Щязряти Айятуллащцл-Цзма


). Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

18).

Fikirləşin və cavab verin.

1.Allahı  tanıma  barədə  indiyədək  ata-ananızdan  (və  ya  başqalarından)  eşitdiyinizdən 

əlavə özünüz heç bu barədə ciddi fikirləşmisinizmi?

2.Allahı axtarmaq ilə Allahı tanımağın fərqi nədir?

3.Allahla ünsiyyətdə olan zaman heç ruhani bir ləzzət hissi keçirmisinizmi?

***

II dərs.

Allahı tanımanın insan həyatında rolu

Allahı tanımaq insan həyatına aşağıdakı təsirləri göstərir:

I. Allahı tanıma və elmin inkişafı.

Təsəvvür  edin  sizin,  bir  dostunuz  səfərdən  gəlib.  Sizin  üçün  bir  kitab  hədiyyə 

gətirmişdir.  Deyir  ki,  bu,  çox  gözəl  bir  kitabdır.  Kitabın  gözəlliyinin  səbəbini  soruşduqda 

deyir  ki,  bunun  müəllifi  çox  diqqətli,  mahir,  təcrübəli,  bilikli  və  öz  ixtisasında  usta  bir 

şəxsiyyətdir.

Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün 

ifadə,  cümlə,  hətta  kəlmələrinə  diqqət  edəcəksiniz.  Bir  cümləsini  başa  düşmədikdə  neçə 

saat,  bəlkə  də  neçə  gün  ona  vaxt  sərf  edəcəksiniz.  O  vaxta  qədər  ki,  o  cümlənin  məna  və 




3

məfhumunu başa düşəsiniz.(Bunun səbəbi nədir?). Səbəbi də budur ki, o kitabın müəllifi adi 

şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.

Ancaq  sizə  desələr  ki,  bu  kitabın  üzü,  cildi  qəşəng  olsa  da,  müəllifi  savadsız  bir  bir 

insandır, yəqin ki, o kitabı təkcə üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də 

«Bu da müəllifin savadsızlığı üzündəndir» deyəcəksiniz. İnsanın bu cür kitabın üzərində vaxt 

sərf etməsi heyfdir.

Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud 

bir cümlə təşkil edir.Mömin bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı 

hikmət  üzündəndir.  Mömin  olan  şəxs  Allahı  tanımağın  sayəsində  xüsusi  və  fövqəladə  bir 

diqqətlə  dünya  məxluqatının  hikmət  və  sirrini  öyrənməyə  çalışır.  (Məhz  bu  məsələ  elmin 

inkişafında  böyük  rol  oynayır.)  Səbəbi  də  budur  ki,  mömin  şəxs  bilir  ki,  bu  məxluqatı 

yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq 

üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır.

Materialist  bir  şəxs  isə  bu  barədə  heç  bir  mütaliə  etmir.  Çünki  o,  bunları  yaradanı 

şüursuz təbiət bilir. Bəzi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi 

budur  ki,  onlar  Allahı  qəbul  edir  lakin  bu  Allahı  təbiət  adlandırırlar  (və  təbiətin  Allah 

olduğunu iddia edirlər). Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab 

və proqram iddia etməsidir.

Qısa sözlə desək, Allahı tanımaq (və Ona pərəstiş etmək) elmin inkişafına səbəb olur.

2.Allahı tanıma, çalışmaq və ümid.

İnsan  öz  həyatında  çətinliklərlə  üzləşdikdə,  qapılar  hər  tərəfdən  onun  üzünə 

bağlandığı zaman çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman 

onun köməyinə tələsərək ona arxa və kömək olur.

Allaha  imanı  olan  şəxslər  hec  vaxt  özlərini  tənha  və  zəif  hiss  etmir,  məyus  olmurlar. 

Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu 

bilirlər.  Onlar  Allaha,  Onun  lütf-  mərhəmətinə,  köməyinə  və  himayəsinə  ümid  bağlamaqla 

çətinliklərə  qarşı  mübərizəyə  qalxır  və  bütün  qüvvələrindən  istifadə  edirlər.  Ona  ümid 

bağlamaqla çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq 

insanlar uçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman 

bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır.

Məhz  bu  səbəbdən  mömin  insanlar  heç  vaxt  özlərinə  qəsd  etmirlər.  Özünə  qəsd 

etməyin  səbəbi  yalnız  məğlub,  ümidsiz  və  məyus  olmaqdır.  Mömin  insanlar  isə,  heç  vaxt 

məğlub və məyus olmurlar.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin