42
pis münasibətdə olduğu, hətta onu Bəsrə hakimliyindən
kənarlaşdırmaq istədiyi barədə söhbətlər gəzirdi. Bə`zi mənbələrdə
bu münasibət haqqında belə deyilir: “Yezid, ibn Ziyada ən düşmən
adam idi.”
102
Əgər Müslim və ətrafındakılar da ibn Ziyad kimi
təzyiq və hədə-qorxuya əl atıb, iqtisadi, siyasi, ictimai və psixoloji
amillərdən istifadə etsəydilər, Kufədə qələbə qazana bilərdilər.
Qeyd edək ki, Haninin evində Müslim ün ibn Ziyadı öldürmək
imkanı vardı.
Bəli, imam Hüseyn (ə) Kufə əhlini ibn Əbbas kimilərdən qat-
qat yaxşı tanıyırdı. İbn Əbbas yalnız keçmişdə baş verənlərə
istinad edirdisə, imam (ə) öz dövründən də agah idi. İmamın (ə)
Kufədə şəxsi nümayəndəsi olduğu üçün onun mə`lumatları daha
e`tibarlı sayılmalıdır.
Həmin vaxt Kufənin şəraiti iyirmi il əvvəlkindən o qədər
fərqlənirdi ki, Kufəlilər imam Hüseynə (ə) qoşulmaq üçün
hazırlıqlarını bildirirdilər. Onların bu mövqedən çəkiləcəyi ehtimal
olunmurdu. Çünki Kufə Şamla rəqabətdə mərkəzlik mövqeyini
itirmişdi. Əməvilərin Kufəni tənəzzülə uğratmaq siyasəti kufəliləri
vadar edirdi ki, itirilmiş əzəməti geri geri qaytarmaq üçün tədbir
görsünlər. Əməvi hökumətinin kufəlilərə, xüsusi ilə Kufə şiələrinə
qarşı sərt münasibəti onları ciddi qərarlar qəbul etməyə vadar
edirdi. Kufəlilər Yezidin şəxsiyyətini tanıdıqlarından imam
Hüseynin (ə) rəhbərliyinə nail olmağa çalışırdılar.
Atası Müaviyə ilə müqayisədə çox-çox zəif görünən
təcrübəsiz Yezidin şəxsiyyəti Kufədə yeni bir hökumətin
qurulması ehtimalını gücləndirən amillərdən idi.
Bəli, imam Hüseyn (ə) qarşıda onu gözləyən hadisələrdən
xəbərdar idi. O, şəhadətə doğru hərəkəti ilə mənfur əməvi rejimini
rüsvay edərək tarixi bir qələbə qazandı. Əgər gözlənilməz
maneələr yaranmasaydı, zahiri qələbə də əldə edilərdi.
Dostları ilə paylaş: