Quranın cismani məada dair sübutları
Ötən dərslərdə bir ərəbin bir parça sümüyü gətirib peyğəmbərə göstərərək «kim
bunları dirildə bilər?» deyə istehza etdiyini və peyğəmbərin Allahın əmri ilə ona «onları ilk
dəfə yoxdan yaradan, yeri-göyü xəlq edən və sizin üçün yaşıl ağacdan od əmələ gətirən Allah
bunları dirildəcəkdir» cavabını oxuduq. Bu haqda «Yasin» surəsinin son beş ayəsində
danışılır. (Bu ayələr məadın cismani olacağına aydın bir sübutdur.) Başqa bir ayədə
oxuyuruq: «Qiyamət günü qəbirlərdən qalxacaqsınız.» (Yasin, 51; Qəmər, 7). Bildiyimiz kimi,
qəbirlər ruhun yox, çürümüş bədənin yeridir (Deməli, məad cismani olacaqdır).
Ümumiyyətlə, məadı inkar edənlərin
1
bütün təəccübləri bu idi: «Məgər biz torpağa qarışıb
yox olandan sonra yenidənmi yaradılacağıq?» (Səcdə, 10). Allah isə onlara cavab verərək
buyurur: «Məgər onlar Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu
(qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır.»
(Ənkəbut, 19). Başqa bir ayədə oxuyuruq: «Cahil bir ərəb deyirdi: «O, sizə ölüb torpaq və
sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirilib) çıxacağımızımı vəd edir?» (Muminun,
35).
Quranın bu və bu kimi digər ayələrindən məlum olur ki, İslam peyğəmbəri hara
çatırdısa, cismani məad haqqınnda söhbət edirdi. Müşriklər də məhz bu məsələyə təəccüb
edirdilər. Yuxarıda qeyd olunan ayələrdə gördük ki, Allah cismani məada aid məsələləri
bəyan etmiş və ona ilk yaranışı və öz qüdrətini sübut gətirmişdir.
Buna görə də, Qurandan az da olsa xəbəri olduğu bir nəfər müsəlmanın halda cismani
məadı inkar etməsi mümkün deyil. Quran baxımından cismani məadı inkar etmək əsl məadı
(həm ruhani, həm də cismani) inkar etməyə bərabərdir.
88
Əqli sübutlar
Yuxarıda qeyd etdiyimiz sübutlardan əlavə, ağıl, düşüncə də deyir ki, ruh və bədən bir-
birindən ayrılmaz iki varlıqdırlar. Hər ikisinin müstəqil olmasına baxmayaraq, eyni zamanda
bir-biri ilə əlaqələri vardır. Onlar ikisi bir yerdə tərbiyə alır, birgə təkamülə doğru
irəlləyirlər. Şübhəsiz ki, bu iki həqiqətin əbədi həyat sürmək üçün də bir-birinə ehtiyacı
vardır.
Ruhla bədənin bir müddət Bərzəx aləmində bir-birindən ayrı qalmalarına baxmayaraq
bu ayrılıq həmişəlik ola bilməz. Necə ki, ruhsuz bədən naqisdir, eləcə də bədənsiz ruh
naqisdir. Ruh əmr edən, bədən isə icraçıdır. Heç bir əmr edən icraçıdan ayrı olmaz.
Qiyamətdə ruh kamil bir şəkildə gələcəyi üçün, lazımdır ki, bədən, cisim də ona uyğun
olaraq təkmiiləşsin. Elə belə də olacaqdır. Yəni, qiyamətdə insan bədəni dünyadakı bütün
eyib, nöqsan və çatışmazlıqlardan uzaq olacaq. Bir sözlə, ruh və cisim (bədən) ikisi birgə
kamildirlər. Məad bunların ikisindən yalnız birinə aid ola bilməz. Başqa sözlə, ruh və cismin
yaranma və bu iki həqiqətin bir-biri ilə əlaqə yaratması tarixini mütaliə etməklə məlum olur
ki, məad bunların ikisinə də aiddir. Digər tərəfdən, dünyaya hökmranlıq edən ədalət qanunu
deyir ki, məad həm ruha, həm də bədənə aid olmalıdır. Çünki insan bir günah, yaxud savab iş
gördükdə bu işə onun həm ruhu, həm də bədəni şərikdir. Buna görə də, həmin günahın,
yaxud savabın cəzasına və ya mükafatına (əcrinə) həm ruh həm də bədən çatmalıdır. Əks
təqdirdə (məadın ikisindən birinə aid olmadığı təqdirdə), ədalət qanunu pozulmuş olur.
Dostları ilə paylaş: |