Fikirləşin və cavab verin
1.Nə üçün Allahın sifətləri arasında yalnız ədalət üsuliddinə daxil edilmişdir?
2. «Əşariə» tərəfdarları kimlər olmuşlar? Onların etiqadalrı barədə nə bilirsiniz?
3.Allahın ədalətinə etiqad bəsləməyin cəmiyyət nə kimi təsiri var?
4.Ədalətin neçə mənası var? Onları izah edin.
5.Ədalətin mənası müsavatdırmı?
II dərs
Allahın ədalətinə dair sübutlar
1.Ağıl nəzərindən yaxşılıq və pislik
Bilməliyik ki, insan ağlı bir həddə qədər yaxşılıq və pisliyi dərk edir. (Bu bəhsin adını
alimlər «ağıl nəzərindən yaxşılıq və pislik» adlandırmışlar).
Məsələn, bilirik ki, ədalət, ehsan vermək yaxşı, zülm, paxıllıq isə pis işdir. Hətta, bunu
din və məzhəb ortaya çıxmazdan qabaq da bilirdik. Düzdür, bir sıra işlər var ki, insanın ağıl
və düşüncəsi onu anlamaqda acizdir və bu işdə gərək, peyğəmbər (və imamlar) onlara
kömək etsin.
Deməli, müsəlmanlardan «əşariə» adlanan bir qrup hətta ədalət və zülm kimi işlərin
«ağıl» nəzərindən yaxşılıq və pisliyini inkar edirsə və yaxşılıq və pisliyi təyin etməyi Allahın
öhdəsinə qoyursa, açıq-aşkar səhvə yol verir.
Əgər insanın ağlı yaxşılıqla pisliyi təyin edə bilmirsə, bəs onda « Allah möcüzəni
yalançı şəxslərə verməz» məsələsini necə anlaya bilərik? Lakin yalan danışmağın pis iş
olduğunu və Allahın belə bir iş görmədiyini bildikdə anlayırıq ki, Allahın verdiyi bütün
vədlər haqq, (peyğəmbərlərmin vasitəsi ilə) dediyi bütün sözlər həqiqətdir. O, heç vaxt
yalançıya (özünü yalandan peyğəmbər adlandıran şəxsə) kömək etməz və ona möcüzə
göndərməz. Bununla da şəriət və dinə etimad etmək olar.
Deməli, belə nəticəyə gəlirik ki, ağıl nəzərindən yaxşılıq və pislik məsələsi dinin əsas
bəhslərindən biridir. (Diqqət.)
İndi isə Allahın ədalətinin sübutlarına qayıdırıq. Bu həqiqəti (Allahın Adil olduğunu)
anlatmaq üçün gərək, bilək ki:
Dostları ilə paylaş: |