Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə37/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   33   34   35   36   37   38   39   40   41
Şifahi xalq ədəbiyyatı

Alqışqarğışlara həm real həyatda, həm də folklor mətnlərində rast gəlmək olar.“Kitabi-Dədə Qorqud”da onların maraqlı nümunələri vardır. Məsələn, Banuçiçəyi qardaşından istəyərkən, Dədə Qordudun dilindən çıxan “Əlin qurusun” ifadəsinin ardınca Dəli Qarcarın həqiqətən əli quruyur.
Alqışqarğışlar insanların mifik təsəvvürlərilə birbaşa bağlıdır. Yəni alqışlar kosmosun – nizamlı, işıqlı, harmonik həyatın, qarğışlar isə xaosun – qaranlığın, qarışıqlığın, kədərin göstəricilərindəndir.
57. Paremilər: atalar sözü, məsəllər, valerizm və kiçik təmsillər
Azarbaycan folklorunda paremilər şəkil baxımından çoxdur. Onlardan biri də atalar sözüdür. Atalar sözü bütöv cümlələrdən ibarət deyimlərdir. Məcazi şəkildə ifadə olunur və universal anlam daşıyır. Yəni geniş şəkildə də yozula bilir. Məs., Əməl azmasa qada yeriməz atalar sözü məcazi anlam daşıyır və başa gələn bəlanın səbəbini insanın hansısa bir yanlış hərəkəti ilə bağlı olduğunu modelləşdirir. Cəhrədə varsa iydə də var, onu əyirən nənəmdə də var. Atalar sözü məcazi şəkildə yararsız məhsulun və ya işin səbəbkarının çox olduğunu modelləşdirir.
Məsəllər yarımçıq cümlələrdən ibarət deyimlərdir. Məcazi şəkildə ifadə olunur və universal (ümumi) anlam daşıyır, yəni geniş şəkildə yozulur. Məs., az aşım, ağrımaz başım, suyun lal axanı adamın yerə baxanı. Hər iki məsəl yarımçıq cümlə şəklindədir. Məcazi şəkildə ifadə olunur. Birinci məsəl aza qane olub sakit həyat keçirmə düşüncəsini, ikinci məsəl paralelliznm şəklində lal axan su ilə sakit adamı qarşılaşdırır və bu halın qorxulu olduğunu modelləşdirir.
Paremilərin aralıq növü valerizm (və ona oxşar deyimlər) adlanır. Valerizmlər bir remarkadan və bir replikadan ibarət olur.
Eşşəyə dedilər: - mərifətini göstər,
Getdi küllükdə ağnadı (əvədədi).
Təmsilçik və ya kiçik təmsil paremilərin frazadan böyük tipidir. Atalar sözü və məsəllər kimi məcazi şəkildə ifadə olunur. Universal anlam daşıyır və fikri modelləşdirir:
Dəvəyə dedilər: - boynun niyə əyridi?
Dedi: - haram düzdür ki, boynum da düz ola.
Gəcələyə dedilər: - xeyir söylə
Dedi: - gedəsən gəlməyəsən və s.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin