 3 qatdan 15 nümunə
götürülür. 20 ton toxum tutan vaqonlardan isə 11 nöqtədən və 3
qatdan 33 nümunə götürülür.
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə
toxum axınından nümunə götürülür.
140
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə
toxum axınından nümunə götürmək üçün xüsusi çömçədən
istifadə edərək axının bütün eni boyunda nümunə götürülür.
Toxum bir elevator quyusundan digər elevator quyusuna
keçirildikdə, hər ton toxumdan 0,1 kq nümunə götürülür. Qalan
hallarda isə hər 20 tondan orta nümunə düzəldilir.
Fermerlər yuxarıda göstərilənlərə hökmən əməl etməlidirlər.
Əks təqdirdə külli miqdarda maddi ziyan çəkə bilərlər.
Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümu-
nədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini,
cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, tə-
mizliyini təyin etmək üçün: ikincisi isə toxumların rütubətliyini
və anbar zərərvericilərinə tutulmasını təyin etmək üçün
götürülür.
Bitkilərin və toxumların iriliyindən asılı olaraq, orta nü-mu-
nənin çəkisi müxtəlifdir. Məsələn, buğda, çovdar, vələmir, ar-
pa, qarğıdalı, çəltik, noxud, lərgə, günəbaxan, soya və yerfın-
dığından orta nümunənin çəkisi 100 qram; darı, mərcimək, qa-
rabaşaq, çuğundur, qarpız, yemiş və qabaqdan 500 qram; qır-
mızı şabdar və yoncadan 250 qram; sorqo, sudan otu 200 qram;
çoban toppuzu, çovdarotu, pişikquyruğu otu və yerkökündə isə
30 qram olur. Orta nümunə mütləq toxum saxlanılan yerdən
götürülür və toxum-nəzarət laboratoriyalarına dərilənə qədər
orada saxlanılır.
Orta nümunə almaq üçün toxumları hamar səth-stol və ya
foner üzərinə töküb xətkeşlə kvadrat şəklində hamarlayırlar.
Sonra həmin xətkeşlə toxumları diaqonal xətt üzrə 4 hissəyə
bölür və qarşı-qarşıya duran iki üçbucaq götürülərək qalan iki
hissə qarışdırılır. (Şəkil 12)
Bu əməliyyat müvafiq bitki üçün müəyyən edilmiş çəkidə
orta nümunə alınana qədər davam etdirilir. Bundan sonra qarşı-
qarşıya duran üçbucağın toxumlarını bir yerə tökür, təmizliyini
və cücərmə qabiliyyətini təyin etmək üçün kisəyə doldurulur,
rütubətliyi və anbar zərərverici-lərinin yoluxmasını müəyyən
141
Şəkil 12. Diaqonallar üzrə bölünmə üsulu
etmək məqsədilə qalan iki üçbucaqdakı nümunəni kisəyə töküb
ağzını möhkəm bağla-dıqdan sonra surquclayıb parafinləyirlər.
Kisəyə nümunələrə iki nüsxədən ibarət etiketlər yazılır. Eti-
ketdə fermer təsərrüfatının adı və ünvanı, bitkinin adı və sortu,
məhsul ili, toxum partiyasının çəkisi, toxum partiyası və nü-
munənin nömrəsi, kisələrin nömrəsi göstərilir. Etiketlərin biri
kisənin xaricindən yapışdırılır, ikincisi isə onların içərisinə
qoyulur. Orta nümunə götürüldükdə 2 nüsxədən ibarət akt
yazılır, aktlardan biri təsərrüfatda saxlanılır, digəri isə orta
nümunə ilə göndərilir. Akta orta nümunənin götürülməsində
iştirak edən şəxslər imza edir və o, möhürlə təsdiqlənir.
9.3. Toxumun təmizliyinin təyini
Поделитесь с Вашими друзьями: |