81
buyurdu: “Anan əzanda otursun, bizdən nə istəyirsən? Hürr dedi:
“Bir başqası anamın adını çəksəydi, ona cavab verərdim. Amma
sənin anan haqqında tə`zimdən başqa bir söz gəlməz.”
Bununla belə, Aşura günü imamın (ə) fəryadını eşidən Hürr
özünü ona çatdırdı və ərz etdi: “Sənə fəda olum, ey Peyğəmbər
övladı! Mən yolunu kəsib səni qayıtmağa qoymayan, sənin bu bəla
dolu torpaqda qalmağına bais olan adamam. Heç vaxt güman
etməzdim ki, bu camaat səninlə vuruşub, belə rəftar edə. Artıq
peşmanam və Allahın dərgahına tövbə edirəm. Allah mənim
tövbəmi qəbul edərmi? Həzrət buyurdu: “Bəli, Allah tövbəni qəbul
edər və günahını bağışlayar.” Maraqlı bir nöqtəyə diqqət edək:
Hürrün imam Hüseynə (ə) qoşulması hadisələrin nəticəsini dəyişə
bilərdimi? Əlbəttə ki, Aşura günü artıq hər şey mə`lum idi, imam
və ətrafındakılar şəhadətə qucaq açmışdılar. Demək, imam Hüseyn
(ə) Hürrü qəbul etməklə hərbi qüvvəsini artırmaq yox, daha bir
insanın hidayətinə, islahına cəhd edirdi. Budur övliya mərhəməti!
Hürr ibn Yezid imama qoşuldu və çox keçməmiş şəhadət
camını başına çəkdi. Yarıcan Hürr imamın hüzuruna gətirilərkən o
həzrət əlini onun üzünə çəkib buyurdu:”Sən ananın qoyduğu ad
kimi insansan, sən dünya və axirət azadəsisən.”
179
Dostları ilə paylaş: