Allah Təala göy üzü mələklərinə və ərşi daşıyan mələklərinə qarşı Hüseyn (ə)-i ziyarət edənlərlə öyünür” fəsli
“Allah Təala Hüseyn (ə)-i ziyarət edənlərə onların ziyana uğramayacaqları vədini vermişdir” fəsli
“Hüseyn (ə)-in qəbrinin ziyarət edilməsi Rəsulullah (s.a.s) ilə edilmiş 30 məqbul həccə bərabərdir” fəsli
“Hüseyn (ə)-i ziyarət edən Allahı ərşdə ziyarət etmiş kimidir” fəsli
“Hüseyn (ə)-i ziyarət edən Allahı kürsüsü üzərində ziyarət etmiş kimidir” fəsli
“Hüseyn (ə)-in qəbrini ziyarət edən İlliyunun ən yüksək dərəcəsindədir” fəsli
“Allahın özünə çoxlu baxmasını istəyən kimsə Hüseyn (ə)-in qəbrini çoxlu ziyarət etməlidir” fəsli
3 – Şiələrin imam Hüseynin torpağını yeməsi və imamların artıqları baradə olan fətvaları.
Kərbəla ziyarəti zamanı imam Hüseynin torpağının yeyilməsi şiələr üçün caizdir.Şiələrin təqlid mərciiələrindən çoxu “Yeyiləcəklər və içiləcəklər”-lə bağlı hökmlərdə bunu bəyan ediblər.
Belə fətva vermiş alimlər:
Ayətullah uzma Xomeyni - “Təhrirul Vəsilə”
Ayətullah uzma Mirzə Həsən əl Əhkaqi - “Əhkamuş şia”
Ayətullah uzma Mirzə Abdurrasul əl Əhkaqi - “Əhkəmuş şəria”
Ayətullah uzma Muhəmməd Huseyni əş Şirazi - “əl Məsailul İslamiyyə”
Ayətullah uzma Əli əl Hüseyni əs Sistani - “Minhəcus salihin”
Ayətullah uzma Əbul qasim əl Xoyi - “Minhəcus salihin”
Ayətullah uzma Muhəmməd Fazil Lənkərani - “əl Əhkamul vadihə”
Ayətullah uzma Cəvad Təbrizi – “Məsailul Muntəhabə”
Xomeyni yazır: “İmam Kuleyni öz ardıcıllarına imam Hüseyn (ə)-nin türbətinin torpağını şəfa üçün yeməyi tövsiyyə edərdi və deyərdi ki, imam Hüseynin qəbrindən götürülmüş gili şəfa məqsədi ilə istifadə edin.Amma,bunu çoxlu sayda yeməyin,udmayın,yalnız bir loxum olaraq qəbul edin və bilin ki,bu gilə heç bir torpaq,hətta Rasulullah (s.a.s)-in qəbrindən götürülmüş gil belə bərabər ola bilməz.” (“Təhrirul Vəsilə” 8/164)
Ayətullah və hüccət olan Molla Zeynəlabiddin əl Kəlbeykani “Ənvərul vilayə” adlı əsərində deyir: ”Məsumların idrarlarında,qanlarında,artıqlarında namazdan çəkinməyi vacib edən bir nəcasətlik yoxdur.İmamların idrarlarında və artıqlarında bir çirkinlik,iyrəncilik yoxdur.Çünki,onlar bir müşkdürlər.Hər kim onların idrarlarından,artıqlarından və qanlarından içərsə Allah ona odu haram edər və Cənnətə girməsi vacib olar.” (“Ənvarul Vilayə”, səh 440)
Kərbəla torpağının Məkkeyyi-mükərrəmədən üstün hesab edilməsi.
Çox maraqlıdır ki,görəsən şiələr niyə görə həcc edirlər? Onların sözlərinə və kitablarına əsasən Hüseynin məqbərəsini ziyarət edən daha çox savab alırsa,həcc onların nəyinə gərəkdir? İstənilən halda,müsəlmanlar Müzdəlifədə Allaha dua edərkən,şiələr adətlərinə görə təziyyə məclisləri təşkil edir və yalançı göz yaşları tökməyə çalışırlar.
Ayətullah Muhəmməd Hüseyn Şiraziyə sual verdilər:
Sual: “Deyirlər ki,Kərbəla ərazisi Məkkə ərazisindən və Hüseynin torpağına səcdə,Məkkə torpağına səcdədən daha əfzəldir.Bu doğrudurmu?”
Cavab: “Bəli...” (“əl fiqh əl əqaid” səh 370,Məktəbətul cinanil qadir,Kuveyt.)
Həmçinin,əllamə seyyid Abbas Hüseyn əl Kəşani “Məsabihul cinan” kitabında “Kərbəlanın digər yerlərdən daha üstün olması” adından bir fəsil tərtib etmişdir.Bu fəsildə o yazır:
”Şübhə yoxdur ki,İslamda Kərbəladan daha üstün yer yoxdur.Çünki,oranın müqəddəsliyi haqqında varid olan nasslar başqa şərəfli yerlər haqqında varid olan nasslardan daha çoxdur.Beləcə, bu Allahın müqəddəs və mübarək bir yeri,Allaha boyun əyən torpağı,Allahın seçilmiş əmin və mübarək hərəmi,Allah və Rəsulunun hərəmi və İslamın qübbəsi olmuşdur.Bura Allahın orada dua və ibadət edilməsini istədiyi yerlərdəndir.Allahın torpağı,şəfa olan bir ərazisidir.Bu və bunun kimi fəzilətlər heç bir yer üçün,hətta Kəbə üçün də gəlməmişdir.” (Abbas əl Kəşani “Məsabihul Cinan”səh 360 “Darul fiqh” İran)
Digər kitabında qeyd edir ki,imam Hüseynin qəbrinin ziyarət edilməsi Həccdən daha əfzəldir.
“Nəfasul məhmum” kitabında o imam Cəfərdən nəql edir: “Varlı insan imam Hüseynin qəbrini ildə iki dəfə ziyarət etməlidir.Kasıb isə ildə bir dəfə ziyarət etməlidir.Bu yerin yaxınlığında yaşayanlar isə ən azı ayda bir dəfə onu ziyarət etməlidirlər.Biraz uzaqda qalanlar isə ildə üç dəfə ziyarət etməlidirlər.” (“Nəfasul məhmum” səh 431; “Ənsarian” Qum)
Bu kitab və müəllifi haqqında Ayətullah uzma Muhəmməd əl Hadi Milani və əllamə, müctəhid Muhəmməd əl Mehdi əl Huvənsari tərəfindən tərif dolu sözlər yazılmışdır.
Müsəlmanlar bilir ki,həcc insana həyatda bir dəfə fərzdir və bunada gərək imkan da olsun. Amma, gördüyümüz kimi Hüseynin qəbrinin ziyarət edilməsi varlılar üçün ildə iki dəfə,bir dəfə isə imkansızlar üçün vacibdir.
Onlara görə qəbirlərdə namaz məscidlərdə qılınan namazdan daha əfzəldir. Əli Sistani kitabında yazır: “Müstəhəbdir ki,namazlar imamların hərəmində qılınsın.Hətta,demək olar ki,burada qılınan namaz məscidlərdə qılınan namazlardan daha üstündür.Hədislərdə varid olduğuna görə Əli ibn Əbu Talibin hərəmində qılınan namaz digər yerlərdə qılınan namazlardan 100 000 dəfə üstündür.” (“Minhəc əs salihin” c.1,səh 187,№562)
Mufid “Məzar” kitabında imam Baqirdən hədis nəql edir: “Əgər insanlar Kufə məscidinin fəzilətini bilsəydilər onda onlar miniklərini,azuqələrini hazırlayıb, çox uzaqlardan olsa belə bura gələrdilər.Burada qılınan hər fərz namaz Həccə,müstəhəb namaz isə ümrəyə bərabərdir.” (“Məzar” səh 20,”Min əqaidu şia” kitabından)
Şeyx Mufid “İmamın qəbri yanında dayanıb deyiləcək dualar” başlığı altında uzun bir duanı yazır: “....dəqiq bilirəm ki,Allah sizin vasitəniz ilə rəhməti nazil edir,dağları sizin vasitəniz ilə sabit qılır.Rəbbimə səninlə üz tutdum ey ağam.Ehtiyyaclarımı qarşıla,günahlarımı bağışla.” (Mufid “Məzar”səh 99)
Abbas Qummi “Həyatu İmam Hüseyn” kitabında (səh 263) yazır: ”İmam Cəfər buyurdu: “Hüseyn ibn Əlinin ziyarəti qəbul olunan yüzlərlə Həcc və ümrə ziyarətlərinə bərabərdir.”
Şeyx Mufid “Məzar”kitabında Əbu Abdullahdan nəql edir: “Allah Təala Hüseyni ziyarət edənə 80 məqbul həccin savabını yazar.” (“Məzar” səh 47; “mən qatalə Hüseyn” kitabından)
Mühəddis Hurr Amili “Vəsailuş şia” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Hüseynin ziyarəti 20 Həcc və ümrə ziyarətindən üstündür.” (c.14,səh 446, №19568)
Həmçinin, bu kitabda bir adam imama dedi: “Mən 19 dəfə Məkkəyə ziyarətə getmişəm.Mənim üçün dua et ki,20-ci dəfə ziyarətə getmək mənə nəsib olsun.İmam soruşdu: “Sən Hüseynin qəbrini ziyarət etmisən?” Adam dedi: “Xeyr.” İmam buyurdu: “Onun ziyarəti 20 Həccdən daha əfzəldir.”
(“Vəsailuş şia” c.14,səh 447-448, № 19570)
Bu kitabda yenə Harun ibn Xaricidən rəvayyət olunur ki,o Əbu Abdullahdan bir adamın üzrsüz yerə Hüseynin qəbrini ziyarət etməməsi bardə soruşdu.İmam buyurdu: “Bu adam Cəhənnəm əhlindəndir.”(c.10,səh 336)
İmam buyurur: “Əgər mən sizə Hüseynin ziyarətinin nə qədər əfzəl olduğunu anlatsaydım, Allaha and olsun ki,siz Həcc ziyarətini lap əvvəldən tərk edərdiz və heç biriniz Həcc etməzdi.” (“Biharul ənvar” c.33,səh 98,101 “min əqaidu şia” kitabından)
Xomeyninin qəbirlər və onları ziyarət baradə fətvaları tamamilə Peyğəmbər (s.a.s) adından uydurulmuş yalan hədislərə əsaslanır.Belə bir hədisi Xomeyni kitabında nəql edir:
“Peyğəmbər (s.a.s) Əli ibn Əbu Talibə dedi: “Ey Hüseynin atası! Şübhəsiz ki,Allah sənin və övladlarının qəbirlərini Cənnət məkanlarından bir məkan etmişdir və şübhəsiz ki,Allah yaratdığı məxluqatdan seçdiyi kimsələrin qəlblərinə sizin məhəbbətinizi yerləşdirmişdir.Onları sizin yolunuzda əziyyətə və məşəqqətə qatlananlardan etdi.Onlar ki,sizin qəbirlərinizi inşa edər,Allah və Rəsuluna yaxınlaşmaq qəsdi ilə sizin ziyarətinizə gələrlər.Məhz onlar mənim şəfaətimə nail olanlardır. Ey Əli! Kim sizin qəbirlərinizi inşa edib,bərpa edərsə ona yetmiş Həcc savabı yazılar,bütün günahları silinər və anadan olmuş yeni körpə kimi təmizlənmiş olar.Mən səni bununla müjdələyirəm və səndə sevdiklərini heç bir gözün görmədiyi,qulağın eşitmədiyi və ağlın da təsəvvür etmədiyi nemətlərlə müjdələ. Bundan başqa sizin qəbirlərinizi ziyarət edənləri zina edən qadını qınayanlar kimi qınayanlar olacaqdır.Məhz onlar bu ümmətin şərliləridir.Allaha and olsun ki,onlar mənim şəfaətimə nail olmayacaqlar.” (“Kəşful Əsrar” səh 84)
Xomeyninin yaxın sirdaşı və dostu olan Əbdulhüseyn Dəstğeyb “Səvratul Huseyniyyə” kitabında yazır: “Aləmlərin Rəbbi imam Hüseynin qəbrini ziyarət etməyi Beyti Harama həcc etməyə alternativ olaraq qullarına bir lütf olaraq nəsib etmişdir.Həcc etməyə qadir olmayanlar buna sarılsın.Hətta,bunun savabı ziyarət şərtlərinə riayyət edən möminlər üçün Həcc savabından daha çoxdur.Beləki,bu mənada varid olmuş bir çox rəvayyətdə bu məsələ sərihdir.” (“Səvratul Huseyniyyə” səh 15; “Darut təaruf” Beyrut)
Müsəlman qardaş! Bunlar şiələrin imamlar haqqında olan bəzi həddi aşmalarına olan nümunələrdir. Məlumdur ki,şiəliyə dəvət,şiə missiyonerliyini edən və mənfəətləri üçün yazılar yazan şiə alimləri, müəllifləri və dəvətçiləri belə etiqad növlərini kitablarında açıq-aşkar qeyd etmirlər.Beləki,bu kimsələrin belə inancları inkar etməyə çalışıb,kitablarında belə şeylərə inanmadıqlarını dediyini müşahidə etmişik.Lakin,bu tamamilə yalan və aldatmacadır.Bunun belə olduğunu aşağıdakılara görə yəqin edirik:
a) Onların küfr dərəcəsinə kimi çatan bu xürafatlara rəddiyyə deyil,əksinə təriflər yağdırmaları.
b) Bu kitabların müəlliflərinin tərcümeyi halını qələmə alarkən,qəbul etdikləri bu batil fikirləri rədd etməyib,əksinə onlara rəhmət oxuyub,təriflər söyləyirlər.Bu əsərlərini də müəlliflərin fəzilətini isbat edən bir dəlil hesab edirlər.Beləliklə,şiəlik dininin onda doqquzunun təqiyyədən ibarət olduğunu nümayiş elətdirirlər.
Şiələr hər hansı bir konfransda,kitabda özlərinə toxunulduqda,göstərişlə olsa da bunu inkar,rədd və təhdid yolu ilə qəbul etmirlər.Lakin,eyni zamanda bu qədər həddi aşma,zəlalət fikirlərə baxmayaraq, özlərini görməməzliyə vurur və bunlardan qaçmağa çalışırlar.Bu qədər batil fikirlərə rəddiyyə verməyib,niyə görə hər zaman Əhli Sünnətə rəddiyyə verməyə çalışırlar?
Kitablarında keçən bu qədər rəvayyətlərin sənədlərini araşdırıb,niyə görə hüccət və dəlil hesab oluna bilməyəcəklərini izhar etmirlər?
Dostları ilə paylaş: |