183
Сечмяляр (шеирляр)
Qapılıb
xəyallara, salma yadına məni,
Demə, dəli eşqinlə atdın oduna məni,
Çağırma, gəlməyəcəm, vallah, dadına məni,
Baxışların sevgini ürəyimə yetirdi,
Gözlərim tapdı səni, gözlərim də itirdi.
Nə qədər acı olsa, haqqı danmamalıyam,
Bir alın yazısıtək bunu anmamalıyam,
Sevgini məzarlayıb, bir də yanmamalıyam,
Baxışların sevgini ürəyimə yetirdi,
Gözlərim tapdı səni, gözlərim də itirdi.
Ömür-günüm bir qəfil təsadüfün dustağı,
Könlümün bostanından üzüldü eşqin tağı,
Çıxart, at içindəki mənlə dolu o çağı...
Baxışların sevgini ürəyimə yetirdi,
Gözlərim tapdı səni, gözlərim də itirdi.
Dostları ilə paylaş: