Belə bir elm var – məntiq
Sübutsuz qalmamaqları üçün bitki mənşəli qidanın
tərəfdarları insana ət yeməyin nə üçün zidd olmağı
barədə ətraflı izahat verirlər. Onların əsas arqumenti
budur: bizim orqanizm təbiətcə heyvan mənşəli qidalar
üçün uyğun deyil. Və hamıya aydın olsun deyə, insanı
yırtıcı heyvanlarla müqayisə edirlər. Həqiqətən, oxşarlıq
azdır. Yırtıcılarda qurbanı parçalamaq üçün iti dişlər və
caynaqlar vardır, amma insanda dişlər o cür inkişaf
etməmişdir və caynaqlar əvəzinə isə dırnaqlar vardır.
Ətin daha yaxşı həzm edilməsinə turş mədə şirəsi
kömək edir: bütün yırtıcılarda onun turşluğu insanda
olduğundan daha çoxdur. Bitki mənşəli qidanın həzmi
üçün vacib olan uzun bağırsaq yırtıcıya lazımlı deyil,
ona görə onların bağırsağı insanda olandan bir neçə dəfə
qısadır.
Bu yolla, vegetarianlar nəticə çıxarır: insanlar–
yırtıcı deyil, ona görə də onlar ətlə qidalanmamalıdırlar.
Lakin əgər insanı otyeyən heyvanlarla müqayisə etsək,
oxşarlıq daha az olacaqdır. Otyeyənlərdə minasız, düz,
çeynənən səth ilə azı dişlər və iti kəsici dişlər vardır. Bir
halda ki, sərt bitki qidalarından azı dişlər tez ovulur,
təbiət otyeyən heyvanlarda dişlərin daima yenilən
-
məsinin qeydinə qalmışdır.
Bitki kütləsinin fermentasiyası üçün adaptasiya olan
otyeyənlərin böyük (bəzən hətta ayrıca kameralara
bölünən) mədəsi də insan mədəsinə oxşamır. Turşluq da
onda daha az olacaq. Hətta bağırsaqları da insandakı
kimi deyil. İnək və dovşanlarda o təxminən bədəndən
iyirmi dəfə uzundur, insanda isə – səkkiz. Belə çıxır ki,
bitki qidası da bizə uyğun deyil.
Bu qida paradoksunu bioloqlar çoxdan bəri izah
ediblər. Məlum olub ki, insanı nə otyeyən nə də yırtıcı
heyvana aid etmək olmaz. O, bioloji əcdadı meymun
kimi hər şey yeyəndir. İnsan orqanizmi elə yaradılmışdır
ki, eyni dərəcədə həm bitki, həm də heyvan mənşəli
qidaların öhdəsindən yaxşı gəlir. Və vegetarianların
insanların əvvəldən ot yeməkləri haqda fərziyyəsi
yanlışdır. “Bizim ulu əcdadlarımız yalnız bitki mənşəli
qidadan istifadə edirdi” – veganlar sakitləşmir. Bəs qaya
üzərində mamont və digər heyvanların ovu təsvir
olunmuş şəkillər necə olsun? Heç kim mübahisə etmir,
ilk insan yeməli meyvə və bitki kökləri ilə qidalanırdı,
amma əgər imkan düşsə idi ətdən də istifadə edirdi.
Antropoloqlar hesab edir ki, heyvan mənşəli qidaya
ən kəskin keçid Buz dövründə olmuşdur, nə zaman ki
bitkilərin çoxu buz bağlamışdır. Bu ağır şəraitdə insan
məcbur idi ki, ət pəhrizinə riayət etsin. Belə çıxır,
vegetarianlıq nəzəriyyəçiləri səhv ediblər: əcdadlarımız
yalnız bitki ilə qidalanmayıb. Lakin baxmayaraq ki,
vegetarianlıq təbiətcə insana uyğun deyil, o yenə də
meydana gəldi.
Dostları ilə paylaş: |