Щесаблама техникасынын тарихиня уйьун олараг Електрон Щесаблама машынлары (ещм) айрылырлар


Gopher - serverləri gopher: //sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətinsiz www- yə oxşayır. Telnet://



Yüklə 96,85 Kb.
səhifə10/11
tarix13.12.2023
ölçüsü96,85 Kb.
#175827
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
internet xidmetleri haqqinda

Gopher - serverləri gopher: //sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətinsiz www- yə oxşayır.
Telnet:// uzaq məsafədəki kompüterlə terminal müraciəti təmin edir.
Internet ticarət xidməti vasitəsi ilə on-line rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir.Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəısi ilə həyata keçir. Saytda komersiya təklifləri qiymətlər pereskurantı təklif olunur. Hər bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayət olunur. Hər hansı bir mal və ya xidmət müştəri tərəfindən seçildikdə həmin an saytda sifariş tərtib edilib göndərilə bilər. Bir çox hallarda sifariş telefon, elektron poçtu, İCQ və s. qəbul edilir.


    1. Distant təhsil


Distant tədris sistemi müasir informasiya və telekommunikasiya texnologiyasına əsaslanan qiyabi təhsil sisteminin yeni inkişaf formasıdır.
Distant tədris daha qeniş istifadəçi auditoriyasına malik olmağa, tədris material və xərclərin yaradılması və istifadə edilməsində minimum xərclər sərf etməyə, müxtəlif məkanda olan istifadəçilərlə istənilən zaman anlarında telekommunikasiya imkanları vəsitəsi ilə əlaqə yaratmağa və tədrisin yaradılmasına imkan verir.
Təyinatına görə distant tədris sistemi qenişmiqyaslı və seçim (fraqment) xarakterli olurlar.
Genişmiqyaslı tədris sistemi müəyyən ixtisas üzrə mütəxəssislərin, bakalavrların, maqistrlərin hazırlanması üçün tədris planının tam yerinə yetirilməsini təmin edir.
Bu texnoloqiya tələbələri tədris-metodiki materiallarla, müəllim və tələbə arasında, həmcınin tələbələr arasında interaktiv mübadiləyə əsaslanır. Seçim xarakterli tədris sisteminə təkmilləşdirmə kursları, II tədrisin alınması, istifadəçilərə ayrı-ayrı kurslar üzrə fərdi tədrisin təşkili və s.aiddır.
Distant tədris sistemi asinxron və sinxron tədris metodlarına ayrılır:

  • asinxron tədris metodunda tələbə tədris müəssəsində uzaq məsafədə tədris-metodik materiallardan istifadə edərək fərdi plan üzrə hazırlaşır.

  • Sinxron tədrisdə tədris müəssəsi dərsləri (mühasirələri, seminarları, konsultasiyaları) müəllim və tələbə arasında real zaman anında təşkil edir. Bu zaman tələbələr eyni vaxtda məsğul olan qrupda və ya distant tədris qrupunda ( müxtəlif auditoriyalarda, müxtəlif şəhər və ölkələrdə) ola bilərlər.

Yuxarıda göstərilən metodlardan hər biri xüsusi təhsil texnoloqiyasına – distant tədris texnoloqiyasına malikdir. Belə ki, hər iki metod əlaqədar olaraq bir-birini tamamlayır. Distant tədris sistemində müəllim-konsultant tyutor adlanır. Tyutor tədris prosesinin tədris-metodik rəhbərliyini həyata kecirir, üygun fənn üzrə tələbələrə konsultasiyalar verir, testlərin nətiçələrini yoxlayır.
Distant tədris sahəsində bir necə texnoloqiyaları nəzərdən keçirək:
Keys (inqiliscə case sözundən) texnologiyasında tədris-metodik materiallar komplektləşdirilərək fərdi tədris üçun tələbəyə verilir (və yaxudda) göndərilir. Bu zaman tyutor tərəfindən təyin edilmiş periodik konsultasiyalar kecirilir.
TV- texnologiyası tyutorların konsultasiyaları ilə birlikdə televiziya mühazirələrindən ibarətdir. Səbəkə texnologiyası Internet səbəkəsi əsasənda yaradılır.
Distant tədrisin yaradılması çoxsaylı aspektlərə malikdir. Bunlardan:

  • tədris – metodoloji təminat

    • texniki təminat

    • proqram təminatı

    • informasiya təminatı

    • linqvistik təminat

    • təşkilatı təminat

    • hügugi təminat

    • psixoloji təminat və s. göstərmək olar.

Distant tədris məsələlərinə

      • tədris materiallarının bazası və şəbəkə kurslarının yaradılması;

      • distant tədris komponentlərinin inteqrasiyasının təmin edilməsi; istifadəçilərlə interfeysin yaradılması;

      • uzag məsafədə yerləşən laboratoriyaların texniki vasitələrinə müraciət;

      • informasiyanın gorunması;

      • sistemə müraciətdə reqlamentin yaradılması və s.aiddır.

Distant təhsil texnologiyaları –təhsil prosesini məsafədən aparılmasında müasir informasiya və telekommunikasiya texnologiyalardan istifadəsinə əsaslanan təhsil metod və vasitələrin məcmusu, təhsil prosedurasıdır.


Təhsilin şəbəkə texnologiyası – yaradılma, ötürülmə və biliklərin mənimsənilməsinin nəzarət prosesində İnternet şəbəkəsinin istifadəsinə əsaslanan informasiya texnologiyaları sistemidir.
İnsan cəmiyyətinin müasir inkişaf mərhələsinin reallığına çevrilən informasiya və kommunikasiya texnologiyalarının intensiv inkişafı təhsilin bütün səviyyələrində biliklərin operativ ötürülməsini təmin etməyə imkan verir. Cəmiyyətin məlumatlandırılması obyektiv olaraq təhsil praktikasında distant tədris texnologiyasının tətbiqinə səbəb olur ki, bu da vətəndaşların təhsil prosesi ilə bağlı problemlərinin həllini mümkün edir.
Belə texnologiyalar əsasında təhsil sistemi aşağıdakı vacib xüsusiyyətlər qazanır: təhsilin açıq və sadə olması;
maksimal sürətli təhsil, geniş sahə məsələləri üzrə təhsil alanların ixtisasının artırılması və yenidən öyrədilməsi; təhsil keyfiyyətinin artırılması, aparıcı təhsil ocaqlarında informasiya resurslarından təhsil prosesində istifadə
mümkünlüyü;
təhsil alma prosesinin fasiləsizliyi təhsil prosesinin təşkilində maddi xərclərinin optimallaşdırılması;
Distant təhsil texnologiyalarının tətbiqi və istifadəsi bu problemin aşagıdakı istiqamətlərdə həllinin zəruriliyini göstərir:

  • Sistem tərəfindən realizə olunan təhsil texnologiyalarının didaktik aspektləri;

  • Sistem daxilində qurulmuş təhsil prosesinin təşkilinin texnoloji aspektləri;

  • Sistemin istismarının iqtisadi aspektləri

Təhsil prosesində təhsil alanların müəllimlə və bir-biri ilə interaktiv qarşılıqlı təsiri təmin edən müxtəlif vasitələr kimi on-line ünsiyyət vasitələri (çat, video-telekommunikasiya), off-line ünsiyyət vasitələri (forum, müzakirə, elektron poçt) istifadə olmalıdır.
Müəllim tərəfindən hər bir təhsil alanın təhsil prosesinin gedişatının aktiv idarə olunması altsisteminə istifadəcilərin aktivlik jurnalının aparılması və analizi daxildir( forum, çat, test və s. nəticələrinə görə acılmış hesabatların yaranması və saxlanılması).
Təhsil prosesinin təşkili nöqteyi nəzərindən sistem aşağıdakıları realizə etməlidir:

    • Kateqoriyalar üzrə təhsil prosesi iştirakcılarının rol funksiyalarının ayrılması (dinləyici, təşkilatçı tyutor (müəllim), təhsil prosesinin inzibatçıları);


  • in
    Təhsil resursları və sisteminin ,təhsil prosesinin idarə olunması;



  • Virtual qeydiyyat, sifariş və ödəmələr altsistemi;

  • Təhsil prosesinin təqvim tematik planlaşdırılması altsistemi;

Bu zaman planlaşdırma mümkünlüyü həm qrup üçün realizə olunmalı, həm də ayrıca təhsil alan üçün də onun dividual təhsil traektotiyası realizə olunmalıdır.

  1. Proqram texniki realizasiya nöqteyi nəzərindən sistem aşağıdakıları təmin etməlidir.

    • Təhsil materialı təqdim olunması və işlənməsi sahəsində müxtəlif texnologiyaların istifadə mümkünlüyü; (Müasir potok, audio və video vasitələr də bura daxildir.)

    • Elmi materialların məzmununun (kontent), standartının, işlənməsi.

Virtual tədris sistemi distant tədris sisteminin alt sistemidir. Burada məsafə anlayışı əsas deyil. Tədris xüsusi multimediya proqramları, öyrədici proqramlar vasitəsi ilə aparılır.



    1. Yüklə 96,85 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin