295
Сечмяляр (шеирляр)
Meşinli qapılar açar ayağım!
Canımla, qanımla
millətə qulam,
Mən ölsəm yolumla gedəcək balam.
Suzanna (nazla)
Erməni zabiti, xoş gördük sizi,
Mən dünən tapmışam növbəti izi…
Göylərə qaldırar
igidlik eli,
Axsın türkün qanı gurlatsın seli!
Bizim şöhrətimiz dünyanı aşıb,
Ayrı planeti gəzib dolaşıb.
Amerka, Fransa bizə can deyir,
Ruslar bir süfrədə bizimlə yeyir.
Sizdəki
qüdrətə baş əyirəm mən,
Çəkilsin Arsaqdan çiskin, duman, çən.
Ondoqquzuncu
əsr yüz əlli nəfər,
Eylədi İrandan Arsaqa səfər.
İndi yüz əlli min olmuşuq bu gün,
Sadəlövh türklərsə yurdsuz, didərgin.
Bir
də xristian albanlar bizi,
Can bilir, buraxmır heç əlimizi…
Çox da onları biz saymırıq qandan,
Onlar birləşiblər bizimlə candan…
Mərhəba, erməni xalqı, bir gün də,
Şahı
olacaqsan yerin, göyün də!..
Dostları ilə paylaş: