Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Folklorun toplanması üsulları



Yüklə 110,53 Kb.
səhifə6/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   2   3   4   5   6   7   8   9   ...   41
Şifahi xalq ədəbiyyatı

Folklorun toplanması üsulları

Folklor sahəsində ən vacib məsələ hər zaman toplanma olmuşdur. Toplanma müəyyən edilmiş sahədə, bölgədə öncədən aparılan ön araşdırmadan sonra aparılır. Toplama işi 3mərhələdən ibarətdir.

  1. Toplama planı: məqsəd, suallar təyin edilir. Görüləcək işlər qeyd edilir.

  2. Toplama prosesi: hazırlanan plan əsasında işlər ardıcıllıqla yerinə yetirilir.

  3. Son mərhələ: toplanan materiallar sistemləşdirilir və yekunlaşdırılır.

Dünya təcrübəsindən də göründüyü kimi, toplama işi, əsasən, müşahidə və müsahibə yolu ilə ola bilər. Müşahidə toplayıcının iştirakı ilə ola bilər. Bu bir az da kəşfiyyat xarakteri daşıyan toplama metodudur. Müşahidəçi toplama keçirəcəyi bölgə xalqını müəyyən müddət müşahidə edir, bölgədə yaşayanların həyat tərzini, dünyaya baxışlarını, özlərinə məxsus xüsusiyyətlərini, adətlərini öyrənib onlar kimi və ya onlardan biri olmağa çalışır. Müşahidə yolu ilə toplamada hiss etdirmədən səsyazma cihazından istifadə etmək lazımdır.


Toplama prosesi təbii və süni ortamda keçirilməklə iki yerə ayrılır. Folklor materialı toplamağın ən faydalı növü onu təbii şəraitdə, təbii sosial mühitdə toplamaqdır. Ancaq bu təbiilik də nisbidir, çünki istər-istəməz iştirak edənlər içlərində yad birinin olduğunu bilirlər, bu da iştirakçılara müəyyən təsir göstərmiş olur. Süni şərait toplayıcının arzusu ilə söyləyicilərin müəyyən bir yerdə müəyyən bir mətni söyləməsi və ya mərasim göstərməsidir. Folklor toplamalarının çoxu süni şəraitdə həyata keçirilir. Belə vəziyyətlərdə söyləyicinin məharəti çox önəmlidir.
Toplamanın digər bir növü müsahibə yolu ilə olanıdır. Bu yol toplama prosesinin ən çox yayılanıdır. Bu toplama üsulunda ən çox səsyazma cihazından istifadə olunur. Müsahibə üsulunun sərfəli olmasının səbəbi qarşıya çıxan problemlərin həllinin yerindəcə tapılma imkanıdır.


8. XIX əsr və XXəsrin əvvəllərində Azərbyacan folklorunun toplanması
Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra folklorun toplanması işində yeni mərhələ başlayır. Çar Rusiyası yerli xalqları idarə etmək üçün onların adət-ənənəsini, bədii yaradıcılıq məhsullarını öyrənmək məcburiyyətində idi. Bu məqsədlə Qafqaza uyğun mütəxəssislər göndərilirdi. Qafqazın mərkəzi halına gələn Tiflisdə qəzet, jurnal və məcmuələr nəşr olunmağa başlayır. “Kavkaz”, “Kavkazskiy vestnik”, “Novoe obozrenie”, “Tiflisskie vedomosti” məcmuəsində folklor nümunələri çap olunmağa başlayır.
Rus ziyalılarından fərqli olaraq Azərbaycan milli marifçilik hərəkatının nümayəndələri folklorun toplanmasına milli oyanışın tərkib hissəsi kimi baxırdılar. Azərbaycan maarifçiləri: M.Mahmudbəyov, R.Əfəndiyev, F.Köçərli, S.Vəlibəyov, H.Qayıbov və s. kimi ziyalılar yaxından iştirak edirdilər. Sözügedən mətbuat orqanlarında həm Azərbaycan, həm də rus ziyalıları folklor örnəkləri çap etdirmişlər. Onlar içərisində nağıllar, atalar sözləri, lətifələr üstünlük təşkil edir.
Atalar sözlərinin toplanmasında Eynəli Sultanov və M.Qəmərlinskinin rolu xüsusi şəkildə qeyd edilməlidir. E. Sultanov 1887-1891-ci illər arasında İrəvan və Naxçıvan bölgəsində üç minə qədər atalar sözü toplamışdır. M. Qəmərlinski isə 750 atalar sözü toplamışdır.
XIX əsrdən başlanan proses XX əsrdə daha da sürətlənmişdir. XX əsr ziyalılarımız arasında elə biri yoxdur ki, folklorumuza münasibət bildirməsin. Y.V.Çəmənzəminli bir tərəfdən folklorumuzu toplayır və təhlil edir, başqa tərəfdən folklorumuzun toplanması gərəkliyindən bəhs edirdi.
S.Hüseyn xalq ədəbiyyatının toplanıb çap olunması gərəkliyindən bəhs edir və toplanan materialların üzərində işlənməsinin əleyhinə gedir. O, ədəbiyyat tariximizin xalq ədəbiyyatı ilə başlanması gərəkliyi haqqında fikir söyləyən ilk maarifçilərdəndir.
F.Köçərlinin folklorla bağlı fəaliyyəti xüsusi qeyd olunmalıdır. “Balalara hədiyyə”, “Sayaçı sözləri”, “Aşıq Valeh” F. Köçərli tərəfindən toplanıb çap olunmuşdur. O, öz müasirlərini folklor toplamağa səsləyirdi. Müəllif göstərirdi ki, öz xalqını sevən xalqların nümayəndələri xalqın folklorunu toplayıb səliqəyə salır və xalqın balalarını bu nümunələrlərlə tərbiyə edir. O, Molla Nəsrəddin lətifələri, atalar sözü və xalq mahnıları haqqında qiymətli fikirlər söyləmişdir.
Folklorumuzun toplayıcılarından biri də görkəmli maarifçi R.Əfəndiyev olmuşdur. O, topladığı materialların bir qismini özünün uşaqlar üçün yazdığı “Bəsirətül ətfal” dəsrliyinə salmışdır. Onun “El ədəbiyyatı və el sözləri” məqaləsi də folklorşünaslığımızın tarixində özünə yer tutur.
Folklor toplanmasında A.Şaiqin rolu xüsusi şəkildə qeyd edilməlidir. O, folklor nümunələrini özü toplamaqla bərabər, tələbələrinı də bu işə təhrik etmişdir. Onun Şəfiqə xanım Əfəndizadə və şair M. Hatiflə bərabər topladığı bayatılar 1926-cı ildə çap olunmuşdur. Kitabda 650 bayatı özünə yer alır. Başqa maarifçilər kimi, A.Şaiq də xalq ədəbiyyatının xalq ruhunun ifadəsi olduğunu diqqətə çatdırırdı.
H. Zeynallının “Atalar sözü və məsəlləri” kitabı Azərbaycan folklorşünaslığının tarixində xüsusi əhəmiyyət daşıyır. Kitaba yazdığı giriş sözündə atalar sözlərini hansı qaynaqlardan götürdüyünü qeyd etmişdir. O, XIX əsrdən başlayaraq çap olunmuş kitablarda, müxtəlif mətbuat orqanlarında yer alan nümunələri toplamış və ayrı-ayrı şəxslərin verdiyi nümunələrdən istifadə etmişdir. Onun nəşr etdirtdiyi “Tapmacalar” kitabı da elmi nəşr sayıla bilər. Yazdığı müqəddimədə tapmacaları, atalar sözü və bayatılarla müqayisə edir, onların formal xüsusiyyətlərini araşdırır.
Folklorşünaslığımızın tarixində müəyyən işləri ilə tanınmış şəxsiyyətlərdən biri də Y.V.Çəmənzəminlidir. Onun topladığı “MəlikməmmədCaççı” kimi nağıllar bu gün də məşhurdur.
Həmin dövrdə fəaliyyət göstərən folklorçulardan biri də Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “Koroğlu” dastanının Aşıq Hüseyn Bozalqanlıdan topladığı iki qolunu, 1927-ci ildə “El aşıqları”, 1928-ci ildə 726 tapmacadan ibarət “Tapmacalar” kitabını toplayıb çap etdirmişdir.
Azərbaycan folklorşünaslığında “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçısı Əmin Abiddir. O, Dədə Qorqud dastanları haqqında bir neçə məqalə yazmış və “Dan ulduzu” jurnalında çap etdirmişdir. Azərbaycan ədəbiyyatı tarixinin Dədə Qorqud dastanları ilə başlanması gərəkdiyi haqqında fikir Əmin Abidə məxsusdur. Görkəmli alimin fikrinə görə, bu dastanların dili Azərbaycan türkçəsidir. Maraqlıdır ki, Ə.Abid Azərbaycan türkçəsində olan sözləri anlamayıb onlara düzəliş etdiyinə görə Kilisli Rüfəti tənqid etmişdir.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin