Bu qorxunun səbəbi
Araşdırma və tədqiqatlardan belə məlum olur ki, bu qorxunun əsas səbəbi
iki şeydir.
1.Ölümü fəna və puçluq mənasında təfsir etmək
İnsan həmişə yoxluqlardan uzaq olmağa çalışır. Xəstəlikdən uzaq olmaq istəyir, çünki
xəstəlik sağlamlığın olmamasıdır. Qaranlıqdan, zülmətdən uzaq gəzir, çünki o, nur və işığın
yoxluğudur. Hətta boş bir evdən, boş səhradan qaçmağa çalışır, çünki orada heç bir insan
yoxdur. Təəccüblü budur ki, insan gecəni ölü ilə bir otaqda qalmağa da hazır deyil. Halbuki,
həmin ölünün sağlığında ondan qorxmur və gecələri onunla bir yerdə keçirirdi.
İndi görək, insanın yoxluqdan kənar gəzməsinin səbəbi nədir? Cavab məlumdur. Çünki
varlıq varlıqla tanışdır. Varlıq yoxluqla heç zaman tanış olmamışdır. Deməli, insanların
yoxluqdan qaçması təbii bir işdir. Əgər ölümü hər şeyin sonu hesab etsək, ölümdən
qorxmağa haqqımız var. Hətta onun adından qorxmağa da haqqımız olar. Çünki ölüm hər
şeyi bizim əlimizdən alır və bizi puçluğa aparır. Yox, əgər ölümü yeni bir həyatın başlancığı
75
bilsək, onda nəinki ölümdən qorxmamalıyıq, əksinə, şərəfli ölümə doğru addım atanları
alqışlamalıyıq.
Dostları ilə paylaş: |