Şiəliyin gizli tərəfləri Ön söz


Beləliklə,bir müshəf əsasında bir neçə nüsxə tərtib olundu.Bir nüsxəni Mədinədə saxlayıb,digərlərini Məkkə,Şam,Kufə və Bəsrəyə göndərdilər.”



Yüklə 1,08 Mb.
səhifə41/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   37   38   39   40   41   42   43   44   ...   70
Beləliklə,bir müshəf əsasında bir neçə nüsxə tərtib olundu.Bir nüsxəni Mədinədə saxlayıb,digərlərini Məkkə,Şam,Kufə və Bəsrəyə göndərdilər.” (“İslamda Quran” səh 133-134,bəzi ixtisarlarla, 2004-ci il)
Eyni zamanda Təbatəbai həmin kitabın digər səhifəsində yazır: “Birinci və ikinci müshəf toplananda Əli (r.a) işçi heyətə daxil edilməmişdi. İmam Əlinin Quranı Allahın endirdiyi tərtibdə toplayıb müsəlmanlara göstərməsinə baxmayaraq bu müshəf qəbul edilmədi.Həmçinin,imam Əli Quranın yekun cəm olunması komisiyyasına da daxil edilmədi.” (səh 136)
Təbatəbai “Mizan” təfsirində yazır: “Bu Əhli beyt imamlarının yoludur.Onlar Quranda nazil olan ayələri müəyyən bir məsələyə o baradə ayə nazil olmasa da tətbiq edərdilər.Quran ayələrinin Əhli beyt imamlarına və onların düşmənlərinə tətbiqi ilə bağlı olan rəvayyətlər yüzlərlədir.Hədislər işığında olan təfsirimizdə bunlara yer verməyəcəyik.Çünki,bu rəvayyətlərin bəhsi məqsədimiz deyil.” (“əl Mizan”səh 83,84)

Kafirlərin topladığı və kitab halına saldığı Qurana necə inanmaq olar?

Səhabələrin Quranı kitab halına salması və şiələrin onları kafir hesab etməsi faktı şiələrin bizim Qurana olan həqiqi münasibətini ortaya qoymuş olur. Belə bir qayda qoymaq olar:

Quransız İslam yoxdur,səhabələrə inam olmadıqca, Qurana inam yoxdur.Peyğəmbər (s.a.s)-in vəfatından sonra səhabələrin dindən çıxmasına etiqad etmək avtomatik olaraq,Quranın həqiqiliyini şübhə altına almaq hesab olunur.Başqa sözlə belə bir etiqad dolayısıyla Qurana hücumdur.Bu sadə bir məntiqdir.Bu kitabı bizə kafirlər çatdırdı deməklə İslamın əsaslarını,ehkamlarını,onun müqəddəs kitabını qəbul etmək olarmı?

Şiələrin Qurandan dəlil gətirməyə və ona istinad etməyə səhabələri küfrdə ittiham edənə qədər mənəvi haqqları yoxdur.Həmçinin, qeyd etmək lazımdır ki,şiə rəvayyətləri səhabələrin topladığı müshəfin səhihliyinə şübhə salır.
Kuleyni imam Əbu Cəfərin belə dediyini rəvayyət edir: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər.Onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir"("Kafi", "Kitab əl-hüccət", "Imamlardan başqa heç kəs bütün Quranı toplamamışdır" fəsli, c.1,səh 376, №603)
İndi isə yalnız və yalnız şiə alimlərinin sözləri...
Müasir alimlərindən Əli Qurani deyir: “Quranın təhrif olunmasına gəldikdə isə bəzi şiə alimləri deyirlər: “Quran təhrif olunub yəni,ondan bəzi ayələr çıxardılıb.Həmçinin, deyirlər ki,bəzi ayələr öz həqiqi yerindən çıxardılıb digər ayələrin arasına salınmışdır.Ayələrin yerinin dəyişilməsinə gəldikdə isə bunu əksər şiə alimləri deyirlər.Başqa sözlə bəzi şiə alimləri deyirlər ki,Quranda bir sıra ayələr çatışmır.” http://fnoor.com/media/fn311.ram
“Safi” adlı məşhur təfsirinin müqəddimədə Kəşani yazır:
أقول : المستفاد من جميع هذه الأخبار وغيرها من الروايات من طريق أهل البيت عليهم السلام إن القرآن الذي بين أظهرنا ليس بتمامه كما انزل على محمد صلى الله عليه وآله وسلم بل منه ما هو خلاف ما أنز الله ومنه ما هو مغير ومحرف وإنه قد حذف عنه أشياء كثيرة منها اسم علي عليه السلام في كثير من المواضع ومنها غير ذلك وأنه ليس أيضا على الترتيب المرضي عند الله وعند رسوله صلى الله عليه وآله وسلم
"Deyirəm: Bütün bu xəbərlərin və Əhli beyt yolu ilə gələn digər rəvayyətlərin hamısından anlaşılır ki,qarşımızdakı bu Quran Muhəmməd (s.a.s)-ə nazil edildiyi kimi tamam deyildir.Əksinə onun içində Allahın nazil etdiyinə zidd olan və onun içində dəyişdirilmiş və təhrif olunmuş şeylər vardır və oradan bir çox şeylər götürülmüşdür. Məsələn: Əli (r.a)-nin adı,Muhəmməd ailəsi kimi ifadələr və münafiqlərin adları Qurandan çıxarılmışdır.İndiki Quran həm də Allahın və Onun Elçisinin (s.a.s) razı olmadığı şəkildə tərtib olunmuşdur.Əli ibn İbrahim də öz təfsirində bunu deyir.” (“Təfsir əs-Safi” c.1,səh 44;“Muəssisətu aləmi”nəş.Beyrut 1979 il)

http://www.dd-sunnah.net/records/view/action/view/id/767/


O,həmçinin yazır: “Bizim rəhmətlik şeyxlərimizin bu məsələ baradə etiqadlarına gəldikdə isə “Siqət əl-İslam” (Islamın etibarı) təxəllüslü Muhəmməd ibn Yəqub Kuleynidən zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlığın mövcudluğu etiqadında olmuşdur. Çünki, o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayyətlər nəql etmiş, kitabın əvvəlində orada rəvayyət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayyətlərə etiraz etməmişdir. Onun ustadı Əli ibn Ibrahim Qummi də elə. Onun təfsiri belə rəvayyətlərlə doludur. O, bu işdə xüsusi səyy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi özünün "əl-İhticac" kitabında onları təqlid etmişdir.” (“Təfsir əs Safi”nin müqəddiməsi, səh14,bəzi nüsxələrdə c.1,səh 52)
İlk şiə təfsir kitabının müəlliflərindən biri olan Əli ibn Ibrahim Qümmi öz təfsirinin müqəddiməsində yazır:

"Qurana dəyişiklik edilmiş və təhrif baş vermişdir. "Allah Təalanın nazil etdiyi “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.” (3/110) kəlamında göstərilənlərin əksi olmuşdur.” Əbu Abdullah bu ayəni oxuyana demişdir: "Əmirəlmöminini və Hüseyn ibn Əlini öldürən ən yaxşı ümmət?" Ondan soruşmuşlar: "Ey Rəsulullah övladı! Bəs bu ayə necə nazil olmuşdur?" O demişdir ki,bu ayə belə nazil olmuşdur: "Siz insanlar üçün peyda olmuş ən yaxşı imamlarsınız." O sonra əlavə etmişdir: “Buradan çıxarılmış sözlər isə bunlardır: "Lakin Allah Əli haqqında sənə nazil etdiyinə şahidlik edir." Bax bu ayə belə nazil olmuşdu və bir də belə: "Ey Rəsul!Rəbbindən sənə Əli haqqında nazil olanı təbliğ et"


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin